Ardını oxu...
SOCAR Azneft İB Neft Daşlarının 3cü mədənindən işçilər yazır:
-Salam. Biz artığ avqustun 24 -dən dəyişə bilmiriy smeni. Dünən bugünə 1.5-2.0 metr dalğa veribdilər, amma dəyişmədilər. Gəmilər işləmədi. Nə edək? Gələn ay acından qırılaxmı? Sabah o birisigün 2.5 m. olacax dalğa. Qaldıx gələn aya. Oda dəyişsələr. Bu yekə gəmini də vermirlərki dəyişəh. Hələ otpuskaya gedən işçilərə də deyiflər ki, əgər qalsaz işdə sizə gün yazılmayacax. Çünki əmr gəlif artıq. Elə şeymi olar? İşdə olasan gün yazmasınnar??. Gülməlidi vallah. Digər idarələrdə olduğu kimi qrafiki sərbəs dəyişsəydilər, bizdə gün ağlıyardıx. Sağolun.
Qeyd: +mən şikayəti olduğu kimi köçürdüm.Siz isə hesablayın,fikirləşin ölkənin Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin müvafiq qərarlarının hansı maddələri pozulub və buna hansı məsul şəxslər(şəxs) cavabdehdir.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Naxçıvanda insan orqanizmi üçün təhlükə yaradan yarasız ərzaq və ət məhsullarının satışı son vaxtlar artıb. Buna səbəb yerli Qida Təhlükəsizliyi Agentliyinin bəzi sahibkarlardan rüşvət alıb, pozuntulara göz yumması göstərilir. Rüşvət verməyən sahibkarların isə, sağlam məhsulları yararsız adı ilə müsadirə olunur. Daha sonra bu məhsullar rüşvət verən sahibkarların əli ilə yenidən satışa çıxarılır. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup yerli sakin və sahibkar məlumat verib. Onlar bildirirlər ki, agentlik “kəndxudanı gör, kəndi yar” prinsipi ilə işləyir.
Yerli sakinlər bildirirlər ki, vaxtı keçmiş və zərərli qidalar üzündən tez-tez zəhərlənmələr baş versə də bu cür hallar ictimaiyyətdən gizlədilir. Naxçıvan şəhər sakini Rasim Kərimov deyir ki, bu yaxınlarda onun qohumları da dükandan aldıqları məhsuldan zəhərləniblər:
“Belə ciddi məslələrə niyə göz yumurlar, başa düşmürük. Qohumlarım zəhərlənəndə hədə-qorxu gəldilər ki, heç yerdə danışmasınlar. Deyilənə görə, bu şəraiti yerli Qida Təhlükəsizliyi Agentliyi yaradır. Yəni, agentlik sahibkarlardan rüşvət alıb, yarasız qidaların satışına göz yumur, dolaysıyla bizi zəhərləyir”.
Sahibkar M. Babayev deyir ki, zəhərlənmə hallarının artması bu yaxınlarda polisi bəzi ərzaq dükanlarında əməliyyat keçirməyə məcbur edib:
“Son vaxtlar polislər Babək rayonunda, Naxçıvan şəhərində, Əliabad qəsəbəsində və digər yerlərdə əməliyyat apararaq, vaxtı keçmiş və üzərində saxta tarix olan məhsullar aşkarlayıblar. Əliabad qəsəbəsində aparılan əməliyyat zamanı küllü miqdartada vaxtı keçmiş kolbasa, sosiska və digər ət məhsulları aşkarlanıb. Lakin, Naxçıvan Qida təhlükəsizlik Agentliyinə buna görə gözün üstə qaşın var deyən olmadı. Agentlik ancaq pul yığmaqla məşğuldur. Pul verənlərə yaşıl işıqdır. Nə istəslər sata, dövrüyəyə buraxa bilirlər. Bizim kimi rüşvət erməyənlərin isə günü qaradır. Sağlam məhsulumuzu yarasız kimi aktlaşdırıb, müsadirə edirlər. Üstəlik cərimələyirlər də”.
Naxçıvan şəhərində qəssab işləyən S. Xudiyev deyir ki, rüşvət vermədikləri üçün agentlik onları da gözümçıxdıya salıb:
“Biz rüşvət vermədiyimiz üçün işləməyə imkan vermirlər. Lakin, rüşvət verən qəssablar nə istəsə, sata bilərlər. Onların kəsdiyi əti yoxlama aparmadan möhürləyib, satışa icazə verirlər. Buna görə, muxtar respublikada bürsulyoz və digər xəstəliklərin sayı artıb. Çox zaman isə xəstəlikdən ölmüş heyvanları agentliyin əli ilə kolbasa sexlərinə satırlar. Bunu hər kəs bilir, lakin tədbir görən yoxdur”.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən iddialarla bağlı açıqlama vermək istəmədilər.
 
Ardını oxu...
Milli Məclisin IV çağırış deputatı Tahir Mirkişiliyə məxsus olduğu bildirilən “Ultra Technologies” MMC daha bir tenderin qalibi seçilib. Qaynarinfo xəbər verir ki, tender Aqrar Sığorta Fondu tərəfindən informasiya texnologiyaları avadanlıqlarının, lisenziyalarının, proqram təminatlarının və ofis avadanlıqlarının satın alınması ilə bağlı keçirilib.

Satınalma müqaviləsinin maliyyə dəyəri 98 180,72 manatdır.

Bu tenderlə şirkətin 2024-cü ildə qalib seçildiyi satınalma müsabiqəsinin sayı 14-ə çatıb. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 4 242 937, 12 manatdır.

“Ultra Technologies” MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zülfüqarlı Məhəmməd Zülfüqar oğludur.

O, eyni zamanda MSM MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Şirkətin hüquqi ünvanı Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 38, mənzil 25-də yerləşir.

“Ultra Technologies” MMC 2016-cı ilədək “Ultra Computers” MMC adı ilə fəaliyyət göstərib.

Tahir Mirkişili isə 2000-2011-ci illərdə “Ultra Computers” şirkətində mühəndis, daha sonra isə direktor vəzifəsində çalışıb. Bu baxımdan, mediada şirkətin sahibi kimi onun adı çəkilir. Tahir Mirkişili indiyədək bu iddiaları təkzib etməyib.
 
Ardını oxu...
Bir neçə gün əvvəl Bakıda yerləşən özəl tibb mərkəzlərindən birində cərrahi əməliyyat zamanı “Tik-tok”da canlı yayım açan həkimlə bağlı maraqlı məlumatlar üzə çıxıb.

Bu haqda “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, özünü estetik cərrah kimi təqdim edən Rauf Rəhimli adlı həkim əslində təhsilini tam başa vurmayıb.

Xəbərə görə, “instaqram” və “tik-tok” kimi sosial şəbəkələrdə özünü cərrah kimi təqdim edən Rauf Rəhimli əslində Tibb Universitetinin “Ümumi Cərrahiyyə” fakültəsinin rezidentidir. Maraqlıdır ki, nəinki əməliyyat, hətta xəstə müayinə etmək səlahiyyəti olmayan, heç bir həkimlik sertifikatı almayan şəxs “Mərcan” klinikasında estetik əməliyyatlar həyata keçirir. Hətta bu əməliyyatları tik-tok-da canlı paylaşır.

Məlumatları redaksiyamıza verən mənbə onu da qeyd edib ki, Rauf Rəhimli öz instaqram səhifəsində özü əməliyyat edibmiş kimi yerləşdirdiyi şəkillərin əksəriyyəti xarici saytlardan götürülmə və ya ölkənin məşhur cərrahlarının əməliyyat etdiyi insanların şəkilləridir.

Son dövrlər ölkəmizdə sürətlə yayılan və bir növ dəb halını alan bədən şəkilləndirmə, sinə böyütmə və ya kiçiltmə əməliyyatları, o cümlədən digər estetik əməliyyatlar həkimlər üçün çox gəlirli sahə olaraq bilindiyindən əksər həkimlər bu sahəyə meyl edir. Amma bütün hallarda Səhiyyə Nazirliyinin uyğun sertifikatı olmadan, hətta Tibb Universitetini bitirmədən cərrahiyə əməliyyatları etməyin gələcəkdə çox ciddi fəsadları ola biləcəyi, insanların ağır tibbi problemlərlə üz-üzə qalacağı məlum məsələdir.

Xəbərlə bağlı yazıda adı çəkilən şəxsin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...

 

Ardını oxu...
Tanınmış sosial şəbəkə fenomeni Elçin Lənbəranski öz “İnstagram” hesabında Bakının Məhəmmədi kəndində asfaltın qaşınaraq satılması ilə bağlı videogörüntülər yayıb.

Görüntülərdə oraya cəlb edilən xüsusi infrasturuktur vasitəsi ilə yolun qaşındığını müşahidə etmək olar. O hətta işçi qüvvələrindən birinə yaxınlaşaraq ondan qaşınan asfaltın hara aparıldığı ilə bağlı soruşduqda onun satıldığı bildirilib.
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına yeni sədr seçilib. İttifaqın yeni sədri Araz Paşayevdir.

Qeyd edək ki, A.Paşayev hazırda Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır.

TEREF editor.az-a istinadən xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin yaxın ətrafına daxil olan Araz Paşayev indiyədək medianın gündəminə mütəmadi olaraq neqativ və qalmaqallı xəbərlərlə gəlib.

Məsələn, Şəki şəhər sakini, 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu media vasitəsi ilə tərəfindən ölkə rəhbərliyinə müraciət edərək, Araz Paşayev və ailə üzvlərini 11 nəfəri işə düzəltmək adı ilə onun 54000 manat vəsaitini mənimsəməkdə ittiham etmişdi.

Bundan başqa Araz Paşayev və onun rəhbərlik etdiyi Təhsil Tələbə Krediti Fondunun adı mediada mütəmadi olaraq, şübhəli tender əməliyyatlarında hallanır.
 
Ardını oxu...
“Göknur Bakı LTD” MMC məhkəməlik olub.

32gun.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 239-cu (Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hazırda hakim Hafiz Kamranovun icraatındadır.

Bildirək ki, nizamnamə kapitalı 6349000 dollar olan “Göknur Bakı LTD” MMC-nin qanuni təmsilçisi Rahib Rzayev Hüseynağa oğludur.

Rahib Rzayev Hüseynağa oğlu “Azərenerji” ASC prezidenti Balababa Rzayevin qardaşıdır.

239-cu maddəyə görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Ölkə mediasında gedən məlumatlara görə, “Göknur Bakı LTD” MMC “Azərenerji” ASC prezidenti Balababa Rzayevinə ailə şirkətlərindən biridir.
 
 
 
Ardını oxu...
Daş karxanalarının çaylara vurduğu zərərlə bağlı vaxtaşırı olaraq mediada yazılır... Xüsusi ilə də yay mövsümündə bu problem qabarır. Daş karxanalarının qaydalara əməl etməməsi səbəbindən bəzi çaylarda yataqlar 30 metrə yaxın dərinliyə düşür. Nəticədə çaylarda quruma başlayır. Ki, bu da əkin və bağ sahələrinin su təminatında ciddi problemlər yaradır. Sahibkarların şəxsi qazanc naminə vurduğu zərərlər təkcə kənd təsərrüfatı və ekologiya ilə bitmir. Bəzən strateji əhəmiyyətli dövlət obyektləri də kimlərinsə şəxsi maraqlarının qurbanına çevrilir...

Baxmayaraq ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də mütəmadi olaraq monitorinqlər aparır. Bəzən xəbərdarlıqlar, bəzən də müvafiq cərimələr tətbiq edilir, amma nə karədirsə problem hələ də aktuallığını qoruyub, saxlayır(?)

AAY DA... Qusarçay yoxa çıxır

Kimlərinsə “Qurbanlıq keçisi” olan çaylar sırasında Qusarçay da yer alır... Xatırladaq ki, bu çay Qusar, Quba və Xaçmaz rayonlarının ərazisindən axıb Xəzər dənizinə tökülür. Qusarçayın üzərində Qusar, Xuray, Ənik və Güzün HES-ləri tikilib. Çaydan suvarma işlərində geniş istifadə olunur. Suyun bir qismi də, Samur-Abşeron su kanalına axıdılır.

Daha doğrusu, bu xatırlatdıqlarımız artıq keçmişdə qaldı: Daş karxanalarının sayəsində nə Qusarçay var, nə də HES-lər, Xəzər dənizinə və Samur-Abşeron su kanalına axma!

Özəl maraqlar naminə Qusarçayın “buxarlandırılması” ilə bağlı Yenixeber.org-a elə özəl mənbələrdən də məlumatlar daxil olub. Məlumatlara görə Qusarçayın qurumasının başlıca səbəbi Quba-Xudat yolunun sol tərəfində fəaliyyət göstərən Daş karxanasıdır… Bir az da dəqiqləşdirsək, bu Daş karxanasının qayda-qanun tanımadan Qusarçayı dədə malı kimi istismar etməsi.

(Yeri gəlmişkən, bu Daş karxanasının sayəsində illərdir ki, Quba-Xudat yolunun karxananın yerləşdiyi hissəsində nəqliyyat vasitələri məcuburən yararsız torpaq yoldan dövrə etməli olurlar.)

Məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik…Daş Karxanasının “ucsuz-bucaqsız” ərazisində apardığımız müşahidələrdən belə məlum olur ki, burada “Dərə xəlvət tülkü bəy”dir ki, var: nə Qusarçay, nə ekologiya, nə də toz-duman içində çarpışan işçilərə insani münasibət yada düşür.

Çay daşlarının üç növə emal ounduğu bu müəssisədə sənədsiz-sübutsuz şıdırığı alver gedir. Qiymətlər də, “pis deyil”.

Qusarçayı “buxarlandıran” kimdir?

Bəs kimdir, Qusarçay kimi məlum faydası ilə seçilən çayı hansısa maraqları naminə qurudan “əjdaha”? İlk yada düşən suallardan bir də budur… Biz də Yenixeber.org olaraq bu suala cavab tapmağa çalışdıq…

Yerli sakinlərdən və söhbətləşdiyimiz “qaragünlü” işçilərdən aldığımız məlumata görə, bu Daş karxanasının sahibi bölgədə nüfuzu ilə seçilən Gülağa Əliyevdir. Həm də, öyrəndik ki, hörmətli Gülağa Əliyev yaxınlıqda-Qaraçay deyilən ərazidə “oturur”. Məlum problemlə bağlı cənab Əliyevi də dinləmək istədik… Bizimlə telefon danışığı yumşaq desək anlaşılmaz oldu: adam özünü gah hansısa yol idarəsinin mühəndisi, gah da ümumiyyətlə dəxilsiz biri kimi təqdim etdi(?)… “Hə, mənim olanda nə olar ki? Mən Quba Yol İdarəsinin mühəndisiyəm, bu karxananın mənə dəxili yoxdur. Bu Daş karxanası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindədir…” Və s.

Onu da öyrəndik ki, Gülağa Əliyev "5 saylı Quba Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətdə mühəndis vəzifəsindədir.

AAYDA-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim isə belə bir müəssisədən xəbərsiz olduğunu(?) və araşdırıb, məlumat verəcəyini dedi… Amma dediyi elə dedik olaraq da, qaldı. Nəinki geridönüş edib də, məlumat vermədi, sonrakı telefon zənglərimiz də cavabsız qaldı…

Əldə etdiyimiz məlumata görə sözügedən Daş karxanası AAYDA-nin “şef”i Saleh Məmmədövun “özününküləşdirdiyi” dövlət əmlaklarından biridir… Və de-fakto şəxsi müəssisəsi kimi fəaliyyətdədir.

Qarşıdakı günlərdə aidiyyatı dövlət təşkilatlarına sorğular ünvanlamaqla mövzunu davam etdirəcəyik.

Yenixeber.org
 
Ardını oxu...
17 aydır PA, MM, NK 1-ci dərəcəli qazinin məhkəmə qərarı ilə ayrılan
pensiyasını bərpa etdirə bilmir
Artıq növbədənkənar parlament seçkilərinə sayılı günlər qalır. Kimsə
namizədlərdən qanunvericiliyə töhfə umur, kimsə onları icra
hakimiyyətinin, bələdiyyənin səlahiyyətlərinə uyğun vədlər verməkdə
qınayır, böyük çoxluq isə susur. Köhnə deputat məclisinə təzə “nırx”
qoymağa nə hacət? Bu sətirlərin yazarı da susanlar içindədir. Nədən...
Nədən budur ki, ötən ilin yanvarında-fevralında DSMF-in Xüsusi Şərtlərlə
Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev, müavini Elnur
Qurbanov rəsmi məktublarla pensiyamın məhkəmə qərarı ilə ayrılan
110 manatla birgə 1112,44 manat olduğunu , 30 gün müddətində
məhkəməyə müraciət etmək hüququmun olduğunu bildiriblər. Mart
ayında Bakı İnzibati Məhkəməsi (h. Bəhlul Cəlalov) iddianı icraata
götürüb, ...01.04.2023-cü il tarixdən cavabdeh DSMF-in XŞTMF-si
05.07.2017 tarixli, 2-(81)-1889/17 saylı məhkəmə qərarı ilə ayrılan 110
manatı kəsib, köhnə tarixə faiz hesabı ilə 138,79 manat azaldıblar.
(2024-cü ildən aylıq azalma 155 manatdır) İlk hazırlıq iclasında
hakimə bunu bildirəndə, Bəhlul Cəlalov məhkəmənin qərarının 6
ildən sonra dayandırılmasının yolverilməz olduğunu desə də,
yolverilməzliyə SONRA qiymət verəcəyini dedi. SONRA isə mən
xəstəxanada olanda cavabdehin rüşvəti ilə eyni anda həm vəkil
ayrılmasından imtina etdi, həm də iddiaya mahiyyəti üzrə baxılmasından.
Bakı Apellyasiya Məhkəməsinin İK-sı ( sədrlik edən Aytən Oruczadə) da
yenə də mən xəstəxanada olanda bu YOLVERİLMƏZ qərardadı qüvvədə
saxladı. Ali Məhkəmənin İK-sı isə işə baxmadan “işə baxıb”, vəkilsiz tərtib
olunduğundan (?) vəkil ayrılmasından imtinanı qanuni (?) saydı. Hazırda
şikayət Konstitusiya Məhkəməsinin icraatındadır, amma
baxılacağına ümid yoxdur, qıraqdan sifariş daha güclüdür. İddinın
mümkün sayılmamasının əsas səbəbi isə 05.07.2017 tarixli, 2-1(81)-
1889/17 saylı pensiyaya 110 manat əlavəni nəzərdə tutan
məhkəmə qərarının qüvvədə olmasıdır. Absurda baxın, cavabdeh
XŞTMF özbaşına dövlətin adından çıxarılan məhkəmə qərarını “ləğv edib”,
icrasını dayandırıb, amma məhkəmə həmin qərarın ləğv edilə bilməzliyini,
qüvvədə olduğunu əsas tutub.
17 aydır DSMF-in pensiya filialının dələduzluqla, məhkəməyə müraciət
etdiyimə görə pensiyamı, hətta həyat yoldaşımın da pensiyasını
azaltmasına son qoyulmur. 17 ayda PA, NK, MM-ə minlərlə müraciət edilib.
125 deputatdan az qala hamısına məktub verilib. Deputat olmağa
hazırlaşan baş nazirin müavini Əli Əhmədovun özünə qəbulunda ,
Prezidentin vəkili olanda və ayrılıqda onlarla məktub verilib. Bir sonucu
varmı? MM-də dəfələrlə məhkəmə qərarının surətini alıb, pensiyanın bərpa
ediləcəyi bildirilib. Axırda hamısı “xorla” olmasa da, “solo” ifaçılığı ilə “biz
nə edə bilərik” deyə çiynini çəkib. (Hörmətli millət vəkili Zahid Orucu
çıxmaqla. Onun nazirə bir neçə sorğusu isə yəqin təyinatı üzrə
verilməyib, yoxsa nazir özbaşınalığa son qoyardı) Onda yenidən
deputat olmağınıza nə demək olar? Konstitusiya dılğır bir məmurun
rüşvətindən aşağıda tutulacaqsa, bu nə hökumət, nə parlament olacaq ki?!
17 ayda bir Qarabağ əlilinə qarşı cinayətkar özbaşınalığa qiymət verə
bilməyənlərdən nəsə gözləməyə dəyər? MM yetkililərindən “biz acizik”
cavabını almışam, inzibati məhkəmə hakimiyyəti tam deqradasiyaya
uğrayıb, hörmətli Əli müəllim, Sizdən cavab gözləyirəm:” Baş nazirin
müavini olanda adi bir məmur özbaşınalığına son qoya bilmədiniz, MM-in
deputatı, lap rəhbəri olanda son qoyacaqsınız?”
Məğrur Bədəlsoy
TEREF
 
 

 


Ardını oxu...
Bakının Xətai rayonunda yerləşən 28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Poliklinika Bölməsinin baxımsızlığı müzakirə mövzusu olub.

Sosial şəbəkələrdə paylaşılan fotolarda poliklinika divarlarının uçub töküldüyü, qapıların yararsız olduğu diqqət çəkib.

Vəziyyətdən şikayət edən vətəndaş qeyd edib ki, bu cür yararsız yerdə tibbi xidmət almaq məcburiyyətində olduğumuz halda bizim hər birimizin əməkhaqqından icbari tibbi sığorta üçün iki faiz pul tutulur.

"Əgər biz özəl tibb müəssisələrinə getmək məcburiyyətində qalırıqsa, o zaman maaşımızdan iki faiz niyə tutulur?" - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən poliklinikanın mövcud vəziyyəti, potensialı və ehtiyacları təhlil olunub.

"Ölkədə ilkin səhiyyə xidmətinin səmərəli təşkili, maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının yaxşılaşdırılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicənin aparılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mütəxəssislərindən ibarət Koordinasiya qrupu fəaliyyət göstərir.

Hazırda bu sahə üzrə kadr potensialının gücləndirilməsi, ilkin səhiyyə xidməti göstərən müəssisələrin əhalinin sağlamlıq ehtiyaclarına uyğun olaraq ölkə üzrə optimallaşdırılması, infrastrukturun təkmilləşdirilməsi ilə bağlı müvafiq təhlillər aparılır, layihə və təkliflər hazırlanır.

Qeyd olunan məsələ ilə bağlı isə bildirmək istəyirik ki, adı keçən müəssisənin mövcud vəziyyəti, potensialı və ehtiyacları təhlil olunub, həlli istiqamətində işlər görülməkdədir" - deyə açıqlamada vurğulanır.\\Oxu.az
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti