Ardını oxu...
Hazırda akademik Aqil Əlirza oğlu Əliyevin əmlakları ətrafında məhkəmə çəkişmələri gedir. Bu işdə akademikin nəvəsi Riyad Əliyevin mövqeyi olduqca ilgincdir. Riyad Əliyev atası İlqar Əliyevin şəriklərindən biri olmuş İlham Məmmədovla eyni mövqedən çıxış edərək əməlaklar tələb edir.

Növbəti yazımızda İlham Məmmədovun akademikin ailəsi ilə tanışlığı, sonradan bu əmlaklara necə şərik çıxdığı, bir müddət əvvəl Dövlət Təhülükəsizlik Xidməti tərəfindən həbs edilməsinin səbəbləri barədə məlumat verəcəyik.

İlham Məmmədovun sensasion səs yazıları da redaksiyamıza daxil olub. Vaxtilə akademik Aqil Əliyev tərəfindən yaradılan “Azinteroil” şirkətinə də sahiblənmək istəyən İlham Məmmədov bu məqsədləri üçün Riyad Əliyevdən istifadə edir. Maraqlıdır ki, bir zamanlar Aqil Əliyevin yanında özünə sığınacaq tapan İlham Məmmədov indi Əliyevlərə məxsus əmlakları ələ keçirmək istəyir. Bildirir ki, bütün bu işləri öz investisiyası hesabına qurub.

İlham Məmmədovun sensasion səs yazılarında ölkə rəhbərliyinin adını çəkərək ayrı-ayrı şəxslərə hədə-qorxu gəldiyi də məlum olur. Həmin səs yazılarında “mənim hər kvadratmetrimə dövlət qarant verir” deyərək İlqar Əliyevin ətrafında olan insanları qorxutmağa çalışır. Hətta daha da irəli gedərək ölkə başçısının da adını çəkir və bu məsələlərdən onun da xəbəri olduğunu söyləyir.

Bundan başqa, İlham Məmmədov daha əvvəl İlqar Əliyevin xanımı Solmaz Əliyevanın adına keçirilən əmlaka qarşı da iddia qaldırıb. Həmin əmlakla bağlı maliyyə arayışı Solmaz Əliyevaya təqdim edilsə də, İlham Məmmədov bununla razılaşmır. Öz imzası ilə həmin əmlaka borcun olmadığını təsdiq edən İlham Məmmədov uzun illər keçəndən sonra başqa fikirə düşüb. Deyir ki, maliyyə arayışı verilsə də, pul kassaya ödənməyib…

Riyad Əliyev babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Bu iddiaları isə özünü şərik kimi təqdim edən İlham Məmmədovun diqtəsi ilə həyata keçirir.

Musavat.com xəbər verir ki, məhkəmələrə üz tutan Riyad Əliyev bildirir ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.

Riyad Əliyev atası İlqar Əliyevin xanımı Solmaz Əliyevanın əmlakına həbs qoyulmasına da nail olub. Bu qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərli çıxarıb. Riyad Əliyev, hətta cavabdeh kimi göstərdiyi Solmaz Əliyevanın və digərlərinin ölkədən çıxışının qadağan edilməsini istəyib. Məhkəmə bu hissəsədə iddianı təmin etməyib.

Solmaz Əliyeva vəkilləri vasitəsilə bu qərardaddan şikayət verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə baxılıb.

Bu məhkəmə prosesində hakim jurnalistlərin iştirakına icazə verməyib. Hakim köməkçisi vasitəsilə jurnalistlərə belə bir mesaj çatdırıb: “Məhkəmə prosesi audio-video çəkilişlə aparıldığı üçün jurnalistlərin iştirakına gərək yoxdur”.

Əminliklə deyə bilərik ki, bu günə qədər müxtəlif əsassız səbəblərlə məhkəmə zallarının qapısını jurnalistlərin üzünə bağlayan hakimlər olub. Amma indiyədək belə bir absurd bəhanə gətirən hakim olmayıb. Verilən izahdan belə çıxır ki, hakim lentə alınan audio-video yazını mətbuata təqdim edəcəyi üçün jurnalistlərin iştirakına, onların əziyyət çəkməsinə razılıq verməyib. Ya da ki, qısa bir müddətdə ağlına başqa bəhanə gəlməyib.

Aydın məsələdir ki, uzun illərdir məhkəmə proseslərində qeyri-rəsmi qadağa ilə jurnalistlərin videoçəkiliş aparmasına qadağa qoyulub. Amma jurnalistlərin məhkəmə proseslərində iştirakına qadağa qoymaq hakimlərin fərdi qaydada qəbul etdiyi özbaşına və qanunsuz qərardır.

Bu arada onu da qeyd edək ki, hakim Elnur Həsənov bağlı qapılar arxasında keçirilən məhəkəmə iclasında Yasamal Rayon Məhkəməsinin qərarını dəyişməyib.

Xatırladaq ki, bundan başqa, Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.

Məhkəmə prosesi hakim Günel Əkbərlinin sədrliyi ilə baş tutur. Yuxarıda qeyd etdiyimiz iddia ilə bağlı qərar çıxaran Günel Əkbərli məhkəmə prosesinin jurnalistlərin iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edilməsini istəyib. Bu məhkəmə işi davam edir.

Qeyd edək ki, prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.

İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə “Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi.

İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb.

Qeyd edək ki, Şahbaz Şahbazov barəsində cinayət işi açılıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.

Musavat.com

Ardını oxu...
 
 

 
Salyanın Xıdırlı kənd orta məktəbi bərbad vəziyyətdədir.

 

Bu barədə İTV-nin yayımladığı süjetdə əks olunub.

Şəhid Təbriz Xəlilbəyli adına məktəbdə 1000-ə yaxın şagird təhsil alır.

Qeyd olunur ki, təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Məktəbin pəncərələrində şüşələr yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür.

Şirvan-Salyan Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib ki, Xıdırlı kənd tam orta məktəb binasının əsaslı təmir olunmasına ehtiyac var. Artıq bununla bağlı müvafiq sənədlər hazırlanır.

 

XalqXeber.Az
Ardını oxu...
Qısa məlumat üçün qeyd edək ki, Azadxan Xanməmmədovun adı dövrü mətbuatda dəfələrlə müxtəlif cinayət əməllərində hallanıb.
Azadxan Xanməmmədov mətbuata verdiyi açıqlamalarda qeyd edirdi ki, guya onun şəriki olan
“Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidov ona məxsus kommersiya təyinatlı daşınmaz obyekti zəbt edib.
Faiq Seyidov isə öz açıqlamalarında Azadxan Xanməmmədov ilə şərik olmadığını, onun şər-böhtan danışdığını bildirirdi.
Azadxan Xanməmmədov elədiyi şər-böhtanın işə yaramadığını görərək, konkret addım atmaq qərarına gəlib.
Belə ki, Azadxan Xanməmmədov 2017-ci ildə bir qrup kriminal şəxslə əlbir olaraq Faiq Seyidova məxsus obyektə hücum edərək külli miqdarda ziyan vurub.
Və nəticədə hücum təşkil edərək ictimai qaydanı kоbud surətdə pоzan Azadxan Xanməmmədov barəsində külli miqdarda zərər vurmaqla törətdiyi dələduzluq cinayəti ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilib.
Xeyli araşdlrmalardan sonra məlum olub ki, Azadxan Xanməmmədov guya şəriki olan Faiq Seyidovu şantaj edərək ondan pul almaq istəyib.
Belə ki, şirkətin Baş direktoru Faiq Seyidov dövlət orqanlarına müraciətində bildirib ki, hazırda xuliqanlıq maddəsi ilə həbsdə olan “iş adamı” Azadxan Xanməmmədov onun etibarından sui-istifadə etməklə 2014-cü ildə razılaşma əsasında 1500 000 manata satdığı əmlakı bu günə kimi mülkiyyətinə keçirməkdən müxtəlif bəhanələrlə boyun qaçırıb: “Sonradan məlum olub ki, bu əmlak ona yox, oğlu Azər Xanməmmədova məxsus imiş və bizə satmamışdan xeyli əvvəl 2010-cu ildə “Access Bank” QSC girov qoyub külli miqdarda kredit götürübmüş. Azadxan Xanməmmədovun etibardan sui-istifadə edərək külli miqdarda ziyan vurmaq yolu ilə törətdiyi hərəkətlərlə bağlı AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirləndirilməsi və cinayət işinin başlanması üçün tərəfimizdən Binəqədi RPİ-nə ərizə ilə müraciət olunub”.
Faiq Seyidov müraciətində qeyd edib ki, artıq bir ildən çoxdur Azadxan Xanməmmədovun şantaj və böhtanlarına məruz qalır: “Hazırda həbsdə olmasına baxmayaraq yenə də çirkin əməllərindən əl çəkmir. Bizdə olan məlumata görə bütün əməllərinin boşa çıxdığını görən Azadxan Xanməmmədov cinayətkarlara pul vəsaiti təklif etməklə mənim və ailə üzvlərimin həyatına təhlükə yaratmağı planlaşdırır. Bu əməllərində müxtəlif media orqanlarından istifadə edərək özünü yalandan şirkətin ortağı kimi qələmə verir, razılaşma əsasında 1500 000 manata satdığı əmlakın guya zəbt edildiyini bəyan edir.
Bəli, “XALİQ FAİQOĞLU” şirkətinin uğurlarını, sərnişindaşıma sahəsində həyata keçirdiyi islahatları həzm edə bilməyən dələduz “iş adamı” Azadxan Xanməmmədov hər bir vasitə ilə fəaliyyətimizə mane olmağa çalışır.
Eyni zamanda məlum olub ki, Azadxan Xanməmmədovun külli miqdarda ziyan vurmaqla törətdiyi cinayət hadisəsinin tək qurbanı biz deyilik. Məlum olur ki, Azadxan Xanməmmədov haqqında müxtəlif istintaq orqanlarında ayrı-ayrı cinayət işləri aparılır”.
Bəli, Azadxan Xanməmmədov özünün adına olmayan, hətta kredit üçün banka qoyulmuş 1.5 MİLYON dəyərində obyekti saxta yolla satıb...
Sonra işin üstü açılanda Faiq Seyidovu oğlu vasitəsilə şantaj etməyə başlayıb.
İndi məlum oldumu, illər sonra Faiq Seyidovun oğlunun adı nə üçün mediada hallanıb..?
Çox təəssüf ki, bu işdə bəzi həmkarlarımızın, media mənsublarının da adı hallanır.
Bəs, Azadxan Xanməmmədovun digər qurbanları kimlərdir..?
Azadxan Xanməmmədovu azadlığa buraxdıran məmur kimdir..?
Bu barədə araşdırmalarımız davam edir.
Bizi izləyin.
P.S. Azadxan Xanməmmədovla Camaliya-nı nə birləşdirir?
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Redaksiyamıza Naxçıvan DİN-dən maraqlı məktub daxil olub. Məktub bir müddət əvvəl Naxçıvan “xan”ına sadiq olan polis əməkdaşları haqqında dərc etdiyimiz yazıya cavab xarakterlidir. Xatırladaq ki, həmin yazıda bir neçə polis zabitinin adını qeyd etmişdik. Onlardan ikisi Əli Qasımlı və Zeynal Babayev idi.

Yadınızdadırsa, həmin yazıda Zeynal Babayevin Naxçıvan Ali Məclisinə şikayətə gedən vətəndaşların qarşısının alınmasında göstərdiyi xidmətlərinə görə Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinə rəis müavini vəzifəsinə təyin edildiyini bildirmişdik. Bu zaman istər-istəməz ortaya belə bir sual çıxırdı: Bəs Zeynal Babayevdən sonra Naxçıvan MR-də ən mühüm polis xidmətlərindən sayılan bu işi - şikayətə gedən vətəndaşların qarşısının alınması vəzifəsini kim yerinə yetirəcək?

Ardını oxu...

Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən Ovqat.com-a daxil olan məktubda məhz bu suala aydınlıq gətirilir. Sən demə, Zeynal Babayevin yerinə Əli Qasımlı transfer edilib.

Bildirilir ki, Əli Qasımlı Naxçıvan MR Ali Məclisinin sədrinə sadiq kadrlardan olub. Maraqlıdır ki, “xan”a bu qədər bağlı olmasına baxmayaraq, onu hansısa bəd əməlinə görə cəzalandırmış və Ordubada göndərmişdilər. Zeynal Babayevin öz “müqəddəs” vəzifəsindən ayrılmasından sonra belə bir məsuliyyətli işə ən layiqli polis əməkdaşının Əli Qasımlı olacağına qərar verilib və o, Ordubaddan MR paytaxtına, yəni Naxçıvan şəhərinə gətirilib.

Bu məktubdan sonra adı çəkilən "sadiq" kadr haqqında Naxçıvan DİN-də olan mənbələrimizdən məlumat toplamağa çalışdıq. Axı, bu Əli Qasımlı deyilən şəxs kimdir ki, belə “müqəddəs” vəzifə məhz ona həvalə edilib? Sən demə, “qəhrəmanımız” Əli Qasımlı Ovqat.com-a “yad” birisi deyilmiş. O, MR DİN-nin Cinayət Axtarışı İdarəsinin rəisi Qasım Həsənovla əlbir olub Ovqat.com saytının baş redaktoruna qarşı təşkil edilmiş söyüş kampanyasının başında duran şəxs imiş. Həmçinin mənbələrimizdən birinin verdiyi məlumata görə, Ovqat.com-un Naxçıvan MR ərazisində bloklanması təklifini verənlərdən biri də elə Əli Qasımov olub.

Mənbəmizin dediyinə görə, Ə. Qasımovun Naxçıvan DİN-də işləmədiyi strukturda qalmayıb. Onun ən mühüm uğuru isə MR DİN-in məşhur 7-ci şöbəsində qeydə alınıb. Culfa Rayon Polis Şöbəsində xidmət etmiş sabiq əməkdaşlardan birinin dediyinə görə, Əli Qasımlı bu şöbədə xidmət etdiyi vaxt vaxtaşırı Culfa RPŞ-yə gəlirmiş. Təsəvvür edin, “qəhrəmanımızın” zəhmi elə ağır imiş ki, yolu Culfadan düşəndə bu rayonunun polis şöbəsinin rəisi, "qaniçən Şərif" adı ilə ün qazanmış polis polkovniki Şərif Hüseynəliyevin belə kürkünə birə dolurmuş. Hətta “Əli Qasımlı” adını eşidəndə belə ciddi həyəcan keçirən Şərif müəllim bir də zəhmli “SEDMOY” əməkdaşı sonuncu xidmət yeri Ordubad Rayon Polis Şöbəsinə “cəza batalyonu”na göndəriləndə rahat nəfəs almağa başlayıb.

Maraqlıdır ki, Ordubad RPŞ-dəki fəaliyyəti zamanı Əli Qasımlının xarakterində mühüm dəyişiklilər baş verir. O, “qaniçən Şərif”lərin kürkünə birə salan “Gestapo” nümayəndəsindən “həlim polis” nəfərinə çevrilir. Hər halda Ordubad RPŞ-dəki mənbəmizin bizə veridyi məlumatdan belə anlaşılır. Mənbəmiz iddiasına görə, Əli Qasımlı Orudubad rayonunda xidmət etdiyi dövrdə kollektiv arasında müsbət keyfiyyəti ilə tanınıb. Hətta, Əylis kəndində keçirdiyi əməliyyat tədbiri nəticəsində dövlət maraqlarını mənfur qəsdlərdən qoruduğu da bildirilir. Həmin tədbirin nədən ibarət olduğunu soruşsaq da, mənbəmiz bunun məxfi məlumat kateqoriyasına girdiyini əsas gətirərək bizə heç bir bilgi vermədi.

Ardını oxu...

Əli Qasımlının ideya yoldaşı Qasım Həsənova gəlincə, sən demə, bu adam milli-azadlıq hərəkatına və onun liderlərinə həmişə sayğı ilə yanaşan demokratik fikirli bir ailədən gəlirmiş. Onun mərhum qardaşı Ələddin Həsənov uzun illər Culfada katib işləyib, öz fəaliyyəti və həyatı boyunca Əbülfəz Elçibəyə dərin məhəbbəti ilə tanınıb. Rəhmətlik Elçibəy də onun bu vətənpərvərliyinə laqeyd qalmayıb. Hakimiyyətə gələn kimi, Ələddin Həsənovu hərbi polisin rəisi təyin edib. Ələddin bəy də Elçibəyin bu etimadını ömrünün axırına qədər qorumağa çalışıb. Hətta bəyin qardaşı Almurada, bacısı uşaqlarına hər cür maddi və mənəvi dəstəyi əsirgəməyib.

Belə bir vətənpərvər ailənin üzvü olan Qasım Həsənov isə Naxçıvan MR DİN-də yüksəlmək üçün polisləri güdmək və demokratik qüvvələrə qan uddurmaqla ad çıxarıb. Yəqin ki, bu xidməti sayəsində “Xan” rejiminin onu mükafatlandıracağını umur, gözünü böyük yerlərə - ən azı Naxçıvan MR Daxili İşlər naziri vəzifəsinə dikibmiş. Di gəl ki, bütün səylərinə baxmayaraq, Naxçıvan MR DİN-in Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsindən o tərəfə keçə bilməyib və bundan sonra keçə bilməyəcək də. Məlumata görə, Qasım Həsənov xidmət etdiyi “xan” həzrətlərinin tapşırığı ilə sentyabr ayında istefaya göndəriləcək.

Bu yerdə yadıma “Naxçıvan” adlı şeirimdən bir hissə düşdü:

“Tarixə bəxş etdin neçə igidi,

Oldular Zamanın qaranquşları.

İndi əvəz edir Hüseyn Cavidi
Dövrün Kamalları, Siyavuşları.

Oddan kül törəyər, otdansa saman,

Mənim canım, gözüm, anam Naxçıvan”.
 
Ardını oxu...
"39 onlayn media subyektinə göstərilən dəstək bəzilərində dayandırılıb, bəzilərinə ciddi xəbərdarlıq edilib, bəzilərinə isə maliyyə sanksiyaları tətbiq edilib. Lakin biz bununla bağlı ictimaiyyətə məlumat vermədik və həmin redaktorlarla söhbət etdik. Agentliyin rəhbərliyi düşündü ki, saytlara edilmiş xəbərdarlıqla bağlı cəmiyyətə məlumat verməyimiz onların reputasiyasına təsir göstərə bilər. Monitorinqin gedişi barəsində, yalnız bizdən dəstək alan media subyektlərinin özlərini məlumatlandırırıq".

Bu fikirləri Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin mətbuata verdiyi müsahibəsində deyib.

Jurnalist Ədil Hüseynli bildirib ki, bu hal MEDİA-nın fəaliyyətinin şəffavlığını şübhə altına alır: "Belə çıxır ki, bunların məqsədi özlərinin müəyyənləşdirdiyi saytları qorumaqdır. İlham Əliyevin sərəncam ilə yaradılmış Medianın İnkişafı Agentliyi bir neçə nəfərin müəyyənləşdirdiyi 39 media subyektinə xidmət göstərir, özləri üçün yaradılıb, onlar üçün işləyirlər. Məntiq bunu deyir".

Baş redaktor bildirib ki, cəmiyyətdən informasiya gizlədən qurumun fəaliyyəti dərhal yoxlanmalıdır: "Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov monitorinq məlumatlarını ictimaiyyətdən gizlədib.

Prezident İlham Əliyevin isə Milli Mətbuat Günü jurnalistləri təbrikində belə cümlə var idi - "...mətbuat vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməlidir".

Buyurun, hörmətli yoxlama aparan qurumlar, yoxlayın, araşdırın, ictimaiyyətə məlumat verin. Bu məlumatları bilmək hər bir Azərbaycan vətəndaşının borcudur. Çünki büdcə həm də vətəndaşların verdiyi vergi ilə formalaşır.

Dövlət büdcəsindən mətbuat üçün ayrılan vəsait hara xərclənib?

Ayda 3 min manat alan hansı redaksiya puldan düzgün və səmərəli istifadə etməyib?

Bu neçə ay davam edib və həmin pullar hara xərclənib?

Araşdırma üçün yetərli faktlar var.

Bizimxeber.az
 
 
 

Ardını oxu...
Milli Məclisin ən passiv deputatlarının adları bəlli olub.

DİA.AZ Meclis.info-ya istinadla xəbər verir ki, 2021-ci il ərzində 16 deputat Milli Məclisin plenar iclaslarında bir dəfə də olsun danışmayıb. Milli Məclisin 2021-ci il stenoqramı da bunu sübut edir.

O da məlum olub ki, həmin 16 deputatın ikisi - sabiq spiker Oqtay Əsədov və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov parlamentin ötən il keçiirlən iclaslarının böyük əksəıriyyətində, ümumiyyətlə, iştirak etməyib.

2021-ci il ərzində Milli Məclisdə heç danışmayan deputatların siyahısını təqdim edirik:

Vasif Talıbov

Oqtay Əsədov

Ülviyyə Ağayeva

Sabir Hacıyev

Ülvi Quliyev

Sevinc Hüseynova

Rasim Musabəyov

Ardını oxu...

Nəsib Məhəməliyev

Mixail Zabelin

Malik Həsənov

Madər Musayev

İmamverdi ismayıllov

Əlabbas Salahzadə

Cavanşir Feyziyev

Anatoli Rafailov

Ağalar Vəliyev
Ardını oxu...
 
 

 
Qusar Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

 

Xalqxeber.az -ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN – 4700126292) olub.

Tender müsabiqəsinin şərtlərinə görə Verdixanov Mübariz Eygün oğlu Qusar Kommunal Müəssisələr Kombinatına şəhərin park və küçələrində əkmək üçün müxtəlif növ (Eldar şamı, Kipares ağacı, Elandra ağacı, qızılgül və s.) ağac və güllər satacaq və qarşılığında 7 min 396 manat 60 qəpik alacaq.

Məlumat üçün bildirək ki, Verdixanov Mübariz Eygün oğlu daha əvvəl fərdi sahibkar kimi Qusar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən keçirilən tender müsabiqələrində dəfələrlə qalib olub. Eyni zamanda Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin də qalibi olub.

Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq millət vəkili Asya Manafova ilə sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri tərəfindən qurulan şirkətlərə də rəhbərlik edir.

22 sentyabr 2008-ci ildə sabiq millət vəkili Asya Manafovanın qardaşı Mikayıl Manafov ilə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov “Safari Bak Upak” adlı şirkət təsis ediblər. Mübariz Verdixanov hazırda Mikayıl Manafov və Lətif Bağırov tərəfindən təsis olunan “Safari Bak Upak” MMC-nin (VÖEN- 4700270251) qanuni təmsilçisidir.

Qeyd edək ki, Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub. Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan “Safari” MMC-nin (VÖEN- 4700020861) və 2001-ci ildə təsis olunan “Pioneer” tam ortaqlıq şirkətinin (VPEN- 4700023101) də qanuni təmsilçisidir.

Onu da bildirək ki, tender müsabiqəsini keçirən Qusar Kommunal Müəssisələr Kombinatı rayon İcra Hakimiyyətinə tabedir. 15 ildir Qusar Rayon İcra Hakimiyətinin başçısı vəzifəsini icra edən Şair Alxasovun adı da 2020-ci ildə oğlu İlkin Alxasova məxsus 362,6 kv. metr sahəsi olan obyektin istismarına icazə verməsilə gündəmə gəlib.

 

XalqXeber.Az
Ardını oxu...
Bu gün DİN-in mətbuat xidmətindən yayılan məlumatda futbol oyununa qanunsuz bilet satışı edən daha 22 nəfərin saxlanıldığı qeyd olunub. Həmin şəxslər toplu şəkildə biletləri necə əldə edir?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı bu barədə “Yeni Sabah”a açıqlamasında deyib ki, “qara bazar” bütün dünyada mövcuddur və hər zaman mövcud olub:

“Tələb-təklif məsələsi var. Əgər bir oyuna maraq varsa və bu maraq böyükdürsə, orada qara bazar mütləq formalaşacaq və onlar qanunsuz üsullarla mütləq biletlər əldə edəcəklər.

Çempionlar liqasının Parisdə keçirilən finalını xatırlayaq. Həmin oyunda Fransa kimi qanunların işlədiyi bir ölkədə külli miqdarda saxta biletlər əldə olunmuşdu. O saxta biletləri əldə edənlər stadiona girmişdilər və əlində həqiqi biletlər olan adamlar qalmışdılar çöldə. Hətta bu çöldə qalan adamlar polisə müqavimət göstərdilər. Polis onlara qarşı zor tətbiq elədi, göz yaşardıcı qazdan istifadə elədi. Orada bir iğtişaş da yaşandı.

Yəni, bu, bütün dünyada baş verən proseslərdir. Avropa çempionatının oyunlarında da, dünya çempionatının oyunlarında da və Azərbaycanda da təbii ki...”

“Qarabağ”ın oyunlarına böyük maraq və tələbatın olduğundan danışan jurnalist bildirib ki, oyuna getmək istəyənlər yüz minlərlədir, ancaq stadionun tutumu isə 30 mindir:

“Bu da təəssüf ki, qara bazarın yaranması üçün bir şərait yaradır. Mən orada külli miqdarda, yəni minlərlə biletin əldə olunmasına da inanmıram. Çünki bu prosses haqqında biz idman mətbuatında dəfələrlə yazmışıq. Bu “Qarabağ”ın oyunlarında əvvəllər də olub. Yəni hər bir adam müəyyən yollarla 20-30 bilet əldə edə bilir. Əvvəllər də belə bir proses olub ki, bir nəfərə pasportla 2 biletdən artıq bilet satılmayıb. İnsanlar qohum əqrabalarını gətirirdilər stadionun qarşısına və hər adamın pasportu ilə 2 bilet alırdılar. Əllərində 20-30 bilet cəmləşdirirdilər və oyun günü onları baha qiymətə satırdılar.

Amma bu dəfəki proses bir qədər fərqli idi. Çünki problem onlayn satış prossesində yarandı. Təkcə hansısa azarkeşlərin və ya hansısa dəllalların əli ilə bu işi görmək qeyri-mümkündür. Bu onlayn bilet satışı edən sayt kimin nəzarətindədir, ora kim nəzarət edirdi, oranın təhlükəsizlik sisteminə niyə nəzarət edə bilməyibər, bu biletlər necə əldə olunub, bu məsələlər hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Güman edirəm ki, saytın rəhbərlərinin qara bazardakı dəllallarla müəyyən əlaqəsi ola bilər və onlar o biletləri dəllallara ötürə bilərlər. Bu çox inandırıcı faktdır. Mən iddia eləmirəm, bu təbii ki araşdırılacaq, amma kassalardan ikidən çox bilet satılmırsa, onu kütləvi şəkildə almaq qeyri mümkündür”.

Natiq Muxtarlı bildirib ki, bunlar onlayn bilet satışından yaranan problemdən qaynaqlanıb:

“O sayt kimin nəzarətindədir, onun rəhbərliyi kimdir, təhlükəsizlik məsələləri niyə qorunmamışdı, niyə onlayn satış zamanı sayta kütləvi surətdə daxil olanda sayt çökdü, bu məsələlə araşdırılsa düşünürəm ki, əsl günahkarlar ortaya çıxacaq.

Stadionun qarşısında tutulanlar isə o dəllalların əldə etdiyi biletləri satanlar idi. Yəni sadə, kasıb adamlardır. Bileti dəllallar onların vasitəsi ilə satdırırlar. Ancaq əsas təşkilatçılar arxa planda qalmasın. Kiçik fiqurları tutub böyük fiqurları qorumağa ehtiyac olmamalıdır. Ümid edirəm, bu araşdırılacaq və əsl cinayətkarlar öz cəzalarını tapacaqlar”.

Natiq Muxtarlı bildirib ki, əvvəllki oyunlarda belə bir ajiotaj olmayıb. Ancaq son oyunda artıq Çempionlar Liqasının pley-off mərhələsi olduğu və maraq da həddindən çox olduğu üçün bu hal baş verib:

““Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşsə və Bakıya daha böyük komandalar, “Barselona”, “Mançester sity” gəlsə ajiotajı təsəvvür edirsinizmi necə olacaq? Və təbii ki, orada qara bazara nəzarət edənlər, pul qazanmaq istəyənlər üçün fürsət yaranacaq. Yəqin ki, bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparacaq”.

Nəzrin Cavadzadə
 

Dünyapress TV

Xəbər lenti