Ardını oxu...
İş adamı Azad Əliyev dəymiş ziyanı ödəməkdəm imtina edir

İsmayıılı rayonunda fəaliyyət göstərən “İsmayıllı Tikinti 27” MMC-nin sahibi iş adamı Azad Əliyev Vüsal Həsənova keyfiyyətsiz beton satmaqla onu ziyana salıb. Məsələ ilə bağlı şikayətçi olan Vüsal Həsənov saytımıza bildirdi ki, təsadüfən Bakıda restoranların birində Azad Əliyevin dostu Məmməd Əhmədsoyun oğlu Səfər Əhmədsoyla tanış oldum və söhbət əsnasında atasının beton zavodu olduğunu bildirdi. Vüsal Həsənov Qəbələ rayonunda fərdi ev tikidiyini Səfər Əhmədsoya bildirdikdə isə, o atasının beton zavodu olduğunu və dostu Azad Əliyevə məxsus “İsmayıllı Tikinti 27” MMC-dən ona beton alıb verə biləcəyini bildirib.
Şikayətçi qeyd edir ki, razılaşmaya görə aldığım betonun pulunun bir hissəsi töküldüyü vaxt, bir hissəsi isə avqust ayında verilməli idi. Müqavilədə isə “İsmayıllı Tikinti 27” MMC-nin 400 marka beton verəcəyi qeyd edilib.
Vüsal Həsənov bildirir ki, evin dam hissəsinə istifadə olunan beton quruduqdan sonra ovulub tökülməyə başlayıb. Məsələni araşdırdıqda isə məlum olub ki, hətta “İsmayıllı Tikinti 27” MMC tərəfindən daha önvə satılan betonlar belə müqavilə şərtlərində yazıldığı kimi 400 marka deyil, 350 markadır və sonuncu verilən beton isə istifadəyə tam yararsızdır. Həmçinin satılan betonun ucuz başa gəlməsi üçün gilli çay daşından istifadə olunub və ölçü çox gəlməsi üçün suyunu normal qaydasından dəfələrlə artıq əlavə ediblər.
Şikayətçi beton tökülmə ərəfəsində problemlə bağlı “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi ilə əlaqə yaradıb və Azad Əliyev ona bildirib ki, “narahatçılığa əsas yoxdur,betonu tökün əgər hər hansı bir problem olarsa bütün ziyanı qarşılayacaq”.
Vüsal Həsənov qeyd edir ki, yaranmış problemdən sonra “İsmayıllı Tikinti 27” MMC rəhbərliyi dəymiş ziyanı ödəməkdən boyun qaçırırlar. Keyfiyyətsiz beton satışı ilə məşğul olan Azad Əliyev açıq şəkildə bildirir ki, “mən heç kəsdən qorxmuram, hara şikayət edirsən elə…”.
aktualxeber
 
Ardını oxu...
AZƏRİŞIQ AÇIQ SƏHMDAR CƏMİYYƏTİ-nin Sədri Hörmətli Cənab Vüqar Əhmədova
surəti: Azərbaycan Respublikasının Energetika
naziri cənab Pərviz Şahbazova
Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi
Quliyev Anar Ələmqulu oğlu
Tərəfindən

M Ü R A C İ Ə T

“Azərişıq” ASC Sədri cənab Vüqar Əhmədovun göstərişlərinə məhəl qoymadan, qanuna zidd hərəkətləri ilə qurumun nüfuzuna xələl gətirən “Azərişıq” ASC məmurları barəsində tədbir görülməsi üçün Sizlərdən kömək istəyirəm.
Sumqayıt şəhər 4-cü mikrorayon ərazisində yerləşən obyektin şəbəkəyə qoşulması üçün ASAN xidmətə ödənilməli olan rüsumun məbləği 27.500 AZN-dir. Obyekt sahibi bu rüsumu ödəməyə hazırdır. Lakin “Azərişıq” ASC-nin Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədov “süründürməçilik siyasəti”ni işə salaraq “Azərişıq” ASC-nin xeyrinə olan bu işə qəsdən maneçilik edir. Belə ki, abonent qeyd olunan məbləği ASAN Xidmətə ödəmək üçün Arif Məmmədov rəy verməlidir. A.Məmmədov obyektin transformator məntəqəsinin mühafizə zonasında yerləşdiyini bəhanə edərək “Azərişıq” ASC-nin xeyrinə olan bu məsələyə məqsədli şəkildə maneçilik edir. Şəbəkəyə qoşulmaq istəyən obyektin arxa divarı ilə 59 saylı Transformator Məntəqəsinin arxa divarı arasındakı məsafə 60 sm-dir. Obyektin və Transformator Məntəqəsinin arxa divarlarında nəinki qapı nəfəslik belə yoxdur, təmamilə qapalıdır.
“ASAN” və 13-cü xidmətin fəaliyyətinə Cənab V.Əhmədov tərəfindən xüsusi önəm verilir. Texniki Nəzarət İdarəsinin rəisi A.Məmmədov bütün bunları bilə-bilə həm sahibkarı süründürməçiliyə salmaqla qurumun nüfuzuna zərbə vurur.
Bununla bağlı Arif Məmmədovun mobil nömrəsinə zəng edərək onun bu hərəkətinin “Azərişıq” ASC-nin mənafeyinə həm də qanuna zidd olduğunu bildirmişəm.
Telefon danışığımız zamanı bu məsələni müsbət həll edəcəyinə dair mənə kişi kimi söz verdi, sonra nömrəmi blokladı və “Qurbanəli bəy” kimi “qaçıb gizləndi”
Məlumatlarıma görə A.Məmmədovun rəhbəri olduğu Texniki Nəzarət İdarəsi yüksək gərginlikli hava xətlərinin altında tikilən kommersiya obyektlərindən 5000-7000 AZN rüşvət alıb rəy yazırlar. Sözü gedən obyektdən də 3000 manat “şirinlik” istəyiblər. Belə çıxır ki, bunlar “Azərişıq” ASC-nin mənafeyini pula satırlar.Bu idarə özünə aid işlə məşul deyil. Bunlar üçün öz mənafeləri qurumun mənafeyindən üstündür. Bunların işi yarımstansiyalara, transformator məntəqələrinə nəzarət etməkdir. Öz işlərini yerinə yetirmirlər, yetirməsinlər heç olmasa qeyri-qanuni hərəkətlərilə “Azərişıq” ASC-ni nüfuzdan salmasınlar.
3000 manata görə “Azərişıq ASC-ni 27.500 manat ziyana salan bu idarə kimə gərəkdir ?!
Əminəm ki, cənab Vüqar Əhmədov bunlardan xəbərsizdir.
Xahiş edirəm “Azərişıq” ASC-nin mənafeyini düçünmədən, qurumun nüfuzuna xələl gətirən Texniki Nəzarət İdarəsinin rəisi Arif Məmmədovun “süründürməçilik siyasəti” nə son qoyulmasında yardımçı olasınız.
Öncədən Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə A.Quliyev
 
Ardını oxu...
Azərbaycanın kəndlərində heyvan saxlamaqdan kütləvi şəkildə imtina olunur. Kənd Təsərrüfatı Nazirliyi təsəlliverici məlumatlar vermək əvəzinə, real iş görməlidir.

Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü il yanvar ayının birinə ölkəmizdə iribuynuzlu heyvanların sayı 2 milyon 628.6 min, xirdabuynuzlu heyvanların sayı isə 7 milyon 772.1 min baş təşkil edib. Bu da əvvəlki illə müqayisədə iribuynuzlu heyvanların sayının 0.8% və ya 20.2 min, xırdabuynuzlu heyvanların sayının isə 1.6% və ya 127.6 min baş azalması deməkdir. Belə ki, 2022-ci ilin yanvar ayının birində iribuynuzlu heyvanların sayı 2 milyon 648.8 min, xırdabuynuzlu heyvanların sayı isə 7 milyon 899.7 min baş olub.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) rəsmiləri ölkədə heyvanların sayının azalmasını fermerlərin xaricdən gətirilən yeni sort heyvanlara üstünlük verməsi ilə izah edirlər. Onların sözlərinə görə, fermerlər öz təsərrüfatlarında gündə 2 litr süd verən 3 inək saxlamaq əvəzinə, süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən 1 inək saxlamağa üstünlük verirlər. Bu səbəbdən ölkədə heyvanların baş sayı azalsa da, ət və süd istehsalı artıb.

Lakin “Yeni Çağ”ın apardığı araşdırma zamanı KTN rəsmilərinin açıqlmalarının həqiqətlə uyğunlaşmadığı üzə çıxıb. Məlum olub ki, hazırda Azərbaycanın kəndlərində yaşayan ailələr heyvan saxlamaqdan kütləvi şəkildə imtina edirlər. Buna səbəb isə onların heyvan saxlamaq üçün şərait və imkanlarının olmamasıdır. Belə ki, əksər kənd yerlərində, xüsusilə də istirahət zonalarında bələdiyyələrin balansında olan örüş yerləri müxtəlif şəxslərə satılıb. Həmin yerlərdən örüş kimi deyil, digər məqsədlər üçün istifadə olunur. Məsələn, İsmayıllı rayonunun bir sıra kəndlərini buna misal göstərmək olar. Bu hal qoyun sürülərinin bəsləndiyi yerlərə, xüsusilə də Mərkəzi Aran rayonlarında yerləşən qışlaqlara da aiddir. Örüş yeri olmadığı üçün heyvanları daimi tövlə şəraitində saxlamaq isə kəndli üçün sərfəli deyil. Nəzərə alaq ki, hazırda 1 ədəd ot tayının qiyməti 4-6 manat, arpanın 1 kiloqramı 35-45 qəpikdir. Mövsüm bitəndən sonra, yəni payız və qış aylarında isə bu qiymətlər daha da artır. Belə olan halda heyvanların bəslənməsi üçün çəkilən xərclər gəlirlərdən çox olur. Buna görə də, kənd yerlərində yaşayan insanlar üçün heyvan saxlamaq sərfəli görünmür. Bu səbəbdən onlar heyvanlarını satır, pay torpaqlarında isə ya taxıl əkir, ya da həmin əraziləri başqalarına icarəyə verirlər. İcarəyə alınan torpaqlarda da əsasən taxıl becərilir. Beləliklə də, ölkə üzrə heyvanların sayı azalır.

Respublikada yaradılan yeni, müasir standartlara cavab verən təsərrüfatların sayı isə olduqca azdır. Müqayisə üçün bildirək ki, sovetlər dönəmində demək olar ki, Azərbaycanın hər bir kəndində 1 təsərrüfat var idi. Həm də hər bir ailə fərdi şəkildə heyvan bəsləyirdi. İndi isə həmin təsərrüfatlar yoxdur. Fərdi şəkildə heyvan bəsləyənlərin sayı da getdikcə azalır.

Mütəxəssislər hesab edirlər ki, bu məsələyə ciddi yanaşılmalıdır. KTN rəsmiləri təsəlliverici məlumatlar yaymaq əvəzinə, real iş görməlidirlər. Xüsusilə kənd yerlərində yaşayan insanların heyvandarlığa marağı artırılmalı, bunun üçün müvafiq yollar tapılmalıdır. Məsələn, bunun üçün kənd təsərrüfatı kooperasiyalarının yaradılması üzərində dayanmaq olar. Amma burada vacib bir məsələni vurğulamaq lazımdır ki, kooperasiyaların yaradılması üçün lazım olan vəsait və s. fermerlərin hesabına olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hazırda kənd yerlərində yaşayanların bir çoxu bu resurslara malik deyil. Bir çoxlarının da kooperasiyalar barədə məlumatı yoxdur. Ona görə də, KTN və digər aidiyyəti qurumlar bu məsələnin üzərində ciddi düşünməlidirlər. Hesab olunur ki, kooperasiyaların yaradılması işini pilot layihə olaraq, dövlətin dəstəyi ilə 1 rayon və ya ayrı-ayrı kəndlər üzrə həyata keçirmək mümkündür. Daha sonra isə işi sürətləndirmək olar.

Qeyd edək ki, heyvandarlığın əsaslı inkişafı torpaqların da səmərəli istifadəsinə imkan yarada bilər. Belə ki, hazırda ölkə üzrə əkin sahələrinin əksər hissəsindən ildə 1 dəfə istifadə olunur. Əsasən də həmin torpaqlarda taxıl əkilir. Halbuki sovetlər dönəmində əkin sahələrinin əksər hissəsində ildə azı iki dəfə əkin aparılırdı. İndi də həmin torpaqlarda bu prosesi həyata keçirmək mümkündür.

Beləliklə, ölkədə heyvandarlığın əsaslı inkişafını təmin etməklə, həm bu sahənin yüksəlişinə, həm də torpaqlardan səmərəli istifadəyə nail olmaq mümkündür. Bu isə bir çox sahələrə müsbət təsir göstərə bilər. Həm də kənd yerlərində işsizliyin və kənddən şəhərə axının qarşısının alınmasına kömək edər.

“Yeni Çağ”
 
Ardını oxu...
Burası Qazax gömrüyüdür.
Gürcüstana, Türkiyəyə və Avropanın müxtəlif ölkələrinə gedən yük maşınları bu gömrükdən keçir. Gömrükdə isə işi elə qurublar ki, yük maşını sürücüləri adi bir sənədi imzalatmaq üçün saatlarla gözləyirlər. Onların dediklərinə görə, dünyanın heç bir ölkəsində bu cür süründürməçiliklə üzləşməyiblər.
Teref.az yazır ki, bunu baş redaktor Heydər Oğuz deyir. Baş redaktor dediklərini şərh edərək yazır:
Məhz bu səbəbdən TIR sürücüləri bu gömrük məntəqəsinə dantansı bir ad qoyublar: "Dəli Domrul körpüsü".
Və biz bu cür "Dəli Domrul körpüləri" ilə Orta dəhlizin bir həlqəsi olmağa iddialıyıq.

 
Ardını oxu...
“Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə üç uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə beş uşaq deyirəm. Bunu bacardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı praqdimasını dəyişdirir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya son səfəri zamanı mətbuata açıqlamasında deyib.

Ancaq Azərbaycanda Türkiyə Prezidentindən tam fərqli düşünən yüksək ranqlı məmurlar, məqam sahibləri var. Onları Azərbaycanın gələcəyi, güclü olması, böyüməsi kimi “boş-boş şeylər” yox, pul düşündürür...

Məsələn, fikri-zikri nə yolla olursa olsun, dövlətin əhalinin sosial problemlərinin həllinə, pensiyaçılara, imkansız ailələrə ayırdığı büdcə vəsaitlərinə “qənaət etmək” olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Rəcəb Tayyib Ərdoğan kimi düşünmür.

Təsadüfü deyil ki, sosial şəbəkələrdə Türkiyə Prezidentinin fikirlərini “Ərdoğan Sahil Babayevi “vurdu” kimi təqdim edənlər də oldu...

Məsələ ondadır ki, tutduğu vəzifənin fəlsəfəsini, siyasi yükünü, mahiyyətini anlamaqda çətinlik çəkdiyi aydın görünən, dövlətdən, büdcədən əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün daha çox vəsait almağa nail olmaq, yeri gələndə bunun üçün hökumətlə “kəllə-kəlləyə gəlmək” əvəzinə, kasıb-kusubun aldığı olan-qalan vəsaiti də kəsib büdcəyə qaytarmağa çalışan və bununla fəxr edən nazir Azərbaycanda uşaqpulu verilməməsini əsaslandırmağa çalışarkən deyib:"Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük..."

Yəni, əhalinin artımını stimullaşdırmaq olmaz. Bu, Azərbaycan kimi bir ölkənin milli strateji maraqları, dövlətin və xalqın gələcəyi ilə uzlaşmayan, olduqca ziyanlı yanaşmadır və belə zərərli düşüncə sahibini dünyanın heç bir normal ölkəsində bir gün də nazir postunda saxlamazdılar...

Təsadüfi deyil ki, S.Babayevin bu mövqeyi ilə Ərdoğanın təklifi daban-dabana ziddir.

Yəqin, elə şeylər var ki, Ərdoğan bilmir, Sahil Babayev isə bilir....

Hətta bəlkə, bizim nazir Ərdoğandan daha miqyaslı şəxsiyyətdir, ondan daha üstün strateji düşüncəyə malikdir...

İstisna deyil ki, Azərbaycan xalqını, onun kasıbını, pensiyaçısını, əlilini də S.Babayev qədər sevən yoxdur. İnanmırsınızsa, 3-5 manata görə onun nazirliyin qapılarında, məhkəmələrdə süründürülən pensiyaçılardan, imkansız ailələrdən, əlillərdən, qazilərdən soruşun...
azpolitika.info
 
Ardını oxu...
Prezident İlham Əliyev Z.İ.Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, sərəncama əsasən, Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Qeyd edək ki, icra başçısı Ziyəddin Əliyev böyük biznes şəbəkəsi ilə tanınıb. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat vermişdi. Həmin araşdırma yazının təqdim edirik:
Ətraflı

"İcra başçısı Ziyəddin Əliyevin "Fayton" restoranından səfərə çıxsaq, Avropanın ən azı üç ölkəsini gəzib dolaşmalıyıq. Əlbəttə ki, yanında xərclik üçün 200 maaş kartını da unutmamalısan. Axı Avropa bahalı coğrafyadır. Onun Ukrayna, Çexiya və Avstriyada çoxşaxəli biznes şəbəkəsinin olduğu artıq heç kimə sirr deyil.

Şirkətlərin elə 7-si Ukraynadadır. Ən məşhuru Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində benefisiarı olduğu və 7 milyon avroya başa gələn "ALOV" asfalt zavodudur. İcra başçısının Ukraynaya "Alov"lu məhəbbəti o qədər yüksəkdir ki, biznesinin ağırlığını bu ölkəyə yönəldib. İcra başçısının indiyədək sahib olduğu şirkətlərdən 10-u bəlli idi, sənədlə-sübutla, təkzibedilməz dəlillərlə hər biri haqqında yazılıb.

Amma indi məlum olur ki, Ziyəddin Əliyevin Avropada restoran biznesi də varmış.

İcra başçısının oğlu Nicat Əlibəyli 2 il öncə Kenan Koç adlı şəxslə Avstriyanın paytaxtı Vyanada KENA GASTRO GmbH-ni təsis edib.

Qastronomiya sahəsində xidmət lisenziyası alan şirkət 2019-cu il fevralın 22-də Vyana, Johannesgasse 14/1 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının oğlu ilə 75/25 nisbətində ortaqlığa başlayan Kenan Koç qısa müddət ərzində Vyanada daha bir necə şirkət təsis edərək restoranlar şəbəkəsi qurur. Kenan Koç qısa müddət ərzində Vyanada 3 fərqli ünvanda brendə çevrilən Kenny's restoranlarının, "Space Burger", "Pandemic Kitchen"in və "Empire" gecə klubunun meneceri kimi məşhurlaşır. Nicat Əlibəyli isə özünü Kenan Koçla ortaqlığın kölgəsində gizlətməyə çalışır.

Xatırlatmaqla fayda var. İcra başçısına və onun soyadına "bəyli" əlavə edib özlərini Avropada "sanballı işadamları" kimi təqdim edən övladlarının sahib olduğu şirkətlər:

1. ALOV ASFALT ZAVODU (Ukrayna)

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)

3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)

7. SMANBUD TOV (Ukrayna)

8. “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)

9. AZ SERVIS – NR s.r.o. (Çexiya)

10. "METAS-R" MMC (Azərbaycan)

11. KENA GASTRO GmbH (Avstriya).

Ziyəddin Əliyevin rəhbərlik etdiyi rayonda sahib olduğu obyektlərin və əmlakının bir qismi:

Quba rayonu Vladimrovka kəndində "Fayton" restoranı, istirahət kompleksi 1.5 ha ərazidə;

Quba şəhəri, Qəçyəş yolu yaşayış massivində 2 ədəd villa;

Quba - Qonaqkənd yolu, Təngəaltıda dağ yamacının yarıldığı təhlükəli ərazidə otel və restoran kompleksi;

Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu;

Qubanın İqrıq kəndi ərazisində, Quba - Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi;

Quba şəhərinin 28 May parkında restoran əyləncə kompleksi, açıq mini futpol meydançası və gözəllik salonu (icarəyə verilib);

Quba şəhərinin girişində Asan Xidmətlə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər;

Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli bina (300000 manata alıb).!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bu gün Hurriyyet.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Xıncab kənd sakini Məşdi Vilayət oğlu Rüstəmov "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının nəzdində fəaliyyət göstərən və Naxçıvan şəhərində yerləşən "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasovun ona qarşı törətdiyi qanunsuz əməllərdən şikayətlənib.

Məşdi Rüstəmovun sözlərinə görə, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov 2018-ci ildə onun dükanını heç bir səbəb olmadan bağlayıb və nəticədə külli miqdarda ziyana məruz qalıb: "Qurban Abbasov haqsız yerə dükanımı 6 ay bağlı saxlayıb. O zaman rəhmətlik anam və mən müraciət etmədiyimiz adam qalmadı, amma yenə də dükanımı açmadı. Nəticədə külli miqdarda borca düşdüm. Onu da qeyd edim ki, dükanım bağlı olsa da, mən hər ay Həsən adlı dükan sahibinə 400 manat, bazarda pul yığan Mikayıl adlı şəxsə isə 300 manat ödəyirdim. Dükanımı bağlı saxlamaları bir yana, Qurban Abbasov mənə ordakı mallarımı belə, götürməyə imkan vermədi. Həmin ticarət mərkəzində çalışanlar bilir ki, qapını yalnız özləri açıb-bağlamaları üçün bir sistem yığıblar və buna görə də pult bizdə olsa da, qapını ancaq bazarın əməkdaşları açıb-bağlayırdılar. Məsələn, işıq söndüyündə biz onlara müraciət edir və onlar gəlib qapını açırdılar. Bir sözlə, Qurban Abbasov həm dükanımı açmağa, həm də ordakı mallarımı götürməyə imkan vermir".

Ağır şəkər xəstəsi olduğunu və "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru tərəfindən başına açılan olaydan sonra səhhətinin daha da pisləşdiyini, eyni zamanda sosial durumunun bir xeyli ağırlaşdığını vurğulayan şikayətçi bildirib ki, üzləşdiyi problemlə bağlı "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının rəhbəri Vüqar Abbasova müraciət etsə də, bunun heç bir faydası olmayıb: "Bu hadisədən sonra həm sağlıq durumum, həm də ailə və maddi vəziyyətim lap pisləşdi. Külli miqdarda borcum yarandı, xəstəliyim ağırlaşdı, bir ayın içində atamla anam dünyasını dəyişdi. Bir övladım var, onu da güc-bəla ilə dolandırıram. Borcum yarandığından oğlum 8-ci sinifdən məktəbdən ayrılıb bazarda peraşki satmaqla mənə borclarımı qaytarmağa köməklik edir. Mən də ayı 350 manata işləyirəm və qazandığımız ancaq borcları, kreditləri verməyə çatır. Yeri gəlmişkən, onu da deyim ki, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov tərəfindən başıma açılan müsibəti yoluna qoyması üçün "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasova da müraciət etdim. Lakin müraciətimə baxılmadı. Daha sonra poçt vasitəsi ilə ona məktub yolladım və holdinqin aparat rəhbəri Azər Cəfərov məni qəbul etdi. Onunla bir qədər söhbətləşdikdən sonra şəklimi çəkdi. Bunun səbəbini soruşduqda dedi ki, bunu "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasova göndərirəm. Sonra problemin həlli üşün 2 gün vaxt istədi. İki gündən sonra zəng vurub dedi ki, xəstəliyinlə bağlı sənə 1000 manat veririk, mart ayında dükan açılanda "Cahan Holdinq"in rəhbəri "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasovun etdiyi hərəkətə görə sənə hörmət edəcək. Ancaq mənə nə pul verən, nə də hörmət edən oldu. O gündən indiyədək həm Qurban Abbasova, həm də Vüqar Abbasova dəfələrlə teleqramla müraciət etmişəm, lakin bu günə kimi mənə cavab verən, problemimi həll edən yoxdur. Övladım 4-5 ildir ki, bazarda peraşki satmaqla Qurban Abbasovun əməlinə görə düşdüyüm borcu qaytarmaqda mənə yardım edir. Yazıq uşağın canı çıxır, 3-4 aydan sonra hərbi xidmətə getməlidir. Vallah, çox çıxılmaz vəziyyətdəyik. "Cahan Holdinq"in rəhbəri Vüqar Abbasovdan xahiş edirəm ki, Qurban Abbasovun mənə vurduğu ziyanı, təxminən 20 min manata yaxın vəsaiti qarşılasın və bizi bu acınacaqlı durumdan xilas etsin. Düşünürəm ki, məktublarımı ona çatdırmırlar. Əks halda Vüqar Abbasov problemi dərhal həll edər".

Məsələnin maraqlı tərəfi ondadır ki, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov yaratmış olduğu problemi həll etmək, vətəndaşa dəyən ziyanı qarşılamaq əvəzinə, idarə etdiyi bahalı avtomobili və onun nömrəsini göstərərək Məşdi Rüstəmova hədə-qorxu gəlib: "Onu da deyim ki, Qurban Abbasovla söhbət zamanı o, sürdüyü 90 - 100 dövlət nömrə nişanlı (şikayətçi avtomobilin nömrəsinin orta hərflərini yadda saxlamadığını bildirib-red.) "Range Rover" markalı avtomobili göstərərək, "Bax, görürsən mən necə maşın və hansı nömrə ilə sürürəm. Bu cür maşının və belə nömrənin sahibinə kimsə nəsə edə bilər?", deyə hədə-qorxu gəldi. Onda əmin oldum ki, o, arxalandığı adamlara güvənərək başıma bu cür oyunlar açır. Çarəsiz qalıb bu ilin mart ayının 13-də Vüqar Abbasovun qohumu Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimovun da qəbulunda oldum və başıma açılan müsibəti ona danışdım. O, telefon nömrəmi aldı və "Deyəcəm ki, bu işi həll etsinlər" dedi, ancaq bunun da faydası olmadı. Odur ki, sizin vasitənizlə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin dövlətin müvafiq qurumlarına müraciət edərək, onlardan yardım etmələrini, "Cahan" Ticarət Mərkəzinin icraçı direktoru Qurban Abbasov tərəfindən mənə dəymiş ziyanın ödənilməsini təmin etmələrini xahiş edirəm".

Hurriyyet.az
 
 
 
Ardını oxu...
Akademik M.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi “Maşın və avadanlıqların satın alınması” üçün bu ilin aprelin 20-də başladığı açıq tenderin nəticələrini və qalibi açıqlanıb.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 327 min 852 manat olan tenderin qalibi “Supplimed” MMC (VÖEN - 3300484411) olub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Mərkəz üçün 2 ədəd müxtəlif markalı kondisioner, 2 ədəd 15 kq-lıq paltaryuyan, 4 ədəd dörd gözlü elektrik plitəsi, 2 ədəd “A3” və “A4” formatlı printer, 3 ədəd skan aparatı, 1 ədəd komputer monitoru, 2 ədəd komputer, 1 ədəd 2,5 ton qaldırma gücü olan transpalet, 2 ədəd otbiçən, 1 ədəd kompressor, 1 ədəd dtolüstü telefon və 1 ədəd komputer-toçoqrafiya cihazı satın alacaq.

Qeyd edək ki, internet resurslarında MMC barəsində heç bir məlumat əldə etmək mümkün deyil. Hətta şirkətin yaranma vaxtı, hüquqi və vaktiki ünvanı və rəhbərliyi barəsində məlumata rast gəlmədik.

Bununla belə, şirkətin adı bir neçə qaranlıq və şübhəli tenderlərdə hallandırılır.

Belə ki, şirkət Masallı Rayon Mərkəzi Xəstəxanasının həyata keçirdiyi və Tender Komissiyasının rəsmi “etender.gov.az” saytında belə olmayan şübhəli tenderdə qalib gələn 9 şirkətdən biri olub və “Maşın və avadanlıqların satın alınması” ilə bağlı 2021-ci ilin 20 sentyabrında, 19 noyabrında və 31 dekabrında keçirdiyi tenderlərin qalibi olub və ümumi dəyəri 34 min 456 manat olan müqaviləyə imza atıb.

Maraqlı burasındadır ki, şirkət həmin il Sabirabad Rayon Mərkəzi Xəstəxanasının da şübhəli olan və maliyyə dəyəri 1 milyon 76 min 935 manat təşkil edən tenderində də iştirak edib. Qalib olduqdan sonra isə “Maşın və avadanlıqların satın alınması” ilə bağlı maliyyə məbləği 34 min 951 manatlıq satınalma müqaviləsinə imza atıb.

Şirkət 2022-ci ilin oktyabrın 7-də İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rentgen və digər diaqnostik vasitələrin satın alınması ilə bağlı elan etdiyi açıq tenderdə qalib olub və aralarında 3,018 milyon manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vətən müharibəsi şəhidi, mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva dövlət qurumları tərəfindən ona və övladlarına qarşı olan laqeydlikdən gileylənib. Şəhid xanımı məsələylə bağlı dövlət başçısına müraciət edib:
“Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə, niyə həyat yoldaşım hamı üçün canından keçirdi. Rahib şəhid olanda Əli 1 yaş 8 aylıq idi, danışa bilmirdi. Böyüdükcə gözünün birinin də görmədiyini öyrəndim. Bu gün Əli üçün döydüyüm dövlət qapıları bizim üzümüzə bağlanacaqdısa, niyə mənim körpəm atasız qaldı onda? Siz şəhid övladlarına bucürmü dəstək olursuz?! Ən çox elə bu körpə uşaqların yaxşı məktəblərdə bağçalarda oxumaq haqqı var. Axı bizi dövlətə əmanət edib həyat yoldaşım. Biz bu qədər kasıb dövlətdə yaşayırıq k, bir uşağın təhsil haqqını qarşılaya bilmir? Axı ən önəmli vacib təhsil idi. İndi nə oldu daha bir il keçdi deyə uşaqların atası geri qayıtdı ki, baxmırsız? Artıq burdan müraciət edirəm dövlət başçısına. Çünki məktublarımıza baxılmır. Qəbullarda da bizi yola verirlər. İş istəyirik vermirlər, ev istəyirik vermirlər. Uşağımı bağçaya yazdırmışam onun da ödənişini heç bir dövlət qurumu həll etmir. Nə edək indi biz?”.
 

Dünyapress TV

Xəbər lenti