DİA.AZ: - Artıq ƏDV verməkdən yayınan və eyni zamanda dövlətin vergisini verməyi belə ağlının ucundan keçirməyən şirkətlərin sırası genişlənməkdədir. Deyəsən, artıq dövlət babanın "Vergilər Nazirliyi" kimi imici zədələnmiş qurumu ləğv edərək xidmətə çevirməsi də işə yaramırmış kimi görünməkdədir. DİA.AZ bildirir ki, hər halda Vergi Xidməti əməkdaşlarının ayrı-ayrı obyekt sahibləri ilə anloaşması, nəticədə də dövlətin ziyan görməsi faktları yetərincədir. Elə bu iddia və ittihamla VX-nin özü də dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək öz əməkdaşları barəsində ölçü götürülməsinə nail olub. Aşağıda təqdim edəcəyiiz gileydən də anlaşılanı budur ki, nəsə işin içində İŞ VAR...
"Müştərinin Səsi" sosial qrupundakı paylaşımda narazı vətəndaş bildirir:
"Bilmək istəyirəm "Tufandağ" istirahət kompleksində ƏDV ödəyicisi kimi qeydə alınıbsa, niyə ƏDVnin geri qaytarılması xidmətinə daxil deyillər?
Kifayət qədər də bahalı xidmətləri var".
Narazı vətəndaş iddiasının fotodəlilini də təqdim edib:
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
Gün keçdikcə havanın hərarəti rekord həddə, çatmağa başladığından sərinləmək üçün dənizə üz tutanların sayı artıb. Müştəri bolluğunu görən otel və istirahət mərkəzlərinin sahibləri isə hovuza daxil olmaq üçün 10 manata təklif etdikləri giriş qiymətini 20 manata, qaldırıblar. Novxanı, Pirşağı çimərliklərində yaranmış sıxlıq fürsətcil otel və istirahət mərkəzləri sahiblərinin pula hərisliyini bir qədər də artırmışdır.
Hovuza üz tutan müştərilərə boş stəkanları belə pulla kirayə verən sahibkarları, ancaq imkan varkən daha çox qazanmaq, vəziyyətdən su istifadə edərək varlanmaq düşündürürdü.
Müştərilərin isə nə şikayət edəcəyi bir ünvan vardı, nədəki seçim etmək imkanı. İstirahət mərkəzindəki müştəri bolluğu giriş qiymətindən başqa menyuya da öz təsirini göstərmişdir. Adi günlərdə 5 manata təklif edilən bir çaynikin qiyməti 10 manata yüksəlmişdi. Satışda 50 qəpiyə təklif edilən 0,5 litr qazsız suyun qiyməti 2 manat, 1 litr suyun qiyməti isə 4-5 manata satılırdı.
Adi günlərdə 8 manata satılan bir pors kababın qiyməti istirahət mərkəzlərində 10 manata elə dünənki hava kimi od tutub yanırdı. Baxmayaraq ki, bu qiymət qarşılığında nə normal xidmət vardı, nədəki sanitar-gigiyenik tələblərə cavab verən şərait…
Havanın isti keçməsi dənizkənarı çimərliklərlə yanaşı, əyləncə və istirahət mərkəzlərində də qiymətə təsirsiz ötüşməmişdi. Novxanı qəsəbəsində yerləşən “Spring Hotel Novxanı” istirahət mərkəzinə giriş 15 manatdan 20 manata qalxmışdır. İstirahət mərkəzindən isə bunun həftəsonu ilə əlaqəli olduğunu söylədilər:
“Adi günlərdə bizim istirahət mərkəzinə giriş 15 manat, həftəsonu isə 20 manat olur”. Qeyd edək ki, dənizkənarı əyləncə mərkəzlərində çimərliklə yanaşı, hovuz olduğundan, belə məkanlar uşaqlar üçün daha cəlbedici olur. Amma dənizkənarı istirahət mərkəzlərinə giriş qiymətinin baha olması ilə yanaşı, müştərilərə digər məhdudiyyətlərin tətbiq olunması çox uşaq üçün bu cür məkanları əlçatmaz edir.
“Spring Hotel Novxanı” istirahət mərkəzində uşaqlar üçün 1 litr adi sudan başqa əldə digər qida və sərinləşdirici içkilər gətirməyin yasaq olduğunu bildirdilər. Qeyd edək ki, bu tip istirahət mərkəzlərində sərinləşdirici suların, içkilərin qiyməti satış qiymətlərindən kəskin fərqlənir. Qiymətlərin yüksək olması, süni qiymət artımı, eləcə də bu kimi məhdudiyyətlər dənizkənarı əyləncə və istirahət mərkəzlərini ölkə vətəndaşları ilə yanaşı, büdcə turistləri üçün də əlçatmaz edir.
Bu kimi neqativ hallar isə çimərlik turizminin inkişafına ciddi mane törədir. Ekspertlər də, bu kimi amillərin çimərlik turizminin inkişafına zərbə olduğu fikrindədirlər. Ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi dövlətin diqqət və maraq göstərdiyi turizm sahələrindəndir: “Ölkə başçısının imzaladığı “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair Tədbirlər Planı”nı da bu məqsədə xidmət edir.
Çox təəssüf ki, hələki bu istiqamətdə nəzərəçarpacaq dönüş yaratmaq mümkün olmayıb. Halbuki, çimərliklərin standartlara cavab verməsi, sanitar-gigiyenik şəraitə uyğun olması ölkəmizdə çimərlik turizminin inkişaf etməsinə, ölkəmizə gələn turistlərin sayının artmasına gətirib çıxarda bilər”. Çimərliklərə və Hotellərə nəzarət mexanizmi olmasa mövcud vəziyyətin dəyişəcəyinə ümid çox azdır:
“Çimərliklərə hətta hotel və istirahət mərkəzlərinə mütləq şəkildə ciddi nəzarət edən qurum olmalıdır. Əks halda sadaladığımız problemlər hələ bundan sonra da hər yay mövsümündə təkrar olunacaqdır. Çimərliklərin və istirahət mərkəzlərinin demək olar ki, mütləq əksəriyyəti standartlara cavab vermir. Turizm eksperti xarici ölkələrdə çimərliklər üçün standartlar olduğunu, hansı çimərlik standartların tələblərinə cavab verirsə orada bunu təsdiqləyən nişanlar olduğunu bildirir:
“Çimərlik turizminin inkişaf etdiyi ölkələrdə çimərliyin standarta uyğun olub-olmadığını kənardan da görmək mümkündür. Belə çimərliklərə göy rəngli bayraq asılır. Bu bayraq çimərliyin standartın tələblərinə cavab verməsini, sanitar-gigiyenik vəziyyətin norma həddində olduğunu təsdiqləyir. Biz də çimərlik turizmini inkişaf etdirmək, xaricdən turist cəlb etmək üçün ilk növbədə çimərlikləri standartların, sanitar-gigiyenik normaların tələblərinə uyğunlaşdırmalıyıq. Bundan sonra isə çimərliklərə ciddi nəzarət olmalıdır.
Qiymətlərin süni şəkildə bahalaşdırılması hallarının qarşısı alınmalıdır. Əgər turist kənarda mağazadan aldığı sərinləşdirici içkini çimərlikdə, yaxud istirahət mərkəzində iki-üç qat baha qiymətə alırsa təbii ki, növbəti il həmin turist bir də bizim çimərliklərə üz tutmayacaq. Xarici ölkələrdə bu məsələlərə ciddi nəzarət var”. Çimərliklərə, eləcə də istirahət əyləncə mərkəzlərinə giriş üçün fantastik qiymət müəyyən etmək düzgün deyil: “Biz hər zaman demişşik ki, çimərliklər pulsuz olmalıdır.
Sahibkar orada hansısa xidmət göstərirsə onun pulunu müştəridən ala bilər. Qiymətlər də, xidmətin səviyyəsinə uyğun olmalıdır. Müştərinin bolluğundan istifadə edib fantastik qiymət qoymaq olmaz. Dənizkənarı istirahət və əyləncə mərkəzlərinin də mütləq əksəriyyətinin bir tərəfi çimərlik üçün nəzərdə tutulub. Burada bir-iki hovuz, uşaqlar üçün əyləncə imkanı qurub yaratmağa görə, giriş qiymətini kəllə-çarxa qaldırmaq olmaz.
Nəzərə almaq lazımdır ki, yerli əhali kimi turistlər arasında da azbüdcəli turistlər var. Onlar belə məkanlarda adambaşına girişin qiymətini öyrənib elə qapıdanca geri qayıdırlar. Növbəti ildə isə çimərlik turizmi üçün əlverişli və sərfəli şəraiti olan başqa ölkələrə üz tuturlar. Çox təəssüf ki, bizim dənizkənarı istirahət mərkəzləri qışda qazanmadıqlarının da əvəzini yaydan çıxırlar. Girişə elə qiymət qoyurlar ki, həmin qiymətə ancaq çox imkanı olan turistlər gəlib dincələ bilər.
Müştərinin çantasını yoxlayıb qida, su axtarmaq çox yalnış yanaşmadır, biyabırçılıqdır. Qaydalar tərtib olunmalı, bütün bunlar həmin qaydalarda öz əksini tapmalıdır. Ona görə də, bütün bunların hamısına nəzarət mexanizmi olmalıdır ki, çimərlik turizmini bu mövsüm olmasa da, növbəti mövsümlərdə dirçəldə bilər”.
“Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktoru Natiq Cavadov məni aldadıb, Dövlət Əyar Palatasının sədri vəzifəsinə düzəltmək adıyla 500 min dollarımı alıb və indi bunu danır”. Sahibkar Nağı Kəngərli belə deyir. O, redaksiyamıza göndərdiyi video-açıqlamasında iddia edir ki, Natiq Cavadovla 2014-cü ildə tanış olub. Bir neçə ay ərzində onunla dostlaşıb. İddiaya görə, Natiq Cavadov sahibkarın ona bəslədiyi etibardan sui-istifadə edərək Əyar Palatasına sədr düzəldə biləcəyi adıyla ondan 500 min dollar alıb. Bundan əlavə, sahibkar ona bir çox bahalı hədiyyələr də verib. Lakin üzərindən xeyli keçməsinə baxmayaraq, sahibkar vəd olunan işə təyin edilməyib. Ardınca da onun telefonlarına belə cavab verməyib. Beləcə, iş düyünə düşüb. Nağı Kəngərli hüquq mühafizə orqanlarının onun şikayətinə baxmadığından gileylidir. Dediyinə görə, Natiq Cavadovdan Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edib. Amma idarədə ondan iddialarını təsdiqləyən sənəd istəyiblər. Nağı Kəngərlinin əlində hər hansı sənəd yox, şahidlər var. Nədənsə, onun şahidlərini dinləməyiblər. “Harda görünüb ki, birinə rüşvət verəndə ondan qəbz alasan və ya videosunu çəkəsən? Rüşvətxor buna imkan verərmi? Mənin şahidlərim iddialarımı təsdiqləyən “sənədlərim”dir. Onları isə qəbul etmək istəmirlər”, - sahibkar bildirir. Qeyd edək ki, Nağı Kəngərli hələ sovet hakimiyyəti illərindən qızıl ticarəti ilə məşğul olub. Naxçıvanda ilk “kommussion mağaza”nın qurucusudur. Onu aldatmaqda ittiham olunan Natiq Cavadov isə texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şuranın üzvüdür. //ovqat.com//
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderlərin qalibləri "Qara Qaya” MMC və "Təmir-Təchizat-4” MMC-dir.
"Qara Qaya” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 571.962,2 AZN, "Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri isə 720.131,46 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.
"Təmir-Təchizat-4” MMC isə 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 2-də yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.
Bu şirkət və qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, hər iki şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 13 ildir ki, bu rayona rəhbərlik edir.
Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) ehtiyac var… Neçə nəfər vəzifəli şəxs, tanınmış müğənni, biznesmen, məmur tanıyırıq ki, bu gün latın əlifbası ilə nəinki yazmağı, hətta oxumağı bacarmır. Dəfələrlə şahidi olmuşuq ki, tanınmış müğənnilər, hətta xalq artistləri VURMA CƏDVƏLİNİ bilmir. Bu hələ harasıdır..? Adını çəkmək istəmədiyimiz dövlət müşaviri televizorda çıxışında dəfələrlə FƏQƏRƏ əvəzinə FÜQARƏ deyir. Bu adama başa salan yoxdur ki, FƏQƏRƏ bel sütunudur, FÜQARƏ isə kasıb-kusuba deyirlər, loru dildə fağır-fuğaraya. Yaxşı, dövlət müşaviri qanmır, barı televizordakı məsul şəxs onu başa salsın də… Dəfələrlə metropolitendə reklam mətnlərinə rast gəlirik, elə kobud səhvlər edirlər ki, adam mat-məəttəl qalır. Bunlara qandırmaq olmur ki, hər gün metropolitenə 750 mindən artıq insan minib-düşür. Və belə kobud səhvlə dolu reklam mətnləri uşağın, məktəblinin, tələbənin beyninə həkk olur. Yaxud bu gün nə qədər televiziya və radio kanalları açılıb. İlahi, bu kanalların aparıcıları görəsən, məktəbə-zada getməyib..? Bunlara orta məktəbdə dərs keçən olmayıb..? Bu qədər primitivlik, bəsitlik olmaz ee…. Bəsitlik dedim yada…. Deməli, bu yaxınlarda Naxçıvanın kəndxudası Vasif Talıbov işdən qovulandan sonra, Amerikada oturub bizlərə öyüd-nəsihət vermək istəyən, sabiq spiker Rəsul Quliyev deyir ki, Vasif Talıbov çox sadə, primitiv adam idi… Bu adam neçə ildir ABŞ-da yaşayır, yəqin ingiliscə də pis-yaxşı öyrənib, amma… Əmması odur ki, bu yekəlikdə adam SADƏLİK-lə, PRİMİTİVLİK-in fərqini bilmir. Belə misalları sonsuzluğa qədər uzatmaq olar. Amma nə faydası..? Müdriklər demişkən, dənizin dadını bilmək üçün bir damcı da kifayətdir. Məlumdur ki, dərs ilinin başa çatması ilə bağlı məktəblərdə və digər yerlərdə şagirdlər üçün kütləvi tədbirlər keçirilir, XI sinif məzunları məktəblə, müəllimləri ilə vidalaşır, yaxud IV sinifi bitirən şagirdlər İBTİDAİ TƏHSİLƏ vida deyirlər və s. və i. Həmin tədbirlərin birindəki REKLAM-MƏTNLƏ rastlaşdıq. Orada yazılıb: BURAXILIŞ TƏDBİRİ ƏLVİDA İPDİDAİ SİNİF 02.06.2023 Fikir verdinizmi, qısa bir cümlədə neçə səhv var. Birincisi, cümlənin ortasında TƏDBİR sözü niyə böyük hərflə yazılmalıdır..? İkincisi, İPDİDAİ sözü nə deməkdir..? Yəqin ki, İBTİDAİ sözünü bunlara belə qandırıblar… ƏLVİDA sözündən sonra xitab gəldiyi üçün vergül ( , ) işarəsi qoyulmalıdır. İndi gördünüzmü, təhsilimiz necə bərbad gündədir..? Bəli, kiminsə xoşuna gələ bilər, kiminsə xoşuna gəlməyə, hətta acığına gələ bilər. Amma tam məsuliyyətlə demək olar ki, Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir, məktəblərdə, uşaq bağçalarında uşaqlara normal dərs keçirilmir. Bizi kimlərsə sovetlərə rəğbətdə qınaya bilər. Amma unutmayın ki, hətta bizim qoca baba və nənələrimiz normal oxuya bilirdi. Çünki… Qocalar bizə danışırdı ki, ötən əsrin 30-cu illərində hətta 60 yaşlı insanlar da işdən sonra axşam məktəblərinə gedib yazıb-oxumaq öyrənirdilər. Məqsəd kütləvi savadsızlığı ləğv etmək idi. Bəli, nəinki şəhərlərdə, hətta ucqar kəndlərdə axşam məktəbləri açılmışdı. Nəticədə sovet hökuməti 5-10 ildə kütləvi savadsızlığa son qoydu. Hətta tarixə qısa bir ekskurs kimi deyə bilərik ki, o vaxt bu tədbirlərin adı LİKBEZ ( ликвида́ция безгра́мотности у населения- əhalinin kütləvi savadsızlığının ləğv edilməsi) idi. Yəni oxumaq, yazmaq bilməyən yaşlı əhaliyə kütləvi təhsil vermək. Biz yazının girişində əbəs yerə yazmadıq ki, dövlət müşaviri, məmur, icra başçısı, xalq artisti latın əlifbası ilə yazıb-oxuya bilmir. Deyəsən, bizi qınamayın, Azərbaycanda XXI əsrdə yenidən LİKBEZ-ə ehtiyac yaranacaq. Əslində belə də olmalı idi. Çünki icra başçısının qızı məktəbi özəlləşdirib avtodayanacağa çevirəndə belə də olmalı idi. gundelik baki.com
Masallı rayonunun ən böyük yaşayış məntəqələrindən olan Boradigah qəsəbəsinin bir qrup sakini bugünlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə müraciət etmişdi. Onların müraciəti qəsəbənin telefon xətləri və internet problemilə bağlı idi. Boradigah sakinləri vurğulayırdı ki, 10 min nəfərdən çox sakini, iki məktəbi, xəstəxanası, polis bölməsi olan bu qəsəbədə xətlər bərbaddır. Nazirdən xahiş olunurdu ki, problemin həlli üçün lazım olan addımlar atılsın. Çünki keyfiyyətsiz internet nəticəsində şagirdlər online məşğələlərə qoşula bilmir, qəsəbədə başqa çətinliklər yaranır.
Boradigah sakinlərinin müraciətinə reaksiya verən “Aztelekom” MMC-nin Cənub Regional Filialından bildirilmişdi ki, son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq, yüksələn xətlə inkişaf edib. Rayonda telekommunikasiya sistemi tam kompüterləşdirilib. Həm şəhər, həm də kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Filialdan vurğulanıb ki, Boradigah qəsəbəsində 4 ATS fəaliyyət göstərir. Qəsəbə sakinlərinin telefon və internet xidmətinin keyfiyyətindən narazı olmasının səbəbi isə yeniliklərlə bağlıdır: “Çünki ətrafda 40-50 megabit sürətli internet xidmətini görən, ondan istifadə edən şəxs üçün artıq 1-2 megabit sürət çox zəif hesab edilir və ona görə də daha yaxşısını istəyirlər. Hazırda rayon ərazisində GPON sisteminin tətbiqi davam edir. Artıq Boradigah qəsəbəsinə yaxın Bədəlan kəndində bu işlər yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda Boradigah qəsəbəsi üçün də belə bir layihə işlənəcək və abonentlərin istifadəsinə veriləcək. Ümumiyyətlə isə 2025-ci ilə qədər optik internet şəbəkəsinin bütün ölkəni əhatə edəcəyi gözlənilir”.
Lakin Boradigah sakinləri Bizimyol.info-ya bildirib ki, son 5 ildə orada əsaslı təmir və yenidənqurma işlərinin aparılması haqda iddialar həqiqətə uyğun deyil.
“Elə sizin sayt vasitəsilə bir neçə foto təqdim edək, özləri də görsünlər. Bu fotolar Boradigahdakı telefon və internet xətlərinin gerçək durumunu göstərir. Bunları görən cənab nazir də əmin olacaq ki, ona həqiqəti çatdırmırlar. Onu da, xalqı da aldadırlar. Bu xətlərə baxsınlar. Əhaliyə yazıqları gəlmir, heç olmasa, hər gün o çürük dirəklərə dırmaşmaq məcbnuriyyətində qalan işçilərə yazıqları gəlsin...”, - Boradigah sakinləri belə deyir. Bizimyol.info
“Qobu Park” yaşayış kompleksinin sakinləri 1 ilə yaxındır ki, binaların qəzalı vəziyyətdə olduğunu, sakinlərin həyatı üçün təhlükə daşıdığını deyirlər.
“5 ildir tikilib, bu 5 ildə binanın biri əyilib sağa, biri sola. Biz burda qorxa-qorxa necə yaşayaq? Camaat təlaş içindədir. Bir belə təhlükədən qoruna-qoruna gəlib bura çıxmışıq, burada da belə…”
Bunları “Qobu Park” yaşayış kompleksinin sakini, Ağdamdan məcburi köçkün Nizami Namazov deyir. Onun sözlərinə görə, şəhərcikdə bir neçə bina əyilib, kanalizasiya, su boruları sıradan çıxıb, elektrik kabelləri qırılıb, sakinlər təlaş içindədirlər.
Bakının Qaradağ rayonu ərazisində yerşələn “Qobu Park” yaşayış kompleksi birinci Qarabağ müharibəsi zamanı evlərini itirmiş məcburi köçkünlər üçün inşa edilib. Şəhərcik üç hissədən ibarətdir – “Qobu Park”, “Qobu Park-1”, “Qobu Park-2”. Müvafiq olaraq 2018, 2019 və 2020-ci illərdə istifadəyə verilib. Hazırda yaşayış kompleksində əsasən Laçın, Ağdam və Cəbrayıl rayonlarından köçkün düşmüş ümumilikdə 3600-dən çox ailə məskunlaşıb.
Yaşayış kompleksi istismara təhvil veriləndən az sonra sakinlər yaranan ciddi problemlərdən şikayətlənməyə başlayıblar. Əvvəlcə kanalizasiya sistemi və su xətləri sıradan çıxıb. Sakinlərin sözlərinə görə, su və kanalizasiya borularından axan su və çirkab həyətləri basmaqla yanaşı, həm də binaların zirzəmilərinə dolub. Daha sonra kanalizasiya və su xətləri təmir edildiyi zaman yanlışlıqla elektrik xətləri kəsilib. Şəhərcikdə hələ də su və elektrik verilişində fasilələr yaranır. Kanalizasiyanın çirkab suları küçələrə axır.
“Köhnə boruları gətirib salıblar binaların altına, indi də dəyişmək istəyirlər, əksinə, daha da ziyan vurublar, işıqların kabellərini qırıq-qırıq ediblər. Camaatın çoxu qalıb liftdə. Biri düşə bilmir, biri qalxa bilmir. İşıq sönəndən sonra həyat olmur burda. Su da gəlmir, qalırsan belə, di gəl yaşa”, – Nizami Namazov şikayətlənir.
Laçın köçkünü Rəşid Dünyamalıyev deyir ki, bitməyən təmir-tikinri işləri üzündən şəhərcikdə toz-torpaq da bitmir:
“Hər səhəri texnikaların səsi ilə açırıq. Heç bir ekoloji prosedurlara da əməl edilmir. Aparılan qazıntılar havanın çirklənməsinə səbəb olur, tozla nəfəs alırıq, mənzillərin içinə qədər toz dolur. İçdiyimiz su da çirklidir. Təmir işlərinə görə suyu tez-tez kəsirlər. Yenidən buraxanda kranı açıb yarım saat gözləməliyik ki, çirkab axıb getsin, su durulsun”.
“Möhkəmləndirilməsi üçün binaların altı betonla doldurulur” Mart ayında sakinlər ilk olaraq “Qobu Park-2”də yerləşən 17 saylı binanın əyilib qəzalı vəziyyətə düşməsi ilə bağlı həyəcan təbili çalıblar. Həmin vaxt ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Rüfət Quliyev “Baku TV”yə müsahibəsində bildirib ki, binanın zirzəmisinə dolan su onun əyilməsinə səbəb olub.
“Binanın arxasında kanalizasiya borusunun deşilməsi nəticəsində binanın zirzəmisinə bir ildən çox su gedib və binanın altını boşaldıb. İndi dəliklər açılır, həmin su çıxarılır və binanın altı saf sementlə doldurulur”, – o deyib.
Mart ayında “Qobu Park” layihəsini həyata keçirən “Kristal Abşeron” MTK-nın iş icraçısı Eldar Məmmədov “Baku TV”yə bildirmişdi ki, əyilən binada həyat əhəmiyyətli heç bir təhlükə yoxdur.
“Sakinlər evlərində rahat yaşaya bilərlər. Binanın təməlinin yüngül oturması, uzun müddət altına su işləməsi ilə bağlıdır əyilmə. Həmin su xətləri binadan kənarlaşdırılıb. İndi də binanın möhkəmləndirilməsi, gələcək fəsadların qarşısının alınması üçün binanın ətrafına və altına beton inyeksiya olunur”, – deyə o bildirmişdi.
“Əyilən binaların sayı artıb” Amma üzərindən üç ay keçsə də, şəhərcikdə təmir-bərpa işləri hələ bitməyib, kanalizasiya, su və elektrik xətləri hələ də düzəlməyib, binalarda əyilmə davam edir. Üstəlik yalnız “Qobu Park-2”dəki 17 saylı binada yox. Sakinlərin bildirdiyinə görə, “Qobu Park-1”də 4 və 8 saylı, “Qobu Park-2”də 16 saylı binalarda da əyilmə müşahidə olunur.
Adlarının çəkilməsini istəməyən müəllimlər şəhərcikdə yerləşən Ağdam şəhər 32 saylı məktəb binasının damının çökmə təhlükəsinin olduğunu da deyirlər.
Şəhərcikdə olduğumuz zaman texnikanın işlədiyinə, küçələrdən çirkab sularının axdığına, sözügedən binaların əyildiyinə, 32 saylı məktəb binasının damında zədələrin əmələ gəldiyinə bilavasitə şahid olduq.
“Qobu Park-1”də yerləşən 8 saylı binanın təməlinin möhkəmləndirilməsi üçün zirzəmisinə yeridilən beton isə yaxınlıqda yerləşən sözügedən məktəbin binasının ərazisindən çıxmağa başlayıb.
“Burada binalar tikilməmişdən əvvəl yeraltı kanallar vardı, onları doldurmuşdular. Görünür ki, yaxşı doldurmayıblar, binaların altına su dolduğu zaman da bu kanalları yuyub yenidən boşaldıb. Binanın altına beton doldurulduğu zaman çox güman ki, həmin kanallar vasitəsilə gedib məktəbdən çıxıb”, – sakinlərdən biri izah edir.
“Kristal Abşeron” MTK-dan isə bir daha bildirdilər ki, “Qobu Park” yaşayış kompleksində heç bir binada həyati təhlükə kəsb edən vəziyyət yoxdur. Konkret binalarla bağlı suallara gəlincə, şirkətin özünü təqdim etməyən xanım əməkdaşı artıq zəruri məlumatı mediaya verdiklərini dedi:
“Yaşayış kompleksində baş verənlərlə bağlı əməkdaşlarımız dəfələrlə münasibət bildiriblər”.
“Əyilmiş bina qəzalı sayılır”
Ağalar Vəliyevin nəyinə lazımdır ki, bu insanlar öldümü... qaldımı...
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, problemlərin yaranması binaların çox qısa müddətdə tələsik inşa edilib, istismara verilməsi ilə bağlı ola bilər:
“Çoxmənzilli binaların tikintisi təxminən iki il davam edir, tikildiyi müddətdə mümkün qədər oturur. Eyni zamanda binanın oturması yerin səthindən asılıdır. Əgər bina əyilirsə, deməli, konstruksiyası düzgün qurulmayıb. Əyilmiş bina, əlbəttə ki, təhlükə mənbəyidir. Bina qəzalı sayılır”.
İnşaat işləri üzrə ekspert Nüsrət İbrahimov da bildirib ki, binanın əyilməsinin bir neçə səbəbi ola bilər:
“Binalar tikilməzdən əvvəl torpağın tərkibinin öyrənilməsində səhvlər buraxılmış ola bilər. Nəticədə, buradan keçən qrunt suları binaların təməlini yuyub. Bundan başqa, yer səthində baş verən dalğalanmalar nəticəsində süxurun strukturunun dəyişməsi mümkündür. Bu, insan amili ilə də bağlı ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, bu binalar istifadəyə yararlıdır, ya yox”.
Tikinti üzrə digər ekspert Cavid İsayev isə hesab edir ki, hazırda görülən betonlama işləri problemi həll edə bilməz.
“Binanın alt hissəsində betonlama işlərinin aparılması binanın yararlı olacağı demək deyil. Bu cür işlərin aparılması tam mənasızdır”, – deyə o bildirib.
“Gəldilər, sementlədilər, dedilər daha möhkəm dayanıb. İndi isə haradasa son on gündə yenə bir neçə santimetr əyilmə var. Orada ölçü qoyublar, əyilmənin davam edib-etmədiyini izləmək üçün. Ümumilikdə, 20-25 sm əyilmə var binaların yuxarısında. Qorxu içində yaşayırıq, bilmirik gələcəyimiz necə olacaq. Uçsa, camaat tələf olsa, kim cavab verəcək? Bundansa bizi köçürsünlər başqa yerə, sonra düzəltsinlər binanı. Tam düzəldiyinə əmin olanda yenidən qaytararlar camaatı”, – 17 saylı binada yaşayan Arif Hacıyev deyir.
Bu gün ölkə ərazisində ən qalmaqallı icra başçısı Zakir Fərəcovdur. Bunu demək üçün onun mətbuatda hər gün müzakirə olunan yüzlərlə qanunsuz əməllərini, şərlətdirib həbs etdirdiyi insanları, hörmətsizlik etdiyi şəhid analarını, qapısından qovduğu kimsəsiz qocanı, işlədib pulunu vermədiyi iş damlarını və ən nəhayət, dövlət başçısının şəxsən imzaladığı qanunları heçə saydığı əməllərini misal çəkmək olar.
Özünü Sumqayıt şəhərinin allahı hesab edən Zakir Fərəcovdan daha ilginc məlumatlar kütləvi informasiya vasitlərində və sosial şəbəkələrdə yayılıb, hər kəsi təəccübləndirdi. Belə ki, bu yaxında iş adamları yığışıb hörmətli prezidentimizə özündə faktları əks etdirən sənədlərlə bərabər məktub yazıblar, bildiriblər ki, Zakir Fərəcov Sumqayıt şəhərinin abadlıq işlərini bizə gördürüb amma pulumuzu vermir.
Ümumilikdə, 60 milyon manatdan çox pulumuzu mənimsəyib. Hər gün 20-30 manata fəhləlik edən, ailəsinə, uşağına bir tikə çörək aparan usta və fəhlələr çarəsiz vəziyyətdə qalıblar. Sonra Prezident Aparatından iş adamlarının şikayətinə cavab gəlib, cavab məktubunda bildirilir ki, şikayətçilərin müraciəti araşdırılsın və bütün iş adamlarının haqqı ödənilsin.
Zakir Fərəcov isə bu hadisəni eşidib və gülüb, deyib ki, mən aparatdan gələn o məktubları aparıb tualetdə istifadə edirəm. Daha sonra ciddi sifət alaraq iş adamlarına bildirib ki, bu dəqiqə 50 min manat verib sizin hamınızı tutduraram.
İndi çarəsiz iş adamları çıxış yolunu yığışıb cənab prezidentin qəbuluna getməkdə görürlər. İnanırıq ki, bu məsələ araşdırılacaq və hər kəs öz haqqını alacaq.
"Azərbaycan Reallığı" yazıda adı çəkilən hər kəsin mövqeyini tanıyır.
Müğənninin dörtqat təhlükəsizlik sistemi: daldan, qabaqdan, sağdan, soldan... Özünü Azərbaycan müğənnisi kimi təqdim edən Vəfa Şərifova ilə bağlı indicə baxdığımız bir video bu yazının yazılmasına səbəb oldu. Bu barədə bir azdan... Deməli, Vəfa Şərifova Wikipedia-da özü barəsində yazır: Vəfa Şərifova — Azərbaycan müğənnisi. Vəfa Şərifova 4 yanvar 1990-ci ildə Ağsu rayonunda anadan olub. 11-ci sinifi bitirdikdən sonra Bakıya köçüb. Müəllimi və sənətdə dəstəyi Tacir Şahmalıoğlu olub. Bu məqamda bir az yaxın tariximizə ekskurs edək. Deməli, 30-40 il əvvəl gənc müğənnilərdən biri öz müəlliminə deyib ki, “Sizə USTA, yoxsa USTAD deyə müraciət edim? “. Müəllimi cavab verib ki, ay bala, indi pomidor yeşiyi düzəldənə, dəlləkxanada buğ-saqqal qırxana da USTA deyirlər, USTAD desən daha məsləhətli olar. Yeri gəlmişkən, bığ-saqqal dedik, yadımıza Vəfa Şərifovanın sevdiyi bir zümzümə düşdü. Tanıyanlar deyir ki, Vəfa Şərifova kefinin ən yaxşı vaxtlarında “Qara bığlar, qara buğlar, Qapqaradır qara buğlar… kimi sözləri zümzümə etməyi yaman sevir. Amma hansı buğlardan, kimin buğlarından söhbət getdiyini açıqlamırıq… Nə isə qayıdaq əsas mövzumuza. Deməli, Vəfa Şərifova yazır ki, sənədə ustam ( ustadım yox haa ) Tacir Şahmalıoğlu olub… Ayy gidi dünya… 30-40 il öncə USTAD KİŞİ sənətkarlarımız var idi. Dərs keçdikləri XANIM-XATUN müğənnilərimiz var idi, dəyərli, mənalı sözlərə bəstələnmiş mahnılar oxuyub millətimizi feyziyab edirdilər. İndikilər isə ancaq bədən əzalarını, bədən üzvlərini, arxadan, qabaqdan televizorda nümayiş etdirməyi, özünə yağlı müştəri axtarmağı özlərinə peşə ediblər. Bir soruşan yoxdur, aazz, sən mahnı oxumağa çıxmısan, yoxsa hərraca… Nə isə yenə əsas mövzudan yayınmayaq… Hələ bunlar harasıdır… Bir qadın müğənni oxuyur ki, tikanların maa ( yəni mənə ) batsın…o biri oxuyur ki, maa qıyarsanmı…o birisi oxuyur ki, o yana döndər məni… Bir soruşan yoxdur ki, ay sənətkar, bu nə sözlərdir, bunun müəllifi kimdir, kim bəstələyib.. Vallahi, bilən yoxdur…Kimsə patıdan-zaddan çəkib ağzına gələni yazır, sonra da özü bəstələyib, guya Allah qoymasa mahnı satır… Özü kimi iş adamları, həcilər, məmurlar isə həmin mahnıları böyük məbləğdə pulla alıb, qeyri-rəsmi yaşadıqları xanım müğənnilərə hədiyyə edirlər. Yeri gəlmişkən, son 20-30 ildə Azərbaycan cəmiyyətində bir rüsvayçılıq, rəzalət baş alıb gedir. Tez-tez oxuyuruq ki, filan müğənni filan nazirin, yaxud icra başçısının, biznesmenin, həcinin qeyri-rəsmi arvadıdır. Ay adamlar, qeyri-rəsmi, “levi” arvad-zad nədir..? Hələ bu “levi” arvadlardan uşaqlar da olur. Bu uşaqlara müsəlman dünyasında bicbala, vələdi-zina deyərdilər. Vallah belə davam eləsə, birazdan vələdi-zinalar…nə bilim harada oturacaqlar… Ən dəhşətlisi bilirsiniz nədir..? Bu əxlaqsız söz-söhbətlər televizorlara, saytlara, qəzetlərə çıxır. Və məktəb yaşlı uşaqlar bu əxlaqsızlıqlara baxmağa, qulaq asmağa məcbur olurlar. Və təsəvvür edin ki, hansı nəsil yetişir… Vəfa Şərifova haqqında mediada yazılanlara baxanda adam dəhşətə gəlir. Filan iş adamını öz aralarında bölə bilmirlər…Lüt şəkilləri yayıldı…Vəfa Şərifova filan nazirə…”Sənə sildirdim…” mahnısı qoşub. Nəyi sildirib, necə sildirib…? Vallah, gülməyin, biz cəmiyyətimizin halına ağlamalıyıq… Həə, indi isə keçək, yazının girişində qeyd etdiyimiz və bu yazının səbəbkarı olan VİDEO məsələsinə. Yəqin oxucular özləri də həmin videoya baxb nəticə çıxaracaqlar. Deməli, videodan görünür ki, Vəfa Şərifovanın TƏHLÜKƏSİZLİK SİSTEMİ VAR, CANGÜDƏNLƏR-in bir sağdan, biri soldan, o biri daldan, bir başqası qabaqdan Vəfa Şərifovanı qoruyur. Vallahi, heç kraliçaları belə qorumurlar. Yeri gəlmişkən, dünyanın bütün sivil ölkələrində dövlətin birinci, ikinci, üçüncü şəxsi dövlətin hesabına qorunur, təhlükəsizliyi təmin olunur. İndi Azərbaycanda nəinki 4-cü, 5-ci şəxslər, hətta icra başçıları da, nə bilim, məktəb direktorları da, müğənnilər də cangüdənlə gəzirlər. Bunlar öz ciblərinin halal pulları ilə bunu etsələr, yenə cəhənnəmə… Yox e, dövlət pulları bu yolda səpələnir… Bəli, videodan göründüyü kimi, Vəfa Şərifova çox bahalı avtomobildən düşəndə…qapını açmaq üçün növbədə dayananlar var, sonra sağdan, soldan qoruyanlar onu harasa kiminsə yanına aparır. Yəqin ki, orada şam-zad söhbəti də olacaq. Və orada Vəfa Şərifova “Qara buğlar..” mahnısını çalıb-oxuyacaq… Nə isə videoya özünüz baxsanız daha maraqlı olar… P.S. Hələ siz qara buğlunun videosunu görəcəksiniz...
Bakı məktəblərində bir-birinin ardınca baş verən komik, bəzənsə tragikomik hadisələr bütövlükdə Azərbaycanın təhsil sistemində olan problemləri çılpaqlığı ilə üzə çıxarıb. Direktorun müəllimlərdən, müəllimlərinsə şagirdlərdən pul yığdığına dair yayılan audioyazılar, vaxtaşırı ölkə mətbuatının gündəmini zəbt edən videogörüntülər bu sahədə köklü islahatların aparılmasını qaçılmaz edib. Xırdalan şəhərindəki bir nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlər tərəfindən qulağına sırğa taxıldığını əks etdirən görüntülər isə bardağı daşıran sonuncu damla oldu.
DİA.AZ yenisabah.az-a istinadla xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində idarəolunmaz vəziyyətin yaranması Elm və Təhsil naziri Emin Əmrullayevin kariyerası üçün ciddi problem yaradıb. Həm ali, həm də ümumtəhsil orta məktəblərində mütəmadi olaraq qanunsuzluqların qeydə alınması gənc nazir üçün "əcəl zəngi" sayıla bilər. Təsadüfi deyil ki, yerli KİV hakimiyyətdaxili dəyişikliklərin anonsunu verəndə ön sırada Elm və Təhsil naziri Emin Əmrullayevin adını hallandırır.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, nazir özü də kariyerasını gözləyən təhlükədən xəbərdardır. Amma o, postunu itirmək istəmədiyi üçün ən müxtəlif vasitələrə əl atmaqdan çəkinmir.
Elm və Təhsil Nazirliyindəki mənbə saytımıza bildirib ki, Emin Əmrullayev artıq "günah keçisi" tapıb. Mənbənin dediyinə görə, nazir bütün məsuliyyəti Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın üzərinə atmağa hazırlaşır. Elm və Təhsil naziri Emin Əmrullayev düşünür ki, son vaxtlar bir-birinin ardınca Bakı məktəblərində baş verən biabırçı hadisələrin M.Vəliyevanın ayağına yazmaqla özünü xilas edə bilər.
Mənbə deyib ki, E.Əmrullayev vəziyyətdən çıxış yolunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirini işdən çıxarmaqda görür. O, yaxın günlərdə Mehriban Vəliyevanı tutduğu vəzifədən azad etməklə nazir kürsüsündəki ömrünü bir qədər uzatmağa çalışacaq.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri M.Vəliyevanın Emin Əmrullayevin bu planından xəbərdar olduğu bildirilir. Xanım Vəliyevanın vəzifəsini qorumaq üçün hakimiyyətin yuxarı eşelonunda təmsil olunan hamilərindən dəstək alaraq nazirin planını pozmağa çalışdığı da gələn məlumatlar arasındadır.