Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
Azərbaycanda gələn il səhiyyə sahəsinə 2 milyard 69 milyon 680 min manat ayrılacağı məlum olub. Bildirilir ki, bu, 2025-ci illə müqayisədə 3,8 faiz çoxdur. Digər tərəfdən, səhiyyəmizin problemli və tənqidlərə ən çox məruz qalan sahə olduğu vurğulanır.

Səhiyyə sisteminə ayrılan dövlət vəsaitləri bu sahədə niyə ciddi dönüş yaratmır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, səhiyyə xərclərinin artması müsbət tendensiyadır.

“Bu gün Azərbaycanda yeni kadrlar, Avropa və Türkiyədə təhsil alan həkimlər var. Lakin vəziyyət kəskin dəyişmir. Əvvəla, adambaşına ayrılan vəsait digər ölkələrlə müqayisədə elə də yüksək deyil. Əksər dövlətlərdə səhiyyə xərcləri az qala dövlət büdcəsinin üçdə iki hissəsini təşkil edir. Məsələn, ABŞ-da bu, federal büdcədən çoxdur. Bizdə səhiyyə xərclərini optimal etmək üçün bütün xəstəxanaları bu sistemə cəlb etmək lazımdır. Daha keyfiyyətli və effektiv müayinə metodlarından istifadə edilməli, əhalinin bu metodlara əlçatanlığı təmin olunmalıdır. Eyni zamanda görüş və növbəli sistem düzgün qurulmalıdır”.

Professor bildirib ki, icbari tibbi sığortanın fəaliyyəti hələ ki həkimlərin fədakarlığı hesabına olur:

“Hazırda maaş qeyri-mütənasibdir. Bəzi həkimlərin qazancı müxtəlif reklamlar, müəyyən yollar sayəsində yüksəkdir. Amma icbari tibbi sığorta ilə çalışan həkimlərin əməkhaqqısı qənaətbəxş deyil. Mütəxəssisləri bu işə cəlb etdikdən sonra maaş sisteminin optimal bölüşdürülməsi çox vacibdir. Bunlar edilsə, əlbəttə, yavaş-yavaş Qərb təbabətinə yaxınlaşacağıq. Başqa alternativ yoxdur”.
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti