"Boşanmaların artmasında serialların və bəzi televiziya proqramlarının birbaşa rolu var" - Sosioloq
Bu gün televiziya vasitəsinə insanların evinə ayaq açan bəzi televiziya verilişləri və seriallar həm insanların psixi sağlamlığına təsir edir, həm də ailə institutunu sıradan çıxarır. Xüsusilə şəxsiyyət kimi formalaşma prosesi keçən yeniyeymələr, informasiya savadlılığı aşağı olan və izlədiklərini analiz etmədən qəbul edən azyaşlılar, yeniyetmə və gənclər təsir altında qalırlar. Təəssüf ki, valideynləri ilə daha az zaman keçirən yeniyetmələr bu seriallara, proqramlara baxaraq böyüyürlər. Hətta yetişkin insanların belə düşüncə və davranışlarında izlədikləri bu mənfi yüklü proqramların, serialların izlərini görmək mümkündür. Seriallar bir çox negativ halları adiləşdirir, boşanmaları stimullaşdırır, insanlarda dözümsüzlük yaradır.

Mövzu ilə bağlı Sitat.info-ya danışan sosioloq Lalə Mehralı da bildirdi ki, bəzi seriallar ailə institutu ilə bağlı normaları darmadağın edir: "“Serialların bizim ölkəyə ayaq açdığı tarixi xatırlayın. 30 il əvvəl Sovet İttifaqının dağılmasından sonra efirlərimizə müxtəlif ölkələrin teleməkanından gələn teleseriallar, özəlliklə Braziliya serialları hər şeyin başlanğıcı oldu. Baxsaq görərik ki, bu seriallarda bizə öz qardaşı qızı ilə evlənən əmi, öz bibisinə aşiq olan gənc kimi obrazlarla absurd fikirlər aşılamağa və bunları normallaşdırmağa çalışdılar. Belə fikirləri cəmiyyətə məhz o gündən indiyə qədər gələn bu seriallar, biabirçı layihələrlə göstərdilər. Elə etdilər ki, 30 il qabaq bizim heyrət etdiyimiz mövzular bu gün həyat tərzimizə çevrilib”.
Sosioloq bildirib ki, boşanmaların sayının artmasının belə proqram və seriallarla birbaşa əlaqəsi var: "Bu gün Azərbaycan gənci seriallardakı kişini və qadını nümunə götürür. Orada azadlığı azadlıq kimi yox, başıpozuqluq kimi göstərib gənclərimizin beynini yeyirlər. Bunun nəticəsində də məsuliyyətsiz bir nəsil yetişir. Boşanmaların statistikasına baxanda görürük ki, serialların ölkəyə ayaq basdığı dövrlə boşanmaların artma statistikası eyni dövrə düşür”.

L.Mehralı deyib ki, ölkəmizdə çəkilən seriallarda da, televiziya proqramlarında da əsasən ailə dəyərlərinə zidd materiallar efirə verilir: "Kifayət qədər yaxşı seriallar çəkmək olar. Mənəviyyatla bağlı tarixi filmlər və s. Ancaq bizimkilər ailə dəyərlərinə zidd, qadın zorakılığı, hətta uşaq istismarını göstərən seriallar çəkməyə meyllidirlər. Bu gün xüsusi ilə gənc qızlarımız da bu tərz seriallara baxıb elə düşünürlər ki, dünyada onlardan başqa bütün qadınlar yaxşı yaşayır. Bir növ insanları aludə etməyə çalışırlar ki, dünyada belə həyatlar var. Seriallarda sabun köpüyündən fərqlənməyən vəziyyətləri sanki reallıqmış kimi insanların beyninə yeritməyə çalışırlar. Bu da insanların, xüsusən də gənclərin psixologiyasına birbaşa təsir edir”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq?
17 İyun 2025 Lombard KREDİTLƏRİ: Asan çıxış, ağır nəticələr
16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?

Dünyapress TV

Xəbər lenti