Ardını oxu...
  

"Qəlibləşmiş fikir var: bizim camaat ancaq komediyaya baxır. Bu, insanları axmaq yerinə qoymaqdır".

Bu fikirləri Baku TV-nin "Qapqara" verilişində aktyor, ssenarist Mehdi Sadiq deyib.

O, tamaşaçının yaxşı film və seriallar təqdim edildiyi halda görülən işi təqdir edəcəyini və daha yaxşı işlər gürülməsini istəyəcəyini vurğulayıb. Ssenarist çəkdiyi ekran əsərlərinin televiziyalarda yayımlanmaması məsələsinə aydınlıq gətirərkən söyləyib:

"S.Ə.S" serialını televiziya kanallarından biri məndən istədi. Dedilər ki, onsuz da çəkmisən, ver, pulsuz yayımlayaq. Amma heç az məbləğ də olsa, təklif etmədilər. Çəkdiyimiz zəhmətə, xərclədiyimiz pula görə razı olmadıq. Həm də azadlığımızı televiziyadakı senzuraya qurban vermək istəmədik".

M.Sadiq çəkilişlər zamanı sponsorlarla yaşadığı problemlərdən bəhs edib:

"Sponsorun yanaşması belədir ki, onun istədiyi olsun. Fərqi yoxdur, məhsulu filmdə necə görünəcək. İşlədiyimiz sponsorlardan birinin məkanında çəkiliş etməli idik. İki gün qalmış zəng edib, "elə edə bilərsiniz ki, müdiriyyət də görüntülərdə olsun?" dedilər. Gör bir az böyük məbləğlər versələr, nələr tələb edərlər".

Aktyor filmi kinoteatrda izləmək marağının az olmasına da münasibət bildirib:

"Kinoteatrlarda biletlərin qiyməti çox bahadır. Tələbələrin çoxu kinoya gedə bilmir. Gedənlər də valideynlərinin imkanı yaxşı olanlardır. Kino da bir biznesdir, ondan pul qazanılmalıdır. Amma kinonu kütləviləşdirmək daha yaxşı variantdır. Bileti 8 manata deyil, 3 manata satmaq lazımdır. Belə olanda filmə baxmağa 10 min nəfər yox, 100 min nəfər gələcək".

Ətraflı süjetdə:

Ardını oxu...
 

“İki gün əvvəl qızımla semestr tətilində gəldiyimiz Kartalkayada gecə yarısı yanğın səsinə yuxumuzdan oyandıq. Böyük panika və ümidsizlik var idi. Ətraf sözün əsl mənasında həyat bazarına çevrilmişdi. Uşaqların və qadınların qışqırtıları eşidilirdi. Nə baş verdiyini anlamağa çalışarkən o dəhşətli anlar qan dondururdu”.

Bizim.Media xəbər verir ki, bunu türkiyəli müğənni Mahsun Kırmızıgül Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğınla bağlı paylaşımında yazıb.

“Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə şəfa diləyirəm. Belə dramatik bir atmosferdə insanların çarəsizliyinə şahid olmaq mənə həyatın necə kövrək olduğunu bir daha xatırlatdı.

Bu faciəvi hadisə məni çox sarsıtdı. Qızımla o dağdan çıxanda qızımın ağzından çıxan sözlər ürəyimi parçaladı: “Ata, orda çox adam öldü, hə?” Qızım bunu deyəndə ürəyim qan ağladı.

Kartalkayanı tərk edərkən keçirdiyimiz kədəri təsvir etmək həqiqətən mümkün deyil. Burada baş verənlərin izləri uzun müddət yaddaşımızdan silinməyəcək. Allah bir daha heç kəsə belə ağrı yaşatmasın.

Lakin təəssüflər olsun ki, hər bir fəlakətdə olduğu kimi, məndə də böyük narahatlıq var ki, cavabdehlər öz məsuliyyətsizlikləri ilə baş-başa qalacaqlar.

Təəssüf ki, ölkəmizdə baş verən bu cür faciələrdən kifayət qədər dərs alınmır. Zəng edib soruşan bütün dostlarıma təşəkkür edirəm”, - Mahsun paylaşdığı videonun şərh bölməsində yazıb.

Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə yanğınla nəticələnən partlayış baş verib.

Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Ardını oxu...
 

Dodaq boyası makiyajda qadının gözəlliyini vurğulayan əsas kosmetik vasitələrdən biridir. Bununla belə, üz cizgilərinizi daha da cəlbedici göstərən və bütün makiyajla ahəng yaradan düzgün rəngi seçmək vacibdir. Bəs 2025-ci ildə hansı pomada çalarlarına diqqət yetirmək lazımdır?

Bu ilin ən trend pomada rəngi kirəmit çalarları olacaq.

Kirəmit

Yeni ildə "terracotta lip no mascara", yaxud da tuşsuz və kirəmit rəngli dodaqlar trendinin populyarlığı sürət qazanacaq. Beləliklə, makiyaj çantanızda hələ də kirəmit tonlarda pomada yoxdursa, dərhal belə bir pomada almağı məsləhət görürük - onsuz, gələn mövsümün ən dəbli makiyajını yarada bilməyəcəksiniz. Əgər isti rənglər istifadə edirsinizsə, tünd tonlarını sınaqdan keçirin. Qırmızı-qəhvəyi rəng olduqca çoxyönlüdür, həm gündəlik, həm də axşam makiyajı üçün əlverişli olacaq. Odur ki, tutqun rəngli dodaq boyalarına üstünlük verməyi məsləhət görürük. Bu məhsullar uzun ömürlüdür, ona görə də makiyajınızın gün ərzində qalıcı olmasından narahat olmayacaqsınız.

Albalı

Soyuq qırmızı tonlara üstünlük verirsinizsə, albalı rəngli pomada düşünün. Klassik qırmızıdan daha dərin və zəngindir, buna görə də daha nəcib görünür. "Simone Rocha" şousundakı modellər kimi albalı rəngli pomadanı makiyajınızın yeganə vurğusu edə və ya dodaq makiyajınızı səliqəli, nazik oxlarla tamamlaya bilərsiniz. Bu tip makiyajda əsas detal dəri tonunuzu diqqətlə bərabərləşdirməkdir, əks halda dodaqlardakı soyuq qırmızı rəng dərinin bütün qüsurlarını üzə çıxara bilər.

Yarı çəhrayı

Əgər çox dəbdəbəli olmaq istəmirsinizsə, daha zərif rəng diapazonunda olan dodaq boyalarını diqqətlə nəzərdən keçirin. Demək olar ki, hər kəsə yaraşan universal bir seçim çəhrayı rəngidir. Dodaq boyasının teksturasını zövqünüzə görə seçin: bu, açıq rəngli balzam, krem pomada və ya parıldadıcı ola bilər. Retro makiyajda çəhrayını 1-2 çalar daha tünd qələmlə birlikdə istifadə etməyi təklif edirik. "Dolce & Gabbana" şousundakı modellər ən yaxşı nümunədir.

Nyud

Biz nyud rəngi kosmetika çantamıza mövsümdən mövsümə standart pomada kimi daxil edirik, çünki onun nə vaxtsa dəbdən düşdüyünü təsəvvür etmək çətindir. Bu barədə az adam bilir, amma düzgün nyud pomada seçmək, demək olar ki, qırmızı rəng seçmək qədər çətindir. Çaların sizdə təbii görünməsini və təbii gözəlliyinizi vurğulamasını təmin etmək üçün onu seçərkən bir çox amilləri nəzərə almaq lazımdır. Belə bir dodaq boyasını görünüşünüzə uyğunlaşdırmaq çətin olmayacaq. Siz həmişə gündəmdə olan "makiyajsız makiyaj" trendini təkrarlaya və ya "Gucci" şousunda göründüyü kimi dumanlı göz kölgəsi, rəngli tuş və ya klassik qara layner ilə gözlərinizi vurğulaya bilərsiniz.

Giləmeyvə

2024-cü ildən 2025-ə özümüzlə aparacağımız başqa bir trend giləmeyvəli dodaqlardır. Giləmeyvə çalarlarında parlaq pomadalarla makiyaj yaratmaq ilk baxışdan göründüyündən daha asandır. Temperatura uyğun bir çalar seçmək və onu makiyajınızda əsas bəzəyi kimi istifadə etmək vacibdir. Daha incə bir görünüş üçün "Ulla Johnson" modelləri kimi, "öpülmüş dodaqlar effekti" yaratmaq istəsəniz, kremli pomadalar istifadə edin. Görüşlər və ziyafətlər üçün ən cəlbedici seçimdir. /Olay.az

Ardını oxu...

Türkiyədə menecer Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində şahid qismində ifadə verən Serenay Sarıkayadan sonra məşhur aktrisa Deniz Işın da zərərçəkmiş qismində ifadəsinin alınması üçün Baş Prokurorluğa çağırılıb.

Məlumata görə, Deniz Işının yanvarın 21-də yerli vaxtla saat 11 radələrində məhkəmə binasına gələrək ifadə verəcəyi gözlənilir.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılıb. İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib.

Qeyd edək ki, Ayşe Barım film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlmişdi. Əks fikirdəki aktyorları sektordan uzaqlaşdırdığı ilə bağlı tənqidlərə məruz qalan Barım istintaq prosesində bu iddialarla bağlı da sorğu-sual olunacaq.//Oxu.Az

 
 
 

Ardını oxu...
 

Milli Qəhrəmanımız, AZAL təyyarəsində həlak olan pilot İqor Kşnyakinin qızı Dariya Kşnyakina “Azərbaycan” mahnısını ürəklə ifa edərək hər kəsi təsirləndirib.

Musavat.com xəbər verir ki, onun yüksək duyğularla ifa etdiyi mahnı böyük rəğbətlə qarşılanıb.

Musavat.com həmin videonu təqdim edir: 

 

 
 
 
 
 

 

 
 
 

Ardını oxu...
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

"DogruXeber.az" bildirir ki, bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
Ardını oxu...
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mersində keçirilən Ədalət və İnkişaf Partiyasının (AKP) 8-ci regional qurultayında iştirak edib.

Musavat.com xəbər verir ki, qurultay zamanı Ərdoğan sürpriz bir çıxış edərək, “Duyanlara, duymayanlara” adlı məşhur türk mahnısını ifa edib.

Bu, tədbirdə iştirak edənlərin böyük marağına səbəb olub. Prezidentin mahnı oxuması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Qurultayda Ərdoğan həmçinin partiyanın gələcək planları və regional inkişaf layihələri barədə danışıb.

 

 
 
 
 
 

 

Musavat.com

Ardını oxu...
Fransız əsilli amerikalı kinorejissor Jannot Şvarç 87 yaşında vəfat edib.

Bu barədə “The Hollywood Reporter” kinorejissorun oğlu Saşa Şvarça istinadən məlumat yayıb.

Bildirilib ki, o, yanvarın 14-də tənəffüs çatışmazlığından Fransanın Loş şəhərindəki Mərkəzi Xəstəxanada dünyasını dəyişib.

Şvarç təxminən 60 il kino sahəsində çalışıb. Onun ən məşhur filmləri arasında "Jaws 2", "Santa Clause: The Movie" və "Supergirl" var.

Qeyd edək ki, dünən "Mulholland Drive", "Blue Velvet" filmlərinin əfsanəvi rejissoru Devid Linç 79 yaşında vəfat edib./publika.az
 

Ardını oxu...
 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivuda xüsusi elçiləri təyin edib.

“Report” xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində yazıb.

“Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar”, - o bildirib.

Tramp bildirib ki, aktyorlar film və televiziya istehsalının mərkəzində onun gözləri və qulaqları olacaq.

ABŞ-ın yeni seçilmiş prezidenti həmçinin onun hakimiyyəti dövründə Hollivudun qızıl dövrünün qayıdacağına əminliyini ifadə edib.

Ardını oxu...
Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xalq şairinin köməkçisi bildirib.

O qeyd edib ki, hazırda Xalq şairinin vəziyyəti yaxşıdır, müalicəsi davam edir. (ajans.az)
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti