“Landmark” niyə 120 milyona satılır? – RƏSMİ AÇIQLAMA
Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin həqiqi dəyərindən aşağı qiymətə hərraca çıxarılması barədə müxtəlif məlumatlar yayılır. Ən çox sual doğuran isə Elektron Hərrac Portalı vasitəsilə təşkil edilən bu hərracda əmlakın satış qiymətidir.

TEREF xəbər verir ki, bununla bağlı “Qafqazinfo” qiymətin necə müəyyənləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən “Libra” MMC-dən 117,579,405 manat məbləğində borc tutularaq, iddiaçı “Aqrarkredit” QSC BOKT-a ödənilməsi nəzərdə tutulub: “Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsinə əsasən borcun ödənilməsi üçün tələb əmlak sahibi tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib və həmin əmlakın açıq hərracda satılması qərara alınıb. Əmlakın ilkin satış qiyməti – 120,000,000 manat Bakı Kommersiya Məhkəməsinin həmin tarixli qətnaməsi ilə müəyyən edilib. Məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilib, ancaq yuxarı məhkəmə instansiyaları tərəfindən əmlakın qiyməti və satışı ilə bağlı hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılıb.

Göründüyü kimi, satılan əmlakın dəyəri və onun açıq hərracda satılması bilavasitə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilib.

27 noyabr 2024-cü il tarixdə icra vərəqəsi əsasında icra qurumunda icraata başlanılıb. “Elektron Hərrac Portalı”nda əmlakın satılması məqsədilə məhkəmə qərarı ilə müəyyən edilmiş əmlakın ilkin satış qiyməti ilə sifariş verilərək qanunvericiliyin tələblərinə riayət edilməklə hərrac keçirilir.

Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaşyönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi və məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə 2024-cü ilin dekabr ayından “Elektron Hərrac Portalı” istifadəyə verilib. Artıq icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni Portal vasitəsilə onlayn qaydada həyata keçirilir”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb
17 İyun 2025 Dizel və benzinin bahalaşması ilə bağlı VACİB XƏBƏR
17 İyun 2025 Qaz və elektrik abonentləri niyə və nəyə görə pul ödəyəcəklər? - AKTUAL
15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı

Dünyapress TV

Xəbər lenti