Doğma Kəlbəcərim, Ana yurdum-Sən azadsan, Mən Sənə qayıtmışam!
Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian və listvenit yataqları ilə zəngindir.
Ulu Öndər, Heydər Əliyev demişdi ki, “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları bizə böyük zəfər yaşatdı. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Bir daha bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı mərd, qorxmaz, iradəli, dözümlü və vətənpərvərdir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ərazilərindən çıxarılması və qaytarılmasına səbəb oldu. Kəlbəcərin azad ediməsi ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətində deyilib: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”.
Mən Kəlbəcər həsrəti ilə alışıb yanan kəlbəcərli kimi 27 ildən sonra ana yurdumu artıq yuxularımda deyil, reallıqda görəcəyimi eşitdim. Doğma torpağıma, yurduma olan həsrətim, qəlb ağrım səngidi. Mən və Mənim kimi Kəlbəcər nisgili ilə yaşayan Vətən sevdalılarının xoşbəxt günü kimi ömür tarixinə yazıldı 25 noyabr. Bu tarix həm sevincdir, həm bir nisgilin sonu, xoşbəxtliyin başlandığı tarixdir. Sevincdir ona görə ki, 27 il həsrətini çəkdiyim, doğulduğum, torpağında ayaq açdığım, suyunu içib havasını udduğum yurduma qayıdacam.
Bu illər ərzində dilimdən düşməyən aşağıdakı misralarda bayatıya çevrildi Kəlbəcərim.

Sənnən ayrı düşən gündən,
Gülmədi bir dəfə üzüm Kəlbəcər!
Bu gün sevincimin həddi hüdudu yoxdur, minlərlə Kəlbəcər sakini kimi Mən də xoşbəxtəm.
Müharibə bir daha dünyaya sübut etdi ki, Azərbaycan Xalqı vətənpərvər Xalqdır.
Əzizlərim Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Vidadi Murtuzayev
Yevlax rayonunda müvəqqəti məskunlaşmış
Kəlbəcər rayonunun Çovdar kənd sakini
Teref.az
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti