“”Doğmalarımın mərmər qəbir daşlarını oğurlayıblar” –
Millət vəkili Ceyhun Məmmədov doğma rayonuna, işğaldan azad edilmiş Cəbrayıla səfər edib.

SAVASH.ORG xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.

C. Məmmədov doğmalarının ermənilər tərəfindən güllələnmiş, dağıdılmış məzarlarının fotolarını paylaşaraq yazıb:

“Əziz həmvətənlər! Bu şəkildə gördüyünüz qəbirlər mənim babamın, nənəmin və digər doğmalarımın qəbirləridir. Babamın qəbiri mərmər olduğu üçün onun üz daşlarını qəbir oğruları oğurlayıblar. Digər qəbirlər adi daşdan olduğu üçün ona dəyməyiblər.

Əvvəl də paylaşmışdım qəbirstanlıqlardakı bütün daşların üzərində atəş izləri var, özü də gözlərinin içindən. Üzərində məscid olan qəbirlər də atəşə məruz qalıblar. Sözlə bunları ifadə etmək çox çətin və ağırdır.

Ancaq bilirsiniz insana həm də ən çox nə pis təsir edir? Günahsız olduğumuz yerdə günahlandırılmağımız, ermənilərə qarşı soyqırımında ittiham olunmağımız. Çox təəssüf!”

C.Məmmədov əcnəbi diplomatların bu vandallığa göz yummalarını vurğulayıb:

“O qəbirləri mənim kimi, həmin ölkələrə səfər edən ayrı-ayrı ölkələrin diplomatları da görüblər. Əcəba öz ölkələrinin müvafiq qurumlarına məlumat verməyiblərmi? Makronun və onun kimi düşünənlərin bu əməllərdən xəbərləri yoxdurmu? Var, ancaq onların gözləri, daha doğrusu vicdanları kordur. Onları həqiqətləri görməyə qoymur.

Sonda sözüm dəyərli gənclərədir. Dəyərli gənclər! Unutmayın ki, sizin üzərinizə çox böyük məsuliyyət düşür. Biz tarixin hansısa bir mərhələsində yenidən ermənilərin bizim başı pozuqluğumuzdan istifadə edib eyni qırğını və işğalı törətmələrinə imkan verməməliyik.

Biz tez-tez deyirik, tarix təkrarlanır. Düşünürəm, xalqlar tarixdən nəticə çıxarmayanda təkrarlanır. Ona görə tariximizi yaxşı öyrənək, üzərimizdə daha çox işləyək, bir və həmrəy olaq. Qruplaşmadan, qısqanclıqdan, başıpozuqluqdan uzaq olaq. Yoxsa tarix bizi bağışlamayacaq. Necə ki, ötən əsrin sonlarında bağışlamadı”.
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Xankəndi rejiminin "qara kassası" hakim qarşısında
16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb

Dünyapress TV

Xəbər lenti