Ağsuda müharibə veteranları bələdiyyə sədrindən şikayətçidir... - "Deyir ki, icra başçısının..."
Ağsu rayonu Bico kəndində yaşayan Qarabağ veteranları - İsazadə Əhməd Seymur oğlu, Balakərimov Yaqub Raqub oğlu, Eminzadə Anar Tahir oğlu, İsazadə Nicat İlham oğlu və Kərimli Ülvi Kərim oğlu Qaynarinfo-ya müraciət ünvanlayıb.

Veteranlar bildirir ki, kənddə yaşasalar da, əkin məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edə bilmirlər.

Şikayətçilərin sözlərinə görə, ölkədə torpaq islahatları onların doğum tarixindən əvvəl aparıldığından, pay torpaqları yoxdur, imtiyaz baxımından torpaq istəkləri isə kənd bələdiyyəsi tərəfindən müsbət qiymətləndirilmir. Eyni məzmunlu müraciəti əvvəlcə dövlət başçısına ünvanlayan veteranlar problemin səbəbini belə izah edirlər:

"Bizim kəndin sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçinlik olduğu üçün, biz də yaşayışımızı bu istiqamətdə qurmaq istəyirik. Ölkədə torpaq islahatı doğum tariximizdən əvvəl aparıldığına görə, bizə pay torpağı düşməyib. Bu baxımdan, həm gənc kənd sakinləri, həm də ölkəmizin zəfər qazandığı müharibənin veteranları kimi bələdiyyə sədrinə müraciət edərək, taxıl əkmək üçün torpaq istəmişik. Ötən il bizə - həqiqi hərbi xidmət zamanı döyüşlərin ön xətlərində iştirak edən 5 nəfər müharibə veteranına - "Pir zəmi” adlanan ərazidən, mərhum bələdiyyə sədri tərəfindən, adambaşına təxminən 3 hektar olmaqla torpaq verildi. Bu il isə yeni bələdiyyə sədri həmin ərazidən istifadə etməyimizə maneə yaradır. Məlum olur ki, sədrin problem yaratması ümumilikdə 25 hektar olan həmin ərazini Vidadi Nuriyev adlı kənd sakininin adına sənədləşdirməklə, kənar bir şəxsə hərrac yolu ilə uzunillik müqavilə əsasında icarəyə vermək istəməsi ilə bağlıdır. Bələdiyyə sədri Südabə Mikayılova təzə olduğundan aldanıldığını, hazırda isə rayon İcra Hakimiyyəti başçısının qərarına uyğun addım atacağını bildirir. Biz də öz növbəmizdə, icra başçısının qəbuluna gedib, yaranmış problemi diqqətə çatdırmaq istəmişik, lakin bir neçə dəfə cəhd etsək də, süni maneələr nəticəsində qəbula düşə bilməmişik. Nəticədə, kənd sakinlərindən gizlin saxlanılmaqla, həmin ərazinin təklif sənədləri sədr Südabə Mikayılova və bu məsələdə xüsusi canfəşanlıq göstərən bələdiyyənin mühasibi Xəqani Göycəyev tərəfindən hərraca çıxarılması üçün aidiyyatı quruma göndərilib. Hazırda istəyimiz budur ki, ötən il əkdiyimiz torpağın gizli yollarla hərraca çıxarılması bələdiyyə tərəfindən imtina verilməklə dayandırılsın.

Sizdən xahişimiz budur ki, səsimizin Ali Baş Komandana, eləcə də Ağsu RİH-nin başçısına çatması üçün müraciətimizi dərc edəsiniz. Bizim istəyimiz, sadəcə, haqqımız olana qovuşmaqdır”.

Südabə Mikayılova isə Qaynarinfo-ya bildirib ki, həmin torpaq sahəsi o, bələdiyyə sədri olmazdan əvvəl hərraca çıxarılıb: "Onlar doğru danışmır. Deyilən 25 hektarlıq ərazi mən sədr olmazdan əvvəl hərraca çıxarılıb. Sadəcə ötən il onlar oranı əkiblər. Mən torpaq satan deyiləm”.

Qaynarinfo

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti