Beyləqanda vergi orqanı əməkdaşları “Rəhmanın zapravkası”na niyə “bata” bilmirlər?
Gündəlik həyatda təmasda olduğumuz yeniliklərdən biri də POS (Point Of Sale) -terminallardır. POS-terminal təsərrüfat subyektlərində (obyektlərdə) ödəniş kartı ilə ödəniş etməyə imkan yaradan elektron avadanlıqdır.

Nazirlər Kabinetinin 219 nömrəli 4 oktyabr 2012-ci il tarixli qərarında qeyd olunub ki, ticarət, məişət və digər xidmətlərin göstərilməsi zamanı alıcılarla (müştərilərlə) hesablaşmaların aparılması, vergilərin və dövlət orqanları tərəfindən göstərilən işlərə (xidmətlərə) görə dövlət rüsumlarının ödənilməsi üçün təsərrüfat subyektlərdə (obyektlərdə) POS-terminalların quraşdırılması, qeydiyyatı, istifadəsi və tətbiqi ilə bağlı digər məsələlər “Azərbaycan Respublikasınn ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” ilə tənzimlənir. Qərara əsasən, POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri də vardır.

POS-terminalların quraşdırılmaması təsərrüfat subyektlərini (obyektləri) Qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edə bilər. 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS terminalların quraşdırılmamasına və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyaları tətbiq oluna bilər.
POS-terminalların tətbiqi nəzərdə tutulan təsərrüfat subyektləri sırasında yanacaqdoldurma məntəqələri (bundan sonra YDM – red.) də vardır.
Beyləqanda əksər yanacaqdoldurma məntəqələrinin əksəriyyətində POS-terminallar quraşdırılmayıb. Məsələn, “RTS” qəsəbəsində fəaliyyət göstərən, Rəhman adlı sahibkara məxsus YDM-də ciddi qanun pozuntuları baş verir. Vergi qanunvericiliyinin tələbləri pozulmaqla, nağdsız hesablaşmaya şərait yaradılmayıb. Həmçinin kassa nəzarət aparatları da yalnız formal olaraq mövcuddur. Müştəri təkid etməsə, aldığı yanacağa görə ona ödədiyi pulun qəbzi verilmir. YDM-in işçiləri (operatorlar) yalnız rayonda qanunpərəst, “demaqoq adam” kimi tanınan şəxslərə, tanımadıqları müştərilər sırasından isə ziyalı görkəmli, qalstuklu adamlara qəbz təklif olunur və məbləğ kassa aparatına daxil edilir. Bu isə əlbəttə ki, vergidən yayınmağa hesablanmışdır.
Burada başqa bir məsələ də ortaya çıxır ki, YDM mədaxil etdiyi benzini tam olaraq necə silir? Deməli, mədaxil qaimə-fakturalarındakı rəqəmlər də həqiqəti əks etdirməməli, başqa sözlə, YDM-ə alınan benzinin bir hissəsi oğurluq olmalıdır. Bütün bunlar yalnız köklü kameral yoxlama əsasında dəqiqləşdirilə bilər.
Yeri gəlmişkən, Beyləqan rayonunun mərkəzindəki YDM-lər Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə çox yaxın məsafədə yerləşir. Bəzilərinin, eləcə də “Rəhmanın zapravkası” kimi tanınan YDM-nin fəaliyyətindəki qanunsuzluqları hətta İdarənin küçəyə baxan pəncərələrindən də müşahidə etmək olar.
Söz yox, kimsə bu məsələ ilə əlaqədar vergi orqanına müraciət edərsə, ona formal cavab da veriləcək, bəlkə də nə vaxtsa hansısa YDM-in kiçik həcmdə cərimələndiyi də xatırlanacaq. Ancaq həmin tədbirlər rayon YDM-lərindəki vergidən yayınmanın gerçək miqyasını əks etdirməyəcək. Real müşahidələr aparılsa, məlum olar ki, Beyləqandakı YDM-lərdə gündəlik satılan yanacağın dövriyyəsi 3-4 min manat civarında olur. Bu da illik 200000 (iki yüz min) manat həddini aşır. İllik dövriyyəsi həmin həddən yuxarı olan subyektlərə isə sadələşdirilmiş vergi tətbiq oluna bilməz.
Ümumiyyətlə, şübhələnməyə əsas var ki, Beyləqanda istənilən obyekt sahibi dövriyyəsindən asılı olmayaraq yerli vergi orqanı əməkdaşları ilə “dil tapa”, anlaşa bilirlər.
Odur ki, qərara gəldik ki, müşahidələrimizi detallı şəkildə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli cənabları ilə bölüşək. Və ümid edirik ki, DVX tərəfindən “Rəhmanın zapravkası” kimi tanınan yanacaqdoldurma məntəqəsi ilə yanaşı, həmçinin də Beyləqan rayonu ərazisində fəaliyyət göstərən ayrı-ayrı yanacaqdoldurma məntəqələrində köklü kameral yoxlamalar aparacaq və mövcud vergi pozuntularına görə sanksiya tətbiq edəcəkdir.
1664349692_2.jpg
Yeri gəlmişkən ədalət naminə onu da qeyd edək ki, əldə etdiyiniz məlumatlarda vergi orqanı əməkdaşları tərəfindən “Rəhmanın zapravkası” na POS terminal quraşdırılması tələb olunub, lakin obyekt sahibi bundan imtina edib. Bu isə POS terminaldan yayınamaq deməkdir ki, buna görə də yuxarıda qeyd etdiyimiz kimi sanksiya tətbiq olunur. İndi 8 Ərazi Vergi İdarəsi rəsmi mövqe bildirsin ki, adı qeyd olunan yanacaqdoldurma məntəqəsinə təkcə POS terminaldan imtinaya görə bir dəfədə olsun ki, sanksiya tətbiq edib. Maraqlıdır, vergi orqanı bu qədərmi bir sahibkarın qabağında boynu bükük və acizdir ki, açiq aşkar vergi pozuntusunu görə, bilə və sanksiya tətbiq etməyə.

İnanırıq ki, bu yazımızdan dərhal sonra yuxarıda oturan səlahiyyətli nüfuz sahibləri qeyd etdiyimiz vergi pozuntuları ilə yanaşı, həm də adı keçən yanacaqdoldurma məntəqəsinə hər ay nə qədər yanacaq daxil olduğu (qaimə-fakturasını) və ay ərzində nəqədər yanacaq satıldığına dair vergi hesablaşmalarının necə və hansı formada həyata keçırilməsi istiqamətində də operativ vergi yoxlamalaı həyata keçirəcək.

Mövzuya qayıdacağıq.

RealMedia.az
 
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti