“ONSUZ DA ÜÇ AY ÖMRÜ QALMIŞDI” DEYƏN HƏKİM AVTOQƏZADA ÖLƏNİN QANINI BATIRIR
Hər il ötən ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Buna səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin və piyadaların diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1661874097_2.jpg
Təsirli tədbir dedikdə, bu sırada həm də qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinin düzgün müəyyən edilməsi başa düşülür. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”ə ayrıca fəsil həsr olunub. Bu fəsildə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının hansı halda cinayət tərkibinin yaratması, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması, sürücülərin yol nəqliyyat hadisəsi yerindən qaçması, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma və başqa cinayətlər və həmin cinayət əməllərinə görə təyin oluna biləcək cəzalar qeyd olunub.

Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Təbiidir ki, zərər yetirən tərəf özünün törətdiyi əməlin cinayət deyil, inzibatti məsuliyyət yaratmasında maraqlıdır və bundan ötrü istər hadisənin səbəbini müəyyənləşdirən vəzifəli şəxslərlə (tibb ekspertizası), istərsə hadisəyə hüquqi qiymət verən vəzifəli şəxslərlə (hüquq-mühafizə orqanları əməkdaşları), istərsə də zərərçəkmişin (on un qanuni təmsilçisinin) özü ilə sövdələşməyə (bəzən korruptiv əlaqəyə girməyə) meylli olur.

İndi çəkəcəyimiz misalda belə korruptiv sövdələşmədən şübhələnməyə əsaslar vardır:

Dəryaza verilən məlumata əsasən Avqustun 21-də Şəmkir-Tovuz şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat – 1 qəsəbəsi, Yeni Məhəllə ünvanda yaşayan Elçin Xaliqi adlı gənc bir neçə gün sonra dünyasını dəyişmişdir. Maşında onunla birgə olan anası da kəllə-beyin travması alaraq koma vəziyyətinə düşmüş, hazırda Bakıdakı Neyrocərrahiyə xəstəxanasındadır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin isə çəkdiyi ziyan barədə məlumat yoxdur.

Redaksiyamızın əməkdaşı Zabratda, mərhumun hüzn mərasimində iştirak etmiş və orada öyrənmişdir ki, Elçin də qəzadan sonra bir gün koma vəziyyətində qalıb, sonra ayılıb özünə gəlib, lakin həyata qayıda bilməyib. Bildirilir ki, mərhumun ölümünü Tovuz rayon mərkəzi xəstəxanasında birbaşa qəza ilə deyil, xeyli vaxtdır ki, müalicə aldığı hepatitlə (böyrək və qaraciyər çatışmazlığı) əlaqələndiriblər. Söz gəzir ki, hətta guya həkimin rəyinə görə, qəza baş verməsəymiş belə mərhumun ölümünə onsuz da üç ay vaxt qalıbmış.

Bundan başqa, öyrənmişik ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin adamları mərhumun yaxınlarına hüzn xərclərini yola vermək üçün yüksək məbləğdə “əza pulu” da təklif ediblər. Amma mərhimun qohumları onları qovaraq təklifdən imtina ediblər.

Məsələ ilə bağlı araşdırma apararkən ilk növbədə mərhumun qəzadan sonra dərhal götürüldüyu Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovla əlaqə saxladıq. Paşa həkim baş redaktorumuzla fikir mübadiləsi aparanda bildirib ki, heç bir həkim insan sağlamlığına vurulmuş zərərin, xüsusilə ölümün səbəbini gizlətməyə kömək etməməli, hətta öz səhlənkarlığını, məsuliyyətsizliyini gizlətmək üçün də haqqı nahaqqa qurban verməməlidir.

Sonra isə Paşa Muradov baş redaktorumuzu mərhuma qəzaya uğradıqdan sonra ilkin diaqnoz qoymuş Mahirə həkimlə əlaqələndirib. Mahirə həkim isə Elçinin ölümünün avtoqəza nəticəsində deyil, məhz xəstəlik səbəbindən baş verdiyini deyib-durub.

Onsuz da gec-tez hamı öləcək. Belə çıxır ki, Elçin Xaliqinin xəstəliyi üç aydan sonra onun ölümünə səbəb olacaqdıysa, o halda onun məhz indi ölümünün səbəbi, yaxud, ölümünü sürətləndirən səbəb ciddi araşdırılmamalıdır? Axı burada insan həyatından söhbət gedir! Bir qarışqanı belə yarada bilməyən Mahirə həkimin məntiqindən belə çıxır ki, adam üç ay sonra öldü, ya indi öldü – heç bir fərqi yoxdur. Xeyr, adam ömrünün sonuna vur-tut üç ay qaldığını bilsə, həmin üç ayı səmərəli keçirməyə çalışar, ömrünü daha da gödəldəcək risklər etməz, yaxud, kimlərəsə yaxşılıq eləyə bilər ki, savab işlərinin sayını artırsın. Bizi qınamayın, şübhələnməyə əsas tapırıq ki, burada niyyət ya ağır nəticəyə səbəb olmuş sürücü ehtiyatsızlığını, ya da həkim səhlənkarlığını gizlətməkdir. Bir nüansa da diqqət yetirməyə dəyər: Əgər həkimlərin sözünə inansaq, yəni, mərhumun məhz xəstəlik səbəbi ilə dünyasını dəyiuşdiyini qəbul etsək, onda belə çıxır ki, Elçin Xaliqi paytaxt Bakıda müalicə olunmağa tibb müəssisəsi tapmayıb, üzünü tutub Tovuz əyalət xəstəxanasına – inandırıcı deyil. Fakt ortadadır ki, mərhumun ölümündən əvvəl Tovuz xəstəxanasına düşməsinin səbəbi məhz qəzada aldığı xəsarətdir.

İndi söz Səhiyyə Nazirliyinin, TƏBİB-in və əlbəttə ki, sözügedən yol-nəqliyyat hadisəsini araşdıran hüquq-mühafizə və cinayət təqibi orqanlarınındır. Nəzərə alınmalıdır ki, hətta ekspertiza rəyinin belə digər sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur.Yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.

Deryaz.az

 
 
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
13 İyun 2025 Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib? - Video
13 İyun 2025 SDU-da şübhəli satınalma: Bir aylıq MMC ilə müqavilə bağlayır - İLGİNC FAKTLAR
13 İyun 2025  Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
12 İyun 2025 “Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” – Foto
12 İyun 2025 201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Dünyapress TV

Xəbər lenti