Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir - Deyəsən cəza cinayətkara yox, xalqa kəsilir
Azərbaycanda elə tikinti maqnatları var ki, hansı dələduzluğu edir etsin, sanki toxunulmazlıq statusu alıb. Ona görə də illərdir ki, yol verdiyi cinayətlərə, saxtakarlıqlara, fırıldaqlara baxmayaraq məsuliyyətə cəlb olunmayıb. Hətta nəinki istintaqa çağırılmayıb, bilə-bilə ki bu tikinti şirkətinin sahibi vətəndaşları aldadıb, ona yenə də şərait yaradılıb, təzə-təzə işlər götürüb, bina tikməyə yer ayrılıb.
Anaxeber.com-un araşdırmasına görə, onlardan birincisi “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Rauf Əliyev ölkədə yüzlərlə vətəndaşı aldadıb, bir mənzili bir neçə adama satıb, pullarını mənimsəyib, indiyə qədər problemi həll etməyib, illərdir ki, vətəndaşlar aksiyalar keçirir, şikayət edir, amma bu şəxs nə həbs edilir, nə də zərər çəkənlərin pulunu qaytarır. Və hazırda həbsdə olan MTK rəhbərlərindən fərqli olaraq, Rauf Əliyev barəsində bu qədər şikayətlərə, dəlil-sübutlara baxmayaraq azadlıqda gəzir. Onun aldatdığı vətəndaşlardan biri elə dünən mətbuata çıxıb.
Belə ki,
"İnşaat Konstruksiyaları” MMC-nin qurbanlarından olan Rafiq Əmirov zərərçəkmiş qismində tanınmır. Bu barədə Reportyor.info-ya onun özü bildirib.
Rafiq Əmirov 2017-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, Abbas Mirəz Şərifəzadə küçəsi 33-də inşa etdiyi yaşayış binasından mənzil alıb. Bir müddət sonra isə məlum olub ki, onun aldığı mənzil Fətullayeva Təbərrük adlı bir xanıma satılıb.
Şikayətçi deyib ki, həmin xanımla imzalanmış müqavilələr saxtadır. Yəni üzərindən 8 il keçib, il 2025-dir, hələ də vətəndaşın problemi həll olunmayıb. Və belə qurbanların sayı "en" qədərdir. Sadəcə, Rauf Əliyev toxunulmaz birinə çevrilib.
Bu azmış kimi, ona hələ də Bakıda bina tikməyə icazə verilir. Axı onu himayə edənlər kimlərdir ki, dələduzluğa yol verdiyi göz qabağında olduğu halda, yenə də tikinti aparmasına şərait yaradılır?
Bu sektorda olanlar bilir ki, bina tikmək asan məsələ deyil. Əvvəlcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməlidir, yer ayırmalıdır, sərəncam imzalanmalıdır.
İkincisi, Fövqəladə Hallar Nazirliyindən tutmuş bütün rəy verən, kommunal təchizatı təmin edən qurumlara qədər bu prosesdə iştirak edir. Bəs necə olur ki, dövlət qurumları adı dəfələrlə dələduzluqda hallanan, haqqında saysız-hesabsız şikayətlər olan Rauf Əliyevin yeni binalar tikməsinə göz yumurlar?
Ən absurd mənzərə budur ki,
"İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunsalar da, bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər.
O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
"İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.
Mediada gedən xəbərlərə görə, Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.
Bundan başqa, Rauf Əliyev Şəhərsalma və Arxitektura Komitəsi ilə də "dil taparaq" əlavə mərtəbələr qaldırılmasına razılıq ala bilir. Beləliklə, şəhərdə toxunulmaz bir dələduz gəzir və ona "gözün üstə qaşın var" demir...


Azər Talıbov
Anaxeber.com
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti