Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
Cəlilabad rayonu, Qarazəncir kənd sakini Cəfərov Qəfər Şahverən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Cəlilabad Mərkəzi Xəstəxanasının həkim-pediatrı Davud Qurbanov və Könül həkim “forma 88” üçün ondan 1500 manat rüşvət tələb edirlər:

“Mən, Cəfərov Qəfər Şahverən oğlu, yazaraq bildirim ki, övladım Cəfərov Ülvi Qəfər oğlu 2017-ci ildə ürək qüsurlu doğulub. Ürəyində 2 millimetrlik deşik var. Gəzmədiyimiz xəstəxana qalmayıb. 3 dəfə M.Mirqasımov adına Respublika Klinikasının uşaq şöbəsində olmuşuq. Əməliyyatın mümkün olmadığını bildirdilər. Dedilər ki, Cəlilabad Mərkəzi Xəstəxanasına gedin, uşağı orada yatızdırın. Səhiyyə nazirliyindən göndəriş verilib.

Aprel ayının 7-də nazirlikdən gələn bildirişə əsasən uşağı xəstəxanaya yerləşdirdik. 7 gün orada qaldı. Epikriz sənədinı aldıq. “Forma 88” istəyəndə, Davud və Könül həkim məndən 1500 manat pul tələb etdilər. Mən onlara “bu qədər pulu verməyə gücüm çatmaz, fəhlə adamam, uşağım da xəstədir”, - dedikdə isə bildirdilər ki, “biz pulu almadan o sənədi vermirik, get hara istəyirsən şikayət et””.

Cəfərov Qəfər Şahverən oğlunun şikayət ilə əlaqədar yazıda adı çəkilən həkim-pediatr Davud Qurbanovla danışdıq. O, barəsində səslənən ittihamları qəbul etmədi: “Mən belə başa düşürəm ki, bu, nəsə qurma bir oyundur. 5-10 manat da yox, birbaşa 1500 manat. Vallah, bu, biraz gülməli iddiadır. Orada nə iş gedir ki, mən, yaxud da digər iş yoldaşım ondan bu qədər pul tələb edək?! Ümumiyyətlə, pul söhbəti ola bilməz. Uşaq ürək qüsurludursa, mən ona epikriz necə verə bilərəm?! Doğrusu, mən bu barədə nə deyəcəyimi bilmədim. Allah onun övladına şəfa versin.

Uşağın sənədləri ilə bağlı danışdıqları yalana gəldikdə isə, burada vəziyyət başqadır. Xəstə bizim xəstəxanada yatıb, müalicə alıb. Uşağın atası olan şəxs mənə dedi ki, Səhiyyə Nazirliyindən deyirlər, get, Davud həkimdən “forma 88” al, sənin uşağına əlillik verək.

Halbuki, bu sözü nazirlikdən heç vaxt deməzlər. Çünki mənim səhaliyyətimdə deyil. Başa saldım ki, siz yəqin nazirliyin əməkdaşını səhv anlamısınız. Biz belə xəstələri Kardiologiya İnistituna yönləndiririk, orada yoxlanılır və xəstə yaxınına möhürlü sənəd təqdim olunur. Uşağa o diaqnozu qoymaq mənim işim deyil. O sahənin özünün peşəkarları var. Mən həkim olaraq şübhələnib, mütəxəssisin üzərinə göndərə bilərəm.

Bu adam isə deyir ki, yox, elə deyil, mənə Səhiyyə nazirliyindən belə deyiblər, sən yaz ver. Dəfələrlə demişəm ki, mən sadəcə göndəriş yaza bilərəm, yenə də xeyri olmayıb. Hətta, səhv etmirəmsə, nazirlikdən də imtina cavabı alıblar. Yəni uşağın xəstəliyi əlillik meyarlarına uyğun olmadığı üçün imtina olunub. “Exo” müayinəsi zamanı vəziyyət görünə biləndir.

Bu, əlbəttə, nazirliklə sözügedən şəxsin arasında olan problemdir. Amma onun bizi belə bir çirkin iddia ilə ləkələmək istəməsi heç bir məntiqə uyğun deyil. Biz uşağı xəstəxanada yatırda bilərik. Amma sırf ürək müayinəsi üçün Kardiologiya İnistitutunda baxış keçirilməlidir.

Onu da qeyd edim ki, “forma 88” toplanmış sənədlərə əsasən yazılır. Adamın əlində yararlı sənədi yoxdur. Bakı xəstəxanalarının birində uşağın xəstəliyinə baxış keçirilib və əlillik meyarına uyğun olmadığı müəyyən olunub. Deyiblər ki, get öz xəstəxananızda biraz uşağı yatızdır. Bəlkə, ordakı həkimləri də hansısa yol bezdirib, bu məqsədlə bizim xəstəxanaya yönləndiriblər.

Mənim yanıma gələndə isə dedim ki, mən ancaq yenidən yönləndirmə edə bilərəm. Biz müayinə etdiyimiz xəstəliyə əlillik düşmür. Yəqin bu məqsədlə həmin addımı atıb. Məndən başqa həkimlər çoxdur, əgər onun uşağına əlillik dərəcəsi düşürsə, getsin sənədlərini yığsın, yenidən müayinə olunsun. O adam bizi hədələyir, yaxud şantaj edir deyə, ona o sənədi verə bilmərik”.

Sonda Davud Qurbanov onu da vurğuladı ki, qeyd olunan ittihamlarla bağlı Cəfərov Qəfər Şahverən oğlunun barəsində məhkəmə müraciət etməyi də düşünür: “Ortada pul söhbəti qətiyyən olmayıb”.

Jalə FAMİLQIZI

P.S. Redaksiyamıza müraciət edən bəzi şikayətçilər fikirləşirlər ki, nə deyəcəklərsə, onu da yazacağıq. Hətta elələri də var ki, yalan məlumat verdiyinə görə qarşı tərəf biraz sıxışdıran kimi israrla yazını silməyimizi xahiş edirlər. Amma hər bir şikayətçi bilməlidir ki, redaksiyamıza verdikləri yalan informasiya, göndərdikləri şər-böhtan xarakterli yazılar mütləq araşdırılacaq.

Təbii ki, biz “Hürriyyət”ə müraciət edən hər bir şikayətçiyə kömək etmək istəyirik. Amma, bəzi hallarda şikayətçilər verdikəri yalan məlumatlarla öz işlərini daha da qəlizləşdirirlər.

Bu baxımdan, bir daha oxuculardan xahiş edirik ki, redaksiyamıza müraciət edərkən qərəzli, yalan, şər-böhtan xarakterli məlumatlarla bizləri aldatmağa çalışmasınlar. Əks halda, onlara heç bir dəstəyimiz mümkün ola bilməz.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745432057_2.jpg
 
 
 

Bölmənin digər xəbərləri

17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
13 İyun 2025 "Olympus” MTK kütləvi narazılıq yaradır:Biz nə vaxta qədər küçələrdə qalacağıq?
13 İyun 2025 Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
13 İyun 2025 “Sudan İstifadəedənlər Birliyi”ndə ailə podratı
13 İyun 2025 Nazirliyin Yaradıcı Mərkəzində maaş üsyanı - Etirazlar sosial şəbəkəyə sıçradı
13 İyun 2025 KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO

Dünyapress TV

Xəbər lenti