Ardını oxu...
Səhiyyə Nazirliyi laboratoriya avadanlıqlarının satın alınması ilə bağlı "SEM-AZ" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, müqavilənin maliyyə dəyəri 109 950 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "SEM-AZ” MMC 15 may 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Akademik Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 37-də yelrəşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Anar Firkət oğludur.

Anar Məmmədov həm də "SEM-AZ Laboratoriya Cihazları” MMC-nin qanuni təmsilçisidir. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mediada yer alan iddialara görə, "SEM-AZ" səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlı şirkətdir. Bu iddialar indiyə qədər təkzib edilməyib
 
Ardını oxu...
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin (İK) mərkəzi aparatına tapşırılıb.

Bu barədə TASS-a qurumdan bildirilib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi tərəfindən başlanmış cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilib”, - qurumdan bildirilib.
 
Ardını oxu...
Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb.

Hadisə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini, 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün onları xəstəxanaya aparıb. Uşaqlardan birinin səhhətinin ağırlaşdığını görən baba Davud adlı həkimdən kömək istəyərkən müqavimətlə üzləşib.

Füzuli İmanovun iddiasına görə, o, həkim tərəfindən təpiklə döyülərək otaqdan çıxarılıb.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Hadisənin anbaan görüntüləri təhlükəsizlik kameralarına da düşüb.

Fakt araşdırılır.
Ardını oxu...
bakiposta
Ardını oxu...
Bir aydır icraatda olan iş bankın sifarişilə geri qaytarılıb

Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququnu nöqsan sayır (?)

“Kapitalbank”a, eləcə də Beynəlxalq Banka əhalinin məcburən pensiyaçı, təqaüdçü, müavinətçi kimi müştəri edilməsi xidmətin keyfiyyətini özbaşlnalıq səviyyəsinə endirib. Faktiki bu banklar bazarda monopolist kimi çıxış edirlər. Axı pensiyaçı əlilin, şəhid ailəsinin, təqaüdçünün... başqa seçimi yoxdur, zorla bu banklara müştəri ediliblər. Banklar da inhisarçı mövqeyindən yararlanıb kefi istədiyi komissiya faizini diqtə edir, kefi istəyəndə pensiyaya, təqaüdə,..., əmanətə xəyanət edib, bloklayır. Məhkəmələr isə faktiki olaraq bankların vəkili rolunda çıxış edirlər. Axı banklardan yaxşı, sərfəli sifarişlər alırlar! Baxın, banka borcun olanda məhkəmə borc məbləğinə günlük gecikmə faizi hesablayır, bank cüzi müavinəti, təqaüdü, pensiyanı gecikdirəndə nəinki gecikmə faizi, heç borcun özü də kəsirlə ödənilir. Heç demə, “it ilində” pensiyaçının banka, dövlət (sosial müdafiə) fonduna, ŞƏHİDİN DÖVLƏTƏ (CƏNNƏTDƏN) borcu qalıbmış. “Əjdaha ili”ndə də durumun dəyişməyəcəyini gerçək faktlar ortaya qoyur.
Ardını oxu...
“Kapitalbank”ın sovet dönəminin əmanət bankının varisi kimi özbaşınalıqlarda özəl çəkisi, şişirtmə komissiya faizi var. “Komisyon” dələduzluğa baxın, “Birbank” müştərisinin iki kartı arasında köçürməyə görə 1 faiz, ən azı 1 manat “komissiyasız” “mədaxil faizi” tutulur. (?) Fırıldağa məhkəmə qiymət vermir, özünüz fikir verin, köçürmənin komissiyasız olduğu bildirilərək müştəri aldadılır, kartına köçürülən 1 manatın hamısı “mədaxil faizi” dələduzluğu ilə yeyilir. Pensiya kartlarını yenisi ilə əvəz etmədən istifadə müddətinin on illik uzadılması da bankın daha bir fırıldağıdır. Axı müddəti uzadılan kartlarla “online” alış-veriş etmək olmur, anında istifadə müddətinin bitdiyi bildirilir. Yeni kart almaq isə 5 manata başa gəlir. On, yüz minlərlə pensiyaçının, müavinətçinin 5 manatı ilə bankın pulsuz verməli olduğu kartlara görə nə qədər qanunsuz gəlir götürdüyünü bağlantılı maliyyə, bank, hesablama qurumları hesablamaqda çətinlik çəkməz. Elə prokurorluq, məhkəmə də. Di gəl, nəzarətedici qurumların haqq- hesabları elə bankdan çıxır deyəsən.
Ardını oxu...
Nizami məhkəməsində “Kapitalbank” ASC və onun Nizami filialına qarşı 1-ci dərəcəli Qarabağ qazisinin Prezident təqaüdünü 6 ay bloklayıb “ac qoymasından”, əmlakını ələ keçirməsindən, qanunsuz faiz tutmasından iddianın “bəxtinə” bu yol 1 aydan sonra “geri qaytarılmaq üzüqaralığı” yazılıbmış. Üzdəniraq məhkəmə qərardadına baxın, 26.11.2024-cü ildə məhkəməyə elektron kabinetdən daxil olan iddia ərizəsi PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurasına 20 günlük şikayətlərdən sonra 17.12.2024-cü ildə “tapılıb” qeydiyyata alınıb. Və 23.12.2024-cü ildə hakim Starə Əliyeva kabinetdə məlumat yerləşdirib ki, ərizə MPM-in 149-cu maddəsinin tələbinə uyğun olmadığı əsası ilə “geribəxtli” sayılır. Axı MPM-in 151.3 maddəsi bu geri qaytarma müddətini 5 gün hesablayır, 27 gündən sonra iddia geri qaytarıla bilməz; başqa “əsaslı bəhanə” tapmaq olmazdı? Di gəl, hakim kimdir ki, belə işlərdə sifariş məhkəmə sədrinə edilir.
Ardını oxu...
Yeri gəlmişkən, 3 ildir Nizami məhkəməsinin hakimi Ülkər Yusifova “Kapitalbank”a qarşı iddianı elə itirib ki, heç PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası da tapa bilmir. Hətta Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ü. Yusifovanın qərardadını ləğv edib, işi baxmağa Nizami məhkəməsinə qaytarıb, işə baxmaq əvəzinə, qərardadı ləğv edilən Ülkər Yusifova yenidən işə hakim edilib və iş tamam yoxa çıxarılıb. İndi bu hakim Beynəlxalq Banka qarşı işə sədrlik edəcəyindən iddiaçı Qarabağ əlilinin hakimə 1 aylıq etirazına da baxılmır. Çox şikayətlərdən sonra, axırı , Nizami məhkəməsinin sədri İlham Kərimli etirazı əsassız sayıb. Onu da vurğulayaq ki, sədrin əsassız saydığı etirazın bir əsası da Ülkər Yusifovanın “Bravo” və digərlərinə qarşı iş üzrə geriqaytarma qərardadından şikayəti 1,5 ildir Bakı Apellyasiya Məhkəməsinə göndərməməsi özbaşınalığıdır. Özbaşınalığa baxın, məhkəmə qərardaddan şikayəti apellyasiya instansiyasına 1,5 ildir göndərmir ki, MPM-də nəzərdə tutulmayıb!(??) Belə məhkəmədən, belə hakimdən obyektivlik, ədalət, qərəzsizlik gözləməyə dəyər? Əlbəttə, ritorik sualdır.
Bəs Məhkəmə Hüquq Şurası nədən ötrüdür? Niyə məhkəmə təminatı hüququna qadağaya, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyə qiymət vermir? Konstitusiyadan söz düşmüşkən, Konstitusiya Məhkəməsi də Konstitusiyaya sayğısızlıq göstərirsə, hansı hüquqa sayğıdan danışmaq olar?
Məğrur Bədəlsoy
P.S. Nizami məhkəməsinin hakimi Ülkər Yusifovanın 1,5 ildir “Bravo” və digərlərinə qarşı qərardaddan şikayəti apellyasiya instansiyasına göndərməməsi ilə məhkəmə təminatı hüququna qadağanı Konstitusiya Məhkəməsinin Palatası ( Rövşən İsmayılov (sədrlik edən və məruzəçi hakim), Fikrət Məmmədov, Sona Salmanova, Kamran Şəfiyev) qanuni sayıb. (??) “Qanuni əsas” bu olub ki, hələ şikayətvermə müddəti tükənməyib, nöqsanları (hansını?-M. B.) aradan qaldırdıqdan sonra aidiyyatı məhkəməyə müraciət edilə bilər. (?) Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququna qadağa qoyulmasını məhkəmənin yox, müraciət edənin NÖQSANI sayırsa, Konstitusiya hüquq və azadıqlara təminat verir, yoxsa NÖQSANLARA?
 
Ardını oxu...
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer almışdır. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılmış və şübhəli məqamlar müəyyən edilmişdir. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır.

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.
 
 
 
Ardını oxu...
“ “Kapital bank, “Bank of Baku”, “Beynəlxalq bank”, “Unibank” və s. bu bankların heç biri 1-ci və 2-ci qrup əlillərə kredit vermirlər. Bəlkə də bu siyahını uzatmaq olar. Baxmayaraq ki, həmin şəxslər pensiya, təqaüd alırlar, bundan işləyənləri də var” Səbəb kimi də deyirlər ki, bizə Milli bank belə tapşırıb. Biz də bir neçə gözdən əlillər Milli Banka gedib, problem haqqında məlumat vermişik. Müraciətimizə cavab olaraq bankdan deyiblər ki, biz bu məsələni həll edib, məktub yollayacağıq”

Bunu Moderator.az-a açıqlamasında şikayətçi Nazlı Əliyeva bildirib. O daha sonra bildirib ki, problem hələ də həllini tapmayıb:

“Milli bankdan heç bir məktub yollamayıblar. Bu günlərdə yenidən banka kredit üçün müraciət etdim, fikirləşdim ki, bəlkə də problem həllini tapıb. Amma yenə də mənə kredit vermədilər. Halbuki mən özüm “Kapital bank”-dan əməkhaqqı alıram. Bütün insanların hüquqları bərabərdir. Əlil də bu ölkənin vətəndaşıdır. Bir neçə mağazadan kreditlə əşya götürmüşəm və vaxtlı-vaxtında ödəyirəm. Banklar isə heç cür kredit vermirlər. Sadaladığım problem təkcə gözdən əlillər üçün deyil, bütün fikizi məhdudiyyətli insanlara münasibət bu cürdür” deyə şikayətçi bildirib.

Bu mövzu ilə bağlı son günlər sosial şəbəkələrdə də söz-söhbətlərə rast gəlirik. İqtisadçı ekspert Xalid Kərimli Moderator.az-a açıqlamasında bildirib ki, vətəndaşın əlillik dərəcəsi banklar üçün heç bir əhəmiyyət daşımır.

“Bu məsələ nə qanunvericilikdə təsdiqlənir, nə də bankın daxili prosedurlarında nəzərdə tutulub. Sadəcə banklar vətəndaşa kredit verərərkən onların ödəmə qabiliyyətini nəzərə alırlar. Əlillərin gəlirləri aşağı olduğuna görə onlara zatən düşən kreditin həcmi də az olur. Mərkəzi bankın normativlərinə görə istehlak kreditləri vətəndaşın aylıq gəlirinin 40 faizindən çox ola bilməz. Əslində banklar belə deyək də əllərində çıraq həmin müştəriləri axtarırlar ki, kredit yükü, öhdəlikləri çox olmasın. Bu bankın ən sevimli və arzuladığı müştəri tipidir. Burada əsas nüans əlillərin gəlirlərinin çox aşağı olmasıdır. Gəlirlərin az olması zamanı bəzi məhdudiyyətlərin yaranması istisna edilmir. Əgər stabil əlillərin gəlir mənbələri varsa mən əminəm ki, heç bir bank kredit verəndə nə əlillik vəsiqəsini tələb edir, nə də başqa bir şey. Təkcə gəlir mənbəyi əlillik müavinətidirsə, bunu da bilirik ki, bu müavinətin həcmi böyük deyil. Avtomatik bank ona kiçik həcmli kredit verə bilir. Əlillərə münasibətdə bank ola bilsin ki, əlillərin statusunu, sosial vəziyyətini izah edərək sabah pulu ala bilməyəcəklərini nəzərə alır. Çünki bank sabah həmin şəxsi məhkəməyə verəndə qınaqlar başlanacaq, baş verəcək narahatlıqlar əvvəlcədən nəzərə alınır. Hətta bəzi banklarda xüsusi endirimlər və kampaniyalar mövcuddur. Əlil vətəndaşlara qarşı hansısa fərqli yanaşmaların olması yolverilməzdir” deyə ekspert bildirib.
 
 
 
Ardını oxu...
Bakının Nərimanov rayonu Mayakovski 15 ünvanının 250-ə yaxın sakini Nərimanov Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən şikayətçidir.

Bu barədə Pravda.az-a müraciət edən sakinlər bildiriblər ki, 2023-cü ildə, yaşadıqları qəzalı binanın köçürülməsi üçün onlara hər kvadratmetrə 2000 AZN təklif olunub, lakin razılıq əldə olunmayıb.

Onlar ötən il Prezident İlham Əliyevə ünvanladıqları müraciəti xatırladaraq bildiriblər ki, həmin müraciətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən cavab göndərilib.

“Bildirildi ki, yuxarı instansiyalara müraciətlər nəzərə alınaraq, bina sökülür. Əvəzində isə inşa olunan yeni binada mənzillə təmin olunacağımızı dedilər. Həmin cavabdan 1 ildən çox vaxt keçib. Nərimanov Rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları bizi görüşə dəvət ediblər. Bina tikmək əvəzinə, bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər”.

Xatırlatma: Sözügedən məsələ ilə bağlı Nərimanov RİH-nin Pravda.az-ın sorğusuna göndərdiyi 7 fevral 2023-cü il açıqlamada bildirilmişdi ki, həmin ünvandakı yataqxana tipli yaşayış binası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir. Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, sözügedən yaşayış binasının sakinlərinin müəyyən olunmuş məbləğdə birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulub.
 
Ardını oxu...
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Son illər ərzində Azerbaycanın məşhur “Şaurma №1” restoranlar şəbəkəsinin ətrafında baş verən olaylar, cəmiyyətdə sözün həqiqi mənasında rezonans doğurub. Aqil Babayev və Natiq Sadiqov arasında illərlə davam edən dostluq və iş birliyi, Natiq Sadıqovub son illərdəki qanunsuz hərəkətləri nəticəsində alt-üst oldu. Sadiqovun məqsədli olaraq həyata keçirdiyi qanunsuz əməliyyatlar, onun biznes ortağını “zərərsizləşdirərək” “Şaurma №1” brendini və restoran şəbəkəsini ələ keçirmək üçün icra etdiyi məkirli planı ortaya qoyur.

Xəyanətin Başlanğıcı: 2016

Sadiqovun xəyanətinin toxumu 2016-cı ildə əkildi. O, Aqil Babayevə məlumat vermədən “Şaurma №1” patent hüququnu xalası oğlu Teymur İmaməliyevə qanunsuz yolla keçirərək ilk addım atdı. Bu hərəkət, tərəfdaşlıqda etibarın pozulmasına səbəb oldu. Patent əvvəllər, tərəfdaşlığın neytral saxlanılması məqsədilə, hər iki tərəfin seçdiyi və etibar etdiyi Ceyhun Məhərrəmovun adına qeydiyyata alınmışdı. Lakin Sadiqovun bu qanunsuz əməliyyatı, daha məkirli bir məqsədin varlığını ortaya qoydu. Qeyd etmək yerinə düşərdiki bu yaxınlarda Bakı Kommersiya Məhkəməsində baş tutmuş məhkəmə çəkişməsində Aqil Babayev uğurlu nəticə əldə edərək, “Shaurma N1” restoranlar şəbəkəsinin əqli mülkiyyət hüququnu Ceyhun Məhərrəmovun adına bərpa olunmasına nail olaraq önəmli bir qələbə qazanıb.

Babayevi Aradan Qaldırmaq Cəhdi: 2021

2021-ci ildə isə bu məkirli plan daha da dərinləşdi. Natiq Sadiqov, Aqil Babayevin həbs olunması üçün saxta ittihamlar təqdim edərək onun həbsinə nail oldu və Aqil Babayevin biznesdən tamamilə kənarlaşdırılmasını təmin etməyi hədəflədi. Bu hərəkət yalnız tərəfdaşların arasında olan etibarın sarsılmasına səbəb olmadı, eyni zamanda uzun və acı bir hüquqi mübarizənin başlanmasına yol açdı. Natiq Sadıqov, həbs vasitəsilə Babayevin işdən uzaqlaşdırılmasını və “Şaurma №1” biznesinə nəzarəti ələ keçirməyi planlaşdırsada, lakin yekunda bu plan, hüquqi müstəvidə ifşa oldu və Babayevin əleyhinə apardığı qarayaxma kampaniyası fiaskoya uğradı və bununlada əslində Natiqin özünün qarşısında böyük bir əngəllər yaradaraq Babayevin işi fərqli bir istiqamətə cərəyan etməyə başladı.

Yeni peyda olan “qanuni” sahibin fiaskosu: 2022

2022-ci ildə planın istədiyi kimi getmədiyini görən Natiq Sadiqov bu dəfə dayısı oğlu Ferid Zalovu oyuna qatmaq fikrinə düşür, bu qarışıq məhkəmə prosesinin getdiyi bir dövürdə 2022ci ilinfevral ayında, Zalov “Şaurma №1” brendinin sahib olduğunu iddia edərək, məhkəmə iddiası qaldırır və guya ki “Shaurma N1” ətrafında gedən söz söhbətlər onun şərəf və ləyaqətinə, restoranlarının isə işgüzar nüfuzuna xələl gətirdiyini bildirmişdi. Nərimanov rayon məhkəməsi tərəfindən aparılan prosesdə və müvafiq qurumlara yönləndirilmiş sorğuların nəticəsi əsas götürülərək Fərid Zalovun “Shaurma N1” adına rəsmi olaraq iddia etməsi üçün heç bir hüquqi əsasın olmadığı üzə çıxır və məhkəmə bu faktları əsas götürərək Zalovun iddasını rədd edib.

İkinci Həmlə və Qanunsuz Mənimsəmə Cinayəti: 2023

Buna baxmayaraq, Sadiqov bu dəfə geri çəkilmədi. 2022ci ilin oktyabr ayında, Bakı Ağır Cinayətlər Məhkəməsinin Aqil Babayevin işi ilə bağlı qərarından sonra, Sadiqov bir daha əlinə fürsət keçirdi. Bu dəfə o, elə həmin dayısı oğlu Ferid Zalovu yenidən işə saldı və ona “Şaurma” adı ilə üç yeni marka qeydiyyatdan keçirməyi tapşırdı. Bu addım, Zalovun dövlət portalında “Şaurma №1” biznesinin “qanuni” sahibi olaraq görünməsinə, eyni zamanda həmin şəbəkənin“hüquqi” vergi ödəyicisi kimi qeydiyyata alınmasına doğru atılmış bir addım idi. Halbuki bu hərəkətlə, Sadiqovun “Şaurma №1” brendinin qanunsuz şəkildə öz qohumu vasitəsi ilə ələ keçirilmə planın tərkib hissəsi idi.

Hüquqi Reaksiya və Qanun Prizmasından Baxış.

Hadisələr inkişaf etdikcə, Natiq Sadiqov dövlət orqanlarını aldatmaqdan başlamış, sənəd saxtalaşdırması, qanunsuz mənimsəmə və öz şəriyinə qarşı apardığı mənfur qarayaxma və böhtan kampaniyası ilə əslində həm özünə və həmdə xalası oğlu Teymur İmaməliyevə və dayısı oğlu Fərid Zalovada dərin bir quyu qazmış oldu.

Beləki, Aqil Babayevin və müdafiəçilərinin apardığı qətiyyətli mübarizə strategiyası nəticəsində, Natiq Sadıqovun Şaurma №1″ brendini ələ keçirmək üçün etdiyi cəhdlər nəinki hüquqi baxımdan uğursuzluğa uğrayır, həttda özü ilə yanaşı iki qohumunun da cinayət məhsuliyətinə cəlb olunmasına gətirib çıxardıb.

Bu az imiş kimi, Sadıqov öz acı aqibətini xalası oğlu Teymur İmaməliyev və dayısı oğlu Fərid Zalovlada bölüşəsi olacaq. Beləki imza və sənəd saxtakarlığına görə Teymur İmaməliyevi cinayət işi gözləyir.

Fərid Zalova gəldikdə isə heç bir hüquqi əsası olmadan “Shaurma N1” adlı iri bir restoranlar şəbəkəsini mənimsəməsinə görə cinayət məhsuliyyətinə cəlb olunması gözləyir.

Zəncirvari məkirli cinayət planının ifşası yönümündə aparılan qətiyyətli işlər Natiq Sadıqov və onun himayə etdiyi mütəşəkkil cinayətkar qurupun həbs olunmasına gətirib çıxaracaq rezonanslı bir işə çevrilməsi yaxın zamanlarda gözlənilir.

Cumhuriyyet.az
 
Ardını oxu...
Gədəbəy rayonu, Kəlaman kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin növbəti dəfə saytımıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Gədəbəy rayonu, Kəlaman kəndinin ən vacib problemi mavi yanacaq və yol olsa da, başqa problemləri də çoxdur. Yəni yazılası dərdimiz yetərincədir.

Dəfələrlə Prezidentə, Birinci xanıma, SOCAR-a, Gədəbəy Regional Qaz İstimar İdarəsinə müraciət etsək də, heç bir faydası olmur.

2024-cü ilin sentyabr ayında regiondan gəlib, kənd sakinləri ilə görüş keçirdilər. Gələn işçinin biri havanın soyuqluğundan maşına mindi və “siz bu soyuqda necə dözürsünüz, burdan gedən kimi, bu ağır şəraiti sizin problemin həll olunması barədə aidiyyatı qurumlara bildirəcəm” dedi. Lakin yenə heç bir tədbir görülmədi.

Artıq vəziyyət o həddə çatıb ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri biz sakinləri qəbul etməyi özlərinə yaraşdırmırlar.

Qazı olmayan, yolu bərbad olan kəndlər bütün qurumların yadından çıxıb. Amma deputat və bələdiyyə seçkiləri zamanı kənd sakinləri yada düşür. Məcbur edirlər ki, gəlin bu adama səs verin. Həmin vaxt da namizədlər bildirirlər ki, sizin probleminiz bizim problemimizdir. “Daima sizin yanınızdayıq”, - deyib Məlikməmmədin nağılını danışırlar.

Arzu Nağıyev adında bir deputat var, bir dəfə də olsun sakinlərin problemi ilə maraqlanmayıb. Bir dəfə olsun kəndin problemini parlamentdə qaldırmayıb. Nə edirik biz belə deputatı?!

“Azəriqaz” isə deyir ki, səbrli olun, mərhələli şəkildə mavi yanacaq veriləcək. 16 ildir növbə gəlib çatmayıb. Odun da “od qiyməti”nədir. İmkanı olan, olmayan var. Qışı çıxarmaq üçün 2 maşın odun lazımdır. İndiki zamanda oduna 1800 manat pul vermək olar?

Kəndin 5 şəhidi var, amma həmin evlərdə qaz yoxdur. Biabrçılıq deyil, bəs nədir bu? Kəndimizin 70 nəfərə yaxın da müharibə iştirakçısı var. Amma heç bir rəsmi qurum bizimlə maraqlanmır.

Şəhidlərimiz İbrahimov Nüsrət Vəli oğlu, Cəfərov İrəddin Furdin oğlu, Həsənov Eldəniz Novruz oğlu, İsgəndərov Etibar İsmayıl oğlu və Paşayev Firdofsi Afiq oğludur. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərə işə şəfa versin.

Bu kəndi bu günə qoyan məmurlara isə insaf versin”.
 
Ardını oxu...
Suallar çoxdur, amma cavabları hərtərəfli araşdırmalardan sonra ortaya çıxacaq.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. O,daha sonra qəza ilə bağlı bəzi suallar qoyur və əsasda bu suallar qəzanın profilini dəyişə bilər. Cavanşir bəyin suallarını təqdim edirik:
Qroznıda həmin saatlarda hava şəraiti həqiqətən əlverişsiz olubmu, təyyarə nədən Mahaçqalaya, yaxud geriyə - Bakıya yönlənməyib, Aktauya istiqamətlənib, şahidlərin partlayış səsinə bənzər səs-küy barədə söylədikləri hansı ərazidə üzərində uçarkən qeydə alınıb, təyyarə düşməzdən əvvəl videogörüntülərdən göründüyü kimi qanadındakı zədə nədən qaynaqlanıb, yerə düşdükdən sonra təyyarənin gövdəsində çoxsaylı dəlik-deşiklər hansı zərbədən əmələ gəlib, bütün bunlar cavabını tapmalı suallardır.
Ardını oxu...
P.S Hörmətli araşdırmaçı jurnalistimizin sualları və şəkildə gördüyümüz bu fyuzelyajdakı dəliklər heçdə ürək açan olmayan bir mənzərə açır.
Əcaba bu sui qəsd ola bilməzmi? Hər halda "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reyslərin dayandırılmasıda bəzi məqamlardan xəbər verir...
Hər halda təxmini çıxan nəticə belədir, Şimali Qafqaz səmasının uçuşlar üçün təhlükəli olması barədə ilkin şübhələr var.
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti