Ardını oxu...
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, “Nəbz” klinikansının arxasında kirayədə yaşayan Müstafayev Toğrul Kərim oğlu "Azərbaycan Reallığı"na müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib.

Onun sözlərinə görə, Nərimanov parkında təmir və abadlıq işlərinin görülməsində onun və daha 7 nəfərin pulu mənimsənilib. Təxminən 15 min manat mənimsənilən pulu bu vaxta kimi ala bilməyiblər.

Narazı vətəndaş yazır:

Cənab Pirezdent, biz sizə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi 7 fevralda hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik. İndi sülh dövründə Siz həm azad edilmiş torpaqlarda, həm də Bakının bir çox işlərin görülməsinə start vermisiniz.

Sizin şəxsən bu ilin iyulun 2-də açılışında iştirak etdiyiniz “Nərimanov” parkında biz 7 nəfər daş ustası döşəmə tamett-metlax işləri görmüşük. Gördüyümüz işlərə isə Nərimanov rayon RJU-nun müdiri Manaf Manafov nəzarət edirdi. Gördüyümüz işlərin haqqının bir hissəsi iş gördüyümüz zaman ödənilmişdir.

Manaf müəllim 3 aydır ki, bu gün sabah deyərək pullarımızın verilməsinə vədlər versə də, hələlik görünən budur ki, ortalıqda heçnə yoxdur. Hər dəfə bizi aldadır. 7 nəfər qalmışıq ortada, ailəmiz isə rayonda gözləri yolda bizi gözləyir. Ailələrimizin tək gəlir yeri bizik, dərdimizi hara və kimə desəkdə çarə edən yoxdur.

Ona görə də, cənab Prezident, Sizdən çox xahiş edirəm ki, bizim çoxumuzun iş dalınca Bakıya gələrək kirayədə yaşamağımızı nəzrə alaraq “Nərimanov” parkda gördüyümüz işlərin son hesablaşması olan 15000 manatın kimə verilməsi barədə araşdırma aparılmasına göstəriş verəsiniz".
Ardını oxu...
Xatai rayonu, Xudu Məmmədov küçəsinin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər bildirirlər ki, dünən gecədən etibarən əraziyə suyun verilməsi dayandırıldığından, ciddi problem yaşayırlar:

“Sentyabrın 23-dən 24-nə keçən gecə, saat 12:00-dan Xətai rayonuna suyun verilməsi dayandırılıb. Binalardan su çənləri yığışdırıldığından, tamamilə susuz qalmışıq. Deyirdilər ki, səhər saat 12-də su veriləcək. Lakin saat 15:30-dur, hələ də su gəlmir. Demək olar, 1 aydan çoxdur ki, ərazidə təmir işləri aparılır, hələ də yekunlaşdıra bilmirlər.

Körpə var, qoca var, heç düşünmürlər. Gecəni yola vermək olur, bəs gündüz susuz necə yaşayaq? Hər kəsin ayrıca su çəni olsaydı, suyun kəsilməsi insanlara o qədər də təsir etməzdi. Fasilə ilə də vermirlər, suyu tamamilə dayandırıblar”.

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin əməkdaşı Ceyhun Musaoğlu suyun kəsiləcəyi haqda öncədən məlumat vermişdi: “Magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-dən 24-nə keçən gecə saatından etibarən 24 sentyabr saat 12-yə qədər Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirk”.

Bu gün saat 12:59 radələrində C.Musaoğlu ilə əlaqə saxladıq. O, “Xətai rayonunda təmir işləri yekunlaşır”, - deməklə kifayətləndi.

Çox təəssüf ki, saat 16:00 olsa da, hələ də Xətai sakinlərinin su problemi həll olunmayıb.

Jalə FAMİLQIZI

Hurriyyet.az
 
 

 


Ardını oxu...
Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin(MÜTDA) direktor müavini Mehriban Vəliyeva VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Mehriban Vəliyevanın mandat qazanmasından sonra Elm və Təhsil nazirliyi sistemində MÜTDA-nın direktor müavini postu uğrunra rəqabət qızışıb.

Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, MÜTDA-nın direktor müavini postu uğrunda Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev gərgin mübarizə aparır. Hər iki regional idarə müdirinin nazirliyinin ayrı-ayrı rəhbər şəxsləri tərəfindən dəstəkləndiyi bildirilir. İddialara görə, Anar Qədiməliyevin namizədliyi Elm və Təhsil nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Coşqun Əliyevin namizədliyi isə nazir müavini Həsən Həsənli tərəfindən dəstəklənir.

Editor.az xatırladır ki, MÜTDA-nın direktor müavini postu uğrunda çalışan hər iki müdir medianın gündəminə mütəmadi olaraq, qalmaqallı xəbərlərlə gəlir.

Məsələn keçmiş deputat, təhsil eksperti Etibar Əliyev Anar Qədiməliyevin ünvanına ağır ittihamlar səsləndirmişdi: “Anar Qədiməliyev təhsil işçisi deyil. Anar Qədiməliyev heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur. O məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib.”

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin də vəzifəyə təyinatı mediada geniş müzakirələrə səbəb olmuşdu. Mediada Coşqun Əliyev təhsildən xəbərsiz, geniş biznes şəbəkəsinə sahib şəxs kimi təqdim olunur: “Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parkinq və istixana biznesinə nəzarət edən Coşqun Əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb. Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.

Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var. Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.

Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir”.
 

Ardını oxu...
Yerli KİV-də Naxçıvan Muxtar Respublikasının "şəriksiz rəhbəri" kimi xarakterizə olunan və bu səbəbdən ayrı-ayrı jurnalistlər tərəfindən CANİŞİN kimi təqdim olunan Fuad Nəcəflinin idarəçiliyi də Vasif Talıbov dövrünü aşkar surətdə xatırlatmaqdadır. Prezidentin xüsusi nümayəndəsi postunu tutan Fuad Nəcəfli özünü rəsmən XAN kimi aparır və onun yaxınları, habelə qohumları da eyni qaydada YENİ XANIN əshabəsi kimi bu gün Naxçıvanda rəsmən at oynatmaqdadırlar. Bu barədə Dia-az.İnfo-ya yazan oxucuların gileylərindən və məlumatlarından da anlamaq mümkündür.
Məsələn oxuculardan biri Dia-az.İnfo-ya yazır: "Şahbuz rayonunda Fuad Nəcəflinin doğmaca əmisi oğlu Emil Nəcəfli rəsmən vəzifə alveri ilə məşğuldur və ona bu şərait məhz Fuad Nəcəfli tərəfindən yaradılıb".

Mənbə konkret olaraq fakt da göstərir: "Məsələn, Şahbuz rayon kommunal müəssisələr kombinatına yeni direktor təyin olunub və yeni rəhbər Emil Nəcəflinin "bığının altından keçib". Bu da bizim yeni ədalətli hökumətimiz..."

Qeyd edək ki, Fuad Nəcəfli digər gəlirli sahələri də ayrı-ayrı yaxınlarına və qohumlarına həvalə edib. Bu barədə növbəti materialda...
Ardını oxu...
TEREF yazır ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə profilində paylaşdığı şikayət müraciətini oxuculara təqdim edirik:
Şikayət
Salam Mirvari xanim. Yene de neçe gundur SOCAR-n insan resurslari departamentinin anormal portali işçileri insan yerine qoymamağa başlayib. Bele ki, hemin portalin vakansiya bölümüne daxil olmaq olmur. Bu ANOMALIYA lazim olan vaxtlarda meqsedyönlü edilir, yoxsa normal mütexessis yoxdur ki portali işletsin men deye bilmerem, amma bu problemden oteri men Azerbaycan respublikasinin prezidenti cenab Ilham Eliyeve, Dovlet Tehlukesizlik Xidmetine, SOCAR baş ofisine defelerle muraciet etsem de bu problem illerdir davam etmekdedir. Işçiler portalin vakansiya bölümüne daxil ola bilmirler. Eger portal normal işlemirse demek ki, portalda heç bir vakansiya elana çixarila bilmez çünki burada EDALETSIZLIK fakti var! Illerdir vakansiya gozleyen işçi lazim olan vaxti portala daxil ola bilmemekle yene de illerle gözlemeli olacaqdir. Buna gore de bu meseleni yuxari instansiyalara çatdirmaq lazimdir. Xahiş edirem maksimum derecede bu problemi qabardasiniz! Daha ne qeder kadrlara, ora - bura zeng etmek, yazmaq olar??? Besdirin de işçilerin başina oyun açdiniz!!! Saxlayin butun emeliyyatlari, işçiler arasinda monitorinq aparin gorun normal daxil ola bilirler ya yox! Bu qeder departament işçileri neye maaş alir eger portal adam balasi kimi işlemirse? Gelib sahelerde min dene nöqsan axtarirlar, ne bilim quyunun flendindeki sancaği bir terefden çox çixir o biri terefden az - guya yivler her terefden beraber gorsenmelidir!!! Probleme bax a kişi?! Bu boyda portalda hengameni duzelde bilmirsiz gelib yivleri sayirsiz!
Bu problemlerden oteri de cenab prezidente şikayet etmeliyik?
Işlede bilmirsiz işletmeyin de bu ... !!!
Imza: Rac Kerimov.
TEREF
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Qulluğu imtahanının test mərhələsindən uğurla keçən və işə qəbul olmaq istəyən gəncləri müsabiqə mərhələsini aparır. Tribunainfo.az xəbər verir ki, müsahiqə mərhələsində 3 şəxs iştirak edir.

Belə ki, onlardan biri işə qəbul edən qurumun nümayəndəsidir. Digəri DİM-in nümayəndəsi olaraq prosesə qatılır. Üçüncüsü isə ictimaiyyət nümayəndəsi olaraq, ictimaiyyəti təmsil edir.

TEREF bildirir ki, Tribunainfo.az bu mövzuda maraqlı bir araşdırma aparıb. Bu zaman məlum olub ki, DİM-in məlum müsabiqələrində ictimaiyyəti təmsil edən şəxs “məşhur” Təmraz Tağıyevdir. Bəli, səhv bilmədiniz. Bir qədər əvvəl haqqında məlum video yayılan şəxsdən söhbət gedir.

Qeyd edək ki, Nərimanov Bələdiyyəsinin sədri olan bu yaşlı adamın hələ bir müddət əvvəl heç də yaşına, tutduğu vəzifəsinə uyğun olmayan videosu yayılmışdı. Həmin hadisədən sonra istefa verib, evinə çəkiməli olduğu halda, Təmrza Tağıyevi yeni kadrların seçilməsi məsələsində “başbilən” təyin ediblər.

Özünə nəzarət edə bilməyən, ciddi əxlaq problemi yaşayan Tağıyevin idarəetməyə iddialı olan gənclərimizi seçməsi nəinki nonsensdir, həm də biabırçılıqdır. Bir sözlə, gələcəyimiz “etibarlı” əllərdədi.
 
Ardını oxu...
"Sumqayıt" bu mövsüm ardıcıl dördüncü məğlubiyyətini aldı. Komanda qeyri-stabil çıxış edir və oyun planı baxımından ciddi problemlər yaşayır. Hücum xəttinin effektsizliyi və müdafiədəki səhvlər komandanı ardıcıl məğlubiyyətlərə sürükləyir. Lakin belə problemlər təkcə meydanda deyil, klubun daxilində də özünü göstərir.

Məğlubiyyətlər silsiləsi, azarkeşlərin narazılıqları və klub daxilində yaşanan gərginliklər Samir Abasovun rəhbərlik etdiyi kollektiv üçün ciddi problemlərə işarədir.

Bu mövsüm “Sumqayıt”ın əsas problemlərindən biri təhlükəli hücum epizodları yarada bilməməsidir. Samir Abasov da bu çətinliklərin fərqindədir və komanda daxilində ciddi qərarlar verməyin vaxtı çatdığını bildirib. Amma ortaya belə sual çıxır: Bu qərarlar komandanı böhrandan çıxarmaq üçün kifayət edəcəkmi?

Samir Abasov və Riad Rəfiyev arasındakı gərginlik: Əsas problem bu ola bilərmi?

Klub daxilindəki problemlərin kökü təkcə oyun meydanında deyil. Deyilənə görə, mövsümün əvvəlindən bəri klub prezidenti Riad Rəfiyev və baş məşqçi Samir Abasov arasında soyuqluq hökm sürür. Bu, klubun daxili atmosferinə mənfi təsir göstərir və idarəetmə ilə texniki heyət arasındakı gərginlik meydanda da öz əksini tapır. Əgər komanda rəhbərliyi və məşqçi arasında düzgün bir harmoniya qurulmasa, meydandakı problemlərin həlli daha da çətinləşə bilər.

Komandanın pis vəziyyətdə olmasının digər bir vacib səbəbi kimi futbolçulara maaşların vaxtında ödənilməməsi göstərilir. Bu, oyunçuların motivasiyasına ciddi təsir göstərə bilər. Maddi problemlərin və daxili gərginliklərin mövcud olduğu bir mühitdə uğur gözləmək real deyil. Məhz bu çətinliklər və rəhbərlikdəki problemlər komandanın pis performansına səbəb ola bilər.

Futbolçuların maaş problemi

Bir klub rəhbərinin əsas vəzifələrindən biri futbolçuların maddi tələblərini vaxtında qarşılamaqdır. Lakin "Sumqayıt"ın hazırkı vəziyyəti göstərir ki, Rəfiyev bu sahədə də uğursuzluğa düçar olub. Futbolçuların maaşlarının vaxtında ödənilməməsi meydanda göstərdikləri performansa birbaşa təsir edir. Heç bir peşəkar futbolçu maddi çətinliklər içində oynamaq istəməz. Bu maliyyə problemləri klubun daha da dərinə gedən böhran yaşamasına səbəb olur.

Azarkeşlərin narazılığı artır

Azarkeşlər komandanın son nəticələrindən narazıdır. Çünki bu vəziyyət uzun müddət belə davam edə bilməz və Abasova olan təzyiq hər keçən gün artır. Bəzi mənbələrə görə, Samir Abasova komandanı düzəltməsi üçün vaxt verilib. Amma burada sual yaranır: “Sumqayıt”ın bu dərin böhrana düşməsinin səbəbi təkcə baş məşqçi Samir Abasovdur, yoxsa məsuliyyətin daha böyük hissəsi klub rəhbəri Riad Rəfiyevin üzərinə düşür?

Azarkeşlər artıq klub rəhbərliyinin bu problemi həll edə biləcəyinə inanmır. Hər bir məğlubiyyətdən sonra daha da artan narazılıq azarkeşlərin səbir kasasını daşırıb. Rəfiyevin rəhbərliyi altında “Sumqayıt”ın uğursuzluqlarının davam etməsi, klubun gələcəyinə olan inamı da sarsıdır. Azarkeşlər artıq klubun düzgün idarə edilmədiyini görür və bu da klub rəhbərliyinə qarşı tənqidlərin artmasına səbəb olur. Bu vəziyyət Rəfiyevin istefa verməsi tələblərini daha da gücləndirir.

Riad Rəfiyev vəziyyəti düzəldə bilmir, yoxsa bacarmır?

Baş məşqçi ilə rəhbərlik arasındakı problemlər, futbolçuların maliyyə çətinlikləri və meydandakı pis performans "Sumqayıt"ın bu mövsüm çıxılmaz vəziyyətdə olmasına səbəb olub. Klubun prezidenti Riad Rəfiyev hələ də problemləri aradan qaldırmaq üçün ciddi addımlar atmır və ya bu addımlar kifayət qədər təsirli deyil. Əgər belə davam edərsə, "Sumqayıt" üçün bu mövsüm daha da çətin keçə bilər.

"Sumqayıt"da vəziyyətin düzəltməsi üçün təkcə baş məşqçinin taktiki dəyişikliklər etməsi kifayət etmir. Klub rəhbərliyi, xüsusilə də Riad Rəfiyev maliyyə problemlərini həll etməli, futbolçuların motivasiyasını artırmalı və klubdaxili gərginliyi aradan qaldırmalıdır. Əks halda, mövsümün qalan hissəsində də komandanın ardıcıl məğlubiyyətlər yaşaması qaçılmaz olacaq.
sportlife.az
 
 
 
Ardını oxu...
"Qış Parkı" ərazisindəki eskalatorlar illərdir ki, yararsız vəziyyətdədir. 2013-cü ildə əsası qoyulmuş parkda bu eskalatorların ömrü bir neçə ildən daha çox çəkə bilmədi. İstifadəçilər qeyd edir ki, problemlə əlaqədar bir neçə dəfə gəlib, əraziyə və avadanlıqlara baxış keçirilsə də, ortada ciddi bir nəticə yoxdur. Eskalatorların xüsusilə yağış suyu səbəbindən yararsız vəziyyətə düşdüyü barədə iddialar səslənsə də, bu, ağlabatan görsənmir. Çünki zatən bu avadanlıqların bir hissəsi yeraltı keçiddən bayırda yerləşdiyindən, istehsalçı şirkət dəyişkən hava şəraitini və fəsilləri mütləq nəzərə alır. Yağış suyu səbəbindən yararsız vəziyyətə düşən eskalatorlar ya əvvəldən problemli olub və ölkəyə gətirilən bu avadanlıqlar "ikinci əl" olaraq ölkəyə daxil edilib, ya da ola bilsin, qurğunun dözümlülüyü, baxımı və təmizlənməsi əlavə maliyyə tələb etdiyindən, onun fəaliyyətinə xitam verilib. Təbii ki, bütün bunlar sadəcə fərziyələr, iddialardır. Ancaq niyə hələ də işləməməsi, təmir edilməməsi barədə suallara aidiyyəti qurum və ya qurumlar cavab vermir.
Məlumat üçün qeyd edək ki, 11 il öncə ölkəyə gətirilən və Qış Parkında istifadəyə verilən bu qurğular illərdir çalışmadığı kimi, hətta bəzi yerlərdə əlillər üçün nəzərdə tutulmuş xüsusi qurğular sökülərək, yoxa çıxarılıb. Asudə vaxtını adıçəkilən ərazidə keçirmək istəyən vətəndaşların arasında heç şübhəsiz ki, fiziki məhdudiyyətli insanlar da var. Bununla belə, onların parka gəlmələri, yeraltı keçidlərdən istifadə etmələri demək olar ki, mümkünsüzə çevrilib. Ekskalatorlar uzaq məsafədə yerləşən yol üzərindəki piyada zolaqlarından istifadə etsələr də, parkın ətrafındakı balaca dəmir hasarlar fiziki məhdudiyyətli vətəndaşların parka daxil olmasına mane olur. Bu səbəbdən onlar mütləq yeraltı keçiddən - onlar üçün nəzərdə tutulmuş xüsusi qurğulardan istifadə etmək məcburiyyətində qalırlar. Təəssüf ki, artıq həmin qurğular da gözə dəymir.

Qeyd edək ki, "Qış Parkı" kompleksi şəhərin içərisində ən böyük parklardan biridir. Ərazisi 7 hektar olan parkın uzunluğu 1 km, eni isə 150 metrdir. İstirahət parkının 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Burada 5 fəvvarə kompleksi quraşdırılıb. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. İndi isə həmin eskalatorların böyük bir hissəsi yararsız haldadır.

Mətin Şükürlü, Bizimyol.info
 
Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Mehbalıyevin 33 illik şahənşahlığına son qoyulduqdan sonra rəhbər dəyişikliyi baş verdi. Tribunainfo.az xəbər verir ki, köhnə sədri əvəzləyən Sahib Məmmədov isə həmkarların hüquqularını müdafiə etmək əvəzinə, siyasətlə məşğul olmağa başlayıb.

Bildirək ki, Sahib Məmmədov AHİK sədri seçiləndən sonra “Trend” İnformasiya Agentliyinə bir neçə müsahibə verib. Lakin o, müsahibələrinin heç birində AHİK-dəki durum, həmkarlar ittifaqının hansı işlər görəcəyindən bəhs etməyib. Əksinə, yeni sədr təpədən-dırnağa politoloqluq edərək, Azəbaycanın antiterror əməliyyatlarından, xarici və daxili siyasətindən danışıb. Sanki Sahib Məmmədov AHİK sədri deyil, politoloq və ya siyasi partiya rəhbəıridir.

Qeyd edək ki, böyük əksəriyyət AHİK-dəki dəyişiklikdən sonra yeni tendensiyaların yaranacağına, islahatların aparılacağına, yeniliklər edəcəyinə, uzun illərdir kreslolalarına yapışmış şəxsləri uzaqlaşdıracağına böyük ümidlər bəsləyirdi. Hətta yeni kadrları gözləyənlər də az deyildi. Amma bunun əksi baş verməyə başladı. Məlum oldu ki, Sahib Məmmədov da Səttar Möhablıyevdən fərqli biri deyil. Elə ritorikası da onunkundan fərqlənmir.

Tribunainfo.az bildirir ki, Sahib Məmmədovun davranışları onu deməyə əsas verir ki, onun məqsədi nəyisə dəyişmək deyil. Elə köhnə konyuktura ilə işləməkdir. Bu da işçilərin hüquqularını müdafiə edən qurumun fəaliyyətində marağı olan, onun dəyişməsini istəyənlərin ümidlərini doğrultmur. Həmçinin AHİK-in media ilə əlaqələndiriciləri elə eyni adamdır. Ki, Sahib Məmmədova öz işi ilə bağlı deyil, siyasi şərhlər verməsini məsləhət biliblər.

Bütün bunlar isə onu deməyə əsas verir ki, AHİK-in yeni sədri köhnə komandanın əlində əsir-yesir qalıb. Və onların təsirindən çıxa bilməyib və çıxa bilməyəcək. Çünki onların dedikləri, məsləhətləri ilə hərəkət edir.

Məsələnin pis tərəfi odur ki, Sahib Məmmədovdan işçilərin hüququları ilə bağlı cəsarətli açıqlamalar verilməsi gözləntiləri də xəyal olub. Halbuki o, təkcə bu məsələni deyil, illərlə həmkarlara pul ödəyib sanatoriyada müalicə və istirahət huquqndan məhrum olan vətəndaşların huquq maarifləndirməsi yonündə seminarlar, görüşlər təşkil etməli idi.

Bir sözlə, Sahib Məmmədov AHİK-də “köhnə hamam, köhnə tas” yanaşmasından kənara çıxmayıb.
 
 
 

Ardını oxu...
Ayrı-ayrı qurumların reklamları ilə fəaliyyətlərinin üst-üstə düşməməsi artıq ənənə halını alıb ki, bu da daha çox nəzarətsizliklə əlaqələndirilir. Dia-az.İnfo xəbər verir ki, məhz bu səbəbdən də müştəri narazılığının sayı da durmadan artmaqdadır. Özlərini nəzarətsizlikdə hiss edənlər istədiklərini edirlər. Aşağıda təqdim edəcəyimiz fakt da bu qəbildəndir... növbətidir...

Ardını oxu...

Beləliklə, Elşən hüseynsoy adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında başına gələnləri belə nəql edir:

Ardını oxu...
Ardını oxu...

"Menyusuna baxıb... hətta soruşub da getdiyimiz "Retro Şam" restoranı... (Köhnə "Oazis" tərəf...) Menyuda çay dəstgahını 25 manata yazıblar.

Getdik... soruşduq... Bəli, elədir... Oturandan sonra bəs gəlib ki, yeməkdən sonra 25 manatdır. Belə 50 manat olacaq,

Belə xidmət... tərbiyəsizlik yoxdur..."
 

Dünyapress TV

Xəbər lenti