Ardını oxu...
Uzun illərdir Gəncə çayı ətrafında yaşayan sakinlər 2017-ci ildə başqa əraziyə köçürülüb. Səbəbi isə Gəncə çayı ətrafında park salınması ilə bağlı olub.

Onlar iddia edirlər ki, yeni evlər keyfiyyətsiz inşa edildiyindən bir müddət sonra yararsız hala düşüb. Bəzi evlərin tikintisi isə hələ də yarımçıq qalıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsək də hər hansı cavab ala bilmədik

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Bir qrup 20 Yanvar şəhidlərinin yaxınları Şəhidlər Xiyabanını ziyarət edib. Ailələr mayın 25-i keçirdikləri tədbir zamanı şikayətlərini dilə gətiriblər. Onlar illərdir şəhid olmuş yaxınları üçün döş nişanı ala bilməmələrindən, ailələrə ayrılan aylıq təqaüdün yetərli olmamasından şikayətçidirlər.

20 Yanvar hadisələri zaman həlak olan İslam Rəhmanovun yaxınları deyir, vaxtilə doğulduğu Ramana kəndində adına küçə verilmişdi. İndi isə həmin İslam Rəhmanov küçəsinin adı dəyişdirilib.

Ailələr tələbləri yerinə yetirilənədək dövlət qurumlarına müraciətlər ünvanlayacaqlarını bildiriblər. Bu ilin yanvarında 20 Yanvar şəhid ailələrinə vəsiqələr təqdim edilmişdi. Bəs həmin şəhid ailələrinə medalların verilməsi nəzərdə tutulurmu? Toplum tv Nazirlər Kabineti ilə əlaqə saxlamağa çalışsa da,qurumdan geridönüş edilməyib.

Toplum TV
 
Ardını oxu...
Hörmətli oxucular! Bir neçə gün bundan öncə gundemxeber.az saytının redaksiyasına Cəlilabad rayonu, Qarağac kənd sakinlərindən bəzilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər vəzifə sahiblərinə yazdıqları şikayət ərizəsinin bir surəti daxil olmuşdu. Kənd sakinləri şikayət ərizəsində Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlini bəzi məsələlərdə ittiham edib, bu şəxslə bağlı müəyyən iddialarını irəli sürmüşdülər. Yəni, sakinlər iddia edirdilər ki, Mədət Nəzərli Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini, hətta sakinlərin istifadə etdikləri örüş sahəsini də kənar şəxslərə satıb. Bundan əlavə, sakinlərə məxsus örüş sahələrinin müəyyən hissəsi Mədət Nəzərlinin “xeyr-duası” əsasında, Qarağac kənd sakini Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən zəbt olunub. Hətta, Pərviz Ağacanov Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsini də metal torla çəpərləyib.
Ardını oxu...
Sakinlərin irəli sürdükləri iddialardan biri də ondan ibarət idi ki, Mədət Nəzərli rəhbərlik etdiyi ərazi daxilində bələdiyyə seçkiləri keçirilərkən, hansısa şəxsin müstəqil şəkildə bələdiyyə şurasına üzv seçilməsinə heç cür imkan vermir. Belə bir səbəbdəndir ki, bugünkü bələdiyyə sədri də Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə müavini vəzifəsini daşıyan Firudin müəllimin qızıdır. Şikayətçi şəxslərin daha bir iddiası ondan ibarət idi ki, Mədət Nəzərli Qarağac kəndi ərazisində təqribən 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin ərazidə o, özü üçün üzüm bağları, taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Bu şəxsin iki oğlundan heç biri həqiqi- hərbi xidmət keçməyib və s. kimi iddialar irəli sürmüşdülər.
Ardını oxu...
Hörmətli oxucular! Bütün bunlar Qarağac kənd sakinlərindən bəzilərinin irəli sürdükləri, hətta dilə gətirdikləri iddialar idi. Söz yox ki, gundemxeber.az saytı olaraq şikayət ərizəsində qeyd olunan belə bir iddialar əsasında, 05 may 2023-cü il tarixdə “Cəlilabadda icra nümayəndəsinin hökmü qanundan keçərlidir- NARAZILIQ” başlıqlı məqalə yayımladıq. Onu da qeyd edək ki, bir media qurumu olaraq belə bir başlıq adı altında məqalə yayımlasaq da, şikayətçi şəxslərin iddia etdikləri faktları araşdırmağı, bu yöndə əsl həqiqətləri üzə çıxarmağı qarşımıza məqsəd qoyduq.
Məqalə yayımlandıqdan bir neçə gün sonra isə, Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndə Mədət Nəzərli redaksiyamızla əlaqə saxladı və o, şikayətçi şəxslərin iddiaları ilə bağlı jurnalist araşdırmaları aparmağı, əsl həqiqətləri üzə çıxarmağı məsləhət gördü. Söz yox ki, belə bir addımın atılmasını KİV haqqında Qanun da tələb edir. Belə bir səbəbdən də, təqribən iki gün bundan öncə Qarağac kəndi ərazisində olduq. Apardığımız ümumi araşdırmalar zamanı bəlli oldu ki, Qarağac kənd sakini Ağacanov Pərviz Adış oğlu Birinci Qarabağ müharibəsi iştirakçısıdır və 1997-ci ildə həyata keçirilən torpaq islahatı zamanı bu şəxsə komissiyanın qərarı ilə 0,36 ha həyətyanı torpaq sahəsi verilir.
Ardını oxu...
Hal-hazırda həmin sahə adı çəkilən bu şəxsin şəxsi istifadəsindədir. Amma, ona diqqət yetirmək lazımdır ki, kadast idarəsinin əməkdaşları 0,36 ha həyətyanı torpaq sahəsini qərbdən vurduqları üçün, həmin sahə rəsmi sənəddə örüş sahəsi olaraq qeyd olunur.
Ardını oxu...
Yəni, kadastr idarəsi əməkdaşlarının günahı ucbatından həmin sahə xəritədə örüş sahəsi kimi göstərilir. O halda sual oluna bilər ki, görəsən bu məsələdə Pərviz Ağacanov hansı günahın sahibidir? Əslində, kadast idarəsi əməkdaşları etdikləri səhvi qaydaya salmalı və həmin sahə xəritədə həyətyanı torpaq sahəsi kimi göstərilməlidir. Bu gün isə şikayətçi şəxslər iddia edirlər ki, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mədət Nəzərli, 0,36 ha torpaq sahəsini hansısa marağı çərçivəsində Pərviz Ağacanova satıb və ona görə də bu şəxs istifadə etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır. Nəzərə almaq lazımdır ki, örüş sahəsi Qarağac kənd sakini Qətibə xanıma məxsus fərdi yaşayış evinin qərb hissəsindədir.
Şikayətçi şəxslər digər iddialarında qeyd edirlər ki, Pərviz Ağacanov kənd sakinlərinə məxsus örüş sahəsində tövlə inşa etdirmiş və orada özləri üçün mal-qara təsərrüfatı yaratmışdır. Elə ki, qeyd olunan ərazidə olduq, o zaman bəlli oldu ki, şikayətçi şəxslərin iddia etdikləri mübahisəli torpaq sahəsində Pərviz Ağacanovun ailəsinə məxsus fərdi yaşayış evi var və evin həyətində mal-qara tövləsi yerləşir.
Ardını oxu...
Mal-qara tövləsində isə cəmi iki baş iribuynuzlu heyvanın və bir neçə toyuq-cücə olmasının şahidi olduq. Yəni, gördüklərimiz bizi belə qənaətə gəlməyə vadar etdi ki, Ağacanovlar ailəsinə qarşı iddialar tam şəkildə əsassızdır.
Ardını oxu...

Onu da qeyd edək ki, Qarağac kənd sakini Pərviz Ağacanovun oğlu Elnur Ağacanov 44 gün davam edən Vətən müharibəsi başlayarkən o, RF-dan ölkəmizə qayıdır və könüllü olaraq hərbi xidmətə yola düşür. Bu şəxs müharibə dövründə həyata keçirilən bir neçə döyüş əməliyyatlarında yaxından iştirak edir və 2021-ci ilin yanvar ayında ordu sıralardından təxris olunur. Az sonra o, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Kəlbəcərin azad olunmasına görə” və “Vətən Müharibəsi” medalı ilə təltif olunur. Bəli, bu şəxs digərlərindən fərqli olaraq Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. Ona görə də, Elnur Ağacanova qarşı göstərilən diqqət və qayğı hər kəsin borcu olmalıdır.

Ardını oxu...
Qarağac kəndindən olan şikayətçi şəxslər onu da qeyd ediblər ki, Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndə Mədət Nəzərli, Qarağac kəndi ərazisində təqribən 10-15 ha torpaq sahəsini zəbt etmiş və o, orada özü üçün üzüm bağları, taxıl sahəsi yaratmışdır. Qeyd olunan əraziyə baxış keçirilən zaman bəlli oldu ki, həmin sahədə Mədət Nəzərlinin ailə üzvlərinə məxsus fərdi yaşayış evi yerləşir və evin yerləşdiyi sahənin ətrafında isə, cəmi 1,50 ha sahəni əhatə edən üzüm bağı var. Bu şəxsin iki oğlundan heç birinin hərbi xidmətdə olmadıqları məsələsinə gəlincə onu qeyd edə bilərik ki, Mədət Nəzərlinin bir oğlu hal-hazırda tələbə olduğu üçün hərbi xidmətə getməyib, digəri isə qaraciyər problemi ilə üz-üzə qalan xəstələrdəndir.
Ardını oxu...
Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndənin müavini Firudin müəllimin qızının bələdiyyə sədri olması məsələsinə gəldikdə isə, onu qeyd edə bilərik ki, bu şəxsin qızı bələdiyyə şurasının üzvü olmadığından, bələdiyyənin sədri də deyil. Şikayətçi şəxslərin iddialarından biri də o idi ki, təqribən beş-altı il bundan əvvəl rayonun Xəlilabad kəndində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunan yeni tam orta məktəb binasının bir ildən sonra təmir olunması məsələsi idi. Yəni, iddialarda bildirilirdi ki, bu məktəbin binası rayonun maliyyə şöbəsinə rəhbərlik edən şəxslə Mədət Nəzərlinin birgə işbirliyi sayəsində “təmir olunur” və bu ad altında büdcə vəsaitləri mənimsənilir. Aparılan araşdırmalar zamanı o da bəlli oldu ki, Xəlilabad kənd orta məktəbi 2010-cu ildə təhvil verilir və məktəblərlə bağlı təmir işlərinin həyata keçirilməsi məsələləri təhsil şöbələrinə həvalə olunur. Deməli, Xəlilabad kənd orta məktəbində hansısa təmir-bərpa işlərinin həyata keçirilməsi işləri Haramqışlaq kənd inzibati dairəsi üzrə nümayəndəliyinin səlahiyyətdə olmayan məsələlər olur. Bütün bunlara baxmayaraq, son günlər elə media qurumları var ki, onlar redaksiya əməkdaşlarımızın ərsəyə gətirdikləri yazını gundemxeber.az saytına istinad edib yaysalar da, müəyyən anlaşılmazlıqlara da yol verirlər. Yəni, həmin şəxslər yayımladıqları yazılara RİH başçısının şəkilini yerləşdirib, bu yolla gündəmi hansısa formada dəyişməyə, yaxud da müəyyən çaşqınlıq yaratmağa çalışırlar. Düşünürük ki, bu cür addımlar jurnalist olan şəxslərin peşə fəaliyyətlərinə heç də başucalığı gətirməz.

Ardını oxu...
Onu da bildirək ki, yuxarıda qeyd olunan torpaq iddiası ilə bağlı Cəlilabad RİH-i tərəfindən bir neçə dəfə məsələlərə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, “Örüş-otlaq sahələri bələdiyyənin mülkiyyəti hesab olunur və ərazi nümayəndəsinin həmin torpaq sahəsini satmağa və icarəyə verməyə ixtiyarı yoxdur. Sözügüdən mübahisəli torpaq sahəsi şəxsi mülkiyyət sənədləri olduğu iddia olunan Vətən müharibəsi iştirakçısı Elnur Ağacanovun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsindən verilən məlumata əsasən, yaxın müddətdə Qarağac kəndində elektron uçot işləri aparılacaqdır.
Həmin işlər yekunlaşdıqdan sonra mövcud torpaq mübahisəsi öz həllini tapacaq”. Bəli, belə bir cavabın verilməsinə, qeyd olunan mübahisəli torpaq sahəsinə aid problemin həll olunmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin səlahiyyətinə daxil olmasına baxmayaraq, şikayətçi şəxslər tərəfindən bu gün də ortaya əsassız iddialar qoyulur, bəzi media qurumlarında hüquqi əsası olmayan yazılar yayımlanır. Əslində bu cür yanaşmalar qərəzçilikdən başqa bir şey deyil. Daha yaxşı olar ki, hər kəs həqiqətə düz baxmağa çalışsın. Eyni zamanda məsələ və problemlərə öz düşüncəsindən deyil, hüququn verdiyi prizmadan baxmağı bacarsın.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Gundemxeber.az
Ardını oxu...
Ötən ilin dövlət büdcəsindən 1 milyard 402 milyon manat subsidiya ayrılıb. Bu vəsaitlər toplamda 95 istiqaməti əhatə edib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 4.4 faizi məhz subsidiyalardır.

Bu barədə Hesabalama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyində bildirilir. 2021-ci illə müqayisədə büdcədən ayrılan subsidiyaların həcmi 1.2 faiz çox olub. Sırf dövlət müəssisələrinə ayrılan subsidiyanın məbləği isə daha çox – 25 faiz artıb. Beləcə, büdcədən ayrılan subsidiyalar içərisində dövlət müəssisələrinin payı 9.5 faiz bəndi artaraq 49.8 faizə yüksəlib. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Əvəzində qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə ayrılan subsidiyalar, uyğun olaraq, 27 faiz və 13 faiz aşağı düşüb.

Rəydə bildirilir ki, araşdırmalar, əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə də dövlət büdcəsindən subsidiya adı altında ayrılan vəsaitin bu anlayışın fəlsəfəsinə tam uyğun olmadığını göstərir. Bəzi hallarda ehtiyac olmadığı hallarda da subsidiya ayrıldığı qeydə alınıb.

Məsələn, ötən il nizamnamə kapitalının artırılması məqsədilə İpoteka və Kredit Zəmanəti Fonduna 5 milyon manat, “Azərkosmos” ASC-yə 23 milyon manat, Aqrar Sığorta Fonduna 5.4 milyon manat ayrılıb. Daha 4.3 milyon manat “Suez Group” şirkəti qarşısında yaranmış maliyyə öhdəliyinin yerinə yetirilməsi üçün “Azərsu” ASC-yə verilib.

Ancaq bu vəsaitlər mahiyyəti baxımından subsidiya anlayışını ehtiva etmir. Dövlət Maliyyə Statistikası Təlimatına görə, nizamnamə kapitalının artırılmasına və borcların bağlanılmasına yönəldilən vəsait subsidiya sayıla bilməz. Beləcə, bəlli olur ki, ötən il subsidiya kimi ayrılan, ən azı, 38 milyon manat subsidiya kimi istifadə edilməyib.

Hesablama Palatasının araşdırması subsidiyalarla bağlı digər pozuntuları da aşkarlayıb. Bəlli olub ki, bəzi qurumlar ehtiyac olmadan büdcədən subsidiya alıb. Məsələn, “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri real tələbatdan çox verilib və subsidiya hesabına investisiya (əsaslı təmir, tikinti və s.) xərcləri qarşılanıb. Belə vəziyyət dövlət büdcəsinin tərtib və icrasına dair mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir.

Təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz qalır. Məsələn, dövlət büdcəsinin icrası barədə bilgilərdə “Azərbaycan Hava Yolları” QSC-yə fəaliyyətinin təmin edilməsi üçün 89.5 milyon manat ayrıldığı və tam məbləğdə xərcləndiyi göstərilib. Qurumdan təqdim edilmiş məlumatlara görə isə, hesabat ilində əslində 63.1 milyon manat xərclənib. Ötən ilin sonuna 26.4 milyon manat AZAL-ın bank hesabında qalıb. Hesablama Palatasının araşdırmaları göstərir ki, bir çox dövlət müəssisəsində büdcədən ayrılan subsidiyalar qənaətlə və üstəlik, təyinatı üzrə xərclənmir, əsasən, investisiya tipli xərclərə yönəldilir. Bu da, təbii ki, büdcə vəsaitlərinin səmərəliliyi və şəffaflığı ilə bağlı çoxlu sual doğurur.

Palata subsidiyalarla bağlı problemləri aradan qaldırmaq üçün hökumətə tövsiyə versə də, hökumət bu tövsiyəni icra etməyib. Qeyd edilən tövsiyə dövlət müəssisələrinə ayrılan subsidiyaların nəticəli və effektiv istifadəsinin təmin edilməsi məqsədilə subsidiyaların verilmə şərtlərini, tələb olunan sənədlər, subsidiya məbləğinin hesablanma üsullarını və s. məsələləri tənzimləyir və konkret mexanizm formalaşdırmaq hədəfini güdür./azpolitika.info
Ardını oxu...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərini elan etməsi hökumətə yaxın olan bir sıra QHT-lərin narazılığına səbəb olub.

TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Agentlikdən qrant ala bilməyən çoxsaylı QHT təmsilçiləri sosial şəbəkələrdə ittihamlar səsləndirib.

Həmin ittihamlarda bildirilir ki, Agentlik özünün Müşahidə Şurasının üzvünə 20 min manat qrant ayırıb.

Bu şəxs Nurəddin Mehdiyevdir. Mehdiyev “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin ““Qərbi Azərbaycanın tarixi və mədəni irsi” mövzusunda respublika elmi konfransının keçirilməsi” layihəsinə 20 min manat vəsait alıb.

Vətəndaş cəmiyyəti təmsilçilərindən biri olan Cəsarət Hüseynzadə yazır ki, aidiyyatı qurumlar Müşahidə Şurasının bəzi üzvlərinin ətrafındakı QHT-ləri araşdırmalıdır.

O, həmçinin bunları deyib: “QHT Agentliyi telefonla foto və video çəkənlərə yaxşı pul ayırır.
Bundan sonra biz də o yolu gedərik”.

Aydın Xan Əbilov adlı QHT rəhbəri isə Agentlik rəhbərliyini sərt ittiham edib: “QHT Agentliyinə dəxli olmayanlar, kimlərinsə tanışı, məmur olaraq səhlənkarlığına görə işdən çıxarılanlar, QHT Agentliyinin rəhbərliyinə – icraçı direktor gətiriləndən sonra isə, durum biabırçı vəziyyətə düşdü.
İndi hər kəs bunu bilir, amma şikayət edəsi yerlərimiz yoxdur: SSRİ-ni pisləyənlər, onda yenə bilirdin harasa şikayət edəndə bir nəticəsi var, indi isə şikayətlər elə adamın özünün üstünə və şikayət subyektinin rəhbərinə göndərilir, sonu isə ya mühacirət, ya da…
Müsabiqənin nəticələri dəhşətlidir, bir neçə ər-arvadın sədri olduğu QHT-yə toplam 40 min büdcə pulunu kimlər bağışlayır?
 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifədən çıxarılacağı deyilir.

AzFakt.com xəbər verir ki, İ.Abdullayevin vəzifədən çıxarılmasına səbəb bir neçə gün öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin nərd yarışının keçirilməsi olub.

Baş verən hadisənin Prezident Administrasiyasında və Elm və Təhsil nazirliyində ciddi narahatlıq yaratdığı bildirilir.

Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə keçirilən nərd yarışı məktəbin feysbuk səhifəsində “Edu.az”, “AbşeronXızıRTİ” və “31nömrəli məktəb” həştəqləri ilə paylaşılıb. Lakin Elm və Təhsil nazirliyinin hadisədən xəbər tutandan sonra paylaşım silinib.
Ardını oxu...
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ilin aprel ayında bu vəzifəyə təyin edilib.

İlhamə Abdullayeva Bakı Şəhər Təhsil İdarəsinin keçmiş müdiri, sabiq nazir müavini Məhəbbət Vəliyevanın kadrlarıdan olduğu bildirilir.

Vəzifədə olarkən adı bir sıra qalmaqallı hadisələrdə hallanan Məhəbbət Vəliyeva 2015-ci ildə Bakı Şəhər Təhsil İdarəsinə müdir təyin ediləndən sonra İlhamə Abdullayevanı İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin edib. M. Vəliyeva 2018-ci ildə BŞTİ-nin müdiri vəzifəsindən çıxarılandan sonra İ.Abdullayeva da postunu tərk edib.


Ardını oxu...
DİA.AZ: - "Yoxlanılmasına, dəqiqləşdirilməsinə, araşdırılmasına ciddi ehtiyac duyulur. Əgər verilən məlumat düzdürsə, bu artıq korrupsiyadır". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Daha sonra konkret faktı təqdim edən hüquq müdafiəçisi qeyd edib:
"Muğanlı- İsmayıllı- Qəbələ asfalt yolun genişlənməsi məqsədi ilə gedən işlərdə qaz xətlərinin yerinin dəyşilməsi üçün texniki şərt hazırlanmışdı. Texniki şərtə əsasən yer üstü gedən D 219 mm və D 159 mm qaz xətlərinin yer altı aparılması üçün layihə də hazrlnmışdı. Layihə smeta sənədlərinə əsasən yerin altı ilə aparılacaq qaz xətti polietilen borulardan ibarət olmalı idi. Lakin Azəriqaz İB Ağsu RQİİ - nin rəhbərliyi ( rəis Osman Beybudov, Baş mühəndis Zaur Məmmədov və İsmayıllı Xidmət sahəsi üzrə rəis müavini Qurban Mehdiyev) Azəravtoyol Dövlət Agentliyinin işlərini yerinə yetirən "YEVROHOM" şirkətinin nümayəndəsi Elman adlı şəxslə “müəyyən razılaşma ☝️”daxilində müvafiq sənəd olmadan, qaz xətləri yeraltı( layihə smeta sənədlərinə uyğun) deyil,yerüstü aparılmışdır(geri çəkilmişdir) və üstü rənglənmiş köhnə borulardan istifadə olunmuşdur. Məlumatda , Girdman çay üzərindən keçən qaz xətlərinin yerini dəyişilməsi zamanı, İsmayıllı rayonu Qurbanəfəndi kəndində Göyçay çayı üzərindən keçən və İsmayıllı rayonu Qalacq kəndinə gedən D 159 mm orta təyziqli 1200 metir və D 219 mm orta təyziqli 720 metr boru , Girdimançayın İsmayılnı ərazisindən keçən hisəsinin üzərindən keçən D 159 mm orta təziqli 600 metr boruların doğranıb satıldığı da qeyd olunub".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Bu gün belə bir elan qarşıma çıxdı. Elanda deyilirdi.

“İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 26 may 2023-cü il tarixində İsmayıllı şəhərində (ünvan: İsmayıllı rayon Mədəniyyət Mərkəzi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər”

Bu tipli məlumatla biz nazirliyin internet resursunda tanış olduq. Demək olar ki, əksər mərkəzi icra orqanlarının bu cür elanlarına tez-tez rast gəlmək olur. Əslində diqqətiçəkən məlumatdır. Üstəlik qurumların mətbuat xidmətləri siyasi rəhbərlərin vətəndaş qəbulları barədə məlumatları qəbuldan xeyli əvvəl sosial mediada paylaşmağa maraqlı görünür. Və belə də olmalıdır.

Əgər mərkəzi icra orqanları bu elanları paylaşmaqda hər hansı maneə görmürlərsə, yerli icra hakimiyyəti orqanları niyə icra başçılarının səyyar görüşləri və vətəndaş qəbulları barədə əvvəlcədən məlumatı paylaşmağa maraqlı deyillər.

Əlavə edim ki, bu günədək sosial media platformalarında yalnız Hacıqabul RİH başçısının səyyar qəbulları barədə mütəmadi olaraq paylaşımları görürürük. Bununla yanaşı paytaxt rayonları arasında isə ilk dəfə bu addım Nərimanov RİH tərəfindən atılıb. Nəzərə alaq ki, paytaxt ərazisində 12 inzibati rayon var. Niyə digər rayonlar bu təcrübədən istifadə etmirlər. Nədən çəkinirlər.

Dünən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsindəki Albalılıq məhəlləsində yerləşən 322 saylı orta məktəbdə sakinlərlə növbəti səyyar qəbulu keçirilib. Çox yaxşı. Sual edirəm bu görüşün olacağı barədə məlumatı Xəzər RİH rəsmiləri harada paylaşıblar. Bilən varmı. Görüş iştirakçıları səyyar qəbul haqqında məlumatı maraqlıdır necə əldə ediblər. Mən çox çətinliklə bu görüş haqqında məlumat alsamda, qəbula haradan və necə gəlmək məsələsini düşünəcən artıq saat 12 olmuşdu. Biz orda olanda isə artıq görüş başa çatmışdı. RİH məmurları çox operativ şəkildə görüş barəsində şəkilləri paylaşsalarda hər halda paylaşdıqları məlumatın mətninə diqqət yetirsəydilər daha yaxşı olardı.

Və yaxud sakini olduğum Nəsimi rayonunda keçirilən səyyar görüşlərə toxunum. Nəsimi RİH-də sistem elə qurulub ki, icra başçısı Asif Əsgərovun hər bir addımı dərhal sosial media üzərindən paylaşılır. Hətta hansısa qurumun və ya rayon bələdiyyəsinin həyata keçirdiyi layihələrdə öz səhifələrində paylaşılır. Təqdirəlayiqdir. Lakin tövsiyə edərdim ki, hər hansı layihə barəsində yazanda layihə müəllifləri barəsində məlumatda yer ayrılsın. Qayıdım səyyar görüşlərə. Dəfələrlə bu görüşlərdə iştirak etmək üçün müxtəlif kanallarla məlumat almaq istəmişəm. Lakin məlumat elə məxfi saxlanılıb ki, onu əldə edə bilmədiyimə təəssüflənmişəm.

Beləliklə, səyyar qəbullarla bağlı sosial media üzərindən paylaşılan məlumatlarda və özümün müşahidə etdiyim bəzi məqamları ümumiləşdrimək istərdim.

İlk olaraq tövsiyə edərdim ki, Nərimanov və Hacıqabul RİH-in təcrübəsindən yararlanaraq səyyar qəbul və görüşlər barəsində məxfilik aradan qaldırılsın. Özünə güvənən icra başçısı əslində bu cür addım atmamalıdır. 45 dəqiqə çəkən görüşdə 40 dəfə oturub qalxan icra başçısı hər halda bu hərəkətinə diqqət etməli, ən əsası görüşdə ortaya bir səmimiyyət qoymağı bacarmalıdır, bu həmdə onun vəzifəsi olmalıdır. Yəni hansısa yolla qəbula gələn vətəndaşın hafizəsində görüş səmimi hisslərlə qalmalıdır. Bu məqama riayət edən icra başçıları həqiqətən yaddaşlarda qalır və xatırlanır.

Görüşlər barəsində operativlik təmin edilməli, sosial medianın verdiyi imkandan maksimum yararlanmaq lazımdır. Və hər məlumatın sonunda tərif dolu şərhlərin yazdırılmasına son verilməlidir. Cəmiyyətdə artıq bu məqam, etiraf edim ki, ikrah hissi yaradır.

Mediaya və ya sosial media platformasında paylaşılan hər bir məlumatın mətninə diqqəti artırmaq lazımdır. Son bir ildə paylaşılan mətnləri təhlil etsəniz deyilənlərin həqiqət olduğunu görəcəksiniz.

Təəssüf ki, hər görüşdən sonra təxminən eyni mətn paylaşılır. Yalnız görüşün keçirildiyi ünvan dəyişir. Mətnlərdə isə bəzi cüzi məqamlar əlavə edilir.

Daha sonra rübdə bir dəfə isə görüşlərin təhlili aparılmalı, nəticələri açıqlanmalı və öz həllini tapan problemlər xüsusi ilə qeyd edilməlidir.

***

Beləliklə, biz çox qısa şəkildə icra başçılarının səyyar görüşləri barəsində öz fikirlərimizi sizlərlə bölüşdük.

İnanıram ki, heç olmasa bundan sonra səyyar görüşlər barəsində məlumatları çox asanlıqla tək mən yox, hər bir rayon sakini vaxtında ala biləcək.

Gəlin ümid edək ki, hər bir addım yaxşılığa doğru yönələcəkdir.

Vüqar Tofiqli

Belediyye.info
Ardını oxu...
Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin yaxın dostu olmuş Valeh Ömərov ciddi ittihamlar səsləndirib.

AFN.az xəbər verir ki, jurnalist Cəmil Məmmədli özünün sosial şəbəkə hesabında V.Ömərovun açıqlamasını yayıb. V.Ömərov bildirib ki, Z.Əliyev onu öldürtmək istəyib: "Evimə 3-ü polis, 1-i hərbi formada olan 4 nəfər əli silahlı adam göndərdi. Onlar məni öldürmək istəyirdilər. Gecə saat 1-in yarısında mayor Məmmədov adlı adam gəlib məni polisə aparmaq istədi. Yoldaşım Ziyəddin Əliyevlə aramızda olan problemləri bilirdi deyə, polislərə dedi bilirəm sizi o göndərib, bu dəqiqə evinə gedəcəm onun. Ondan sonra onlar məni bayırda söhbətə çağırdılar, sual verdilər ki, Ziyəddin Əliyevdən nə istəyirsən? Məsələni başa saldım, çıxıb getdilər. Səhəri gün işlədiyim trestə gedəndə gördüm ki..."

V.Ömərovun danışdığı əhvəlatın davamını aşağıdakı videodan izləyə bilərsiniz.

P.S. Səsləndirilən ittihamlarla bağlı Z.Əliyevin mövqeyini verməyə hazırıq.

 
 
 

Dünyapress TV

Xəbər lenti