Ardını oxu...
Xəbər verildiyi kimi, Azərbaycanda sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkilərində namizədlərin təbliğat-təşviqat kampaniyasına avqustun 9-dan start verilib.

Lakin Yeni Azərbaycan Partiyasının 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən olan namizədi Məmmədov Anar İlyaz oğlu təbliğata daha tez start verib.

Bu barədə yazıçı Kəramət Böyükçöl sosial şəbəkə hesabında məlumat və foto paylaşıb.

Yazıçı sözügedən fotonun Tərtərin Borsunlu kəndində çəkildiyini yazıb.

MSK sədri Məzahir Pənahov mövzuyla bağlı açıqlamasında deyib ki, sənədlə təqdim olunmayan məsələlərə münasibət bildirmək istəmir.

MSK sədri namizədlərin seçkiqabağı təşviqatdan əvvəl fəaliyyətə başlamasından danışıb: "Göndərsinlər baxaq, araşdıraq, ondan sonra deyək, qanun pozuntusu var, yoxsa yox”. Azxeber.com xəbər verir ki, 97 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputatlığa digər namizəd Şəhriyar Məcidzadə dünən rəqibi Anar Məmmədovdan MSK-ya rəsmi şikayət etdiyini və onun namizədliyinin ləğvini istədiyini qeyd edib.

Sosial şəbəkədə canlı yayım açan namizəd MSK-ya rəsmi müraciət etdiyini və Anar Məmmədovun namizədliyinin ləğv ediləcəyini tələb etdiyini bildirib.
Ardını oxu...
Bildiyiniz kimi keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad olunduqdan sonra 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədiliyini irəli sürüb.

“Azərbaycan Reallığı” xəbər verir ki, Bir zamanlar keçmiş kənd təsərrüfatı nazirinin tutduğu postu itirmə səbəblərindəndə biri oğlu ilə bağlı olub. Belə ki, keçmiş nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir.

Hətta bir vaxtlar xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər. Heydər Əsədovun oğlunun bir zamanlar Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri sosial şəbəkələrdə yayılaraq böyük rezonansa səbəb olmuşdu. Məlumatda 90 HO 505 dövlət nömrə nişanlı "Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı maşınların olması da yayılan məlumatda öz təsdiqini tapmışdır.

Sözügedən məlumat yayıldıqdan sonra Heydər Əsədov narahat olmağa başlamışdır. Məhz bu səbəbdəndə onun istefaya göndərilməsi iddialarda əks olunurdu. Məlumat üçün bildirək ki, Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Şirvan şəhərinə heç bir adiyyəti olmayan keçmiş nazirin namizədliyi də şirvanlılarda təəccüb yaradıb. Ona görə də şirvanlı seçicilər sual verirlər ki, Heydər Əsədov hara, onlar hara…

İndiyə qədər bir şirvanlı qaziyə, bir şirvanlı şəhid ailəsinə və yaxud sadə şirvanlının hər hansı sosial probleminin həllinə dəstəyi olmayan Heydər Əsədov birdən-birə Şirvandan namizəd olur. Adətən millət vəkilliyinə namizədlər öz namizədliyini doğma rayonlarından irəli sürürlər amma Heydər Əsədov namizədliyini Şirvan şəhərindən irəli sürməyə kimlər və nə vadar etdi?

Şirvan əhli isə sosial şəbəkələrdə və ümumi müzakirələrdə soruşurlar ki, axı bugünədək üzünü görmədiyimiz Heydər Əsədovu hansı yaxşı cəhətlərinə görə deputat seçməliyik?! Ona görə də bu gündən etibarən Şirvanda təbliğat kampaniyasına başlayan Heydər Əsədovun özü də bilmir ki, hardan start götürsün, seçicilərə hansı vədləri versin, onların problemlərini necə həll etsin…

Bir sözlə, nazir postunda vəzifədə olduğu dönəmdə milyonları öz şəxsi mənafeyi üçün ovladına Londonda bahalı maşınlar mülklər sahibləndirən, konfort yaşayış həyat tərzi sürən, nazir dönəmində heç zaman kəndlinin, fermerin yanında olmağı özünə rəva bilməyən Heydər Əsədov Şirvan camaatının deputatı olmaq həvəsindədir.

Görünür ki, biznesinin toxunulmazlığı üçün ona mandat lazımdır.
 
Ardını oxu...
44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa favorit namizəd Mehriban Vəliyeva göstərilir. O, YAP tərəfindən dəstəklənib. Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində direktor müavinidir. Mehriban xanım Bakı şəhər Təhsil İdarəsinin direktoru postunda fəaliyyətinə görə ittihamlarla üzləşib. Onun barəsində çoxsaylı iddialar var. Hazırda onun rəqibləri isə “dişə dəyən” namizədlər deyil. Belə ki, namizədlərdən Manzur Mansurzadə və Saleh Şükürov işsiz göstərilir. Biri “JEK”də kargüzar Rübabə Əzizova, digəri isə “JEK” mühəndisi Dunay İmanovdur. Son iki namizəd isə həkim Akif Bayramov və QHT rəhbəri Səbinə Kərimovadır. Namizədlərə baxanda hər şey aydın olur…
 
Ardını oxu...
YAP-ın 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizəd irəli sürdüyü Əhliman Əmiraslanovun və oğlu Azər Əmiraslanovun xaricdəki biznesi sosial şəbəkə istifadəçiləri tərəfindən gündəmə gətirilib.

Tribunainfo.az məlumat verir ki, xüsusən də Sabirabaddan olan sosial media istifadəçiləri keçmiş rektor, VI çağırış parlamentin üzvü Əhliman Əmiraslanovun Türkiyədəki obyektlərini açıqlayıblar.

AA İÇ MİMARLIK İNŞAAT PROJE TAAHHÜT TASARIM UYGULAMA TİCARET LİMİTED ŞİRKETİ 2015-ci il aprelin 17-də İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47 ünvanında 50 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.

Qeydiyyat nömrəsi 971304-0-dır. Təsisçiləri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və Türkiyə vətəndaşı Alev Kaygazdır.

Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin adı şəriklərin adlarının ilk hərflərindən götürülüb.

Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Alev Kaygaz eyni zamanda, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin də təsisçisidir.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır. Elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

Şirkət inşaat və daşınmaz əmlak sektorunda fəaliyyət göstərir, o cümlədən yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin adı şəriklərin adlarının ilk hərflərindən götürülüb.

Alev Kaygaz Türkiyədəki biznesi idarə etməkdən əlavə London və Dubayda da tez-tez görünür. Alev Kaygaz eyni zamanda, 2K TASARIM VE İÇ MİMARLIK İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ-nin də təsisçisidir.

2. Azər Əmiraslanovun Türkiyədə təsis etdiyi digər şirkət ENERJİM E TİCARET BİLİŞİM VE YAZILIM HİZMETLERİ LİMİTED ŞİRKETİdir. 250 min lirə nizamnamə kapitalı olan şirkətin qeydiyyat nömrəsi 801011-0, hüquqi ünvanı SARIYER, MASLAK MAH.AKASYA SOK.ECLİPSE MASLAK SİTESİ F BLOK NO:5 F/4-dür. Bu ünvan İstanbjlda deputatın oğluna məxsus AĞLANÇ RESTAURANT-ın yerləşdiyi ünvandır. Elə şirkətin də kvalifikasiya sahəsinə restoran və içki məkanları, ərzaq və içki idxalı, ixracı daxildir. Azər Əmiraslanovun bu şirkətdəki şərikləri Elmir Cəbrayılov və Türkiyə vətəndaşı Emir Turacıkdır.

3. İstanbulda Əmiraslanovlara məxsus qeydiyyatdan keçmiş daha bir şirkət isə AZER GAYRİMENKUL MEDİKAL İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİdir. Bu şirkətin təsisçiləri qismində Azər Əmiraslanovdan başqa, Əhliman Əmiraslanovun digər oğlu, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edir.

Şirkətin qeydiyyat nömrəsi 704740-0, hüquqi ünvanı İstanbul, BEŞİKTAŞ, LEVENT MAH.ÜLGEN SK.47-dir. Əvvəldə qeyd etdiyim kimi Azər Əmiraslanovun Alev Kaygazla ortaq qurduğu şirkət də bu ünvanda fəaliyyət göstərir.

Şirkət əsasən tibbi təyinatlı olmaqla, daşınmaz əmlak sektorunda fəaliyyət göstərir.

4. Deputatın oğlu Rusiyada da indiyədək 5 şirkət qeydiyyatdan keçirib, onlardan yalnız biri fəaliyyətini dayandırıb.

“NOVİNKİ” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НОВИНКИ”) hələ Əliman Əmiraslanovun Tibb Universitetinin rektoru olduğu dönəmdə – 1996-cı ilin avqustunda Azər Əmiraslanov və şərikləri tərəfindən 8 milyon rubl nizamnamə kapitalı ilə təsis edilib (qeydiyyat nömrəsi 77160019227716). Hüquqi ünvanı Moskva, Novinki küçəsi 12 A-dır. Şirkətin adı elə bu küçənin adından götürülüb. Kolomenskoe metrosu yaxınlığındakı ünvanda şirkətə məxsus olan və hazırda “PRIMAVERA” şadlıq evi kimi fəaliyyətdə olan obyekt yerləşir.

Şirkətin təsisçilərindən biri – Nəsimi Allahverdiyev Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının mərhum professoru, şair Rübail Allahverdiyevin oğludur. Rübail Allahverdiyev Əhliman Əmiraslanovla uzun illərin dostu olub.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2018-ci il maliyyə hesabatına görə gəlirləri 4 844 000 rubl təşkil edib.

5. Azər Əmiraslanov həmin tarixdə Nəsimi Allahverdiyevlə birgə Moskvada “Super-Kosna” MMC-ni də (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “СУПЕР-КОСНА”) qeydiyyatdan keçiriblər. 1 milyon 650 min rubl nizamnamə kapitalı olan daşınmaz əmlak şirkəti Rusiya paytaxtının Novinki küçəsi 12B ünvanında təsis olunub. Sözügedən ünvanda şirkətə məxsus “PRONTO” Ticarət mərkəzi və restoran fəaliyyət göstərir.

2017-ci il maliyyə hesabatına görə şirləyin gəlirləri 8 milyon 251 min rubl təşkil edib.

6. “DİVİDEND” MMC (ООО “ДИВИДЕНД”) 2010-cu ilin mayında 10 000 rubl nizamnamə kapitalı ilə təsis olunub. Şirkətin 49 faiz hissələri Azər Əmiraslanova, qalan 51 faizi isə Nəsimi Allahverdiyevin və qardaşının adına rəsmiləşdirilib, 2017-ci il maliyyə hesabatına əsasən gəlirləri 39 milyon 784 min rubl (o zamankı valyuta kursu ilə 610 min dollar) təşkil edib.

Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkət Moskvada, Privolnaya küçəsi 63-də hüquqi qeydiyyatdadır. Bu ünvanda yerləşən və şərq mətbəxi təqdim edən ikimərtəbəli “Lepyoşka” kafesi “Dividend” MMC üzərindən idarə olunur.

7. Azəf Əmiraslanov “Bereq” MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “БЕРЕГ”) nizamnamə kapitalı 10 min rubl olmaqla 2014-cü ilin sentyabrında Fail Qurbanov adlı işadamı ilə birgə qeydiyyatdan keçirib.

Şkulyova küçəsi 2a/1 ünvanında hüquqi qeydiyyatda olan şirkət restoran biznesi sahəsində fəaliyyət göstərir. Əhliman Əmiraslanovun oğlu və onun şəriki bu şirkət üzərindən həmin ünvanda “AnderSon” restoranına sahibdirlər. Şirkət hissələrinin 65 faizi Fail Qurbanova 35 faizi isə deputatın oğluna məxsusdur.

8. Azər Əmiraslanovun Moskvada şərik olduğu daha bir şirkət – “PSK” MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ПЕРВАЯ СТРОИТЕЛЬНАЯ КОРПОРАЦИЯ”)

2003-cü ilin dekabrında qeydiyyatdan keçib. Tikinti sektorunda fəaliyyət göstərmiş şirkət 2013-cü ilin iyulunda ləğv edilib.

Mətbuatda yer alan məlumatlara görə Azər Əmiraslanov yaxın adamı və köməkçisi kimi tanınan Vüqar Cavadovun adına rəsmiləşdirilmiş “Azər-Türk” klinikasına və başqa bir neçə klinikalara, apteklərə, restoranlara və mağazalara da sahibdir.

Hüseyn Qafar
 
 


 
Ardını oxu...
105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizədlərdən biri Arzu Nağıyevdir. O, VI çağırış üzrə parlamentin üzvü olub və yenidən deputatlığa iddialıdır. Anaxeber.info qeyd edir ki, Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışıb. Onun yolu sonradan Trend Agentliyindən keçib və nəhayət, 2020-ci ildə 104 saylı dairədən deputat olub. Bu dəfə dəyişən sadəcə dairənin rəqəmidir və 105 saylıdan namizəddir. Amma dəyişməyən yenə Tovuz-Gədəbəy seçicilərinin deputatı olmaq istəyidir. Sadəcə, Arzu Nağıyevin parlament üzvlüyü hər iki bölgənin əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə ki, Tovuz və Gədəbəy əhli ötən 5 ildə Arzu Nağıyevi də tanıdılar, fəaliyyətini də... Məlum oldu ki, deputat seçilə bilər, amma millət vəkili ola bilməz. Çünki geridə qalan 5 illik parlament fəaliyyəti dövründə Arzu Nağıyev ağzını açıb seçicilərin, Tovuzun problemlərindən danışmayıb. Ona görə də Tovuzdan və Gədəbəydə olan seçicilər sosial şəbəkələrdə yazırlar ki, əgər Arzu Nağıyevi tanımaq istəyən olsa, onun fotosunu Tovuza aid feysbuk səhifələrində paylaşmaq kifayətdir. Bu zaman gələcək şərhlərlı onun fəaliyyətinin nədən ibarət olduğu hər kəsə aydın olacaq. Ümumiyyətlə,
seçicilər sosial şəbəkələrdə sual verirlər ki, seçkidən-seçkiyə Tovuz camaatını yada salan Arzu Nağıyev indi hansı üzlə onlardan səs istəyir?! Seçicilər onu da sosial mediada yazırlar ki, parlamentin iclaslarında Arzu Nağıyevin millətin vəkili kimi çıxışı olmayıb. O, nə Tovuzun susuz kəndlərindən, nə qazsız kəndlərindən bircə dəfə söz açmayıb. Arzu Nağıyev Fransanı yıxıb-sürüyüb, Makronu ayağı altına salıb təpikləyib, Ermənistanı zəlil günə qoyub, Paşinyanı itdən də abırsız edib, stabillikdən, inkişafdan, regional təhlükəsizlikdən uzun-uzadı istədiyin qədər bu 5 ildə çıxışlar edib, di gəl, Tovuzun kəndlərində hələ də orta əsrlərdə olduğu kimi, suyun bulaqlardan min əziyyətlə daşınmasından, əkin sahələrinin suvarılmasında su çatışmazlığı olmasından, meşələrin məcburiyyətdən qırılıb evlərin qızdırılması üçün istifadə olunmasından, bu səbəbdən kəndlərdə əhalinin oduna xərclədiyi pullardan, ümumən Tovuzun kəndlərinin 80 faizinin neft-qaz ölkəsində qaz üzünə həsrət qalmasından əsla danışmayıb. Belə çıxır ki, ya yadına düşməyib, yəqin başı qarışıq olub, ya ona camaatın sosial problemləri qətiyyən maraqlı deyil, yaxud da Arzu Nağıyev özünü millətin vəkili deyil, hökumətin deputatı hesab edir. Görünür ki, sonuncu kriteriya ona daha uyğun gəlir. Elə olmasaydı, deputatı olduğu Tovuzun və Gədəbəyin qaz, su, işıq, kənd təsərrüfatı, sosial müavinətlər, işsizlik və digər problemlərindən bəhs edərdi. Ona mandat 5 illik bu səbəbdən verilib ki, bu mövzularda sussun, yalnız xarici siyasət, regional və beynəlxalq münasibətlər haqda hər hansı fikir bildirsin. Bu isə parlamentdə dilə gətirilə bilər, amma paralel də sənin seçicinin sosial problemi qaldırılmalıdır. Görünür ki, onu seçiciləri seçmədiyi üçün bu barədə danışmaq zərurəti hiss etmir, mandatı verən kimdirsə, onun sifariş etdiyi mahnı ifa olunur...
Bundan əlavə, Arzu Nağıyev nadir hallarda seçicilərlə görüşlər keçirər, amma seçki ərəfəsində tez-tez görünməyə çalışır. Halbuki parlamentdə seçiciləri, şəhid ailələri, aztəminatlı ailələr, qazilər, iş tapmayan vətəndaşlar, müxtəlif qanunsuzluq halları ilə üzləşən seçicilərlə görüşən deputatlar da var. Adlarını çəkməyə ehtiyac olmadığı sadəcə demək olar ki, onların işi sosial şəbəkə üzərindən görünür. Amma Arzu Nağıyev heç 2 faiz də iş görmür. Əvəzində isə onun efirlərdə və yazılı mətbuatda çıxışlarından xeyli iqtibaslar itirmək olar ki, nə dərəcədə bəsit siyasi səhvlərə yol verib, ört-basdır belə edə bilməyib. Bu haqda bəzi xəbər portallarında çoxsaylı faktlar görmək mümkündür. Arzu Nağıyev isə Qazaxın kəndləri, istər Zəngəzur dəhlizi, istər digər mövzularda elə gülüş doğuran açıqlamalar verib ki, dərhal müzakirələrə səbəb olub. Yəni Arzu Nağıyev hətta siyasi aspektdən də işə yarayan deputat olmayıb. Onun seçicilərlə işləməməsi, əhalinin sosial problemlərinə biganəliyi bir yana qalsın, siyasi mövzularda çıxışları da müxtəlif "quş"larla doludur. İndisə Nağıyev təzədən 5 il parlamentdə olmaq istəyir - növbəti məsxərəyə qoyulacaq açıqlamalar vermək və seçicilərin problemlərini həll etməmək üçün...

Anaxeber.İnfo
 
Ardını oxu...
Binəqədi rayonunda inşası davam edən “Greenville Recidence” Mənzil Tikinti Kooperativi sakinlərin narazılığına səbəb olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Məcid Pənahlı yazıb. Sakin bildirib ki, sözügedən MTK-nın apardığı işin ucbatından öz evlərində rahat yaşaya bilmirlər. MTK gecədən səhərə qədər səsli və ağır işlər görür. Sakinlər bildirib ki, tikinti ərazisinə gecə ərzində fasiləsiz olaraq gələn ağır tonnajlı maşınların səsindən evdə oturmaq mümkün olmur:

“Gecə saat 03:45-dir, bunlar hələ də beton tökür. Demək olar ki, hər gün belədir”.

Şikayətçi bildirib ki, yük maşınlarının ancaq axşamlar şəhərə buraxıldığı üçün iş gecə başlayır. O bildirib ki, heç olmasa bu cür səs-küylü işləri gecə 1-ə qədər yekunlaşdırsınlar. Yaxınlıqdakı evlərdə xəstəsi, körpəsi olan ailələr var ki, mövcud problemdən əziyyət çəkirlər.

Sakinlər aidiyyəti qurumların “Greenville Recidence” MTK ilə bağlı təcili tədbir görməsini tələb edir.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
 

 
Ardını oxu...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, keçmiş millət vəkili və hal-hazırda Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyini 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürmüş Azay Quliyevin Bakının Pirşağı qəsəbəsində dəyəri millyonlarla ölçülən villasının sosial şəbəkələrdə görüntüləri yayılıb.
Ardını oxu...
“Azərbaycan Reallığı” xəbər verir ki, Dənizə yaxın böyük ərazidə yerləşən bu villada hər cür şərait, hətta stadion belə yaradılıb. Aydın məsələdir ki, Azay müəllimin aldığı bu əmək haqqı ilə konfort mülklərə sahib olması mümkün deyil.
Ardını oxu...
Kiçik araşdırma aparsaq illərdi dövlətin QHT-larına ayırdığı pulların hara xərcləndiyinin şahidi olmağ olar. Xeyli sayda fakt göstərmək olar ki, neçə-neçə şəhid ailələri, QHT sədirləri, jurnalistlər və ziyallılar var ki, evsiz qalıblar amma hələ bunlar bahalı villə tikməklə kifayətlənməyib üstəlik villada özlərinə stadionda tikirlər. Dövlət pullarına bu qədər qənim kəsilməyin mütləq bir məntiqli cavabı olacaq!

 
 
 
Ardını oxu...
Sankt-Peterburq 2025-ci ilin sonuna kimi 17 yeni nəsil “Lionok” tramvayı alacaq.

Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Avtomobillər 95 % yerli komponentlərdən ibarətdir və süni intellektlə təchiz edilib.

Onlarda sistem piyadaları, işıqforları, nəqliyyat vasitələrini və yol nişanlarını tanıyır, yoldakı vəziyyəti qiymətləndirir, sürücüyə siqnallar verir.

Belə bir tramvay sürücünün sürət həddini aşmasına və diqqətinin yayınmasına imkan verməyəcək. Seçicilər üçün uzaqdan idarəetmə sistemi və prioritet səyahət sistemi də tətbiq ediləcək.

Bildirilir ki, salonda 40 erqonomik oturacaq və ümumi tutumu 161 nəfər olacaq. USB rozetkaları və multimedia məlumat sistemləri də təmin olunub.

Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi qurulub:

"Təəssüf ki, bu, səhv sistem kimi quruldu. Sabiq nəqliyyat naziri Ziya Məmmədov milyonlarla vəsaiti məhv etdi, normal bir sistem qura bilmədi.

Daha sonra Bakı Nəqliyyat Agentliyi bu məsələyə nəzarət etdi, lakin onlar da heç nə edə bilmədilər.

Hazırda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi Daxili İşlər Nazirliyinin nəzarətdindədir və süni intellektin müəyyən elementlərindən istifadə olunur.

Avtomobillərin sayı, işıqforların bu saya nisbətən idarəedilməsi, nəqliyyat axınını hesablamaq, qabaqlayıcı addımlar atılması və s. kimi elementlər süni intellektə aiddir.

Düzdür, tam süni intellektdən istifadə olunmasa da, ona uyğun addımlar müşahidə edilir. Düşünürəm ki, gələcəkdə süni intellektin faydalarından səmərəli istifadə olunacaq.

Tramvaylara gəlincə, Azərbaycanda tramvay yoxdur və bərpa da edilmir.

Gələcəkdə bu texnologiyalar dünyaya yayıldıqda, hər halda Azərbaycan da tramvaylardan istifadə ediləcək".
 

Ardını oxu...
Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər. Onlar bildirirlər ki, süni əngəllərlə üzləşirlər, heç bir problem olmadığı halda, sertifikasiya prosesinə buraxılmırlar. Nəticədə hüquqları pozulur – həm fəaliyyətlə məşğul ola bilmirlər, həm də maddi-mənəvi ziyan çəkirlər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ixtisas üzrə sertifikasiya prosesini keçməlidir. Bu, “Əhalinin sağlamlığının qorunmasi haqqinda” qanunun 48-ci maddəsində əksini tapıb. Qanunun tələbinə görə, müvafiq ixtisas üzrə sertifikata malik həkim-mütəxəssislər bu sahədə praktiki tibb fəaliyyəti göstərə bilər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər sertifikasiyaya buraxılmamışdan əvvəl Səhiyyə Nazirliyinin özünün təşkil etdiyi kurslarda iştirak etməlidir. Kursları bitirəndən sonra Kadr Komissiyası qiymətləndirmə aparıb, təlim iştirakçılarının sertifikasiya prosesinə buraxılıb-buraxılmamasına qərar verir.

2023-cü ildə kursların iştirakçısı olan həkimlərdən bir neçəsinə komissiya müsbət rəy versə də, onlar indiyə qədər sertifikasiyaya buraxılmayıb. Həmin həkimlərdən Vüsal Abdullayev, Rəvan Əliyev, Bariz Zeynalov bildirir ki, faktiki ayrıseçkiliyə məruz qalırlar – onlarla eyni kurslarda iştirak etmiş digər həkimlər sertifikasiya prosesinə buraxıldığı halda, onlara imkan verilmir:

“Heç bir tutarlı səbəb də göstərmirlər ki, qarşımızı niyə kəsdiklərini bilək”.

Həkimlərin hüquqlarının müdafiəsilə məşğul olan vəkil Samir Xudaquliyev Meydan TV-yə bildirib ki, məsələ ilə əlaqədar xeyli müddət öncə Səhiyyə Nazirliyinə sorğu göndərib. Lakin uzun müddət keçsə də, sorğusuna cavab ala bilməyib. Çoxsaylı şikayətlərindən sonra iyul ayında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev onu qəbul edib. Amma bu görüş də müsbət nəticə verməyib.

Vəkilin sözlərinə görə, Aparat rəhbərinə Səhiyyə Nazirliyinin Kadr Komissiyasının qərarını təqdim edib. Lakin Tural Babayev komissiyanın qərarını qəbul etmədiyini və şikayətçi həkimlərin sertifikasiya imtahanına buraxılmayacağını bildirib.

Vəkil əlavə edib ki, uzun müddət gözlədiləndən sonra Aparat rəhbərinin qəbulunda olsa da, sorğuda qoyulan məsələlərə aydınlıq gətirilməyib:

“Aparat rəhbəri özünün subyektiv fikirlərini dedi. Halbuki, qanunun konkret norması var. Aparat rəhbəri yenə də öz fikrində qalır ki, o norma köhnədir, bu həkimlərə aid deyil”.

Həkimlərin şikayəti – onların hansı səbəbdən sertifikasiya imtahanına buraxılmaması ilə əlaqədar Səhiyyə Nazirliyinin cavabını öyrənmək üçün bu qurumla əlaqə saxlasaq da, sualları cavablandırmaqdan imtina olunub.
 
Ardını oxu...
Şamkir rayonu, Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçiləri Fuad Ələsgərova, Anar Ələkbərova, Cəmil Abbasova, Prezident Admistrasiyasının rəhbəri Samir Nuruyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyavə, FHN rəhbəri Kəmaləddin Heydərova, SOCAR prezidenti Rövşən Nəcəfə, Səhiyyə naziri Teymur Muşayeva, Ombusman Səbinə Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir.

“Yazaraq sizləri məlum edirəm ki, yaşadığımız Şəmkir rayonu, Düzqışlaq kəndində bir hayatyanı sahənin içində iki mənzil tikmişik. Səbəb isə, bacımın ailəsi ilə birgə bizimlə yaşamağıdır.

Onu da qeyd edim ki, bacımın hayat yoldaşı müharibə veteranıdır, medallarla təltif olunub. Onun evi olmadığı üçün bizimlə birgə yaşayırlar. 1 övladları var.

Həyətdə qaz sayğacı bir ədəddir. Ümumilikdə istifadə olunan qazın hamısı qeyd olunur.

Şəmkir Regional Qaz İdarəsinin Nəzarət şöbəsinin müdiri Ehtiram müəllim əməkdaşları ilə bizim ünvana gələrək, kobud şəkildə bildirdi ki, sərfiyyat aşmaya görə külli miqdarda cərimə olunacaqsız. Hətta sayğaçı ləğv edəcəklərini də bildirdilər. Biz bu zaman Ehtiram müəllimin kobud rəftarına susaraq, bildirdik ki, o zaman bizə 2-ci sayğac qurraşdırın. O da dedi ki, get məhkəməyə müraciət et.

Yazaraq nəzərinizə çatdırım ki, kənddə bizim vəziyyətdə yaşayan ailələr az deyil. Müəyyən vaxtdan sonra həmin evlərə, məhkəməyə getmədən, 2 sayğac quraşdırılıb. Nədənsə Ehtiram müəllim bizimlə qərəzli şəkildə rəftar edir. Belə çıxır ki, həmin insanlar qeyri-qanuni şəkildə 2-ci sayğacı çəkdiriblər?! Elə xətlər var ki, yerin altı ilə çəkilib, beləliklə sayğaca gedən xət yerin altında birləşir.

Hətta kənddə qaz xətlərinin çoxu su arxının içindən, bəziləri isə torpağın altından keçir. Bu halda güclü partlayışlara səbəb ola bilər.

Şəmkir Regional Qaz İdarəsinin şöbə müdiri Ehtiram müəllim bütün bunlara göz yumur.

Bundan başqa, Kür qəsəbəsinə gedən yolda da borular baxımsız haldadır. Torpağın altı ilə gedən də var, bayırda qalıb çürüyən də. Hətta 2 yerdə qaz xətləri magistral yolun altı ilə keçir. Bu da ətrafdakı obyektlər üçün təhlükəlidir. Hər an yüzlərlə vətəndaşın həyatına son qoyula bilər.

Bir sözlə, Şəmkirdə o qədər qanunsuzluq var ki, heç bilmirəm hansından başlayım. Muxtariyyə, Qədimqala, Əliyaqublu, Yenihəyat kəndlərində də qaz xətti bəzi evlərin qabağından yerin altı ilə gedir, hətta üzəri kafel-metlaq ilə örtülüb.

Həmçinin, Şamkir rayonu, Düzqışlaq kəndində də demək olar ki, bütün qaz xətləri su arxının içindən keçir.

Ehtiram müəllim vətəndaşlarla çox kobud danışır, bu yollarla xalqı narazı salır. Bu insanın vəzifəsi sanki vətəndaşı aşağılamaq və narazı salmaqdır.

Onu da qeyd edim ki, Ehtiram müəllim idarədə iki il öncə mühandis kimi işə başlayıb. Şöbə müdiri işləmək üçün 5 il çalışıb, qanunla 4-cü dərəcəyə şöbə müdiri qoyulmalı idi. Qanun burada da çeynənilib. 2 illik iş qeydiyyatı olan bir adamı hansısa yol ilə Nəzarət şöbəsinə müdir təyin olunub.

Əsas faktlardan birini də qeyd edim ki, Kür qəsəbə yolunda olan magistraldan keçən qaz xətti “3 yol” adlanan ərazidə yol çəkimi zamanı körpünün altından plastik borularla çəkilib. Bəzi yerlərini dəmir borularla, çox yerini isə plastik borularla çəkiblər. Dəfələrlə yoxlamalar keçirilsə də, bu kimi əsas faktlar gizlədilib, üzə çıxarılmamışdır.

Kənddə imkanlı olan ailələrin qapıları döyülmür, halbuki onların da həyətində 2 sayğac var. Belə məmurlar xalq arasında ayrı-seçkilik salırlar. Qanun-qayda kasıblar üçündür, varlılar üçün qanun yoxdur.

Evimə sayğac qoymaq üçün mənə məhkəmənin yolunu göstərirlər. Amma imkanlılar bu məhkəmə prosesindən azaddırlar. Belə haqsızlıq olar? Qanun hər kəs üçün olmalıdır. Pullu adamla pulsuz adam seçilirsə, biz kasıblar onda yaşamayaq.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti