Ardını oxu...
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda məşhur aktyor Cim Kerridən bəhs olunub.

Bildirilir ki, C.Kerri 17 yanvar 1962-ci ildə Kanadanın Nyumarket şəhərində anadan olub.

Ailə yaxşı yaşamırdı. C.Kerri ehtiyac içində yaşamağı uşaqlıqdan görüb. Onun altı nəfərdən ibarət ailəsi var idi.

Ulduzun valideynləri musiqini sevirdilər. Anası evlənməmişdən əvvəl müğənnilik edirdi, atası isə saksofonçu idi. Onlar özlərini musiqi sahəsində reallaşdıra bilmədilər. Cimin böyük bacısı Rita isə Kanadada tanınmış ifaçıdır və öz qrupu ilə çıxışlar edir.

Kerri uşaqlıqdan səhnəyə çıxmaq arzusunda idi, 15 yaşında ilk dəfə “stand-up” ilə səhnəyə çıxdı. Uğursuzluqdan sonra yenidən çıxış etməsi iki il çəkdi. Kanadada məşhurlaşdıqdan sonra ABŞ-yə köçdü. 90-cı illərin ortalarından bəri o, on il ərzində ən çox axtarılan komedi və kino aktyorlarından biri oldu.

80-ci illərdən ABŞ-də filmləri nümayiş etdirilən Cim Kerri 2004-cü ildə Kanada vətəndaşlığını saxlayaraq bu ölkənin vətəndaşı oldu.

Aktyorun karyerasında əsl parlama 1994-cü ildə baş verdi.

C.Kerrinin “Axmaq və ondan da axmağı” filminə görə qonorarı yeddi milyon dollar təşkil edib. Bu da Cimi ilin ən uğurlu komediyaçılarından birinə çevirdi.

Bundan sonra aktyorun qonorarı kəskin şəkildə artmağa başladı. “Kabelçi” filmi Kerriyə 20 milyon dollar qonorar gətirdi. Lakin film ümidləri doğrultmadı.
2010-cu ildə aktyorun karyerasında “qara zolaq” başlayır. C.Kerrinin çəkildiyi ən yaxşı filmlər keçmişdə qalır. Ona televiziya seriallarının epizodlarında işləmək və böyük filmlərdə kiçik personajların rolunu oynamağı təklif edirlər.

O, 90-cı illərin əvvəllərində valideynlərini itirdi və ilk ağır depressiyasını yaşadı.

Aktyorun çox sevgi romanları olub. Onun ilk sevgilisi Melisa Vumer idi. O, “Comedy Store”da ofisiant işləyib. Onlar 1987-ci ildə evlənirlər. Melisa aktyorluq karyerasının başlanğıcında Cimə dəstək olub, valideynlərini itirdikdən sonra onun depressiyadan çıxmasına kömək etməyə çalışıb. Onların Ceyn Erin Kerri adlı bir qızı var. Cütlük 1995-ci ildə boşanıb.

2012-ci ildə Cim Katriona Uayt ilə münasibət qurur. O, əqli cəhətdən qeyri-sabit idi. Aktyorun həyatında “qara zolaq” başlamışdı. Cütlük ayrılıb barışırdı.

Katriona bir neçə dəfə intihara cəhd edib. 2015-ci ildə Uayt münasibətlərinə son qoydu. Tezliklə isə intihar etdi.

İntihar qeydində Uayt Cimi öz ölümündə günahlandırırdı. 2018-ci ilə qədər məhkəmə çəkişmələri Katrionanın qohumlarının iddiası əsasında davam edirdi. Məhkəmədə müttəhim kimi çıxış edən aktyor öz günahsızlığını sübut etdi.

Depressiya və şəxsi həyatındakı uğursuzluqlar Cimi karyerasına fasilə verməyə məcbur etdi. Aktyora təkliflər azaldı, yox həddinə gəldi. Ancaq təqsirsiz olduğu sübuta yetiriləndən sonra 2018-ci ildə o, “Sadəcə zarafat edirəm” serialına çəkildi və yeni romanı başladı. Cim həmkarı Ginger Qonzaqa ilə görüşməyə başladı.

C. Kerri 2013-cü ildə “Roland necə yuvarlanır” adlı uşaq kitabı, 2020-ci ildə isə “Xatirələr” kitabını nəşr etdi. “Xatirələr” kitabında 1999-cu ildə çəkiliş meydançasında tanış olduğu Reneni ən böyük sevgisi adlandırdı.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Ukrayna mədəniyyəti düşmən əli ilə növbəti itki verib.

Publika.az "Karavan"ya istinadla xəbər verir ki, “Kryposna” və “Zəng” də daxil olmaqla bir çox Ukrayna film və seriallarında rol alan aktyor və əsgər Aleksey Xilski Zaporojye vilayətində döyüşdə həlak olub. Onun 36 yaşı var.

Dəhşətli xəbəri Alekseyin həyat yoldaşı, aktrisa Nadiya Xilska sosial şəbəkələrdə yayıb:

"Mən yazıram, amma özüm buna tam inana bilmirəm. Lyoşa öldü. Döyüş tapşırığını yerinə yetirərkən həlak olub. O, tanıdığım hər kəsin ən yaxşısı idi. Ən mehriban! Ən gözəl! Ən istedadlı! Etdiyi hər şeyi ehtirasla edirdi. Və onun həyata susuzluğu var idi! O, həyatı çox sevirdi! Səni sevirəm, döyüşçüm".
Ardını oxu...
 
 


 
Ardını oxu...
Teref.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.

Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub.

***

Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Yaradıcılığında “Quyu” tamaşasının musiqisi, “Qızıl oğlan” musiqili nağılı xüsusi yer tutur. O, “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olarsa” və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.

“Qonşu qonşu olarsa” tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:

“Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim”.

Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:

“Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə, insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik”.

Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib:

“Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm.

Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.

***

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov 16 dekabr 2021-ci ildə vəfat edib.

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Ruhəngiz xanımın vəfatı ilə bağlı danışarkən onun Honq-Konqda yaşayan qızının yanında vəfat etdiyini deyib:

“Təxminən, 20 gün öncə qızının yanına – Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, orda dəfn olunacaq ya burda. Çünki yolun xərci çoxdur. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar”.

***

Bəstəkar özü haqqında belə deyirdi:

“Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam”.

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində tədbirlərini davam etdirir. İctimai Birliyin növbəti tədbiri avqustun 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ofisində keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının üzvləri, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazilər iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, layihə çərçivəsində bir sıra tədbirlərin, görüşlərin keçirilməsi, yazıların nəşr olunması nəzərdə tutulub. Həmçinin gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu "Cığır" tarixi romanının ictimai müzakirəsi keçiriləcək və gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanacaq.

Yunus Oğuzun 15-dən artıq tarixi romanın müəllifi olduğunu xatırladan "Turan Araşdırma Mərkəzi" İctimai Birliyin sədri Cavid İsmayıl qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə fəal iştirak edən Y.Oğuz ərsəyə gətirdiyi tarixi romanlarla Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq saçıb, bu vaxta qədər xalqa düzgün çatdırılmayan faktlara aydınlıq gətirib. Onun əsərlərindən bəlli olur ki, Vətənin, dövlətin var olması üçün zaman-zaman qan tökülüb, ona görə də bu gün dövlətimiz yaşayır: "30 il erməni işğalı altında olan torpaqlarımız Azərbaycan gənclərinin şücaəti hesabına azad edildi. Etiraf edilməlidir ki, işğal dövrü bizim üçün ən ağır dövr idi. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə 250 ilin ən şanlı tarixi yazıldı. 44 günlük Vətən müharibəsindəki qələbəni qızıl salnamə hesab etmək olar. İndi hərb tariximizi dünyanın aparıcı dövlətləri öyrənir. Ən yeni tariximiz olan 44 günlük Vətən müharibəsindəki faktlar məhz "Cığır" romanında əksini tapıb. İlk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı "Cığır" romanında verilib. Bu baxımdan "Cığır" romanı gənclər arasında təbliq edilməlidir. Çünki "Cığır" təbliğat və masaüstü kitabdır".

Birinci Qarabağ müharibəsində ordunun, güclü iqtisadiyyatın olmadığını xatırladan yazıçı-publisist Yunus Oğuz qeyd edib ki, o vaxt Azərbaycan ata-anası ölmüş yetim bir dövlət idi. Xarici dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycana qarşı qısqanclıq nümayiş etdirir, yardım göstərməkdən imtina edirdilər. Məhz bu kimi səbəblərdən Birinci Qarabağ müharibəsində on minlərlə şəhid verdik: "Lakin dövlətimiz möhkəmləndi, ordumuz və iqtisadiyyatımız gücləndi və Aprel döyüşlərində ilkin qələbəni əldə etdik. 27 sentyabr ən uğurlu zaman kimi seçildi və torpaqlarımız işğaldan azad edildi, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bizi dövlət yerinə qoymayan dövlətlər BMT Təhlükəsizlik Şurasının iclasında bizimlə hesablaşmağa məcbur oldular. Bu iclasda Ermənistana leqal, qeyri-leqal dəstək verən dövlətlər başqa qiyafədə idilər".

Y.Oğuz qeyd edib ki, 44 günlük Vətən müharibəsi həm də vətənsizliyə son qoydu: ""Cığır" romanında ilk dəfə olaraq "kölgə əsgər" adlı obraz yaratmışam. Bu əsgərlər ermənilərin illərdən bəri yaratdıqlari mifləri darmadağın etdilər. Əsərin adının "Cığır" qoyulmasının isə real həqiqətləri var. Bu Şuşaya gedən həmin cığır idi ki, xalq onu tanımırdı. Xalq arasında ona "Nəsrəddin cığırı" deyilirdi. Bu, xalqın cığırı idi, sonu bilinməsə də xalqın qələbə əzminə hakim kəsilmişdi. Bu isə o deməkdir ki, vətənpərvərlik Şuşanın geninə biçilib. Bizdən fərqli olaraq ermənilər toplumdur, dövlətləri və dövlətçilikləri heç vaxt olmayıb, dövlət idarəçiliyindən uzaqdırlar. Ermənilər özləri deyir ki, biz yanlış torpaq siyasəti yürüdürük. Ona görə də onlar geç-tez Qarabağdan, İrəvandan gedəcəklər. Bu baxımdan biz gəncləri inandırmalıyıq ki, Vətən dövlətsiz olmur, gələcəyini yox, dövləti fikirləşən qəhrəman olur. Bizim isə artıq millətimiz, hədəfimiz və dövlətimiz bəllidir".

Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev qeyd edib ki, məhz bu fakt müharibədə qələbəinin əldə olunmasında mühüm rol oynadı: "Məlumdur ki, hələ Birinci Qarabağ müharibəsində ermənilər Rusiyanın silahı ilə vuruşurdu. İran, Amerika və Fransanın dəstəyi ilə Ermənistan müvəqqəti üstünlük əldə etmişdi. Müstəqil Azərbaycan cavan bir dövlət olaraq böyük güclərə qarşı təkbaşına vuruşurdu. Bununla belə Ermənistanın işğal planını pozaraq 80 faiz torpağımızın işğl altına alınmasının qarşısı alındı. O vaxt Azərbaycan əsgəri avtomatla tanka qarşı vuruşurdu. Sinəsini güllə qarşısına verən Azərbaycan əsgəri torpaqlarımızın müdafiəsini təmin etdi. Ermənilər məcbur olub atəşkəs bağlanmasını təklif etdilər. Azərbaycan ordusunun ilk qələbəsi 1994-cü il yanvar ayının 5-də Horadizdə başlanan əks-hücum əməliyyatı oldu. Bu əməliyyatda 25 kənd işğaldan azad edildi".

Sonda yazıçı-publisist Yunus Oğuz tərdbir iştirakçılarının suallarını cavablandırıb, gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.

O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.

1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edərdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.
1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazandı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə tanınmağa başladı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişdi və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La Skala” teatrına təcrübə toplamağa göndərildi.

O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında rol alır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ailə həyatı qurub.

1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
 
Ardını oxu...
"Ən xoşbəxt anlarım Bakı Kamera teatrında keçib. Burada mənim sevimli aktyorlarım yetişib. Onlardan Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Kərəm Hadızadə və digərlərinin adlarını çəkə bilərəm. Onlar mənim üçün doğma insanlardır. Mənim teatr həyatımın ən xoşbəxt anları orada qaldı"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cənnət Səlimova deyib. Sənətkar Gənc Tamaşaçılar teatrının aktyorları ilə keçmiş Bakı Kamera teatrının aktyorları arasında heç bir ayrı-seçkilik etmədiyini bildirib.

"Mən hətta rol versəmdə kiməsə, ikinci rol mütləq Gənc Tamaşaçılar teatrından olmalı idi. Elə tamaşalar var ki, orada ümumiyyətlə Gənc Tamaşaçılar teatrının aktyorlarına rol vermişəm. Heç Kamera teatrından bir adama belə rol verməmişəm" deyə rejissor bildirib.

Xalq artisti xalası oğlu, dünya şöhrətli alim Lütfizadə ilə bağlı xatirələrini də bölüşüb.

"Necə deyim sizə, Lütfizadə ilə çox görüşmüşük. O, çox ürəkdən yanaşan insan olub. O, çox yumşaq, həlim adam idi. Amma biz qohumlar arasında bilirdik ki, düşünəndə ona toxunmaq olmaz. Lütfizadə işləyir, Lütfizdə düşünür. O, 96 yaşında dünyasını dəyişdi. İnanın mənə, o son dəqiqəsinə kimi işləyirdi. Mən ondan soruşdum ki, sən nə vaxt, necə dincəlirsən? Mənə dedi ki, bu nə deməkdir?! Necə yəni, necə dincəlirəm? Dedim ki, kurorta, dənizə, ailənlə getmirsən? O dedi mən belə şey başa düşmürəm. Təsəvvür et, mən uzanmışam və heç nə etmirəm. Mən işləyəndə, düşünəndə dincəlirəm. Nəsə tapanda, kəşf edəndə dincəlirəm. Daş daşımıram ki, uzanıb dincələm. Əlbəttə ki, o şiddətli dərəcədə zəhmətkeş adam idi. Onun Berqlidəki kabineti tavandan döşəməyə qədər, divarların bu ucundan o ucuna kimi onun əl işləri ilə dolu idi. Biz onun adı gələndə Qeyri səlis məntiq nəzəriyyəsini xatırlayırıq. Onun belə kəşf etdiyi nəzəriyyələr 5 ya da 6 idi. Amerika onu yüksək dəyərləndirirdi. Berqli sırf Lütfizadənin nəzəriyyəsinə əsaslanan müasir elmin mərkəzi idi" deyə sənətkar bildirib.

Xalq artisti Lütfizadənin oğlu Normandan da danışıb.

"Lütfizadə bizim adam idi. Bizdən idi. Amma Norman isə tipik Amerikandır. Çox istedadlıdır. Hətta Lütfizadə hesab edirdi ki, o, onun özündən də güclü riyaziyyatçıdır. Lütfizadə bütün öz əməyini elmə sərf edib. Norman isə bütün istedadını kommersiyaya yönəldir. Və o hesab edir ki, budur həyatın mənası. Amma nə bilim, biz onunla çox fərqliyik. Düşünürəm, teatra yanaşmama isə o, yəqin ki, mənə gülər" deyə xalq artisti deyib.

Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - "Əvvəl Rasim Balayev, indi də Akif İslamzadə. Dostlar, gəlin, bu yersiz qınaqları dayandiraq. Hər kəs haqqında yüksək gözləntilər qururuq, onların qarşılığını görməyəndə də keçirik həmin adamları şiddətlə qınamağa". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış ekspert Ərəstun Oruclu qeyd edib.
Son günlərin əsas müzakirə predmetlərindən birinə çevrilmiş məlum məsələyə reaksiya verən ekspert "Rasim Balayev əvəzsiz aktyor, Akif İslamzadə isə gözəl ifaları ilə yaddaşlarda qalan və qalacaq müğənni olub. Müxtəlif səbəblərdən hər ikisi uzun illər sənətdən və diqqətdən kənarda qalıb" deyərək tersiz müzakirə açanlara çağırışda da buulunub:
"Bizim onlardan əsas umacagimız parlaq sənət nümunələri olmalıdır ki, onlar da həmin gözləntiləri tam doğruldublar. Bəs biz necə: diqqətdən kənarda qaldıqları dövrdə onların ünvanına hansısa bircə xoş söz yazmışıq? Xeyr!
O zaman nədir tələbimiz? Nəhayət, məgər ölkənin bu günə düşməsinə səbəbkar Rasim Balayev və Akif İslamzadədir? Bəlkə düzgün hədəfləri seçmək daha səmərəli olardı? Məncə - hə!
Qaldı bu sənətkarlara, onlar hər ikisi Azərbaycanın ən yüksək mükafatlarına layiqdir. Şəxsən mən Rasim Balayevin rollarına sevə-sevə baxmağa və Akif İslamzadənin ifalarını böyük həvəslə dinləməyə davam edəcəyəm.
Hər iki böyük sənətkarı da yubileyləri münasibətilə ürəkdən təbrik edirəm və onlara uzun, sağlam ömür arzulayıram!"




 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli aktyor Tamer Karadağlıya Türkiyə prezidenti tərəfindən vəzifə verilib. Dövlət Teatrlarının Baş Direktoru vəzifəsi ona tapşırılıb.

DİA.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, Karadağlıya vəzifə verilməsi müxalifət qüvvələrini narahat edib. Onlar iqtidarın bu vasitə ilə tanınmış simaları öz tərəfinə çəkdiyini bildiriblər.

Tanınmış teleaparıcı Buket Aydın sosial şəbəkələrdə Tamer Karadağlının vəzifəyə təyin edilməsinə qarşı çıxanlara cavab verib.

“Onun tutduğu vəzifəyələ əlaqəsiz olduğunu zənn edənlər nə düşünürlər? Kimin hara, hansı yerə layiq olduğuna siz qərar verə bilməzsiniz. Bu nə yanaşmadır? Sanki Tamer Karadağlı bu günə qədər naməlum uçan obyektrləri araşdıran mütəxəssis imiş, teatr sahəsinə gətirilib”,- deyə o bildirib.
Ardını oxu...
Müğənni İradə İbrahimova Türkiyənin TRT 1 telekanalında yayımlanan "Sen türkülerini söyle" mahnı yarışmasına narazılığını bildirib.

Teref.az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə sənətçinin illər əvvəl ifa etdiyi, sözləri İsmayıl Dadaşova, musiqisi Vaqif Gərayzadəyə aid olan "Neyləyək alınmadı" mahnısının anonim kimi təqdim edilməsi olub.

İ.İbrahimova bunun haqsızlıq olduğunu və növbəti verilişlərdə bunun düzələcəyinə ümid etdiyini bildirib.

Verilişin münsiflərindən olan Emre Yücelen isə bunun yanlışlıqla olduğunu və məsələ barədə lazımi şəxslərə məlumat verildiyini bildirib. O, proqramdakı həmin hissənin düzəldilərək yenidən yayımlanacağına söz verib.

Qeyd edək ki, sözügedən mahnı Türkiyədə çox məşhurdur. Bəstə aktyorlar Cem Yılmaz və Zafer Algözün rol aldığı "Ali baba və 7 cücələr" filmində də səsləndirib.

 
Ardını oxu...
Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Ədibin dram əsəri özünəməxsusluğu ilə daim seçilir. Dramaturqun pyesləri ədibə böyük şöhrət qazandırmışdır. Hüseyn Cavidin pyesləri Azərbaycan milli təfəkkürünə xidmət edir. Ədibin “Şeyda” əsərinin hər cümləsində Hüseyn Cavid qələminin izi duyulur. Hüseyn Cavidin “Şeyda” pyesində maddi zənginlik üçün ruhlarını şeytana satan insanların aqibəti təsvir olunur. Ədib göstərir ki, həyatda maddiyyatı əsas stimul kimi görən insanlar, günahsız insanlara qarşı ədalətsiz, qəddar davrananlar, insanlığı öz qəddarlığı, cinayəti və xəyanəti ilə məhv edən kəslər daim fəlakətlərə uğramışlar. Hüseyn Cavid “Şeyda” pyesində insanlığa sevgini, vicdanı, mərhəməti, əxlaqı aşılayır. İnsanın sevgidən, vicdandan, mərhəmətdən, əxlaqdan uzaq olmasının nə ilə nəticələnəcəyini göstərir. Əsərdə xəyanət, cinayət, qəddarlıq, zülm pislənilir. Ədib insan təbiətinin hər iki üzünü onun şeytani təbiətini və mərhəmətini, ucalığını müqayisəli təqdim edir. Hüseyn Cavidin “Şeyda” faciəsi 5 pərdəlidir. Əsərdə mətbəə işçilərinin həyatından, mübarizəsindən, yaşamından, xarakterindən danışılır. Ədib əsərində mətbəə müdiri- Məcid əfəndi, onun oğlu- Əşrəf, mürəttiblər-Şeyda Rəmzi, Rəuf, Qara Musa, Məsud, Yusif, alman rəssamı- Maks Müller, Müllerin qızı- Roza, Rozanın anası- Mariya kimi yadda qalan obrazlar yaratmışdır. Əsər baş qəhrəman öldüyü üçün faciədir. Hüseyn Cavidin “Şeyda” faciəsinin süjet xəttini yardımçı obrazlar olan- məzarçı, qara geyimli mələk, digər mürəttiblər, çalğıçılar, polislər və həbsxana məmurları daha da zənginləşdirirlər. Əsərdə lirik şeirlərə geniş yer verilmişdir. Ümumilikdə faciə nəsrlə yazılmışdır. Əsər bir qapısı ilə iki pəncərəsi olan mətbəə otağının təsviri ilə başlayır. “Divarlarda təqvimlər, xəritələr, teleqraf kağızları və məktublar asılmış... Sağda və solda sandalyələr və bir neçə masa... Masalar üzərində idarəyə məxsus kitablar, risalələr, məcmuələr, qəzetlər və sairə…”
Hüseyn Cavid “Şeyda” pyesində Məcid əfəndi, Əşrəf, Şeyda, Rəuf, Qara Musa, Məsud, Yusif, Maks Müller, Roza, Mariya kimi obrazların nitqi və əməlləri vasitəsilə onların xarakterini oxucuya çatdırmışdır. Dramaturq pyesdə nakam sevgi xətti yaratmışdır. Bu sevgi rəssamın qızı, gözəl Rozanın uzun, qumral kirpiklərinə, cazibəli, mavi gözlərinə, məsumanə baxışlarına, mələkanə ədalarına vurulan Şeydanın timsalında özünü göstərir. Bu zavallı gənc Şeyda Rozanın eşqindən iztirab və sevinclə qarışıq bir duyğu yaşayaraq, bu nakam sevgisinin qurbanı olur. Bu xəyalpərvər gənc olduqca kasıb və kimsəsiz idi. Əsərdə onun rəqibi ondan var-dövlətcə qat-qat yüksək olan mətbəə müdiri Məcid əfəndinin oğlu Əşrəf idi. Əşrəf əsərdə Avropadan yeni gəlmiş atasının pulu ilə lüks həyat yaşayan bir gənc kimi təsvir olunur. Atasının var-dövlətinə güvənən Əşrəf rəssam almaniyalı Maks Müllerin qızı mademuazel Rozaya sevgi duymağa və göstərməyə başlayır. Şeyda mətbəə müdiri Məcid əfəndinin varlı oğlu Əşrəfi özünə rəqib biləndən sonra bu füsunkar gözələ duyduğu sevgini gizlətməyə başlayır.
Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehlərini qələmə almışdır. Bunların biri də Qara Musadır. O, əsərdə çox güclü xarakterli, mərd, qorxmaz, qisasçı ruhlu təsvir olunmuşdur. Belə ki, Musa, qara bənizli, ortayaşlı, ortaboylu, qorqunc simalı bir tipdir. Sol əli biləyinin yarısına qədər ağ bez ilə sarınmış, üzərindəki paltar olduqca əski və yamaqlıdır. Bu iki qardaşın həyatda heç cür bəxti gətirməmişdir. Belə ki, qardaşı Yusif vərəmin son dövrlərini keçirməkdə olan solğun bənizli bir gənc kimi saralıb, solmuşdur. Musanın əli mətbəədə iş zamanı kəsilmişdir və gündən-günə də daha da pisləşirdi. Musa əsər boyunca Məcid əfəndidən özünün və vərəmli qardaşının haqqını istəyir. Musanı əsərdə belə qəddar və qisasçı edən qardaşı Yusifin gözünün qarşısında iztirablar içində öskürüb, qan qusması idi. Musanı o bədbəxt qardaşının iztirab və zülmlər içində sönüb bitməsi məhv edirdi. Qardaşının bu cür şiddətli öskürəklər içində boğularaq qalması ona öz kəsilmiş əlinin dərdini unutdururdu. Yusif tam altı il həbsxanadan fərqi olmayan mətbəədə çalışmışdı. Bu tozlu, çətin mühit onun ciyərini məhv etmişdi. Yusif və qardaşı Qara Musa mətbəənin tozunu udaraq, burda alın təri tökmüşdülər. Əsərdə insaf və mərhəməti olmayan mətbəə müdiri- Məcid əfəndi Yusiflə Musaya zillət və səfalətdən başqa bir şey vermir. Yusiflə Musanın bu acınacaqlı aqibətini görən mətbəə işçilərinin hamısı susur. Onlar bu əsarət altında əzilməyə məhkum qalırlar. Halbuki onlar özlərindəki gücün fərqində belə deyillər. Bütün cahanı bəsləyən, bütün orduları silahlandıran, bütün sərmayədarları – bütün sahibkarları sərsəmlətən hər kəsin aciz sandığı fəhlə əlləridir. Bu gün yer yüzünün bütün səadət və fəlakəti yalnız o əllərdən asılıdır. Bu fəhlə əlləri qarşısında bütün bəşəriyyət, bütün dünya hərəkətsiz qalacaqdır. Lakin bu qədər mürəttiblər özlərindəki gücdən xəbərsizcəsinə mətbəədə Yusiflə Musanın çarəsizliyinə tamaşa edirlər. Məcid əfəndini belə qəddar və zalım edən də məhz mətbəə işçilərinin susması idi. Məcid əfəndinin xarakterindəki qorxaqlıq Şeydanın Nikolayın haqqında yazdığı fikirlərə görə onu qovmasında bilinir. Məcid əfəndinin qorxusu o idi ki, mürəttiblər mətbəəni inqilab ocağına çevirərlər və bu onun həbsi ilə nəticələnər. Məcid əfəndi mətbəədə əlini itirərək, tək əli ilə qalan Musanın vərəmli qardaşına baxmaq üçün ondan iş istəməsini çox böyük hiddətlə qarşılayır. Musanı təhqir edərək qovur. Ona tək əldən səs çıxmaz deyir. Musa o əlini bu mətbəədə itirdiyini, ona görə də ona burada iş verilməsini tələb edir. Qarşılığında isə Məcid əfəndi onu mətbəədən qovur. Musanın Məcid əfəndidən istədiyi yalnız bir iş, bir vəzifə idi.
Hüseyn Cavid “Şeyda” faciəsində çox acılı insan talehləri yaşayan Yusif və qardaşı Qara Musanın birisinin xəstə, o biri birisinin də şikəst olmasının səbəbkarı kimi Məcid əfəndini və onun oğlu Əşrəfi görür. Maaşlar az, amma iş qucaq-qucaq...
Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının adını təsadüfən seçməmişdi. Əsərdə bu obrazın inqilabçı ruhu Peyğəmbər Hz. Musa ilə müqayisə olunur. “Fironu qəhr edən Musa bir çobandan başqa bir şey deyildi. Lakin sarsılmaz bir ruh ilə meydana atıldı. Öylə qəddar, zalım bir imperatora qalib gəldi”.
“Şeyda” faciəsində Əşrəfin var-dövlətinin qurbanı olan obrazlardan biri də Şeydadır. Belə ki, onun məcnun qəlbi pula dəyişdirildi. Roza tərəfindən sevgisi rəğbət görmədi. Bu sevgi hüsran ilə bitdi.
Hüseyn Cavid “Şeyda” faciəsində Musa obrazının bütün dəyişimini əsər boyunca olduqca dolğun bir şəkildə təsvir etmişdir. Belə ki, o özünü əsərin sonunda “səfillər kralı”, “sərsərilər sultanı” adlandırır. Qardaşını itirən Musanın tək məqsədi qisas almaq idi. O, həyatda yaşamaq səbəbini belə izah edir. “Gedəcək bir yerim yoq... Yalnız bir şikar izliyorum. Boğub parçalamaq için bir tilki arıyorum”.
Dramaturq pyesdə nakam sevgi qurbanı olan Şeydanın Roza ilə Əşrəfin qol-qola gəlib- getdiklərini görərkən məhv olmasını böyük yazıçı ustalığı ilə qələmə almışdır. Roza ilə Əşrəf bağçada eşq yaşayarkən, Musa əlindəki tapança ilə onların qarşısına çıxıb, Əşrəfdən hesab istəyir. Musa Əşrəfə atası Məcid əfəndinin ona qarşı etdiyi bütün insafsızlıqları sayır. Əşrəfə atasının onun tək əlinə lağ edərək, tək əldən səs çıxmaz deməsini ona xatırladaraq, bu tək əllə vərəmli qardaşını necə qara torpağa gömdüyünü anladır. Eyni zamanda bu tək əli ilə onu və atasını necə öldürəcəyini deyir. Əşrəf o mundar, zəngin, vicdansız, etibarsız, oğru siması ilə Musaya çoxlu pul təklif edir. İntiqam eşqi ilə alışıb yanan Musa Əşrəfi öldürür. Əşrəflə Musanın arasına girən Rozada köksünə dəyən güllədən yerindəcə ölür. Şeyda Rozanın ölümünə heç cür inanmaq istəmir və onun eşqindən dəli olur. Əşrəfi öldürəndən sonra Musanın tək amalı olur ki, Məcid əfəndini öldürsün. Musa çox yaxşı bilirdi ki, Məcid əfəndi oğlunu qəbiristanlıqda mütləq ziyarət etməyə gələcəkdir. Ona görə də onu məhz orda gözləyirdi. Musa düşmənini əsla bağışlamır. O, Məcid əfəndini köksündən vuraraq, öldürür. Bu işdə Musaya yardımçı olan məzarçını da onunla birlikdə tutub, həbs edirlər. Həbs olunan Musa və məzarçı həbsxanada Şeyda, Rəuf, Məsudu da görürlər. Onlarda inqilab etməkdə günahkar bilinərək, həbs olunmuşlar. Lakin bu inqilab zəfərlə bitir. “İştə inqilab marşı, inqilab nəğməsi! Of, nihayət istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu, qara bulutlar çəkildi. Arqadaşlar, artıq zəncirlər qırıldı, haqq yerini buldu. İştə səadət günəşi parlıyor, hürriyyət pərisi gülümsüyor. İştə bu gün məzlumlar için şərəfli bir bayram, zalımlar için qorqunc bir intiqam günüdür”.
İnqilab nəticəsində həbs olunanlar azadlığa çıxır. Musada öz azadlığına qovuşur. Lakin Şeyda bu günü görmür. O artıq ölmüşdü.
Hüseyn Cavidin “Şeyda” pyesi “Rəmzi” və “Nakam” adları ilə də tanınır. “Şeyda” faciəsində həm cəmiyyətin sosial ziddiyyətlərinə, həm də ayrı- ayrı fərdlərin dünyagörüşlərinə, mənəviyyatlarındakı təzadlara geniş yer verilmişdir. Əsər həm süjet xəttinin zənginliyinə, həm də məzmun bitkinliyinə görə olduqca əhəmiyyətlidir.
Atakişiyeva Həcər
Teref.az

Dünyapress TV

Xəbər lenti