Ardını oxu...
  

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Çinə səfər ediblər.

Ötən gün Prezidentin Pekində rəsmi qarşılanma mərasimi olub.

Musavat.com-un məlumatına görə, İTV Çin paytaxtının ali mərasimə hazırlıq hissəsindən süjet hazırlayıb.

Həmin videomaterialı təqdim edirik:

 
 
 

Ardını oxu...
   

Bakıya qarşı qarayaxma kampaniyası aparan həbsdəki keçmiş senatorun erməni həyat yoldaşının rüşvət əməlləri də sübuta yetirilib; deputat: “Belələrinin ifşası istiqamətində işlər davam etdirilməlidir”

Nyu-York münsiflər heyəti Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesin həyat yoldaşı, 58 yaşlı erməni Nadin Menendesi (Arslanyan) bütün 15 maddə üzrə təqsirli bilib. İttihamlara rüşvət və ədalət mühakiməsinə mane olmaq da daxildir.

Hökm, siyasi təsir müqabilində nağd pul, qızıl külçələr və bahalı hədiyyələr almaqla bağlı illərlə davam edən korrupsiya sxeminin istintaqı çərçivəsində çıxarılıb.

Nadin Menendes əri ilə birlikdə 2023-cü ilin sentyabrında ittiham olunub. Lakin onun məhkəməsi səhhətindəki problemlərə görə təxirə salınmışdı. Məhkəmə zamanı prokurorlar Nadinin ərinin korrupsiya sxemində əsas rol oynadığına dair sübutlar təqdim ediblər. Prokurorlar onun Robert Menendesin “Misir və Qətər hökumətlərinə rüşvət verən iş adamları” ilə bağlayan “aralıq” rolunu oynadığını bildiriblər. Bu haqda “New York Post” yazıb.

Ardını oxu...

Bunun müqabilində siyasətçi Senatın xarici əlaqələr komitəsinin sədri kimi nüfuzlu vəzifəsindən istifadə edərək, Misirə 300 milyon dollarlıq hərbi yardımın dondurulması üçün həmkarlarını lobbi edib. Robert Menendes artıq 2024-cü ilin iyulunda təqsirli bilinib və 11 il həbs cəzası alıb. Nadini də uzunmüddətli həbs gözləyir. Onun əri anti-Azərbaycan çıxışları ilə yadda qalan, erməni lobbisindən qidalanan biri idi.

Bu həbslər digər ermənipərəst korrupsioner senatorlara, konqresmenlərə də dərs olacaqmı? Onların sırasında Frenk Pallone kimi Konqres üzvləri, Avropa Şurasında Şvabe kimi Azərbaycana nifrət bəsləyən deputatlar “en” qədərdir...

Ardını oxu...

Arzuxan Əlizadə

“Yeni Müsavat”a danışan deputat Arzuxan Əlizadə qeyd etdi ki, keçmiş senator Menendes və arvadı uzun illər erməni pulları ilə Azərbaycana nifrət yağdırıb. Onun sözlərinə görə, bu ailə erməni lobbisinin verdiyi rüşvət qarşılığında ölkəmiz əleyhinə çirkin kampaniya aparıb, şər-böhtanla məşğul olub.

“Bu şəbəkə korrupsiya burulğanında olduğunu həmişə gündəmə gətirmişik və nəhayət, layiqli cəzasını aldı. İndi onun erməniəsilli arvadı da oxşar taleyi yaşaya bilər. Sadəcə, onlar tək deyil. Bölgədə maraqlarını təmin etməyə çalışan bir sıra "siyasətçilər" korrupsiya içindədir. Əfsuslar olsin ki, zamanında lazım olduğundan artıq dəyər verdiyimiz beynəlxalq təşkilatlar, Avropa Parlamenti kimi təsisatlar da var. Bu gün də avropalı deputatlar arasında ölkələrinin maraqlarına deyil, korrupsiyaya xidmət edərək Azərbaycana qarşı qərəzli kampaniyada, fəal iştirak edirlər", - deyə deputat vurğuladı.

A.Əlizadə bildirdi ki, müxtəlif sənədlərə və qətnamələrə müəlliflik edənlər hər zaman gündəmə gətirilib, bundan sonra da həmin şəxslərin ifşası istiqamətində iş aparılmalıdır: “Menendesin timsalında bunun mümkün olduğunu görə bildik. Onların arxasında böyük güc olsa belə, həmin korrupsioner siyasət adamlarını öz ölkələrində faş etmək lazımdır. Çünki seçicilər bu adamların onları necə təmsil etdiyini görməlidirlər. Ona görə ifşa faktları açıqlanmalıdır. Yəni sənədli-sübutlu faktlar nəticə verir. Azərbaycanı istəyən güclər də dəstək verməlidir. Bizə yaxın dost ölkələr, səfirliklər, diasporumuz, hüquq-müdafiə təşkilatları imkanlarını səfərbər etməlidirlər”.

Ardını oxu...

Xatırladaq ki, “Ermənilərin Azərbaycanın təcavünzündən qorunması haqqında” bədnam qanun layihəsinin də müəllifi Menendes olub. O, başına özü kimi ermənipərəst senatorlar Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uaynthausu və Heri Pitersi toplayıb fəaliyyətə keçmişdi. Ümid edirdilər ki, Menendes erməni lobbisi və diaspor təşkilatlarından aldığı vəsaiti onlarla da bölüşəcək. Lakin bu, baş vermədi.

Menendes qeyd olunanlarla yanaşı, vaxtilə rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr də keçirib. İddiasında göstərmişdi ki, guya Azərbaycan Laçın yoluna girişi bağlayıb, “acından ölən Qarabağ erməniləri”nə humanıtar yardımın çatdırılmasına imkan vermir. Lakin əvvəlki iddiaları kimi, onun bu sənədi də qəbul edilməmişdi.

Bob Menendes bundan əvvəl keçmiş prezident Cozef Baydenə əfvlə bağlı müraciət etsə də, rədd cavabı alıb. İndi isə ümidini yeni seçilmiş prezident Donald Trampa bağlayıb. Korrupsiya ittihamı ilə məhkum edilmiş Menendes aralarındakı siyasi düşmənçiliyə baxmayaraq, Trampın mərhəmətinə ümid edir.

Onu da yada salaq ki, Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb. Ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittiham irəli sürülməyib.

Bundan başqa, Arslanyan  girovla üzləşməsinə baxmayaraq, 400.000 dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. Arslanyan qızılı 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb. Bu, 13 funt (təxminən 5.9 kq) xalis qızıla bərabərdir. Satış 2020-ci ildə Menendeslə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girovu ilə üzləşdiyi bildirilən Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub.

Qeyd edək ki, cütlük 2020-ci ilin oktyabrında Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə evlənib. Arslanyan 2020-ci ildə etiraf edib ki, Menendesi 1915-ci il “erməni soyqırımı”nın tanınması üçün təbliğat aparmağa təşviq edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına münasibət bildirib.
Yeniavaz.com “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan danışıb.
Mətbuat katibi qeyd edib ki, baş nazir bu cür hərəkətləri təxribat və qızışdırıcı hesab edir.
“Baş nazir Paşinyan belə bir təcrübəni pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətlərin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı hərəkətdir”, - Bağdasaryan qeyd edib.
Ardını oxu...
ABŞ və Ukrayna arasında Rusiya təcavüz müharibəsinin mümkün bitməsi ilə bağlı fikir ayrılıqları yenidən üzə çıxıb. ABŞ Prezidenti Tramp gec saatlarda verdiyi açıqlamada bildirib ki, Rusiya razılaşmaya hazırdır və o, artıq belə bir razılaşmanın olduğunu düşünür. O, təfərrüatları açıqlamayıb. Tramp Ukrayna barədə deyib ki, Prezident Zelenskiylə razılığa gəlmək onun əvvəl düşündüyündən daha çətindir.
Qısa bir müddət əvvəl Tramp “Truth Social” platformasında yazmışdı ki, Zelenskiyin Krımın Rusiya tərəfindən işğalını qəbul etməməsi sülh danışıqları üçün zərərlidir. Bu, müharibəni bitirməyi çətinləşdirir. Zelenski isə ölkə Konstitusiyasına istinad edərək Krımın və ya digər Ukrayna ərazilərinin Rusiyaya verilməsini qəti şəkildə istisna edib. Daha sonra o, Trampın birinci prezidentliyi dövründə ABŞ hökumətinin Krımın ilhaqını rədd edən bəyanatının linkini paylaşdı.
ABŞ-dan yenidən hədələmə
Bu arada ABŞ-ın vitse-prezidenti Vens hökumətinin Ukraynada atəşkəslə bağlı danışıqlardan çıxmaqla hədələdiyini yenidən bəyan edib. O bildirib ki, öldürməyə son qoymağın və ərazi sərhədlərini bu günkü vəziyyətə yaxın dondurmağın vaxtıdır. Həm ukraynalılar, həm də ruslar hazırda nəzarət etdikləri bəzi ərazilərdən imtina etməlidirlər.
London konfransından müsbət nəticə
Çərşənbə günü Londonda Ukraynanın Qərbli müttəfiqlərinin nümayəndələri yenidən görüşdülər. ABŞ dövlət katibi Rubionun – rəsmi olaraq vaxt çatışmazlığı səbəbilə – son anda iştirak etməməsinə görə görüşlər yalnız məsləhətçi səviyyəsində baş tutdu, xarici işlər nazirləri səviyyəsində yox. Bununla belə, Britaniya hökuməti müsbət nəticə açıqladı. Bildirildi ki, mühüm irəliləyiş əldə olunub. Ukrayna üzrə ABŞ xüsusi nümayəndəsi Kellogg da nikbin açıqlama verib. Ukraynanın müdafiə naziri Umerov isə Kelloggla məhsuldar danışıqlar apardıqlarını deyib. Danışıqlarda mümkün atəşkəslə yanaşı Ukraynaya təhlükəsizlik təminatları məsələsi də müzakirə olunub.
Rutte Vaşinqtona gedir
NATO Baş katibi Rutte cümə axşamı Vaşinqtona səfər edəcək. O, orada ABŞ dövlət katibi Rubio və müdafiə naziri Hegsethlə görüşəcək. Danışıqların əsas mövzusunun Ukraynada atəşkəs səyləri olacağı gözlənilir. Digər mövzu isə iki aydan sonra Haaqada keçiriləcək NATO sammitinə hazırlıqlardır.
Sarvan Səmədoğlu
TEREF
Ardını oxu...
 

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev dünya təşkilatının Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ermənistan nümayəndəsinin qızışdırıcı ritorikasına diqqət çəkib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

Məktub BMT Baş Assambleyasında və Təhlükəsizlik Şurasında rəsmi sənədi kimi yayılıb.

Qeyd olunub ki, xüsusilə, beynəlxalq terrorçuların, hərbi cinayətkarların və irqçi ideoloqların alqışlandığı, milli qəhrəman kimi təbliğ edildiyi uzunmüddətli və dərin köklü etnik eksklüzivlik və dözümsüzlük siyasətini həyata keçirən monoetnik dövlət olan Ermənistanın İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü münasibətilə keçirilən anım sessiyasında könüllü olaraq çıxış etməsi olduqca ironikdir:

“Əslində, gözlənildiyi kimi, belə bir çıxış Ermənistana tamamilə əks təsir bağışlayıb. Çünki bir tərəfdən onun rəhbərliyinin barışdırıcı bəyanatları, digər tərəfdən isə eyni ölkənin BMT-dəki nümayəndəsinin qızışdırıcı ritorikası arasında açıq-aşkar uyğunsuzluq üzv dövlətləri çaşqın və anlaşılmaz vəziyyətə salır”,- məktubda qeyd olunub.

Ardını oxu...
Bu gün İstanbulda qeydə alınan güclü zəlzələdən sonra bölgədə afterşoklar davam edir.
Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) açıqlama yayıb.

Bildirilib ki, yerli vaxtla saat 17:55-də (Bakı vaxtı ilə 18:55-də) 3,5 maqnitudalı daha bir afterşok qeydə alınıb.

Yeraltı təkanların episentri 14,58 kilometr dərinlikdə yerləşib.

Hazırda aidiyyəti qurumlar vəziyyəti izləməyə davam edir və əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir.

Qeyd edək ki, İstanbulda 6,2 maqnitudalı zəlzələ baş verib. Bu səbəbsən şəhərdə bütün məktəb və universitetlərdə 2 gün tətil elan edilib.
 

Ardını oxu...

Çinlə Azərbaycanın iqtisadi olaraq yaxınlaşması çox mühim hadisədir. Azərbaycan iqtisadiyyatının böyüməsi, Çin mallarının Azərbaycan üzərindən Avropa bazarlarına daşınması baxımından kifayət qədər önəmlidir. Azərbaycan Prezidentinin Çinə səfəri və mühim sənədlərin imzalanması, ölkəmiz üçün son dərəcə mühim uğurdur.
Rəsmi statistikaya görə 2023-cü ilin ilk on ayında Çindən Azərbaycana idxal 2,5 milyard dollar təşkil edib. Bu rəqəm ümumi ticarət dövriyyəsinin böyük hissəsini əhatə edir. Lakin eyni dövrdə Azərbaycandan Çinə ixrac isə 73,7 milyon dollar olub.
Azərbaycandan Çinə əsasən neft koksu, ilkin polietilen, yod, avadanlıq və komponentlər (hava və qaz kompressorları daxil olmaqla), reaktiv yanacaq, üzvi kimyəvi maddələr, pambıq lifi, dərman bitkiləri, ətir məhsulları, şokolad, siqaret, nar şirəsi, bal və şərab sənayesi məhsulları ixrac edilib.
Bu illər ərzində Azərbaycan, Çindəki müxtəlif şəhərlərdə ticarət evləri açıb.
Ən mühim məqam Azərbaycan, Çinlə ticarət əlaqələrini gücləndirərək, "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmizin strateji coğrafi mövqeyi Çin məhsullarının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Lakin nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan işlər hələ ki, yekunlaşmayıb. Gəlin bu məqama diqqət edək: 2024-cü ildə Azərbaycanın dəmiryolu ilə yükdaşımaları 18 500 000 ton təşkil edərək 2023-cü illə müqayisədə 1,4 % artıb. Lakin bu artım Çin kimi nəhəng iqtisadiyyatı olan ölkə ilə iqtisadi əlaqələri genişləndirib Avropaya körpü rolunu oynamaq üçün kiçik imkanlar deməkdir.
Ardını oxu...


Daha vacib məqam Zəngəzur dəhlizinin açılmasıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa və bu dəhliz açılsa, o zaman nəinki Azərbaycan region ölkələrinin də iqtisadi həyatında bir iqtisadi sıçrayış baş verəcək.
Xüsusilə Çin “Bir kəmər, bir yol” (BRI) layihəsi çərçivəsində Qərb–Şərq xəttinin diversifikasiyası və təhlükəsizliyini önə çəkir. Zəngəzur dəhlizi bu təşəbbüsə mühüm töhfə olaraq, Çin mallarının Avropaya çatdırılmasında Bakı limanı, Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu ilə bərabər alternativ və daha etibarlı routelar təqdim edir.
Əgər dəhliz açılarsa, yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artacaq və logistika xərcləri azalacaq. Süveyş kanalı üzərindən aparılan ticarətin 12 %-ni əvəzləyən quru xəttinin mövcudluğu, həm dəniz nəqliyyatının, həm də hava yolu şəbəkəsinin yükünü yüngülləşəcək.
Prezident İlham Əliyevin “Sinxua” müsahibəsində vurğuladığı kimi, bu marşrut Pekin üçün Avropaya çıxışda “alternativ və təhlükəsiz yol” deməkdir ki, bu da iki ölkənin ticarət dövriyyəsinin artırılmasına birbaşa təsir edəcək .
Bəli məhz Zəngəzur dəhlizi Naxçıvanla birləşdirən yol vasitəsilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (Rəşt–Astara xətti) da fəaliyyətini gücləndirəcək, beləliklə həm Asiya–Avropa, həm də Şimal–Cənub marşrutları üzrə ticarət həcmləri artacaq.
Deməli Prezidentin Çinə səfəri mühim tarixi əhəmiyyət kəsb edir və bu təkcə iqtisadi baxımdan deyil, eyni zamanda regionun siyasi gələcəyi baxımdan çox mühim hadisədir.
P.S əqli mülkiyyətdən istifadə edərkən istinad vacibdir.
Ardını oxu...
İndex.az 2025-ci ilə olan məlumatlara görə, dünyanın ən bahalı 5 villasını sizə təqdim edir:

1. Bukinqem Sarayı, – 5 milyard $

– İngiltərə kral ailəsinin rəsmi iqamətgahı olan bu saray, texniki olaraq satılmasa da, dəyəri ilə dünyanın ən bahalı evi hesab edilir. 77,000 m² sahəsi, 775 otağı (52 kral və qonaq yataq otağı, 78 vanna otağı, 92 ofis) və 40 hektarlıq bağçası ilə misilsizdir. Barok və rokoko üslublu daxili dizaynı və tarixi əhəmiyyəti malikanəni daha da möhtəşəm edir.
Ardını oxu...
2. Antili – 2 milyard $
– Hindistanın ən zəngin iş adamı Mukeş Ambaniyə məxsus 27 mərtəbəli bu göydələn tipli malikanə 400,000 m² sahəyə malikdir. Üç helikopter meydançası, 168 avtomobillik qaraj, spa, sinema, balo salonu, kar otağı və 600-dən çox personalı ilə lüksün zirvəsini təmsil edir. Zəlzələyə davamlı dizaynı və kristal, mərmər kimi materialları ilə unikaldır.
Ardını oxu...
3. Villa Leopolda – 750 milyon $
– Monako və Nitsa arasında yerləşən bu tarixi villa 1902-ci ildə Belçika kralı II Leopold üçün tikilib. Hazırda Lili Safraya məxsus olan 20 hektarlıq ərazidə yerləşən villa 14 yataq otağı, geniş bağçalar, olimpik hovuz və möhtəşəm Aralıq dənizi mənzərəsi ilə tanınır. Alfred Hitçokun “To Catch a Thief” filmi burada çəkilib.
Ardını oxu...
4. The One – 500 milyon $
Ardını oxu...
– “Bel Air”də yerləşən bu ultra müasir malikanə 105,000 m² sahəyə malikdir. 7 yataq otağı, 11 vanna otağı, beş hovuz, 36 nəfərlik sinema salonu, gecə klubu və 360 dərəcə mənzərəli terasları ilə diqqət çəkir. Əmlak inkişaf etdiricisi Nail Niami tərəfindən tikilən bu ev ABŞ-ın ən bahalı evlərindən biridir.

5. Odeon Tower Penthouse – 330 milyon $
Ardını oxu...
– Monakonun ən prestijli binalarından biri olan “Odeon Tower”in ən üst beş mərtəbəsini əhatə edən bu penthaus 360⁰ Aralıq dənizi mənzərəsi təqdim edir. Xüsusi hovuza sürüşən su atraksionu, 500 nəfərlik amfiteatr, şəxsi aşpaz və 7/24 xidmət edən personal kimi xüsusiyyətləri ilə ultra lüks həyat tərzi vəd edir.
 
Ardını oxu...
Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
Rusiya Hollandiya və digər Avropa ölkələrində daxili sabitliyi pozmağa yönəlmiş hibrid hücumları gücləndirir.

TEREF xəbər verir ki, bu barədə Hollandiyanın hərbi kəşfiyyat və təhlükəsizlik xidmətinin (MIVD) çərşənbə axşamı dərc olunmuş illik hesabatında bildirilib.

“Biz görürük ki, Rusiyadan Avropaya təhlükə artmaqdadır, o cümlədən Ukraynaya qarşı müharibənin mümkün sona çatmasından sonra”, - MIVD direktoru Peter Reisink bildirib. Onun sözlərinə görə, sülh və müharibə arasında “boz zona” adlanan münaqişə reallığa çevrilib. "Dövlət aktorları getdikcə daha çox hibrid hücumlar vasitəsilə cəmiyyətimizi sarsıtmağa çalışırlar. Xüsusilə Rusiya", - Reisnik əlavə edib.

Hollandiya kəşfiyyatı bildirir ki, rus hakerləri dövlət qurumlarından birinin (onun adı açıqlanmır) rəqəmsal əməliyyat sisteminə hücum həyata keçiriblər. Bundan əlavə, ehtimal ki, mümkün təxribata hazırlıq məqsədilə ölkənin kritik infrastrukturunu hədəf alan Rusiya kiber əməliyyatı qeydə alınıb.

Hibrid təhdidlərə həm infrastruktura fiziki hücumlar, həm də dezinformasiya kampaniyaları daxildir. MİVD vurğulayıb ki, bu cür hərəkətlər casusluğun ənənəvi formalarını kiberhücumlar və cəmiyyətə təsir və zərbə vurmaq cəhdləri ilə birləşdirir. Hollandiya kəşfiyyatı bir daha Şimal dənizində infrastrukturun xəritəsini çəkən Rusiya təşkilatlarının fəaliyyətindən, o cümlədən casusluq və internet kabellərinə, su təchizatı sistemlərinə və elektrik şəbəkələrinə qarşı mümkün təxribatdan narahatlığını ifadə edib.

Noyabrın əvvəlində Britaniya kəşfiyyatının rəhbəri Rusiyanı Moskva ilə əlaqəli olduğu iddia edilən çoxsaylı kiberhücumlar və yandırma aksiyaları da daxil olmaqla, Avropada təxribat kampaniyaları təşkil etməkdə ittiham etmişdi.

Rusiya tərəfi bütün ittihamları rədd edir.

AzPolitika.info
 
 
 
Ardını oxu...
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyi İranın milli və mayeləşdirilmiş neft, qaz maqnatı Seyid Əsədullah İmamcümə və onun korporativ şəbəkəsinə yüz milyonlarla dollarlıq İran maye qazı və xam neftini xarici bazarlara ixrac etdiyinə görə sanksiya tətbiq edib.

“Birləşmiş Ştatlar İranın regionda və dünyada sabitliyi pozan hərəkətlərini maliyyələşdirməyə kömək edənləri məsuliyyətə cəlb etməyə sadiqdir”, - ABŞ maliyyə naziri Skott Bessent qeyd edib.
 

Dünyapress TV

Xəbər lenti