Ardını oxu...
 
Anar Kərimov iki ildən artıqdır ki, Azərbaycan mədəniyyətinə rəhbərlik edir. O, bu müddətin təxminən 6 ayını nazir vəzifələrini icra edən şəxs kimi (20 iyul 2020 — 5 yanvar 2021), yerdə qalan ilyarımını isə nazir kimi bu postu tutur. İndiyədək ölüm ayağında olan bir-iki Xalq artistinin evinə cəmiyyətin israrlı çağırışından sonra getməsini nəzərə almasaq, Kərimovu kabinetindən kənarda görən olmayıb desək, yalan danışmış olmarıq. Milli Yaylaq Festivalındakı biabırçılıqlar və digər mövzulara keçməzdən öncə 45 yaşlı enerjili, diplomat nazirimizin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi barədə cəmi bir neçə fakta nəzər salaq. Bu il Azərbaycanda ilk kino təşkilatını yaradan Lətif Səfərovun anadan olmasının 120 ili tamam olur. Aranızda belə bir tədbirin keçirilməsi, yaxud keçiriləcəyi barədə məlumatı olan varmı? Təbii ki, xeyr!
İyunun 22-də isə 1967–1977-ci illərdə “Azərbaycantelefilm”in baş rejissoru olmuş Rüfət Şabanovun anadan olmasının 100 ili tamam oldu. Yenə də eyni mənzərə…Rasim Ocaqov, Əlihüseyn Hüseynov, Xalq rəssamı Rafiq Nəsirov kimi sənətkarların (75illik yubiley) heç biri yada düşmədi. Amma əvəzində Milli Yaylaq Festivalında ayaqyolunu 1 manat etmək yaddan çıxmadı. Niyəsini az sonra biləcəksiniz…
Sözün doğrusu, bu mənada naziri də başa düşmək lazımdır. Mümkündür ki, cənab Kərimovun başı özünün yenicə təyin etdiyi kadrı, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına qarışıbmış. Birdən Rəcəbov ağzından nazirin ziyanına söz qaçırar… Təyinata bax, a kişi. Səni dekabrda nazir rəis təyin etsin, cəmi 6 ay sonra korrupsiyaya bulaşasan və hətta həbs ediləsən. Maraqlıdır, Kərimov Rəcəbovu rəis təyin edərkən, ona hansı təlimatları veribmiş?
Cəmi bir neçə gün sonra – iyulun 4-də isə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılır.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayır. Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb:
“Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.
Törədilmiş qanuna zidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir.
Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməyib, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilib, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilib”.
Hələ mən onu demirəm ki, nazirin Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etdiyi Səxavət Məmmədov 40 yaşından sonra Mədəniyyət və İncəsənət universitetinin qiyabi rejissorluğunu bitirib. Onu da hansı yollarla, bilənlər bilir. Və Səxavət Məmmədovun adı hələ Əbülfəs Qarayevin dövründən dəfələrlə mediada qalmaqallı mövzularda hallanıb.
Və Anar Kərimovun qələminin mürəkkəbini ilk islatdığı günlərdə verdiyi qərarlardan biri məhz Səxavət Məmmədovun Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etməsi olmuşdu. Görünür, Səxavət Məmmədov barəsində mediada tirajlanan neqativ xəbərlər Anar Kərimovun diqqətini xüsusilə çəkib.
Yeri gəlmişkən Mingəçevir Dövlət Dram Teatrına hazırda rəhbərlik edən Anar Quliyev Səxavət Məmmədovun kadrı hesab edilir. Amma insafən A.Quliyev teatr sahəsində yetərincə təcrübəli şəxsdir, teatra yaxın adamdır, Gürcüstanda hansısa 69-cu dərəcəli ali məktəbin məzunudur və sair. Hətta deyərdim ki, teatrın altını da bilir, üstünü də. Ona görə ki, direktor olmazdan öncə o, teatrın zirzəmisində uzun illər “kserokopiya” aparatı işlədib. “Kserokopiya” aparatı işlətmək sizə zarafat gəlməsin, hər oğulun bacaracağı iş deyil. Amma paralel olaraq da, Quliyevin adı teatrın hansısa ştatında gedirmiş. Yeri gəlmişkən, bu təyinat da Anar Kərimovun nazir olduğu dönəmə təsadüf edir.
İndi qayıdaq yenidən Milli Yaylaq Festivalına…
Təxminən üç gündür ki, ölkə mediası mədəniyyət naziri Anar Kərimovdan danışır, yazır, müzakirə edir. Daha doğrusu Anar Kərimovun rəhbərlik etdiyi nazirliyin təşkilatçısı olduğu Milli Yaylaq festivalından. Ayrıntılar hər kəsə bəlli olduğundan detallara varmaq istəmirəm.
Sizə üç gündür bütün ölkənin müzakirə etdiyi şəxsin – Anar Kərimovun birinci müavini Elnur Əliyev vasitəsilə özünə haqq qazandırmasını təqdim edirəm, özünüz qiymət verin. Sitat:
Tədbirdə 120 min insan iştirak edib. Bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır. Tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib.
Yeri gəlmişkən, 120 min insanı 1 manatdan hesablayanda günə 120 min manat pul edir. Nəzərə alsaq ki, hər insan gündə ən azı bir dəfə təbii ehtiyaclarını ödəyir və bunu bir neçə günə vuranda, ortalıqda necə deyərlər, babat rəqəm formalaşır. Babat rəqəm isə babat pul deməkdir. Təbii ki, “silinən” pulları hələ nəzərə almırıq.
Bu arada Milli Məclisin deputatları da Milli Yaylaq Festivalından narazı qalanların siyahısındadır.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafanın dediklərindən:
“Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”.
Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi:
“Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”.
Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi:
“Üzücüdür ki, Yaylaq Festivalının təşkilatçılığında problemlər ortaya çıxıb. Vəsait xərclənməyinə baxmayaraq, elementar məsələlər düzgün həll edilməyib. Regionun yağışlı olmasını nəzərə alaraq, hər bir situasiyaya hazır olmaq lazım idi. Bu kimi məsələlərdə sadəcə koordinasiya, iş birliyi çox önəmlidir. Açığı, Yaylaq Festivalı, onun mahiyyəti, əhəmiyyəti, təbliği və başqa məsələlərdə Mədəniyyət Komitəsi kənarda qalıb. Jurnalistlərin festivaldan narazılığı barədə isə mediadan oxumuşam. Buna görə çox üzülürəm. Çünki hamı çalışır ki, media nümayəndələri tədbiri yaxşı işıqlandırsınlar. Burada isə təşkilatçılar sanki əksinə ediblər, çalışıblar ki, media bunu əhəmiyyətsiz bir şeyə çevirsin və buna da nail olublar. Bu qədər vəsait xərclənən tədbir elementar addımların atılmaması səbəbindən ciddi narazılıqlara səbəb olub. Bu baxımdan hesab edirəm ki, gələcəkdə belə tədbirlər zamanı iş koordinasiyalı şəkildə görülməlidir”.
F. Mustafa qeyd edib ki, həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm Mədəniyyət Nazirliyi üzərinə düşən öhdəliyi lazımı səviyyədə yerinə yetirməyib:
“Bu problemlər mütəxəssislərin azlığını göstərir. Son vaxtlar ayrı-ayrı nazirliklərdə müxtəlif sahələrə təyin olunan kadrların təcrübəsi demək olar ki, yox səviyyədədir. İxtisasları da konkret həmin sahəyə uyğun deyil. Ona görə də belə nəticələr ortaya çıxır. Elementar mədəniyyət tədbirlərini təşkil edən insanlar var. Onlar qısa müddətə və az məsrəflə çox yüksək səviyyədə bunu təşkil edə bilərdilər”.
Deputatın sözlərinə görə, elə MM-in Mədəniyyət Komitəsinin bu tədbirə dəvət olunmaması da çox şeyi deyir:
“Ona görə də biz bu məsələlərə kənar müşahidəçi kimi baxırıq. Onların minnəti olsun ki, biz orada iştirak edib, öz töhfəmizi verək. Bütövlükdə təcrübəsizlik hər şeydə özünü göstərir. Bu cür tədbirlərdə şəffaflıq yoxdursa, ayrılan vəsaitin xərclənməsi ilə bağlı atılan addımlar hər hansı bir şəkildə göstərilmirsə, neqativ problemlər qaçılmazdır”.
Yekun olaraq, mədəniyyət nazirinin iki illik fəaliyyəti barədə nə demək olar? Görünən budur ki, A.Kərimov hələ ki, Əbülfəs Qarayevin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur. Çevrəsində yaratdığı korrupsioner, 40 yaşında rejissor olan, “kserokopiya” aparatı işlədənlərdən ibarət “Kurtlar vadisi” komandası isə mədəniyyət üçün çox təhlükəlidir. Ən azından zaman bu yerə qədər belə göstərib.(azadmedia)
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional Şöbəsinə yeni təyinat alan rəisi sektor müdiri arasında qalmaqal yaranıb.
DİA.AZ dünyanınsəsi.az-a istinadla xəbər verir ki, Sənan Əsgərli tutduğu vəzifədən azad edilib, onun əvəzinə Abdullazadə Hüseyn bu vıəzifəyə təyinat alıb.
Məlumat üçün qeyd edək ki, yeni rəisi bölmədə çalışan bütün əməkdaşları “dar ağacı”na çəkir.Hər kəsdən tələb edir ki, sabiq müdir AQTA-nın Tovuz bölməsinin ərazilərinə daxil olan rayonlarda hansı obyektlərdən pul yığır.Əksər işçilər yeni rəisin bu tələbi ilə razlaşıb.Amma, idxal-ixraca nəzarət sektorunun baş məsləhətçisi İlyasov Kamran Famil oğlu etiraz etdiyindən onu tutduğu vəzifədən uzaqlaşdırıb.
Sektor müdirinin atası Famil İlyasov bu aybəcərliklə bağlı AQTA-nın rəhbərliyindən Tovuzda baş verən hadisələri nəzarətə götürülməsini xahiş edir.
Qeyd edək ki, H.Abdullazadə buraxmış olduğu nöqsanlara görə bundan əvvəl AQTA-nın Gəncə Regional Şöbəsinin rəisi vəzifəsindən uzaqlaşdırılmışdır.
Səsləndirilən İddia ilə bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Ardını oxu...
Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun ölkəmizdə mövcüd olan oliqarx siyahısına başçılıq edə bilməsə də, bu siyahıda ön sıralarda olması heç kəsə sirr deyil. Mövzuya insafən yanaşsaq Kəmaləddin Heydərov digər oliqarxlara nisbətən dövlətimizin və millətimizin mənafeyini üstün tutur. Daha dəqiq desək, FHN-nın şefi dövlət və cəmiyyət üçün təhlükəli şəxs hesab olunmur.
Dəyərli oxucular, sizi yormadan dərhal mətləbə keçirik.
Qəbələ rayon Yanğından Mühafizə İdarəsində büdcə necə talan olunur? Sözügedən idarənin rəisi Arzu Umuyev və müavinləri Ruslan Məmmədov, Zaur Cəfərov, növbə rəisləri Elton, Tariyel, Elvin, Yaşar əlbir olaraq idarədə ölü canlara himayədarlıq edirlər. Həmin siyahının bir qismini oxuculara təqdim edirik:
1. Babək ( oteldə işləyir)
2. Ramin ( Vəndam kəndində moykada işləyir)
3. Orxan ( oteldə işləyir)
4. Vilayət ( 6 ildir işə gəlmir)
5. Səxavət ( ustadır, 6 ildir işə gəlmir).
6. Orxan.
P.S. Arzu Umuyevin Bakıda, Şəkidə və Qəbələdə olan daşınmaz əmlaklarının siyahısını təqdim edəcəyik.

Sözügedən tərəflərin də mövqeyini dinləməyə hazırıq.
Dağlar.tv
 

Ardını oxu...
Goranboy rayon sakini, Qaçqınkom-un Göranboy rayon idarəsinin müdiri işləmiş, uzun illər digər məsul vəzifələr tutmuş Firəddin Əsgərov Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovu məhkəməyə verir...

Bu barədə F.Əsgərov "Təzadlar"a özü məlumat verdi. O, həmçinin redaksiyaya Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə (surəti “Təzadlar” qəzeti redaksiyasına) ünvanlı daha bir şikayət ərizəsinin surətini göndərib. F.Əsgərov şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə ondan 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmağa söz versə də qaytarmadığını yazır.

Onu da deyək ki, əməkdaşlarımız şikayətçinin xahişi ilə Goranboya ezam edilmiş və ondan, eləcə də pulun verilməsində şahid olan şəxslə videomüsahibə götürmüşlər. Maraqlıdır ki, pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror göndərilmişdir) Şahin İmanovun da adı bu qamaqalda çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışmışıq, amma RİH başçısı işləyən Novruz Novruzovun adından redaksiyaya bildirilib ki, guya bu şikayət şər və böhtandır. "...Elədirsə, niyə Novruz Novruzov ona böhtan atdığıma görə məni məhkəməyə vermir? Mən pulumun geri alınması üçün bir neçə dəfə, sonuncu dəfə isə bu yaxınlarda Siyəzəndə oldum, özü ilə görüşdüm. Söz verdi ki, pulu qaytaracaq. Lakin mən geri qayıdıb gözləyirəm, o isə hər dəfə məni aldadır... Bir neçə telefonu var, heç birinə cavab vermir. Aldığım məlumata görə oğlu əvvəllər DTX-də çalışıb, hansısa məsələyə görə vəzifəsindən kənarlaşdırılıb, bu barədə hələki danışmaq istəmirəm... Oğlu hazırda Əmlak Komitəsinin Sumqayıt Ərazi İdarəsində işləyir, Sumqayıtda Notariusun kürəkənidir. Atasını da ziyana salıb, səbəbini lazım olarsa açıqlayacam... Artıq bıçaq boğaza dirənib. Prezident Administrasiyasında Ərazi İdarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin qəbuluna yazılmışam, qəbula gedib hər şeyi deyəcəyəm. Bu adam məni ələ salır, uzun illər qurulmuş dostluğa, kəsdiyimiz çörəyə arxa çevirdi, məni aldatdı, faktiki rüşvət aldı, indi 20 min manat nədir ki, qaytarmır??? Desin ki, vallah imkanım yoxdur, mənə keç, mən o pulu başıma fırladıb keçərəm. Amma indiki zamanda mənə qarşı olan münasibəti ona bağışlaya bilmərəm",- deyə F.Əsgərov dedi.

O, həmçinin Novruz Novruzovu məhkəməyə verməyə hazırlaşdığını da bildirdi: "Artıq vəkillə müqavilə bağlamışam və bir epizod üzrə Novruz Novruzovu məhkəməyə verirəm... Qoy görüm cavabdeh kimi məhkəmədə nə deyəcək??? Eləcə də bu yaxınlarda Bakıda geniş mətbuat konfransı keçirərək bu məsələni ictimaiyyətin, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin, hüquq mühafizə orqanları rəhbərlərinin və Novruz Novruzovun ailə üzvlərinin, qohumlarının... diqqətinə çatdıracağam...".

Son söz Novruz Novruzovundur... Əlavə məlumat veriləcək.

Sonda: həqiqətən də əgər bu iddia çər və böhtandırsa, onda Novruz Novruzov niyə F.Əsgərovu böhtan atdığına görə məhkəməyə vermir???

«Təzadlar»ın Araşdırma Qrupu
Ardını oxu...
Teref.az xəbər verir ki, Göyçay rayonu Potu kənd sakini Qafarov Səxavət Əlikram oğlu yazır:
"Hörmətli cənab Prezident! Yazaraq Sizi məlum etmək istəyirəm ki, Sizin göstərişinizə əsasən 19 avqust 2022-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin qəbuluna düşmək qeyri-mümkündür.
Hətta qəbula yazılmaq üçün Agentliyin elektron poçtuna yazılı müraciət etsəm də, mənə cavab verən yoxdur. Çünki məni Zaur Əliyevin qəbuluna buraxmaq istəmirlər. Səbəb isə ondan ibarətdir ki, Yaşar Əhmədov qorxur ki, mən Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verən çoxlu sayda özbaşınalıqlardan Zaur Əliyevə şikayət edəcəyəm.
Məhz ona görə də yalnız özlərinə sərf edən vətəndaşları qəbula yazırlar, mənim kimi haqq uğrunda mübarizə aparan şəxsləri isə qəbuldan məhrum edirlər.
Onların etdiyi tamamilə ədalətsizlikdir, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində göstərilən "Bərabərlik hüququ"na qarşı gəlməkdir.
Hörmətli cənab Prezident! Sizdən facebook üzərindən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim qəbulda iştirak etməyimə köməklik göstərəsiniz".
Saxavet Qafarov
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Terefd.az
 
Ardını oxu...
Mərdan Camalovun dayısı oğlu Azər isə killerlik edirmiş…

Məlumat üçün qeyd edək ki, dünən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtibar Sarıbalayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 455 qram narkotik vasitə olan marixuana aşkarlanıb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bura qədər rəsmi məlumat.
Görəsən, Şirvan Şəhər Polis İdarəsi, Şirvan Şəhər İcra Hakimiyyəti, Şəhərin Bələdiyyəsi, Şəhərin Ağsaqallar Şurası, Şəhərin din xadimləri və s bu günədək hara baxırdı ki, vəziyyət bu həddə gəlib çatıb. Nə üçün Şirvan şəhərinə yeni polis rəisi təyin olunmayana qədər Şirvanda bu işlər görülməyib? Sağ olsun Daxili İşlər Naziri, cənab Vilayət Eyvazovu. Gənclərin irəli çəkilməsi və kadrların düzgün seçilməsi həm kollektivi, həm də Şirvan camaatını ruhlandırır. Yeni təyin olunmuş polis rəisi vətəndaşları şəxsən özü qəbul edir. Baş verə biləcək cinayət hadisələrini önləməyi işçilərinə tövsiyə edir. Bu, cümlələr Şirvan sakinlərinin redaksiyamıza olan telefon zəngində bildirilib. Sakinlər həm də bildirirlər ki, narkotacirlərə qarşı polisin apardığı mübarizə bəzi dırnaqarası jurnalistləri qıcıqlandırır. Belə ki, həmin qıcıqlanan jurnalistin sürücüsü də deyəsən bu işlərlə məşğuldur. Bu məsələləri buraxırıq zamanın ixtiyarına. İstintaq işlərinə mane olmamaq üçün həmin şəxsin adını çəkmirik. İndi isə mövzumuzu davam edirik.
Məlumat üçün qeyd edək ki, Şirvan şəhərinə uzun müddət Mərdan Camalov rəhbərlik edib.
Bəli, Mərdan Camalov düz 15 il ( 2009 -2015 –ci illər ) Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı olub və hazırda Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdıır.
Oxucular təəccüblə soruşa bilərlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı bu gün yayılan xəbərin cənab Mərdan Camalova nə dəxli var..?
Birincisi, nəzərə almaq lazımdır ki, Mərdan Camalov 15 il Şirvan şəhərinin rəhbəri olub. Və bu gün yayılan neqativ xəbərə görə, o, ən azı mənəvi məsuliyyət daşıyır.
Guya Mərdan Camalovun Şirvandakı narkotacirlər barədə məlumatı yox idi..?
Gündəlik-Bakı olaraq neçə vaxtdır ki, cənab Mərdan Camalovun Şirvan şəhərindəki əməlləri barədə yazırıq. Niyə bircə dəfə müvafiq dövlət orqanları maraqlanmadı, soruşmadı ki, Mərdan hara, narkoşəbəkə hara..?
İndi bir-bir bu məsələyə toxunaq.
Yaxından-uzaqdan Mərdan Camalovu tanıyanlar bilir ki, onun qardaşı Şirvanda bütün günü damağında Kazbek “çəkə-çəkə” o yana gedir, bu yana gedir...
O, ən çox sevdiyi mahnı olan “Siqaramın dumanı sən...”i zümzümə edərək gündə 3-4 dəfə qardaşının kabinetinə girib çıxırdı.
İcra başçısının qardaşı bu gündədirsə, indi başqalarını təsəvvür edin.
Bu hələ harasıdır..?
Mərdan Camalovun ən yaxın və doğma adamı olan dayısı və bacanağı, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru olan Balamirzə müəllim kollecin ərazisini aptekə satıb, özünün də dərman deposu var.
Görəsən, Mərdan Camalov bilmirdi ki, dayısının dərman deposunda nələr satılır..?
Biz hələ Əmişin əməllərinə dərindən toxunmuruq.
Bəli, Mərdan Camalovun yaxın qohumu Əmiş adlı şəxs Şirvanda nakotik yaymaqla məşğuldur, ona rayonda baron Əmiş deyirlər.
Hətta Əmişin uşaqlarının anası, yəni həyat yoldaşı da Şirvanda “mal” satmaqla məşğuldur.
İndi görüsünüzmü, Mərdan Camalov qırxayaq ( osminoq ) kimi haralaradək kök atmayıb.
Bəli, narkotacirlərin çoxu kriminal aləmlə birgə fəaliyyət göstərirlər.
Deyirlər ki, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər killerliklə məşğul olub.
Bəli, Mərdan Camalovun dayısı Pirverdi Məmmədov əvvəl rayonda yağ zavodunun direktoru olub, sonra qohumu mərhum nazir Yavər Camalovun sayəsində xeyli müddət Bakı neft şirkətlərində qaraj müdiri işləyib.
Bəli, Mərdan Camalovun dayısı Pirverdinin oğlu Azər Məmmədov baron Teyyub Tağıyevi güllələdiyi üçün həbs olunub və hazırda 9 saylı həbsxanada məhbus həyatı yaşayır. Azər Məmmədov özü də vaxtilə DİN-in əməkdaşı olub. Və bu Azər Məmmədovun ilk cinayəti deyil. O, bir neçə dəfə müxtəlif şəxsləri güllələyib. Azər Məmmədov qohumu Mərdan Camalova arxayın olaraq sahibkarlardan zorla pul tələb edirmiş, yəni qara məsələlərə baxırmış.
İndi gördünüzmü, bu gün yayılan rəsmi xəbərlə Mərdan Camalovun xeyli əlaqəsi var.
Oğul istəyirəm ki, bu əlaqəni detallarına qədər araşdırıb Mərdan Camlovun hansı cinayətkar şəbəkənin ortasında olduğunu ortaya qoya. Və Mərdan Camalovu göndərə zona...
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik baki.com
 
 
 
Ardını oxu...
“Yeri var, ancaq özü yoxdur”. Bu bir tapmaca deyil, söhbət Sumqayıt şəhərinin iri küçələrindən birində əvvəllər mövcud olan, indi isə naməlum səbəblərdən yerindən götürülən dayanacaqdan gedir. Hansı ki, həmin dayanacaqda insanlar əyləşib marşrut gözləyir və ya əksinə mənzil başına çataraq məhz burada avtobusdan düşürdülər. İndi isə dayanacaqdan geriyə yalnız yeri qalıb, özü isə yoxdur. Əvəzində isə dayanacaqla üzbəüz tikilən böyük bir obyekt gözə girir. “Sabira” qadın fitness mərkəzi adını daşıyan bu obyektin kimə məxsus olması haqda az sonra…

Sumqayıt Dövlət Universitetinin ikinci korpusuna yaxın ərazidə yerləşən başıbəlalı dayanacağın niyə götürülməsi müəyyən suallar doğurur. Bizdə olan məlumatlara görə, əvvəlki dayanacaqda köşk olmadığı üçün götürülüb. Yaxın vaxtlarda ikitərəfli köşk olan yeni dayanacaq qoyulacaq. Hazırda Sumqayıda demək olar ki, bütün dayanacaqların köşkə çevrildiyini nəzərə alsaq, bizə verilən məlumatların dəqiqliyinə şübhə qalmır. Hər fürsəti dəyərləndirən işbazların dayanacaqları ticarət obyektinə çevirməsi və buna şəhər rəhbərliyinin göz yumması isə ayrı bir mövzunun müzakirəsidir.

Digər bir versiyaya görə isə, həmin dayanacaq Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsində yüksək vəzifə tutan bir məmurun tikdirdiyi obyektin dizaynını pozduğu üçün sözügedən ərazidən götürülüb. Ölkədə bu cür məmur-oliqarx özbaşınalıqlarının olduğunu nəzərə alsaq, bu versiya da çox inandırıcıdır. Səbəb nə olursa-olsun, dayanacağın götürülməsi həm avtobus sürücülərinin, həm də vətəndaşların işini qəlizləşdirir, onların narahatlığına səbəb olur.

“Sabira” qadın fitness mərkəzinə gəlincə, bu obyektin Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova məxsus olduğu haqda məlumatlar var. Belə ki, cənab başçıya məxsus olan bu obyekt onun anasının adını daşıyır. Analar müqəddəsdir və onların adının əbədiləşdirilməsi isə çox vacibdir. Ancaq Malik İsaqovun anasının adına təhsil kompleksi, yaxud digər ictimai əhəmiyyətli bir obyekt yox, məhz fitness mərkəzi tikdirməsi bir müəmmadır, hansı ki, bu sirri yalnız cənab başçı özü çözə bilər. Biz isə ümid edirik ki, yeri olub, özü yoxa çıxan dayanacaq tezliklə həmin əraziyə geri qaytarılacaq və insanların rahatlığı təmin olunacaq.
Ardını oxu...
Müşviq Tofiqoğlu,

KONKRET.az
 
 
 
Ardını oxu...
Akim Bədəlovun şirkəti Ağ Şəhərdə ev tikmir, ev yıxır...

Akim Bədəlov 3 MİLYARDI necə mənimsədi..?

İlk öncə onu qeyd edək ki, Ağ Şəhər layihəsi cənab Prezident İlham Əliyevin ən gözəl ideyalarından, təşəbbüslərindən və layihələrindən biridir.
Yəni böyük bir ərazidəki köhnə, müddəti keçmiş, müasir tələblərə cavab verməyən evlər, mənzillər, obyektlər sahiblərindən sərfəli qiymətlərə alınaraq yerində müasir şəhər salınır. Amma...
Əmması odur ki, digər xoşməramlı layihələri vətəndaşların narazılıq mənbəyinə çevirən bəzi rüşvətxor məmurlar Ağ Şəhərdə sakinlərə sanki qara günlər yaşatmağa başladılar.
Biz Gündəlik-Bakı olaraq Ağ Şəhərdə qanuni evi başına uçurdulan, evi buldozerə verilən sakinlər haqqında silsilə yazılar dərc etmişik.
Yəni Ağ Şəhərdə baş verən problemlər bizə tam bəllidir.
Təsəvvür edirsiniz, vətəndaş onun evinə qoyulan qiymətlə razılaşmayanda, qazını kəsirlər, işığını, suyunu kəsirlər, sonda vətəndaşın ev əşyaları içəridə ola-ola evi buldozerə verib uçurdurlar.
Gündəlik-Bakı dəfələrlə yazıb ki, heç orta əsrlərdə də belə hal olmayıb, axı hətta dini kitablarda da mülkiyyətin müqəddəsliyi, toxunulmazlığı qeyd olunub.
Sözün qısası, Ağ Şəhərdə vətəndaşlara cəhənnəm əzabı yaşadırlar.
Bu problemin başqa tərəfidir.
Bir də var, problemin bambaşqa tərəfi.
Belə ki, hansısa vətəndaş Ağ Şəhərdə tikilən binalardan mənzil almaq üçün şirkətlə müqavilə bağlayıb, vaxtında mənzilin pulunu köçürüb, amma...
Əmması odur ki, vətəndaş illər uzunu kirayədə qalaraq mənzilini ala bilmir.
Belə şirkətlərdən biri də “ERA TOWER” tikinti şirkətidir.
Bu şirkət kimə məxsus olsa yaxşıdır.
Akim Bədəlova.
Kimdir Akim Bədəlov..?
Akim Bədəlovun adı keçmiş dövlət katibi, Qarakənddə ermənilərin vurduğu vertolyotda şəhid olan Tofiq İsmayılovun ailəsinə məxsus əmlakın ələ keçirilməsində hallanıb.
Bu adam uzun illər Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri olub. Sonradan şirkətin əsasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və Akim Bədəlov sədr olub.
Yəni 20 ildən çoxdur ki, bu adam bu sahəyə rəhbərlik edib.
Guya Allah qoymasa külək əsəndə, Günəş möhkəm isti verəndə Akim Bədəlov alternativ enerji istehsal edəcək.
Amma son 20 ildə Akim Bədəlov heç on kvadratı isidəcək enerji ortaya qoya bilmədi.
Hamı şahiddir ki, Bakıdan rayonlara gedəndə yolların qırağında, dağ başında, təpələrdə quraşdırılmış külək enerji qurğularının heç pəri də tərpənmir, Günəş batereyalarından isə danışmağa dəyməz.
Amma əvəzində yayılan xəbərlərə görə, Akim Bədəlov 3 milyarda yaxın pulu mənimsəyib.
Təsəvvür edirsiniz, 3 MİLYARD...Ermənistanın büdcəsi qədər...
Bu adamdan soruşan yoxdur ki, 20 il müddətində dövlətin ayırdığı pulları hansı xarici ölkələrə köçürdün..?
Akim Bədəlov bəlkə də XXI əsrin ən böyük maxinatorudur.
Bütün bunları görən, cənab Prezident Agentliyi ləğv elədi. Amma Akim Bədəlov öz əməllərindən geri çəkilmir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Akim Bədəlova məxsus “Era Tover” şirkəti vətəndaşların milyonlarını mənimsəyib.
Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar. Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.
Təsəvvür edirsiniz, 2013-cü ildən bəri, yəni 20 ildir ki, binanınn tikintisi davam edir.
Vətəndaşın 2013-də doğulan oğlu, qızı indi evlənməli, ərə getməlidir.
Akim Bədəlov isə deyir ki, binanı tikməyə pul yoxdur.
Deməli, vətəndaşların ödədiyi milyonları Akim Bədəlov mənimsəyib.
Akim Bədəlov düşünür ki, dövlətin 3 milyardını mənimsədim nə oldu ki, Dadaşbalanın, Fatmanisənin 50-100 minini mənimsəsəm nə olacaq..?
Bax, bu cəzasızlıq mühiti bir gün problem ola bilər.
Ulu Öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət cinayətkar cəzasız qalanda sarsılır.
Adam dəhşətə gəlir ee…
Pulunu ver, kirayədə qal və 20 il gözlə. Amma indi də ümid yoxdur ki, bina nə vaxtsa tikiləcək.
Görün şirkətin təsisçilərindən biri olan Akim Bədəlovun oğlu Aqşin Bədəlov şikayətçilərə nə deyir:
“Pulumuz yoxdur, tikə bilmirik, hara istəyirsiniz şikayət edin”.
Vətəndaşlar aksiya keçirməyə hazırlaşır, ancaq Akim Bədəlov onları qəbul etmir.
Binanı tikən MMC-nin direktoru isə deyir ki, borcumuz çoxdur, onu ödəyəndən sonra tikintiyə başlayacağıq.
Burada deyiblər ee…yaz gələr yonca bitər…doyunca yeyərsən.
Son olaraq qeyd etmək istəyirik ki, Azərbaycan qanunları bütün gücü ilə işləməyənədək, bu hallar davam edəcək.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 


Ardını oxu...

Xaçmaz rayonunun Çaykənarı (Alekseyevka) kəndində müəllim işləyən Rəvanə Asiman məktəbdə qanunsuz halların olması, şagirdlərə dərman paylanılması, işlədiyi dövrdə haqsızlıqlarla üzləşməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

Müəllim paylaşımında bu səbəblərə görə, ərizə yazaraq 2 il çalışdığı məktəbdən ayrıldığını bildirib. 

 

Paylaşımda onun çalışdığı məktəb rəhbərliyinə qarşı çox ciddi ittihamlar yer alıb. Onun fikrincə, şagirdlərə narkotik tərkibli dərmanlar paylanıb və bu fakt məktəb rəhbərliyini narahat etməyib: 

 

“Direktor mənə sual verir: Siz uşaqlara niyə kitab oxudursunuz ki?

 

Tərbiyə işləri üzrə müavin vulqar və təhqiredici üslubda danışır. Kitabxana kartları pulla satılır və kitabxana açılmır. Gündə sadəcə 15 dəqiqə açıq olurdu.

 

Odun sobasını yandıran xala belə vəzifəsini icra etmir. Müəllim dərsə içkili halda girir. 

 

Şagirdlərə dərman paylanılır və bu, heç kəsi narahat etmir…”

 

R. Asiman əlavə edib ki, bu məsələlərlə əlaqədar aidiyyəti dövlət orqanlarına, o cümlədən Təhsil Şöbəsinə şikayət etsə də, nəticəsiz qalıb: “On dəfəyə yaxın Təhsil Nazirliyi və Təhsil Şöbəsinə yazılı və şifahi şikayətimi bildirdim. Demək olar ki, hamısı nəticəsiz qalırdı. Təhsil Nazirliyinə göndərdiyim ərizə çap şəklində çıxarılıb məktəbə gətirildi və son nəticədə mən xəbərçi oldum, yoxlama belə nəticəyə gəldi ki, “məktəb ailədir, ailənin sirri kənara çıxmaz””.

 

Sosial şəbəkələrdə müəllimin paylaşımı, eləcə də, məktəbdə uşaqlara dərman paylanılması ilə bağlı iddiaya şərhlər yazılıb. İzləyicilərdən biri bunun narkotik olduğunu sual edib. Müəllim isə cavabında təkrar həmin hadisənin yaşandığını təsdiqləyib və ekspertizanın cavabını bilmədiyini qeyd edib.

 

R. Asiman onu da vurğulayıb ki, çalışdığı dövr ərzində ona şər atılıb, təhqir olunub, mobbinqə məruz qalıb. Aidiyyəti dövlət orqanlarına göndərdiyi şikayət məktubları isə cavabsız qalıb.

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: 

 

“Qeyd edilən hallar təsdiqini tapdığı təqdirdə mövcud qanunvericilik çərçivəsində tədbirlər görüləcək və nəticəsi barədə məlumat veriləcək”.

 
 

Dünyapress TV

Xəbər lenti