Ardını oxu...
Azəriqaz İstehsalat birliyinin Region rəisi hazırda Lənkəran RQİİ də rəis işləyən Namiq Məmmədovun Ağsu keçmişi heç də işıqlı olmayıb. 2016-cı ildə Ağsuda işləyərkən yerlərdəki məşğulluq idarələrindən xeyli sayda sosial işçi kimi göndərilən vətəndaşları pul qarşılığında işə qəbulunu həyata keçirdiyi haqqında məlumatlar almışıq.

Redaksiyamıza şikayət edən vətəndaşlar bildirirlər ki, həmin vaxtlar pul ödəməyənə "yer dolub” deyərək imtina göndərirmiş. Əslində isə boş yerlər olduğu halda pulu ödəyəcək şəxs üçün saxlayırmış.

Namiq Məmmədovun Ağsu RQİİ də işlədiyi dövrdə qanunsuz hərəkətləri bununla bitmir. Deyilənə görə Kürdəmirdə qanunsuz küçə xətləri çəkərək rəhbərlikdən gizlin işlər görüb. O bu əməlləri özbaşına törətməyib. İddialara görə bu məsələdə onu müdafiə edən Azəriqaz İB də keçmiş baş direktorun müavini Cahid Hüseynov olub.

Namiq Məmmədov daha sonra Ağsu RQİİ-dən Səlyan RQİİ-ə transfer edilib. Səlyanda çalışarkən Cavid Hüseynovun parniklərinə nəzarət etməyə başlayıb. Görünür, Cavid Hüseynov onu Səlyan RQİİ-ə işləmək üçün deyil, parniklərinə nəzarət etmək üçün "perevod” edib.

Namiq Məmmədov həm də "hacı”-dır. Həm də içki içən hacılardan. Yaxınlarının dediyinə görə Hacı Namiq yaxşı şərab içən adamdı.

Redaksiyamıza gələn məlumata görə İsmayıllı rayonunda Namiq Məmmədovun səhlənkarlığı ucbatından evlərin birində partlayış olub, iddialara görə 40.000 manat verərək ev sahibinin "ağzını yumub”.

Namiq Məmmədov Lənkəran regionda öz kadr sayılan nəzarətin rəisi Nərimanın vasitəsi ilə Lənkəran RQİİ də qanunsuz istismardan çıxarılmış borular satıb, yeni vaxtda 200 nəfər abonentdən sayğac üçün pul yığsalarda işi icra edə bilmirlər, ona görədə oradan qaçmaq istəyirlər, indi isə ümidləri Azəriqaz İB də Cahid Hüseynov və Nail Abdullayevədir.

Oğlu Kamil Məmmədov isə hazırda "Azəriqaz İB”-də metrologiya şöbəsində işləyir. Rayonlara ezam göndərilərək iri həmcli sayğaclara müdaxilə edib külli miqdarda vəsaitlər qazanır əvəzində bunun nəticəsi olaraq qaz istisi yaranır, dövlət əmlakı göyə sovrulur. Bundan əlavə onun Sənan adında yaxın dostu Binəqədi Qaz İdarəsində vətəndaşları aldadaraq sayğac quraşdırma adı altında xeyli vəsaitlər mənimsəyib. Hazırda Namiq Məmmədovun dostunun işi çox qarışıqdı. Onun işindən qovulması müzakirə edilir.

Namiq Bakı departament rəisi Zamin adlı şəxslə münasibəti olmadığından alternativ yollarla Sənan dostunu işdə saxlamaq üçün müxtəlif yollar tapır, vaxtı ilə Namiq köhnə rəhbərliyin vaxtında Zaminin "torbasını tikib” yerinə gəlmək istəyirdi, indi isə o məsələyə görə Zaminlə münasibətləri yoxdur.

Deyilənə görə N. Məmmədovun gəncliyi də ürəkaçan olmayıb. Özü 29 yaşında hərbi xidmətə məcburi aparılıb. Hər iki oğlu isə sağlam olduğu halda hərbi xidmətdən hansısa yolla yayına bilib. Hətta onunla çalışanlar bildirirlər ki, N. Məmmədovun Amerikada yaşayan erməni bacısı var. Özü dəfələrlə yaxın ətrafına bildirib ki, atasının erməni qadından qızı var. Hətta bir neçə dəfə Amerikada yaşayan erməni bacısına dəfələrlə pul göndərdiyini bildirib. Görünür, işlədiyi müddətdə aldığı rüşvətlərin hara getdiyi bəllidir.

Sonda qeyd edək ki, əvvəl bu adamın arxasında "Azəriqaz”ın keçmiş baş direktor müavini Cahid Hüseynov dayanırdı, indi isə yeni baş direktor müavini Nail Abdullayev dayanır.(Busaat.az)

Əlbətdə, bu yazılanlar hər biri şikayətçilərin iddialarıdır.
Ardını oxu...
“Elm və Təhsil Nazirliyi rəhbər heyəti tam şəkildə istefa verməlidir”.

Bu sözləri açıqlamasında təhsil eksperti, sosioloq Elçin Bayramlı bildirib.

Ekspert Elm və Təhsil Nazirliyinin “TikTok” sosial şəbəkəsində müəllimlər üçün müsabiqə keçirməsini qınayıb:

“Bu bir biabırçılıqdır. Çünki Elm və Təhsil Nazirliyi Azərbaycanda təhsili məhv etmək üçün əlindən gələn hər şey edir və artıq buna nail olub. İndi də son addımlarını atır. Müəllimlərin dərsdən başqa hər işlə məşğul olmasını təşkil etmək üçün “TikTok” kimi şəbəkəyə onları dadandırmaq, daha çox maraq yaratmaq və iş-güclərini buraxıb nələrsə çəkib hazırlamaq məsələsini ortaya qoyur. Halbuki, normal elmi müsabiqələr, yazı müsabiqələri keçirmək olardı. Hər hansı başqa bir formada intellektual yarışlar keçirə bilərdilər”.

Ekspert müsabiqənin şərtlərinə də irad bildirib:

“Şərtlərə baxın, 30 saniyə olmalıdır video. 30 saniyəyə nə video ola bilər?! İnsanlara axmaq-axmaq şeyləri öyrətmək nəyə lazımdı?! İkincisi, kriteriyaya diqqət edin: daha yaxşı, savadlı video hazırlayan yox, daha çox baxış toplayan qalib gələcək. Yəni, hər cür “bambılılıq”, şou çıxarın, gecə-gündüz videonu ona-buna göndərin, paylaşın, işinizi-gücünüzü buraxıb “TikTok”la məşğul olun. Ən axmaq material belə çox baxış toplasa, o qalib olacaq. Belə bir rəzalət nəzəri cəhətdən də mümkün deyil. Düşünsəniz, heç şeytanın da ağlına gəlməz. Bu nazirliyin məqsədi, fikri nədir?! Məhv edib bütün təhsili, darmadağın eləyib müəllimlərin başına bir oyun açır, şagirdlərin başına min oyun açır, indi də belə işini-gücünü buraxıb keçib sosial şəbəkədə müəllimlərdən ibarət bir şou yaratmağa. Bu elə bir biabırçılıqdır ki, bizim əlifbada ifadə edəcək söz də yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır. Bəsdirin, bu təhsil deyil, nə oyundur, nə şoudur çıxarırsınız?!”

“Hələ qoyduqları mükafata baxın. “iPhone 16 Pro”. Dünyanın ən son model, ən bahalı telefonunu qoyurlar uduşa, halbuki müəllim ən son model telefon işlətməməlidir. Sən müəllimə sanatoriyaya bilet, işlərini görmək üçün hər hansı kompüter, hər hansı bir avadanlıq verə bilərsən, amma bahalı telefon yox! Bundan əlavə, bütün müəllimlər – təbii ki, normal müəllimlərdən başqa digərləri başlayacaq şagirdləri məcbur etməyə ki, girin “TikTok”a, bəyənib paylaşın. Qısacası, müəllimlər və şagirdlər işlərini buraxıb orada məşğul olacaqlar. O sosial şəbəkə də murdar, rəzil, pozğun bir yerdir. Yerdə qalan əhalini, yaşlıları ora doldurmaq üçün Elm və Təhsil Nazirliyi var gücü ilə çalışır. Bu biabırçılığın bəraət veriləcək tərəfi yoxdur. Bundan daha biabırçı heç nə yoxdur. Nazirliyin rəhbərləri tam heyətlə istefa verməlidir. Belə nazirliyin olmağındansa, olmamağı daha yaxşı olar”/yenicag.az
 
Ardını oxu...
“Kür Olimpiya Tədris İdman Mərkəzi” MMC tərəfindən kimyəvi (təmizlik) və təsərrüfat mallarının satınalınması üzrə 11.03.2025-ci ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub və “PROSHINE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.183,53 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 28.04.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, “Kür Olimpiya Tədris İdman Mərkəzi” tərəfindən nəzərdə tutulmuş mallların alınmasına dair keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 36.000,00 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq “Kür Olimpiya Tədris İdman Mərkəzi”nin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Kür Olimpiya Tədris İdman Mərkəzi” kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “PROSHINE” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROSHINE” (VÖEN: 1405012131) Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.01.2020-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV, ev DALAN 2, m. 3, qanuni təmsilçisi kimi isə Rzabəyov Nadir Ağababa oğlu qeyd olunub.

Qeyd edək ki, MMC yarandığı gündən qısa bir zamanda tender bazarında məşhurlaşıb. Belə ki, bir çox dövlət qurumları tərəfindən keçirilmiş onlarla satınalmanın qalibi olub. Dövlət qurumlarını əsasasən yuyucu vasitələr və təsərrüfat mallarla, dezinfeksiya maddələri və qoruyucu vasitələrlə təmin edib. Bununla belə MMC-nin adı bir çox şübhəli satınalmalarda da hallanır.

Elə “Kür Olimpiya Tədris İdman Mərkəzi” ilə “PROSHINE” MMC arasında bağlanmış satınalma müqaviləsi də həmin şübhəli satınalmalardan biridir. Belə ki, satın alınan malların qiymətinin Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı olması keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artırır.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi hələ keçmiş SSRİ dövründə avarçəkmə bazası kimi tanınıb. Müstəqilliyimizin ilk illərində baza baxımsız vəziyyətə düşüb. Prezident İlham Əliyev 2004-cü ildə Mingəçevirə səfəri zamanı bazada olaraq onun ən müasir şəkildə yenidən qurulması ilə bağlı tapşırıqlarını verib. Bazanın layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb və 2010-cu ilin oktyabr ayında yekunlaşıb. Yenidənqurma işlərindən sonra açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

Əsaslı təmirdən sonra 2010-cu ildən fəaliyyət göstərir. Bu, hazırda Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Layihəyə əsasən, ümumi sahəsi 9,2 hektar olan kompleksdə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana var. Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Eyni zamanda mərkazdə bir ədəd 2 mərtəbəli kotec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var. Bunlardan əlavə kompleksdə 100 nəfərlik yeməkxana, tennis kortu da mövcuddur.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi son illər dövlət satınalmaları ilə bağlı heç bir məlumat yerləşdirməyib. Belə ki, Mərkəz ən son 2022-ci ildə “PROSHINE” MMC -dən 8.897,2 manat dəyərində təmizlik üçün kimyəvi və təsərrüfat malları alıb. 28.04.2025-ci ildə isə “GÜNTEKS” MMC ilə mehmanxana otaqları üçün hamam ləvazimatlarının alınması üçün 18.172 manat məbləğində müqavilə bağlayıb.

Burada bir çox məsələlər qaranlıq qalır. Belə ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2023-2024-cü illərdə zəruri olan malların və xidmətlərin satın alınması ilə dövlət portalında heç bir məlumat yoxdu. Bu isə İdman Mərkəzində satınalmaların qanun çərçivəsində təşkil olunmadığına, saxtakarlıq hallarının yol verildiyini deməyə ciddi əsaslar yaradır. Burada bu kimi qanunsuzluqlara kimlərin rəvac verdiyi bəlli deyil. Çünki İdman Mərkəzinin rəsmiləri məqalədə göstərilən faktlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu məktubuna belə cavab vermədilər.

Qeyd edə ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyevdir. O, bu vəzifəyə 2022-ci ilin may ayında təyin olunub. Daha əvvəl isə Ceyhun Mirzəyev Respublika Velotrekinin direktoru olub.

Aktualinfo.org
Ardını oxu...
Azərbaycanda təhsil sahəsinə milyonlarla vəsait ayrılsa da, bu pullar təəssüf ki, lazımı yerlərə və aidiyyatı üzrə xərclənmir. Təbii ki, vəziyyətin bu cür acınacaqlı olmasında birbaşa təhsil sisteminə rəhbərlik edən şəxslər məsuliyyət daşıyır. Təhsil sisteemində rüşvət və anarxiyanın tüğyan etməsi ilə bağlı dəfələrlə tutarlı faktlarla məlumatlar paylaşmışıq. Lakin təəssüflər olsun ki, heç bir nəticə hasil olmayıb.
Paytaxt.org bildirir ki, saytın elektron ünvanına daxil olan məlumatlar sözün əsl mənasında tükürpədici faktlarla doludur.

Belə ki, Sabirabad rayonu Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə baş verənlər nə təhsilimizə, nə də şərəfli peşə sahibləri olan müəllimlərin adına yaraşmır.

Belə ki, təhsil ocağında illərdir bitməyən problemlər hökm sürməkdədir. Məktəb 9 illik olmasına baxmayaraq, bu təhsil ocağında 8-9 cu sinifl şagirdləri demək olar ki, dərsə gəlmirlər.

Ancaq bu, aysberqin sadəcə görünən tərəfləridir. Məktəbdə dərs deyən bəzi müəllimlərin, eləcə də texniki işçilərin dosyesinə nəzər saldıqda, adamın tükləri biz-biz olur. Belə ki, məktəbdə ingilis dilini tədris edən müəllimin ali təhsili olmamasına rəğmən belə vacib bir fəndən dərs keçməsi şok yaradır. Axı ali təhsili olmayan, ingilis dilini bilməyən bir şəxs bu fənni şagirdlərə necə tədris edə bilər? Görünür, Əhmədabad kənd məktəbində hər şey mümkündür.

Bundan başqa, məktəbdə sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin sayı da az deyil. Elə ingilis dili müəllimi də onlardan biridir. Bu azmış kimi həmin müəllimə qonşu kənddəki məktəbdə də eyni fənni tədris edir.

Digər müəllimlərdən birinin isə ümumiyyətlə diplomu olmadığı halda Uşaq Birliyinin rəhbəri vəzifəsində çalışır. Ancaq bütün bu sadalanan faktlar indi yazacağımız reallıqların yanında zəif görünür. Belə ki, Əhmədabad kənd orta məktəbində bir neçə müəllim var ki, onlar haqqında cinayət işi açılıb və hətta mühakimə olunublar.
Məsələn, Muradov Nurəddin Musa oğlu əvvəllər qanunsuz olaraq narkotik maddələrin satışı ilə məşğul olduğu üçün Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə 8 il cəza alıb. Ancaq buna baxmayaraq hazırda adıçəkilən məktəbdə labarant vəzifəsində işləyir.
ŞOK FAKTLAR: Azərbaycanın bu təhsil ocağı məktəbdən daha çox kriminal obyektə bənzəyir - VİDEO/FOTO
Digəri texniki işçi Mayıl Ələzov isə Cinayət Məcəlləsinin 127 ci maddəsi ilə ittiham edilib. Hazırda üzərində bu maddə ilə cinayət işi var. Eyni zamanda daha 2 qadın müəllimənin ayağında elektron qandal olduğu haqda məlumatlar redaksiyamıza daxil olub.

ŞOK FAKTLAR: Azərbaycanın bu təhsil ocağı məktəbdən daha çox kriminal obyektə bənzəyir - VİDEO/FOTO
Beləliklə, məktəb təhsil ocağından daha çox kriminal obyektə bənzəyir. Bütün bu hadisələrdən məktəbin direktoru Şahzadə Şahzəddinov xəbərdar olsa da, məsələni ört-basdır etməyə çalışır. İşin üstü açılanda isə bütün günahları keçmiş direktorun üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır. Hətta bu azmış kimi direktor günahları Mil-Muğan Regional təhsil idarəsinin üzərinə atmaqdan belə çəkinmir. Ümid edirik ki, sadalanan bu iddialar və faktlarla bağlı aidiyyatı qurumlar tədbir görəcəklər və bir təhsil ocağı kriminal obyekt olmaqdan xilas ediləcək.

/Paytaxt.org

Ardını oxu...
Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, İddialara görə, uşaqlara təqdim olunan yumurtaların istifadə müddəti keçib, toyuq əti isə normadan qat-qat aşağı təqdim olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni nəzarətə götürüb və qanunvericiliyə uyğun araşdırma aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir və 151 saylı bağçada da müvafiq araşdırmalar aparılıb, çatışmazlıqlar aşkarlanmayıb.

Ətraflı ATV-nin süjetində:




Ardını oxu...
Azərbaycan Dövlət Dəmir Yolları İdarəsi QSC-də bir müddət əvvəl baş vermiş qalmqal İran mediasına qədər gedib, çıxıb.

Tribunainfo.az xəbər verir ki, podratçı fəhlələrin maaşlarının 10 aydır verilməməsi, habelə onların bank kartlarının status verilməsi məsələsi İranın İLNA Agentliyinin mövzularından biri olub.
İran mediası yazır ki, Azərbaycan Dəmir Yolları QSC-nin texniki binaları üçün podratçı işçilərə bank kartlarının ayrılması təxminən on ay əvvəl podratçının dəyişməsi ilə yaranmış problemdir və maliyyə yükü ucbatından işçilərin maaşları hələ də verilməyib. “Orada çalışan fəhlələr bildirir ki, biz minimum əməkhaqqından istifadə etdiyimiz halda, texniki binalarda məmur və müqaviləli işçilər üçün əməkhaqqı kartı ayrılır və hər dəfə hesablanaraq işçilərin hesabına yatırılır”.
Onun sözlərinə görə, podratçı şirkətin işəgötürəni indiyədək Azərbaycan regionunda müqavilə ilə işləyənlərə bank kartlarını ayırmaqdan və pulunu ödəməkdən imtina edib və bunun səbəbini maliyyə yükü ilə əlaqələndirib. “Fəhlə həmçinin Azərbaycanın texniki binalarında işçilərə bank kartları ayıran dəmir yolu məsul şəxslərinin və rəhbər şəxslərin də məsuliyyətə cəlb olunmasını tələb edib. Birdəfəlik hesablama üsulu, ödəniş müddəti, bank kartlarının podratçı işçilərinə ümumi ödənişi ilə bağlı suallarımızı izah edin ki, narahatlığımızı dayandıraq”.
P.S. Mahşallah olsun, Azərbaycan Dövlət Dəmiryolları İdarəsinin rəhbəri Rövşən Rüstəmov elə problemlər yaradıb ki, artıq İran mediası da dilə gəlməyə başlayıb.
 
Ardını oxu...
Azərbaycanda bəzi şirkətlər mövcud qanunları pozmaqla yanaşı, bir çox hallarda da öz təyinatlarından kənar işlər görməyə də meyillidir.

Tribunainfo.az xəbər verir ki, “Fuga Group” MMC də bu qəbildən sayılır.
Səbəb isə çoxdur. Məsələn, ötən ilin dekabrın sonuna 500 min manat vergi borcu olan şirkət bir neçə tenderin qalibi olub. Belə ki, sözügedən MMC-nin
dövlətə hazırki dövrədək 512 673 manat vergi borcu var. Amma buna baxmayaraq, şirkət son iki ildə 4 tenderə qatılıb. Onlardan ikisi milyonluq tender olub. Şirkət 2023-cü ildə Baş Dövlət Yol Polisi İdarəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin İşıqforlar və ona aid ehtiyyat hissələrinin satınalınmasınə reallaşdırıb və 1 milyon 695 min 271 manatlıq müqavilə bağlayıb. İkinci milyonluq layihə isə “Azərişıq” ASC ilə birgə həyata keçirilib. Belə ki, “Fuga Group” MMC 2 milyon 299 min 757 manatlıq sifarişini yerinə yetirib.
Qeyd edək ki, MMC-nin Nizamnamə kapitalı 60 000 AZN-dir. “FUGA GROUP” MMC 2016-cı ildə təsis edilib. Lisenziya isə 22 aprel 2021-cı il tarixində verilib. Şirkətin rəsmi saytında bildirilir ki, onlar əsaslı tikinti və təchizat üzrə bütün növ xidmətlər göstərirlər.
Buradan iki sual meydana çıxır. Birincisi, külli miqdarda vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. “Dövlət satınalmaları haqqında” qanunda bununla bağlı açıq bənd var. Amma buna baxmayaraq, 500 min manatddan çox vergi borcu olan şirkət milyonluq tenderlərin nəinki iştirakçısı, həm də qalibi olub.
İkinci sual isə budur ki, tikinti işləri ilə məşğul olan və əsas təyinatı bu olan bir şirkət necə başqa məhsullar satılan tenderin qalibi olub? Normalda “Fuga Group” öz təyinatı üzrə tenderlərə qatılmalıdır. Düzdür, Azərbaycanda tibb, sosial xidmətlər, təmir işləri ilə məşğul olan çox sayda şirkət var ki, özlərinə aid olmayan tenderlərə qatılıb və qalib olublar. Onlardan birinin də “FUGA GROUP” MMC olmasında təəccüblü və qəribə bir şey yoxdur. Lakin məsələ odur ki, təyinatına uyğun olmayan işlərə qarışdıqda, ortaya heç də keyfiyyətli iş çıxmır. Bunu da təcrübə deyir.
“Fuga Group”un bir başqa məsələsi də odur ki, 2016-cı ildən fəaliyyətə başlamasına rəğmən, nə rtəsmi saytında, nə açıq mənbələrdə rəhbərliyi barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, heç bir strateji əhəmiyyətə malik olmayan şirkət niyə rəhbərliyinin adını gizli saxlayır?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur
 
Ardını oxu...
Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədov icra başçısı Zakir Fərəcovun qəzəbinə tuş gəlib?

Seymur Məmmədovla bağlı icra başçısına edlən çoxsaylı şikayətlər olduğu bildirilir.

Sumqayıt Bulvar İdarəsinin direktoru Seymur Məmmədovun icra başçısı Zakir Fərəcovun qəzəbinə tuş gəldiyi iddia edilr.

Məsələilə bağlı XALQ daxil olan məlumatda bildirilir ki, Seymur Məmmədovla Sumqayıt icra başçısına xeyli şikayətlər gedib. Belə ki, Seymur Məmmədov köhnə əməllərini Sumqayıt Bulvar İdarəsində davam etdirir. Məlumata görə Zakir Fərəcova Seymur Məmmədovun idarədə “ölü canlar” saxlaması və Sumqayıt bulvarının bəzi yerlərini gizli şəkildə satdığı barədə məlumatlar verilib. İcra başçısının Seymur Məmmədovla bağlı ona verilən məlumatları yoxlatdırdıqdan sonra direktora qarşı qəzəbləndiyi bildirilir.
Ardını oxu...
Mənbə qeyd edir ki, may ayının 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində keçirilən ağacəkmə aksiyasında Seymur Məmmədov gözə dəymədi. Bunun səbəb isə Zakir Fərəcovun ona həddindən artıq qəzəbli olması ilə bağlıdır.

Bildirilir ki, Seymur Məmmədov yaxın günlərdə vəzifəsi ilə vidalaşa bilər, hətta direktor etdiyi əməllərə görə hesab sorulacagı bildirirlir.

Qeyd edək ki, bu günə qədər Sumqayıt icra başçısı Zakir Fərəcov onu açıq şəkildə himayə etməsi məlumatlarda qeyd olunur.

Məlumata görə Seymur Məmmədov yaxın ətrafı ilə məclislərdə tez-tez ağsaqqalımız dediyi Zakir Fərəcova etdiyi qulluqlar barədə ağız dolusu danışmaqdan yolulmur. Hətta Sumqayıt İcra başçısının ancaq “qara quzu” yediyini və onun hər həftə Z.Fərəcova və qonaqlarına “qara quzu” göndərməsini dilə gətirdiyi iddia olunur.

Bundan başqa Seymur Məmmədovla bağlı mediada yayılan iddialarda onun həm də Masazır qəsəbəsində “göl” adlanan ərazidə qanunsuz həyət evləri inşa edib satan maklerlərin himayədarlarından biri olduğu bildirilib. Məlumata görə Seymur Məmmədov Sumqayıt Bulvar İdarəsinin direktoru təyin edildkdən sonra da Masazır qəsəbəsində qanunsuz həyət evlərinin tikintisini açıq şəkildə davam etdirib.

Mövzu ilə bağlı Sumqayıt Bulvar İdarəsi ilə əlaqə saxlamaq mümkün olmadı.Yazıda adı keçənlərində mövqeyini dərc etməyə hazırıq.

Məsələ ilə bağlı araşdırmamız davam edir.
 
Ardını oxu...
Nərimanov sakinləri şikayətlərinə baxan yoxdur.

TEREF Barometr.tv-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda bina inşa edən “Şirvanşahlar Residence” sakinlərin şikayətlərini heçə sayır.

Bununla bağlı daha ətraflı videoreportajda:

Qeyd edək ki, “Şirvanşahlar Residence” layihə rəhbəri Tərlan Məmmədovdur.
Ardını oxu...
 
Ardını oxu...
Ölkədə külli miqdarda pul çıxarmaqda günahlandırılan qalmaqallı tikinti şirkətlərindən olan “Diadem” ASC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Ardını oxu...
XALQ xəbər verir ki, “Diadem” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Diadem” tikinti şirkti ilə bağlı işə 25 may tarixində Sumqayıt şəhər Məhkəməsində hakim hakim Ramiz Quliyevin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Diadem” ASC müxtəlif təyinatlı tikililərin inşasını həyata keçirir, eləcə də tikinti materiallarının satışı ilə məşğuldur.

Açıq Səhmdar Cəmiyyəti təşkilati formasına baxmayaraq “Diadem”in cəmi 2 səhmdarı var – Nəbiyev Elbrus Ənvər oğlu səhmlərin 75%-nə, Dostumalıyeva Kəmalə Ocaqkişi qızı isə 25%-nə sahibdir. K.Dostumalıyeva təsisçi olmaqla yanaşı həm də şirkətdə menecer vəzifəsi tutur. Yeri gəlmşikən, şirkətin direktoru Dostumalıyev Fuad Azər oğludur ki, o da böyük ehtimalla təsisçilərdən birinin yaxın qohumudur.

Qeyd edək ki, Nəbiyev Elbrus Ənvər oğlu A+CO ASC-nin sahibidir. A+CO şirkəti həmçinin “Pancofee” məhsullarının Azərbaycandakı rəsmi distributorudur.
Ardını oxu...
Həmçinin bildirirk ki, Elbrus Nəbiyev “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin qardaşıdır.

Qeyd edək ki, “Kristal Abşeron” Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsus olduğu bilidirilir. Məlumatlarda şirkətlərə oğlu Pərviz Ağalarov rəhbərlik edir. Bu deputat tərəfində təkzib olunmayıb.

 

Dünyapress TV

Xəbər lenti