Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
Son günlər aktual olan məsələlərdən biri də dövlət məktəblərindən birində müəllimə valideynlər tərəfindən qiymətli hədiyyənin verilməsidir.

Bu hadisə məktəbdə baş verən ilk hadisə deyil. Ancaq baş verən proseslə bağlı ictimaiyyət nümayəndələri müxtəlif fikirlər səsləndirirlər.

Belə ki, bəzi vətəndaşlar bu hadisənin adi bir hal olduğunu, müəllimə valideynlərin “hörməti” kimi qiymətləndirənlərlə yanaşı bunun cinayət əməli olduğunu iddia edənlər də var.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunda “Korrupsiyanın qarşısının alınması” ilə bağlı 13 maddənin 13.1 bəbdində göstərilir ki, “Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir.

Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir”.

Həmçinin 14.1 bəndində göstərilir ki, “Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.

Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir”.

Qeyd edək ki, qaydalara əsasən 55 manata qədər alınan pulun rüşvət hesab edilmədiyi də bildirilir.

Bəs əslində çalışan bir şəxs nə qədər məbləğdə əlavə gəlir əldə edə bilər və bu “hörmət” hesab edilirmi?

Qeyd edək ki, yerli mediaya danışan hüquqşünas Şamil Paşayev “55 manata qədər alınan pul rüşvət deyil” yanaşmasına belə aydınlıq gətirib:

“55 manata qədər xırda qonaqpərvərlik anlayışı var. Bu, bizdə səhv başa düşülür. Elə bilirlər ki, bu, rüşvətin məbləği ilə bağlıdır və bu məbləğə qədər pulu qəbul etmək olar. Əslində, belə deyil. 55 manata qədər alınan pul da rüşvət sayılır.

Bu məbləğə qədər olan xırda qonaqpərvərlik şəxsin işinə aid olmayan, onun xidməti fəaliyyəti ilə bağlı bir araya sığmayan hərəkət olmadıqda, yəni, sadəcə həqiqətən səmimiyyət əsasında olarsa, bu, rüşvət deyil, sadəcə şəxsin özünün hədiyyəsi kimi qəbul olunur. Bu məbləği qəbul edən şəxs də rəhbərliyinə məlumat verməlidir. Əgər məlumat verməsə, bu da intizam məsuliyyətinə səbəb ola bilər”.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, çalışan bir şəxsə verilən əlavə bir məbləğlə bağlı “Dövlət qulluğu haqqında” Qanunda bu öz əksini tapıb və böyük məbləğ deyil:

“Təxminən 55 manatdan yuxarı rüşvət sayılır. Həmin qanun layihəsi 2001-ci ildə müzakirə olunanda, o zaman mən Mərkəzi Bankda çalışırdım. Layihəyə baxılması üçün mənə təqdim olunmuşdur. Məhz layihədən o maddəni çıxarmaq istəyirdim. Təklif vermişdim ki, ümumiyyətlə, niyə kimsə hədiyyə olmalıdır?

Ancaq belə bir yanaşma oldu ki, bütün ölkələrdə belə bir hal var. Yəni müəyyən məbləğə qədər rüşvət hesab olunmur. Özəl şirkətin rəhbərinə hədiyyə verdikdə rüşvət sayılmır. Ancaq dövlət qulluqçusuna qeyd edilən məbləğdən yuxarı hədiyyə rüşvət sayılır.

Burada söhbət büdcədən maaş alanlardan gedir. Məsələn, müəllim, polis və s. qulluqçular buraya daxildir. Çünki dövlətdən maliyyələşən qulluqçuların maaşını Azərbaycan xalqı verir.

Ona görə verir ki, onlar xalqa işləsin. Onlar hansısa əlavə gəlir alanda o deməkdir ki, xalq üçün yox, hansısa şəxslər üçün işləməyə başlayıblar. Ola bilər ki, hansısa şirkətin də daxili qaydalarında var ki, hədiyyə qadağandır. Yəni daxili qaydalarla qadağan edilmirsə, özəl şirkətlərdə bu mümkündür. Bu qaydanı həmin qurumun sahibi müəyyən edir.

Məsələn, müəllim göstərilən məbləğdən artıq hədiyyə alırsa, bu rüşvət hesab edilir. Ola bilsin ki, müəllim deyər “bu rüşvət deyil, müqabilində məndən heç nə istəmədi”.

Ancaq hamı başa düşür ki, müəllimə pulu, hədiyyəni niyə verirlər. Məsələn, onun övladına yaxşı qiymət yazsın. Dövlət məmurları ilə bağlı millət vəkilləri belə qanun qəbul ediblər ki, bu qədər məbləğdən yuxarı hədiyyə almaq olmaz”.
 
 
 

Bölmənin digər xəbərləri

13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
03 İyun 2025 Ümidlərini qumarda itirən insanlar - Azərlotoreyanın milli genefonda terroru
03 İyun 2025 “Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu — FOTOLAR
02 İyun 2025 Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar VİDEO

Dünyapress TV

Xəbər lenti