Ardını oxu...
Gömrük limiti yenidən müzakirə predmetinə çevrilib. Maraqlı tərəflər onun azaldılması üçün yenidən fəallaşıb.
İndi necə yekunlaşacaq bu kampaniya?
Bunun üçün gömrük limiti ilə bağlı xronologiyaya diqqət yetirmək faydalı olardı :
1. 2013-cü il
Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə aşağıdakı gömrük limiti müəyyən olunub :
Fiziki şəxs özü ilə gətirərsə -1500 $
E-ticarət yolu ilə -1000 $
2. 2015-ci il
Dövlət Gömrük Komitəsi bu limitin 150 $-a endirilməsi üçün hökumətə müraciət edir. Ciddi müzakirələr başlayır.
O zaman NRYTN və İqtisadiyyat Nazirliyi bu təklifə mənfi rəy verirlər, DGK istəyini reallaşdıra bilmir, qərar qəbul edilmir.
3. 22 oktyabr 2015-ci il
DGK-nın bu limiti endirmək üçün vuruşduğu bir zamanda Prezidentin fərmanı ilə bu limit 10 000 $ müəyyən edilir. Hamı şokdadır .
Belə bir zamanda dərhal bəzi biznes assosiasiyalar, pərakəndə ticarəti himayə edən oliqarxlar DGK və digər əlaqəli orqanlara təsir etməklə bu fərmanın ləğvi üçün birləşirlər və qısa müddətdə buna nail olurlar.
4. 21 avqust 2020-ci il
Hökumət 2013-cü ildə qəbul edilən həmin məşhur qərara dəyişilik edir :
Fiziki şəxs özü ilə gətirərsə - 800 $
E-ticarət yolu ilə -300 $
5. Son bir neçə ildir ki, yerli sahibkarların bəzi assosiasiyaları müxtəlif nazirliklərlə, vergi və gömrük rəsmiləri ilə görüşlər keçirir, bəzi media və TV kanallara təsir etməklə ictimai fikir formalaşdırmaq istəyirlər ki, indiki limitlər sahibkarlığın inkişafına mane olur və onu azaltmaq lazımdır.
Düşünürəm ki, hökumətin indiki anda "maraqlı tərəflərin" basqıları altında gömrük limitinə deyil, biznes mühitinin inkişafına, daha effektiv gömrük-vergi siyasətinə, elektron ticarətin inkişafına fokuslanması daha doğru olardı.
Ümid edirəm bu dəfə də RİNN və İN mənfi rəy verər bu təşəbbüsə.
"Görəsən Ali hakimiyyət nə düşünür" sualını verənləri isə 3-cü bəndə baxmağı tövsiyə edirəm.
Osman Gunduz
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Bu gün ölkədə fəaliyyət göstərən xəstəxanalara müraciət edən əhali bir sıra problemlərlə qarşılaşır.

Həmin problemlərdən biri də xəstəxanalarda MRT (Maqnit-rezonans tomoqrafiya), Ultrasəs müayinəsi (USM) kimi müxtəlif tibb aparatlarının olmamasıdır.

Fakt odur ki, bu gün xəstəxanaya müraciət edən vətəndaşlar bir neçə saat növbədə vaxt itirdikdən sonra nəhayət ki, həkimin qəbuluna düşsə də, nəticədə onun hansısa tibb aparatından keçməsinin vacib olduğu məlum olur.

Xəstə bu aparatdan keçmək istəsə də bildirirlər ki, getdiyi xəstəxanada həmin aparat yoxdur. Beləliklə, vətəndaş bunun üçün digər, həmin aparatın olduğu xəsətəxanaya müraciət etməli olur.

Məsələn, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasında MRT cihazının olmaması səbəbindən xəstələr başqa xəstəxanaya üz tutmalı olurlar.
Hazırda bir sıra xəstəxanalarda xəstələrin dəqiq diaqnozu üçün vacib olan bu cihazlar yoxdur.

Beləliklə, bu kimi cihazların olmaması səbəbindən vətəndaşlar bir neçə gün paytaxtın müxtəlif xəstəxanalarını dolaşmaq məcburiyyətində qalırlar. Onu da nəzərə alaq ki, bölgələrdən paytaxta gələn vətəndaşlar daha çox çətinliklə üzləşməli olurlar.

Bu gün mütəxəssislərin də diqqət mərkəzində olan mövcud problemi necə həll etmək olar?

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, “İstanbul” klinikasının direktoru, radioloq Aydın Əliyev sosial şəbəkədə məhz bu məsələyə toxunub.

O qeyd edir ki, dünən rayondan döş qəfəsinin rentgen müayinəsinə bir xəstə gəlmişdi:

“Onun 50 yaşı vardı, ağciyərlərində çoxlu sayda metastazlar və ağciyər köklərində böyümüş limfa düyünləri var. Xəstə bir neçə dəfə yoxlanıb, fəqət diaqnozu düz qoyulmayıb və müxtəlif yalnış müalicələr alıb. Demək olar ki, adam həyayını itirib, az bir ömrü qalıb. Azərbaycanda diaqnostik təbabətin inkişaf etdirilməsi çox vacibdir.

Bunun üçün ölkədə mütləq şəkildə böyük bir Radiologiya institutu yaradılmalıdır. Orada ən müasir, hətta hərəsindən bir neçə ədəd olmaqla Rentgen, KT, MRT, Ultrasəs, Angioqrafiya, Mammoqrafiya, Osteodensitometriya, Dopler, PET və s. cihazları olmalı və hərəsinə aid ayrıca bir şöbə yaradılmalıdır.

Bu şöbələrdə, məsələn, baş beyin, boyun, döş qəfəsi, oynaqlar, sümüklər, mədə-bağırsaq, ürək-damar, yumşaq toxumalar, uroloji və s. bölümləri ilə ayrı-ayrılıqda məşğul olcaq yüksək səviyyəli, dar ixtisaslı mütəxəssislər yetişdirilməlidir. Tez-tez bütün rayonlardan, eləcə də Bakıdan radioloqları o instituta təkmilləşməyə cəlb etmək lazımdır. Vaxtında və düz qoyulan diaqnoz insan həyatını xilas edir”.

Məsələ ilə bağlı invaziv-kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov Cebhe.info-ya açıqlamasında bildirdi ki, bütün xəstələrin eyni yerə toplaşıb aparatlardan keçməsi üçün dünyanın heç bir yerində elə bir institut yoxdur:

“Ümumiyyətlə, dünya tibbi aparatlar deyil, mütəxəssislər üzərində qurulub. Mütəxəssis müayinə edir, uyğun aparata yönləndirilir. Normal xəstəxanalarda da bütün aparatlar olmalıdır. Belə aparat olmayan xəstəxana aşağı kateqoriyalı xəstəxanadır.

Ona müayinəyə bəlli şeylər üçün gedirlər. Bütün aparatların olduğu, ən yüksək səviyyəli xəstəxanaya isə ağır xəstələr gedir. Yüngül xəstələr ilkin mərhələdən keçir, ehtiyac olduğunda 2-ci, 3-cü mərhələdən keçir. Burada problem xəstənin həmin xəstəxanaya getməsindədir. Belə ki, xəstə o xəstəxanaya getməməlidir.

Xəstəyə icazə verilməlidir ki, istədiyi xəstəxanaya getsin, müayinə olsun. Məsələn, xəstə gedir bir xəstəxanaya. Orada deyirlər ki, “o aparat bizdə yoxdur, filan yerə gedin”. Xəstə onsuzda bilir ki, həmin xəstəxanada aparat yoxdur. Sadəcə sistem onu məcbur edir ki, oraya getsin.

Bu xəstəyə icazə verəcəklər ki, istədiyi xəstəxanaya getsin. İstədiyi xəstəxanaya gedəndə xəstə özü bilir ki, ona nə lazımdır və doğru mütəxəssisə gedəcək, bütün aparatlardan da keçəcək. Orada sadəcə belə şərt qoyulub ki, bu yoxlamadan keçmək üçün filan yerdən göndəriş almalısan. Göndəriş almaq üçün bəlli bir yerə yönləndirilir ki, səhv də bundadır.

Bunu aradan qaldırmaq lazımdır. Pasientlərə icazə verilməlidir ki, istədikləri yerə müraciət etsinlər. O zaman pasientlər daha yaxşı yerə müraciət edəcəyi üçün keyfiyyətli yerlər bəlli olacaq və keyfiyyətsiz mərkəzləri isə bağlayacaqsız, yaxud düzəldəcəksiz.

Məsələn, xəstəyə ürək əmliyyatı lazımdırsa, göndəriş almaq üçün onu Azərbaycanda ürək əməliyyatı olmayan mərkəzə göndərirlər. Xəstə gedir oraya, yalandan yoxlanılır, deyirlər ki, “sənə filan aparat lazımdır”. Həmin xəstəxanada dövlətin pulu lazımsız yerə çıxır. Sonra göndəriş verirlər ki, “filan xəstəxanaya get”.

Ona gərək yox idi. Xəstəyə şansı versəniz, özü bilir ki, ölkədə ürək əməliyyatı olan mərkəzi bilir, gedib orda yoxlanacaq, artıq pulu da çıxmayacaq, vaxt itkisi olmayacaq”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması ilə təhsil sektorunda bir sıra kadr yerdəyişmələri baş verdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva tutduğu vəzifədən azad edilərək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edildi. Hazırda Mehriban Vəliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinə müvəqqəti rəhbərlik etsə də, bu vacib struktura hələ də rəhbər təyin edilməyib.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ən böyük və mühüm strukturlardan olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni rəhbərinin kim olacağı isə hər kəsdə ciddi sual və maraq doğurur.

Editor.az-a bu xüsusda yeni informasiya daxil olub. Məlumata görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri postuna hazırda Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri kimi çalışan Anar Qədiməliyev hazırlanır. Bununla bağlı artıq müvafiq təqdimatın hazırlandığı və 2024-cü ilin ilk həftəsində təyinatın baş tutacağı qeyd olunur.

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”
Anar Qədiməliyevin özünün də artıq bu mühüm posta hazırlaşdığı və bu təyinatı yaxın çevrəsi ilə qeyd etməyə başladığı bildirilir.

Editor.az-ın internet resursları üzərindən apardığı araşdırma zamanı Anar Qədiməliyevin təhsil sektorunda müsbət imicə malik olmadığı üzə çıxıb. Mətbuatda dərc olunan bir sıra materiallarda A.Qədiməliyev “Soros fondu” ilə yaxın əməkdaşlıqda, korrupsiyada, qanunsuz formada hərbi xidmətdən yayınmaqda və bir sıra digər qalmaqallı məsələlərdə ittiham olunub.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
Ardını oxu...
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “İndiqo” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 24 178,2 AZN olan müqavilədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tələbatı üzrə müxtəlif növ promo malların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.
İddialara görə, “İndigo” MMC şirkətinin payçılarından biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovdur. O, əvvəllər “Halal” MMC-də işləyib, daha sonra “İndigo” mətbəəsini yaradıb.
Nizami Şirinovun “İndigo”nu yaratmasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xüsusi dəstəyi olub. Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir.
 
Ardını oxu...
Əslində Naxçıvanın Vasif Talıbovdan sonra müəyyən müddətlik də olsa, rahat nəfəs alacağını əksəriyyət təxmin edirdi. Amma görünəni odur ki, əksəriyyət də yanıla bilərmiş... Bunu son günlər MR-dən gələn şikayətlərin artan xətt üzrə inkişaf etməsindən də görmək olar.

Bəli, Naxçıvan dəyişdi. Amma tək rəhbər sarıdan. Belədə sıravi camaat üçün dəyişən nəsə yoxdur...

Bir məqamı da qeyd edək. Naxçıvanda Vasif Talıbovdan sonra ilk açılan dükanlardan biri... bəlkə də birincisi "Azərlotoreya"ya aid oldu. O "Azərlotoreya" ki, onu yerdə qalan Azərbaycan daha yaxşı tanıyırdı...

Bizim də əslən Naxçıvandan olan, ictimai fəal, Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert Elyar İslamoğludan soruşduğumuz "Azərlotoreya" ilə bağlı oldu...

"Naxçıvanda Vasif Talıbovdan sonra müşahidə olunan ilk yeniliklərdən biri də "Azərlotoreya"nın Muxtar Respublika ərazisində məntəqələr açması oldu. Sosial şəbəkələrdə müşahidə etdiyimiz bu oldu ki, sakinlər heç də belə bir yenlikdən məmnun deyillər. Buna səbəbsə "Azərlotoreya" Azərbaycanın digər ərzilərindəki imici idi.... İndi nəsə dəyişibmi? Yəni Naxçıvan sakinləri "Azərlotoreya" ilə "dil tapa" bilirlərmi?" sualımıza Elyar İslamoğlu belə cavab verdi:

"Ümumiyyələ, "Azərlotoreya"nın nəinki Naxçıvanda, bütün Azərbaycanda olmaması lazımdır. Hər halda, insanlarımız ehtiyacdan gedib "Azərlotoreya"nın və ümumiyyətlə, adından asılı olmayaraq digər lotoreyaların biletlərini alırlar ki, mən də buna çox pis baxıram. İstənilən halda, qumardır, qumarın bir növüdür... Ona görə də münasibəim yaxşı deyil və Naxçıvanda heç görmək istəməzdim..."


Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Masallı rayon Qarğalıq kənd sakini Abasov Vüsal Cənnətalı oğlu anadangəlmə Torakal ostexondroz və artan döş kifozu, eyni zamanda ağciyər pnevmoniyasından əziyyət çəkir.

Tribunainfo.az-a öz şikayətini bildirən xəstənin həyat yoldaşı qeyd edir ki, 18 yaşı tamam olduqdan sonra, Masallı rayon hərbi komissarlığının həkim məsləhət komissiyasının müayinəsindən keçmiş və müharibə dövründə məhdud yararlı olaraq qeydə alınmışdır. Lakin 9 il ərzində aidiyyatı qurumlar məlum məsələlərə əsasən hərbi bileti verməyib.
Şikayətçinin sözlərinə görə, “Dəfələrlə, Masallı rayon hərbi komissarlığından xəstəliyi haqqında sənədləri istədiyimiz halda, əsassız bəhanələr gətirərək sənədləri verməyib. Hər üç ildən bir tibbi komissiyadan keçmişdir və yenidən müharibə şəraitində məhdud yararlı olaraq qeydə alınmışdır. Lakin, bu zamanda tələblərimizə məhəl qoymayaraq bu haqqda heçbir sənəd verilməmişdir. Sonuncu komissiyada isə əsaslı müayinə olmadan tam sağlam yazılaraq şəhadətləndirilmiş və hərbi xidmətə göndərilmişdir”.

“2-ci Qarabağ müharibəsi və bir günlük anti-terror əməliyyatlarında məhdud yararlı şəxs kimi xidmətə göndərilməmiş biri hansı səbəblə sülh şəraitində xidmətə göndərilə bilər? Yaşadığı müddətcə ağrıkəsici dərmanlarla həyat sürən adam hərbi xidmətdə nə edəcək? Hazırda aidiyyatı qurumlara şikayətlər əsasında Bakı şəhər Mərkəzi Hərbi Hospitala komissiya üçün göndərilib. Bu zaman ağciyər pnevmaniyası aşkarlanmışdır. Bununla bağlı tibbi müalicə alır, amma səhhətində irəliləyiş yoxdur. Pnevmoniya əsasında döş qəfəsi və ağciyərində kəskin ağrılar baş vermişdir. Hospitalda iki dəfə tibbi komissiyadan keçib. Baş Travmatoloq Eldəniz və Ortopediya rəisi Polkovnik-leytenant Bəhrəm bəyin təyin etdiyi rəyə əsasən xidmətə yararlı yazılıb. Xəstəliyi haqqında sənədləri və MRT video-görüntünü yuxarıda qeyd etdiyim şəxslərə göstərmişəm. Buna baxmayaraq naməlum səbəblər əsasında yararlı deyirlər. Lakin, bütün mülki həkimlərin verdikləri rəsmi rəyə əsasən bu adamın xidmət etməyi mümkünsüzdür. Uzunmüddətli müalicə lazımdır, nəticə olmadığı təqdirdə əməliyyat olmalıdır”.

Şikayətçi sonda vurğulayıb ki, “5 ildir evliyik və övladımız olmur. Müalicələr nəticəsində, hamilə idim. Təəssüf ki, məlum məsələlərdən ötrü yaşadığım stresslə əlaqəli 10 gün öncə övladım bətnimdə öldü. Həyat yoldaşımda, onurğa xəstəliyi ilə bağlı ciddi problemlər və hüceyrə zəyifliyi var. Həkimim bildirir, əgər həyat yoldaşınız xidmətə davam etsə onurğa xəstəliyi daha çox kəskinləşəcək. Bu da valideyn olma şansınızı əlinizdən alır”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Tribunainfo.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
 

Ardını oxu...
Bakı sakini aldığı konfetin içindən insan orqanizmi üçün təhlükəli maddənin çıxmasından giley edir.

O, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşım edərək, digər alıcıları da diqqətli olmağa səsləyib.

Ardını oxu...

Narazı vətəndaşın iddialarına görə, həmin konfeti "Kingsmart" mağazasından alıb.

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində tanınmış Elnur Məmmədov ifadə verib.

E.Məmmədov eyni dava ilə bağlı həm də təqsirləndirilən şəxsdir. Lakin o və axtarışda olan bir neçə nəfərin işi ayrıca icraata götürülüb, hələ ki ibtidai istintaq mərhələsindədir. Ondan başqa bu iş üzrə Cavad Muradov da həm təqsirləndirilən, həm də zərərçəkmişdir.
Ardını oxu...
Fotoda Elnur Məmmədov

Bəhs etdiyimiz iş üzrə 4 nəfər-Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşir. Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib.

Bundan əvvəl Elnurun məhkəmədən yayınması və vəkillərin buna etiraz etməsi barədə yazmışdıq. E.Məmmədov bu gün məhkəməyə gəlib, sərbəst ifadə verib.

Zərərçəkmiş deyib ki, müttəhimlərdən yalnız Elmir İsmayılovu tanıyır. Onunla davadan əvvəl bir neçə dəfə birlikdə yeyib-içiblər:

“Həmin gün “Sea Breeze”də konsert var idi. Qohumum Vüqar Tağıyev və Cavad Muradovla restoranda eyni masada əyləşmişdik. Vüqarla Elmir tanış idilər. Ona görə, Elmir əlində içki ilə bizim masaya gəldi. Tam yadımda deyil necə oldu, amma aramızda mübahisə yarandı. Elmir də mən də çox içkili idik. Sonra mübahisə böyüdü, çölə çıxdıq. O, məni, mən onu vurdum. Kütləvi dava düşdü. Bilmədim kim-kimi vurdu. Əynimdə ağ köynək var idi, dava vaxtı cırıldı”.

Elnur Məmmədovun əksər suallara “bilmirəm”, “xatırlamıram” kimi cavablar verməsi hakimi özündən çıxarıb:

“Sizə xəbərdarlıq etdim ki, yalan ifadə verməyə görə cinayət məsuliyyyətinə cəlb oluna bilərsiz. Burda 4 nəfər cinayətdə təqsirləndirilir. Siz də zərərçəkmiş kimi tanınmısız. İndi gəlib deyirsiz ki, xatırlamıram. Onda belə çıxır ki, bu adamlara əsassız ittiham verilib?!”.

İttihamda yazılır ki, Elnur Məmmədov hadisə vaxtı huşunu itirib. Məhkəmədə vəkilin eyni sualına cavab verərkən isə huşunu itirmədiyini bildirib.

Müdafiə tərəfini maraqlandıran məsələlərdən biri Elnurla Elmirin hadisədən sonra görüşüb barışıq əldə etmələri, bir neçə saat sonra isə Elnurun gedib polisə şikayət etməsi olub.

“Görüşdən sonra polisdən zəng etdilər. Dedilər dava videoya düşüb. Mən də hadisənin necə baş verdiyini dedim. Bu iki içkili adam arasında olan münaqişə idi. Ortada bir şikayət də yoxdur. Burda böyüdüləsi nə varki?”, -E.Məmmədov deyib.

Davanın görüntüləri:

Əvvəlki iclasda ifadə verən şahidlərin dediyinə görə, həmin gün Elnur Elmirin maşınının qarşısını kəsərək yerə düşürüb. Bu vaxt o, Elmirə yumruqla zərbələr endirib. Həmin vaxt Elmirin “Range Rover” markalı avtomobili də yararsız hala salınıb.

Elnurun son deyilənlərin yalan olduğunu deməsi şüşə qəfəsdə əyləşən Elmiri əsəbləşdirib:

“Necə yəni məni maşından düşürüb vurmamısan? Mən sənə görə 6 aydır günahsız yerə həbsdə yatıram. Düzünü danış”.

Elmir İsmayılovun vəkili Elnurun istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib. Vəkil deyib ki, bundan əvvəl təqsirləndirilən şəxslərin hər birinin əvvəlki ifadəsi elan olunub. Buna görə də zərərçəkmişin də ifadəsi elan olunmalıdır. Hamıya maraqlıdır ki, niyə görə Elnurun işi ayrıca aparılır.

Hakim “əvvəlki ifadənin elanına zərurət yoxdur” deyərək vəsatəti təmin etməyib.

Prosesin davamında təqsirləndirilən şəxslərdən 3-ü sərbəst ifadə verib. Elmir İsmayılov ifadəsində deyib ki, hadisə günü Elnur Məmmədov dostları ilə birgə onu əyləşdiyi masadan kənara çağırıblar. Bu vaxt onlar arasında mübahisə yaranıb, onu döyməyə başlayıblar:

“Hadisə “parkovka”da baş verdi. Mənə söyüş söyən də o idi. Amma mən cavab qaytarmadım. Hisslərimi içimdə boğdum. Elnur dostları ilə birgə üstümə hücum etdi. Bir neçə nəfər idilər. Davanı Elnur başlatdı. Üstündən biraz keçəndən sonra qardaşıma zəng etdim ki, gəlin məni götürün. Mən uşaqları ora davaya çağırmamışdım. Səhəri gün Elnur məni görüşə çağırdı. Məndən üzr istədi. Ondan sonra eşitdim ki, gedib polisə şikayət edib”.

Prosesin davamında bu iş üzrə zərərçəkmiş Cavad Muradovun Elnur Məmmədova üz tutaraq “hadisə gününün səhəri kafedə bir nəfərə demisən ki, davanın videosu yayılıb, gəlin kimisə “rasxoda” qoyaq”,- deməsi Elnurun nalayiq şəkildə reaksiyasına səbəb olub.

O, elə bir söz demədiyini bildirib, məhkəmə zalında hər kəsin eşidəcəyi şəkildə həmin sözləri deyənin də ünvanına söyüş söyüb.

E.Məmmədovun iclas zalında söyüş söyməsinə hakim sərt reaksiya verib:

“Sən deyəsən, buranı olduğun başqa yerlərlə səhv salmısan. Məhkəmə söyüş söymək yeri deyil”.

C.Muradov E.Məmmədovla üzləşməsində ondan hər şeyi necə var danışmasını istəyib:

“Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.
Ardını oxu...
Fotoda Cavad Muradov

Cavad Muradov özünün təqsirsiz olduğunu, kiminsə badına gedib 6 aydır dustaq olduğunu bir daha məhkəmənin diqqətinə çatdırıb.

Bundan sonra digər müttəhimlər ifadə veriblər. Peyman Vəlizadə Məhəmməd Həsənzadə əsasən oxşar danışıblar. Onların dediyinə görə hadisə günü Elmirin qardaşı Elgünlə birgə Mərdəkan qəsəbəsində bağda olublar. Elmirin zəngindən sonra Muradı da götürüb “Sea Breez”ə gəliblər. Onlar restorana çatanda kütləvi dava olduğunu görüblər:

“Sea Breez”ə çatanda Elmir qanın içində idi. Kütləvi dava gedirdi, amma Elmir içlərində yox idi. Elnur söyüş söyməsəydi, dava da olmazdı. Söyüşə görə də Elmirin qardaşı Elgün də davaya qarışdı. Biz bu işdə zərərçəkmişik, amma 6 aydır kiminsə sifarişi ilə həbsdə yatırıq”,- təqsirləndirilən Vəlizadə belə deyib.

Növbəti iclas təqsirləndirilən yeniyetmənin ifadəsi ilə davam etdiriləcək.

Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Leysan Məmmədov 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Elnur Məmmədov Leysan Məmmədovun üç övladından biridir. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında çalışır, “Sea Breeze”dəki davanın iştirakçısı olan Elnur isə Vergilər Xidmətinin inspektorudur.


Mənbə: qafqazinfo.az
Ardını oxu...
Müraciət
Salam Mirvari xanım. Çox xahiş edirəm paylaşın.
Neftqazelmitədqiqatlayihə insititutunun baş mühəndisi Fazil Həsənov açıq-aşkar formada bu institutda işə düzəltdiyi ailə üzvlərinə, qohumlarına və yalnız vəzifəli qohumları olan işçilərə imtahandan kənar və ya formal həyata keçirdiyi imtahanla dərəcə verməklə, bizim kimi aktiv işləyən gənclərə qarşı ayrı-seçkilik edir. Bu haqsızlıq və ədalətsizlik artıq uzun illərdir ki, davam edir. Hər dəfə eyni şəxslərə qiymət verilməsi biz gənclərdə böyük ruh düşkünlüyünə səbəb olur. Aramızdakı bəzi əməkdaşlar işdən çıxarılma qorxusuna görə bütün baş verən ədalitsizliklərə boyun əyib susurlar. Baş mühəndis Fazil Həsənov "Neft və qaz emalı şöbəsi"nin mühəndis-texnoloqlarının işləməli olduğu layihələri "Neft və qaz yataqlarının abadlaşdırılması" şöbəsinə yönləndirir. Şəxsi ədavəti olduğu üçün Emal şöbəsinin işçilərinin gördüyü işləri qiymətləndirmir. Baş mühəndis Fazil Həsənov min bir behanə ilə "Neft və qaz emalı" şöbəsinin işçilərini müxtəlif şöbələrdə oturub işləməsini əmr vermişdir. F. Həsənov öz maraqlarını güdür. Nəninki dərəcə artimlarında hətta şəxsi icazə almalarda da ayrı-seçkilik salır. İşçi xəstə halda həkimin qəbuluna gedən zaman həkim deyir ki "rəhbərlik tapşırıb, ölsən də qalsan da işdən buraxılmağa icazə yoxdur".
Şölə Haqverdiyeva
Mirvari Gahramanli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı

Dünyapress TV

Xəbər lenti