“Fəxriyyə xanım, siz mənim adımı çəkmisiniz, bu məni o qədər sevindirdi ki”
“Aygün Bəylərin ölüm xəbəri Azərbaycan ictimaiyyətini üzdü, məni də həmçinin. Ona görə ki, Aygün Bəyləri mən səhnəyə gəldiyi ilk illərdən tanıyırdım. Təbii ki, Aygün Bəylər öz imici ilə hər kəsdən seçilirdi. O baxımdan ki, hələ Azərbaycanda ona qədər bu imici kimsə təkrar etməmişdi. İlk dəfə bunu o təqdim etmişdi. Bu onun səhnə imici idi. Kişi geyim elementlərindən istifadə edirdi. Əslində bu imic onunla birlikdə harmoniya təşkil edirdi. Uzun illər o bu imicdə çıxış etdi, tamaşaçı da onu belə tanıyıb, belə sevdi”

Bunu Moderator.az-a açıqlamasında tanınmış modelyer-dizayner Fəxriyyə Xələfova deyib. O daha sonra əlavə edib.

“Verilişlərdən birində mənə sual verdilər ki, “İncəsənət sahəsindən kimin imicini fərqli görürsünüz?”. Mən düşünmədən dedim ki, Aygün Bəylərin. O vaxtı bu cavabım çox əks-səda doğurmuşdu. Aygün Bəylər uzun zaman keçəndən sonra mənimlə görüşəndə dedi ki, “Fəxriyyə xanım, siz mənim adımı çəkmisiniz, bu məni o qədər sevindirdi ki”. Mən də ona cavab verdim ki, “Bəli, Aygün, bu imicdir, imic yaradılan obrazdır, sən sterotipləri qırmağı bacardın”. Mən bu cavabımla Aygün Bəylərin imicini sanki rəsmiləşdirdim. Təbii ki, onun da bu imici seçməkdə öz səbəbləri var idi. O zaman üçün cəmiyyətdə birmənalı qarşılanmırdı, amma mən modelyer olaraq Aygün Bəylərin imicini dəstəklədim. Bu müsahibəmlə də onun imicini qəbul etməyən insanların söz-söhbətinə son qoydum, onları bu müsahibəmlə sanki susdurdum. İndiyə qədər səhnə üçün yaradılan müxtəlif imiclər olub. Bir neçə dəfə də ona tövsiyyə etdim ki, bəlkə yenidən imicini dəyişib, xoş bir xanım obrazına üstünlük verəsən?! Sonra gördüm ki, Aygün bunu da etdi. Çox xoş xanım-xatun obrazında efirlərə çıxdı. Mənimlə məsləhətlər edirdi, ona tövsiyyələrimi verirdim. Daha sonra yenidən öz imicinə geri döndü. Aygün Bəylərin səsi, sənəti, xasiyyəti gözəl idi. İndiyə qədər eşitməmişəm ki, Aygün Bəylər kiminsə xətrinə dəysin, kiminsə arxasınca danışsın. Sənətini çox sevirdi. Həyatı asan olmamışdı. Son görüşümüz Heydər Əliyev Mərkəzində baş tutdu. Aygün Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konsert proqramında çıxış edirdi. Ana mahnısını ifa etdi. Bu fərqli, çox təsirli bir ifa idi. Hər zaman hal-əhval tuturduq, söhbətləşirdik. Xəstəliyi haqda danışdı. Ümüdlü idi ki, sağalacaq. Konsertləri, növbəti planları haqda danışırdı. Xəstəliyi onun səhhətinə də, planlarına da təsir etmişdi. Sona qədər mübarizə apardı. Təəssüf ki, mübarizəsini yarımçıq saxladı. İndi də düşünürəm ki, nə yaxşı ki, mən onun imicini vaxtilə dəstəklədim, həmin müsahibəni verdim. Bu ona çox xoş gəlmişdi. Düşünürəm ki, mən tərəfdən onun imicinə verilən qiymət vacib idi. Ruhu şad olsun” deyə Fəxriyyə Xələfova bildirib.

Bölmənin digər xəbərləri

13 May 2025 “Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI
13 May 2025 Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində - FOTOLAR
13 May 2025 Royadan səhnədə növbəti biabırçılıq VİDEO
12 May 2025 Mətanət İsgəndərli o paylaşımdan yazdı
12 May 2025 “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” - Xalq artisti onları TƏNQİD ETDİ
12 May 2025 Nəfəs insanların üzərinə maşın sürdü - ANBAAN VİDEO
11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO

Dünyapress TV

Xəbər lenti