“Afaq Aslan, Səmra kimilər bizi içimizdən yeyir...” – Xalq artisti
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyədə tanınmış sosial media fenomeni Gizem Bağdaçiçek və daha bir neçə qadın açıq-saçıq paylaşımlarına görə məsuliyyətə cəlb olunub.

Qardaş ölkənin atdığı addım Azərbaycanda da rəğbətlə qarşılanıb. Heç təsadüfi deyil ki, son illər bizim də "sosial media fenomenləri", "modellər" və "müğənnilər" sosial şəbəkələrdə davamlı olaraq lüt şəkillərini paylaşır, efirlərə yarıçılpaq şəkildə çıxırlar. Belə hallar hər zaman qınaqla qarşılansa da nəticə çıxaran yoxdur, Afaq Aslan, Səmra Hüseynova kimilər yenə də gündəmə ancaq soyunmaqları ilə gəlirlər.

Bəs, belələrinə qarşı bizdə hansı tədbirlər görülməlidir?

Sualın cavabı üçün Xalq artisti Əbdül Mahmudovla həmsöhbət olduq.

O, açıqlamasında bildirib ki, bütün bəlalarımızın səbəbi laqeyidliyimizdir: "Ətrafımızda baş verənlərə çox biganə olmuşuq. Bundan istifadə edən pul hərisləri də min bir oyundan çıxırlar. Çox təəssüf ki, çoxlarımız cəmiyyətdə baş verən neqativ proseslərə çox biganə yanaşırıq. Bəzənsə həmin biabırçılıq trendinə qoşuluruq. Nədi-nədi populyar olacağıq, pul qazanacağıq.

Problemin digər səbəbi televiziyalardır. Bizim televiziyalar iki şeyə xidmət edir. Birincisi, lüt qadınları və saqqalı gədələri təbliğ edirlər. İkincisi də şou əhli istehsal edirlər. Mənim kimi neçə Xalq artisti var ki, aylarla efirlərdə görünmür. Amma baxırsan ki, televiziyalar dünənki uşağa 2 saat efir verir. Savadı, sənəti olmayanlar da 2 saatda nə etməlidir ki?! Təbii ki, orasını-bursını göstərməlidir. Gündə efirə bir lüt qadın çıxardırlar. Adına da model deyirlər. Soruşan yoxdur ki, bu hansı dəfilə gecəsidir? Kim bunları model seçib?!".

Xalq artisti problemin həlli üçün özünün təklifini də söylədi: "Mən qardaş Türkiyədə atılan addımı alqışlayıram. Bizdə də efirlərdə soyunanları, pornoqrafik şəkillərini sosial şəbəkələrdə paylaşılanları ən ağır şəkildə cəzalandırmaq lazımdır. Çünki, Afaq Aslan, Səmra Hüseynova kimilər tanıdığımız düşməndən daha qorxuludur. Onlar bizi içimizdən yeyib, məhv edir. Belələrinə qarşı ən qısa zamanda sərt tədbirlər görülməlidir. Sonra gec olacaq". \\Qlobal.net
 

Bölmənin digər xəbərləri

13 May 2025 “Kişi sanbalını qorumalıdır” - Faiq Ağayev SƏRT DANIŞDI
13 May 2025 Nazpəri Dostəliyeva və Aybəniz Haşımova şəhid polkovnikin qızının dəfnində - FOTOLAR
13 May 2025 Royadan səhnədə növbəti biabırçılıq VİDEO
12 May 2025 Mətanət İsgəndərli o paylaşımdan yazdı
12 May 2025 “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” - Xalq artisti onları TƏNQİD ETDİ
12 May 2025 Nəfəs insanların üzərinə maşın sürdü - ANBAAN VİDEO
11 May 2025 “Pembe üçün gözlədiyim son deyildi” - ŞOK AÇIQLAMA
11 May 2025 Elnarə: Elə adam xahiş edir ki, keçə bilmirsən
10 May 2025 "Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
10 May 2025 “Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır”
09 May 2025 Küsülü olduqları deyilirdi… - FOTOLAR
09 May 2025 "Bomj"lar 700 minlik evini ələ keçirdi
09 May 2025 Manaf Ağayevin ad günündə kimlər var idi? - FOTOLAR
09 May 2025 Məşhur cütlük İstanbulu tərk edir: Bazarda AÇIQLADI... - FOTOLAR
09 May 2025 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR
08 May 2025 Tolik yeni doğulan qızından danışdı - Fotolar
08 May 2025 "Şəbnəm Tovuzlunu aldadırlar" — VİDEO
07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO

Dünyapress TV

Xəbər lenti