Xamenei qərar verdi: Rəisinin yerinə o keçir
İranda növbədənkənar prezident seçkilərinin vaxtı müəyyənləşib. Seçki iyunun 28-də baş tutacaq, mayın 28-də isə namizədlərin irəli sürülməsinə başlanacaq.

Hələlik namizədlər baxımından ən çox tirajlanan ad, həm də qalib gəlməyə əsas namizəd parlamentin sədri Məhəmməd Bağır Qalibafdır. Əslində o, İranın Ali Rəhbəri Əli Xameneyinin çevrəsinin nümayəndəsi hesab olunur, çünki İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi var. O, İran-İraq müharibəsində korpus komandirlərindən biri olub, sonra korpusun hava qüvvələrinə rəhbərlik edib.

O, Tehranın meri olub və iki dəfə prezident seçkilərində iştirak edib, lakin 2005-ci ildə Mahmud Əhmədinejada, 2013-cü ildə isə Həsən Ruhaniyə uduzub. Təbii olaraq İranın siyasi sistemi kifayət qədər çoxşaxəlidir, sözsüz ki, prezidentliyə başqa namizədlər də olacaq və təbii olaraq hakimiyyətin müxtəlif qolları növbədənkənar prezident seçkiləri şəraitindən istifadə edərək, öz təsirlərini gücləndirməyə çalışacaqlar.

Prezident İbrahim Rəisi Xameneyinin dəstəyini alan bir sima hesab olunurdu. Üstəlik, Xameneyinin vəfat edəcəyi təqdirdə məhz Rəisinin onun yerinə əsas namizəd ola biləcəyinə inanılırdı. Bir sözlə, hadisə nəticəsində İran seçkiqabağı mərhələyə qədəm qoyur.

Azərbaycan üçün çox vacibdir ki, qonşu dövlət indiki mərhələdən mümkün qədər stabil və tez keçərək, normal məcraya qayıtsın. Bu, vacibdir, çünki İran hazırda Yaxın Şərq regionunda mühüm aktorlardan biridir.

Buna görə də İran mühüm və həssas məsələlərin müzakirəsində Azərbaycan üçün mühüm tərəfdaşa çevrilir. Bu səbəbdən Azərbaycan bu tərəfdaşın problemlərinin aradan qaldırılmasında ən maraqlı dövlətlərdən biridir.\\Ordu.az
 
 

 


Bölmənin digər xəbərləri

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək

Dünyapress TV

Xəbər lenti