Qərb Rusiyanın hərbi müttəfiqi olan Ermənistana yerləşir
Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının ali rəhbəri Ursula Fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
ABŞ dövlət katibi Antoni Blinken deyib ki, ABŞ Ermənistana 65 milyon dollardan çox yardım etməyi planlaşdırır. “Biz istəyirik ki, Ermənistan güclü, müstəqil dövlət kimi qonşuları ilə sülh şəraitində, region və dünya ilə münasibətdə öz yerini tutsun. Birləşmiş Ştatlar və Avropa İttifaqı hər ikisi bu səydə tərəfdaş olmaq istəyirlər və hesab edirəm ki, bu gün bunun sübutudur. Biz 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq ki, bu da iki il əvvəlkindən 50 faiz çoxdur. Biz, cənab Baş nazir, “Sülh qovşağı” təklifinizin əsasını təşkil edən fikirləri dəstəkləyirik.
Yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı və kommunikasiyalar ilə daha inteqrasiya olunmuş Cənubi Qafqaz görürük. Bu, iqtisadiyyatı şaxələndirməyə, imkanları genişləndirməyə və sülh və barışıq səylərini təşviq etməyə kömək edəcək”.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə Ermənistanın islahatlarını, eləcə də Rusiyaya qarşı sanksiyalardan yan keçmək istiqamətində atılan addımları yüksək qiymətləndirib: “Bu, bizim eyni fikir və dəyərləri paylaşdığımızı göstərir”.
O bildirib ki, Brüssel yaxın 4 ildə Ermənistana iqtisadiyyatın inkişafı, xüsusən də kiçik və orta biznesin dəstəklənməsi üçün əlavə 270 milyon avro yardım göstərməyə hazırdır: “Biz Ermənistanın iqtisadiyyatını və cəmiyyətini daha güclü və sarsıntılara davamlı etmək üçün investisiyalar edəcəyik. Biz sizin biznesinizi, istedadınızı, xüsusən də kiçik və orta müəssisələrinizi dəstəkləyəcəyik ki, siz onların böyüməsinə, innovasiyalarına və yeni bazarlara çıxmasına kömək edəsiniz. Və biz imkanlarla dolu bir ötürmə marşrutu olan Qara Dəniz Elektrik Kabeli kimi əsas infrastruktur layihələrinə sərmayə qoyacağıq. O, xüsusilə Avropaya təmiz, bərpaolunan enerji gətirə bilər”.
Azərbaycanın isə Brüssel görüşünə münasibəti birmənalı deyil. Daha doğrusu, görüşdə müzakirə edilən mövzularla bağlı açıqlanan məqamlar, “humanitar yardım” bəhanələri Azərbaycanı qane etmir. Qərbin Cənubi Qafqazda yalnız bir ölkəni ayıraraq onu gücləndirməyə çalışmasının mütləq ki, pərdəarxası gizlinləri var. Belə ki, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldıqlarını və Nikol Paşinyan hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazır olduqlarını elan edir. Lakin bu da sözdə verilən vəddir. Reallıqda isə Vaşinqtonun və Brüsselin Ermənistana ayırdığı maliyyə Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qoruyacaq qədər böyük maliyyə deyil.
Rusiya Ermənistana satdığı qazın qiymətini artırsa, yaxud da ümumiyyətlə, kəssə, İrəvan bu vəziyyətdən neçə çıxacaq?
Siyasi şərhçi Azər Rəşidoğlunun “Sherg.az"a açıqlamasına görə, Qərb Rusiyanın hərbi müttəfiqi olan Ermənistana yerləşmək istəyir. Ermənistana edilən iqtisadi yardım da onu göstərir ki, İrəvan artıq Qərbin çətiri altına keçmək istəyir:

“Qərbin Ermənistana Brüssel görüşündə göstərilən rəqəmdən daha artıq maliyyə resursları verəcəyi də istisna edilmir (ABŞ Ermənistana 65 milyon dollardan çox, Avropa Komissiyası isə 270 milyon avro yardım ayırmağı planlaşdırır).
Qərbin Ermənistana yalnız iqtisadi müstəvidə kömək edəcəkləri elan olunsa da, əslində, iqtisadi məsələləri hərbi məsələlərdən ayırmaq olmaz. Qərbin iqtisadiyyatın inkişafı üçün Ermənistana yönəldəcəyi pulun əvəzində, İrəvan öz büdcəsini daha çox silah alınmasına sərf edəcək. Bu da onu göstərir ki, hər bir məsələdə olduğu kimi, Qərb burada da ikili standartlardan çıxış edir. Belə vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan həmişəki kimi yenə də yalnız öz gücünə güvənməlidir”.

Bölmənin digər xəbərləri

14 May 2025 PKK-nın sonu və türkmənlərin yüksəlişi: Regionda kartlar yenidən paylanır
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ

Dünyapress TV

Xəbər lenti