“İkinci cəbhə” yalanı Üçtərəfli saziş və Aİ missiyasının casusluğundan danışan Zaxarova əslində nədən narahatdır?
NATO-nun qarşısında maksimum vəzifə durur: “Zaqafqaziyada” Rusiyaya qarşı ikinci cəbhə açmaq və ümumiyyətlə “regionu yenidən alovlandırmaq”. “Anadolu” agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bəyan edib.

“Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar sözün əsl mənasında Qərbə qırmızı parça təsiri göstərib. Çünki bu, sülhə aparan, qarşılıqlı hörmətə və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasına əsaslanan yol idi”, – deyə XİN nümayəndəsi iddia edib.

Zaxarovanın sözlərinə görə, Rusiyanın “bölgədə sülhə yönəlmiş” siyasəti alyansın maraqlarına cavab vermir.

O, Avropa İttifaqının Ermənistan ərazisindəki müşahidə missiyasından danışaraq, bu missiyanın Rusiya, İran və Azərbaycan qarşı “casusluq” etdiyinə əmin olduğunu bildirib.

“Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası ölkəmizə, İrana, Azərbaycan qarşı casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına gətirib çıxarır və hətta geri dönməz nəticələrə səbəb ola bilər”, – diplomat qeyd edib.

Zaxarova hesab edir ki, Bakı və İrəvan arasında münasibətlərin həlli yolu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı razılaşmalara əməl etməkdən keçir. “Bu üçtərəfli sazişin unikallığı ondan ibarətdir ki, onlar hərtərəfli xarakter daşıyır və bütün ölkələrin maraqlarını nəzərə alan kompleks kompromis həlləri nəzərdə tutur. Çox çətin iş görülüb. Qərbin nöqteyi-nəzərinə görə, onların regionun gələcəyinə öz baxışları olması səbəbindən, bu sazişin nəticələri ən kobud şəkildə pozulmalıdır”, – o, bəyan edib.

Qeyd edək ki, bütün bunları artıq iki ildir ən yaxın qonşusuna qarşı işğalçı müharibə aparan, hər gün Ukraynanın dinc əhalisini məhv edən işğalçı ölkənin rəsmi nümayəndəsi deyir.

Zaxarova soyadlı bu diplomata nə cavab vermək olar? Görünür, o, Qafqazda ərazi və millətlərarası çəkişmələri və mübahisələri səylə hazırlayan və qızışdıran ölkənin məhz Rusiya olduğu ilə bağlı tarixi tamamilə unudub. O, NATO-ya qarşı ittihamlarını hansı sübutlarla əsaslandırır? Bəs Aİ missiyası Ermənistan ərazisindən Rusiyanı necə izləyə bilər? Axı bu ölkələrin sərhədləri nəinki heç bir yerdə bir-biri ilə kəsişmir, hətta onları yüzlərlə kilometr Gürcüstan ərazisi ayırır. Burada Zaxarovanın dediyi faktlar hanı? Heç bir fakt yoxdur. Bəs bu boş bəyanatların məqsədi nədir?

Rusiyalı siyasi ekspert Yeqor Kuroptev (Tbilisi) fikirlərini Pressklub.az-la bölüşüb.

“Düzünü desəm, Mariya Zaxarovanın sözlərini ciddi şərh etmək çoxdan məntiqini itirib. Xüsusən də, bir qədər əvvəl Rusiyada keçirilən qondarma prezident seçkilərinin nəticələrinin necə həyasızcasına saxtalaşdırıldığı nəzərə alınsa. İşğalçı müharibə aparan, analarının və həyat yoldaşlarının məcburən səfərbər edilən qohumlarının taleyi ilə bağlı heç bir məlumat ala bilmədiyi, istənilən sorğuda çoxluğun “müharibəni dayandırın” dediyi ölkədə 87% səs yığılması fantastika deyil, artıq açıq-aşkar həyasızlıqdır. Ona görə də qeyri-legitim prezidentin təyin etdiyi qeyri-legitim Xarici İşlər Nazirliyinin nə deməsi ümumiyyətlə önəmli deyil”, – politoloq hesab edir.

O qeyd edir ki, əslində “ikinci cəbhə” ilə bağlı dezinformasiya uzun müddətdir davam edir. “Təəssüf ki, bu dezinformasiyanın məqsədi həm rusları “Qərbin nə qədər dəhşətli olduğu” ilə qorxutmaq, həm də artıq iki ildir Ukraynanın Rusiyanı zəiflətməsindən istifadə edərək bu közərməkdə olan konflikti ölü nöqtədən tərpətməyə çalışan qonşu dövlətlərə təzyiqlərin artırılması zərurəti yaranarsa, əlinin altında hazır iddia olmasıdır. Əslində Cənubi Qafqaz regionunu bu ölü nöqtəyə ilk növbədə Kreml gətirib çatdırıb.

“İkinci Cəbhə” ilə bağlı yalandan Rusiya ilə niyə iqtisadi sahədə əməkdaşlıq etməli olduğu və müharibə zamanı niyə pul qazandığını izah etməli olan Gürcüstan hakimiyyəti də aktiv istifadə edir.

Putin açıq şəkildə yalan danışırdı ki, onun məqsədi NATO-nun genişlənməməsidir. Axı məhz onun qanlı müharibəsi bu genişlənməyə səbəb oldu. Çünki ölkələr qeyri-legitim hakimiyyəti olan belə gözlənilməz və aqressiv qonşu ilə həmsərhəd olmaqdan qorxurlar”, – Kuroptev qeyd edib.

Rauf Orucov

Bölmənin digər xəbərləri

14 May 2025 PKK-nın sonu və türkmənlərin yüksəlişi: Regionda kartlar yenidən paylanır
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ

Dünyapress TV

Xəbər lenti