Liderlər bir araya gəldi, razılıq əldə edildi:
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Ümumilikdə görüşlə bağlı bir sıra məqamlar diqqət çəkir.

Şolts masası

İlk öncə onu qeyd edim ki, görüş Almaniya Kansleri Olaf Şoltsun xahişi ilə baş tutub. Almaniyanın təşəbbüsü ilə keçirilən görüş Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi kimi xarakterizə edilə bilər.

O.Şoltsun görüşə öncədən hazırlandığı açıq şəkildə sezilir. Bunu tərəflərin əyləşdiyi masalara qədər bütün nüanslara diqqət edilməsi də sübut edir. Misal üçün, tərəflər üç fərqli masada əyləşsə də masaların ümumi duruşu “bərabərtərəfli üçbucaq” formasındadır. Bu həndəsi nüansla rəsmi Berlin qurulan bu masanın tərəfsiz olduğunu, habelə masa arxasında əyləşənlərin də Berlin nəzərində eyni olduğu mesajı verilir.

Görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etmədiyi, habelə Almaniyanın burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısı qismində iştirak etməsi də diqqət çəkirdi.

Emmanuel Makronun görüşdə iştirak etmədiyi Berlinin Bakının qırmızı cizgilərinə hörmət etdiyini göstərir. Belə ki, Fransanın sərgilədiyi təktərəfli, qərəzli və destruktiv mövqe Bakının Parisin iştirak etdiyi platformalarda iştirakını mümkünsüz edir.

Azərbaycan Almaniyanın da qərəzli mövqeyi unutmayıb. Lakin bununla belə, rəsmi Bakı sülhə sadiqdir və Cənubi Qafqazda Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına, sülh gündəminin inkişaf etdirilməsinə xidmət edəcək görüşlərdən geri durmur. Bunu da görüşdə iştirak edərək bir daha qeyd etmiş oldu.
17 fevral 2023-cü il. İlham Əliyev, Olaf Şolts və Nikol Paşinyanın birgə görüşü

Əldə edilən razılıq

Almaniya kanslerinin görüşə xüsusi diqqət ayırması və tərəfləri incidəcək, narazı salacaq məqamlardan qaçması görüşün ümumi atmosferi kimi əldə edilən razılaşmaya da müsbət təsir edib. Belə ki, görüşdə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə bağlı da tapşırıq verilib.

Əldə edilən razılıqları ümumi mənada müsbət hesab etmək olar. Təbii ki, qeyd edilən məqamların şifahi olması, yazılı bir sənəddə əksini tapmaması Ermənistanın yayınma cəhdlərini mümkün edir. Lakin bütün hallarda bu görüş Bakının lazımi şərtlər və tərəfsizlik qorunacağı təqdirdə Qərb platformasına qayıtmasının mümkünlüyündən xəbər verir.

Azərbaycan üçün indiki məqamda sülhün harada əldə edilməsin fərqi yoxdur. Prosesin ən qısa zamanda bitməsi, ən azından ilkin sülh sənədinin imzalanması Bakı üçün başlıca prioritetdir. Bundan başqa Qərb platformasına qayıdış həm də Rusiyanın sülh prosesində dominantlığının qarşısını almaq baxımından önəmlidir. Təcrübə göstərir ki, Qərb platformalarında əldə edilən razılıqları Kreml də qəbul etməli olur.

Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan faydalanmaq üçün isə ilk növbədə Azərbaycan kimi Ermənistanın da maraqlı olması və prosesi çıxılmaz vəziyyətə salmaması vacibdir.//Globalinfo
 
 


 

Bölmənin digər xəbərləri

13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ
08 May 2025 Paşinyan Moskvada Qələbə Paradında iştirak edəcək

Dünyapress TV

Xəbər lenti