Diplomları tanınmayan xarici təhsil müəssisələri açıqlandı
Dövlət təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikası ərazində fəaliyyət göstərən digər bütün təhsil müəssisələri qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Bakupost.az -a verilən xəbərə görə, ali təhsil müəssisəsinin lisenziyalaşdırılması onun müvafiq təhsil səviyyələri üzrə dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarına və normativlərinə cavab verməsini təsdiq edir.

Buna baxmayaraq, bir sıra dövlətlərin ali təhsil müəssislərinin filialları ölkə ərazisində müvafiq lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərdiyi üçün onların fəaliyyəti müvafiq məhkəmə qərarları ilə dayandırılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda adları qeyd edilən xarici ali təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılmış və onlar tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:

1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);

4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).

Beləliklə, yuxarıda göstərilmiş siyahıda qeyd olunmayan xarici təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş filialları müvafiq lisenziya əldə etmədikləri üçün həmin müəssisələr tərəfindən verilən təhsil sənədləri ölkə ərazisində tanınmır

Bölmənin digər xəbərləri

14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə

Dünyapress TV

Xəbər lenti