PREZİDENT DƏ PAŞİNYAN DEYƏNİ DEYİR, AMMA... –
Paşinyan və komandası yenə “gah nala, gah mıxa vurur” – Azərbaycan nə etməlidir?

“Ötən həftə bizim siyasi həyatımızda vacib hadisələr baş verib. Brüssel görüşündən sonra siz Ermənistan hökumətinin mövqeyini dəqiq açıqladınız, hansı ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və eyni şeyi də Azərbaycandan gözləyirik”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Baş nazir Nikol Paşinyanla görüşündə deyib. Xaçaturyan rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması mesajını mühüm adlandırıb və bunu tam dəstəklədiyini bəyan edib. Məlum olduğu kimi, söhbət Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıdığına dair mayın 22-də verdiyi bəyanatdan gedir.

İlk baxışdan belə bir təəssürat yarana bilər ki, Ermənistan rəhbərliyində Azərbaycanla münasibətlər, ərazi bütövlüyünün tanınması və sülh prosesilə bağlı yekdil fikir var. Lakin bu, eyni zamanda aldadıcı təəssüratdır. Çünki bu cür bəyanatlara paralel olaraq, elə Paşinyan başda olmaqla, bir çox hakim komanda üzvləri, Ermənistan Xarici İşlər Nazirliyi, Ermənistan parlamentinin sədri və digər “ağızlar” yenə Azərbaycanın ünvanına əsassız ittihamlar, iradlar bildirir, beynəlxalq təşkilatlara şikayətlər ünvanlayırlar.

Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, sülh müqaviləsinin imzalanması perspektivlərini yenə sual altına alır. Məsələn, Azərbaycanın Fransadkı səfiri Leyla Abdullayeva Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində iki ölkə arasında sülh sazişinin imzalanacağı anonsunu versə də, bundan bir neçə gün sonra Paşinyan ümumiyyətlə ortalıqda belə bir hazır sənəd olmadığını bəyan etdi.

Məlum məsələdir ki, əgər doğrudan da belə bir sənəd hələ də yoxdursa, bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və rəsmi Bakı ilə Qarabağdakı separatçılar arasında birbaşa, az qala eyni səviyyəli danışıqlar tələbi və bu “prosesə” Azərbaycanın suveren hüquqlarının əksinə olaraq, beynəlxalq qurumların, ayrı-ayrı dövlətlərin cəlb edilməsi istəyidir. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil omaqla tanımaq, digər yandan isə bu cür absurd tələblər irəli sürmək bir daha Paşinyanın öz ağlına uyğun hansısa oyunlar qurmaq, yenə prosesi uzatmaq, ləngitmək, hər hansı ciddi sənəd qəbulunu ertələmək və bunun günahını Azərbaycanın boynuna yıxmaq cəhdidir.

Paşinyanın məlum bəyanatından sonra ilk baxışda sülh sazişinin imzalanması üçün heç bir ciddi əngəl qalmır. Eyni zamanda Paşinyanın əlində “mən Azərbaycanın ərazi bütövlyünü tanıdım, amma Azərbaycanın qeyri-konstruktivliyi səbəbindən sülh sazişini imzalamaq olmur” arqumenti yaranır.

Əslində isə Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanımaqla bərabər “Qarabağdakı ermənilərə təhlükəsizlik təminatını” tələb etməklə, birincini ikincidən asılı vəziyyətə salır. Ən əsası isə odur ki, həmin bu “təhlükəsizlik təminatı” ilə bağlı Ermənistanın və Azərbaycanın baxışları, mövqeyi tam fərqlidir. Bu məsələ Azərbaycanın daxili işidir və hər bir özünə hörmət edən dövlət kimi, Azərbaycan da öz ərazisində mərkəzi hakimiyyətə tabe olmayan, separatçı, əli silahlı, tanklı-toplu bir “qurumun” mövcudluğuna razılıq verə bilməz! Odur ki, Azərbaycanın separatçı rejimin silahsızlaşdırılması, “hakimiyyət strukturlarının” buraxılması kimi tələbləri tam qanuni və beynəlxalq hüquqa uyğun tələblərdir.

Ermənistan XİN və parlament sədrinin son etiraz bəyanatı və açıqlamaları isə “ərazi bütövlüyünü tanıdıqları” Azərbaycanın daxili işlərinə, suverenliyinə növbəti açıq müdaxilə cəhdidir.

Odur ki, Paşinyanın ərazi bütövlüyümüzün tanınması ilə bağlı son bəyanatı hər nə qədər vacib olsa da, bunu həlledici saymaq doğru olmaz. Çünki həmişəki kimi, “gah nala, gah mıxa vurulur” və bəyanatlarla sahədəki “oyun” üst-üstə düşmür. Ona görə də sülh müqaviləsinin tezliklə imzalanacağına dair gözləntilər çətin ki, özünü doğrulda.

Bu isə nəticədə Azərbaycana dalana dirənən sülh müqaviləsi mövzusuna çox enerji sərf etmədən, Qarabağdakı separatçı qurumu qısa müddətli əməliyyatla aradan qaldırmaq və oradakı əhaliyə məhz suveren qanunvericiliyimizə uyğun təhlükəsizlik təminatı verməkdən başqa seçim yeri qoymur. Çünki qarşı tərəf gücdən başqa bir dil anlamadığını növbəti dəfə ortaya qoyur...
 

Bölmənin digər xəbərləri

13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"
12 May 2025 Zelenski: Moskva sabah atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır
12 May 2025 Putin Ukrayna ilə birbaşa danışıqlara hazırdır – Makron: “Kifayət deyil”
11 May 2025 Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
11 May 2025 Trampdan MARAQLI AÇIQLAMA: "Ukraynaya görə YATA BİLMİRƏM"
11 May 2025 Şahbaz Şərif: "Biz bu qarşıdurmada qalib gəldik"
11 May 2025 "Hərbi və siyasi güc parametrindən baxdıqda, Amerika Birləşmiş Ştatları və İsrail birlikdə güclü görünür"
11 May 2025 Kim Çen In Avropanı hədələdi - "Əgər Rusiyaya..."
11 May 2025 Almaniyada psixiatrik klinikada üsyan baş verib
10 May 2025 Ukraynadakı müharibəni "unutdu": Putin paradda nədən danışdı...
10 May 2025 Budapeşt ukraynalı diplomatları qovdu, Kiyevin cavabı gecikmədi – YENİLƏNİB
10 May 2025 Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
10 May 2025 Qərb ölkələri Ukraynaya qarşı cinayətlərə görə Rusiya üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib

Dünyapress TV

Xəbər lenti