“Sənin çörəyinlə yaşayanlar, sayəndə ulduz olanlar...” - Sərt ittiham Şou
Bir neçə gün əvvəl müğənni Niyam Salami mərhum müğənni Rəhim Rəhimlinin xəstəliyi ilə bağlı bəzi detalları açıqlayıb.

Sənətçi qonaq olduğu efirdə Rəhimin tam sağalması üçün 150 min manat lazım olduğunu bildirib.

Niyamın Rəhimin sağalması üçün açıqladığı külli miqdarda pul hər kəsi təəccübləndirib. Qısa zaman ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən məsələ Rəhimin pərəstişkarlarını hiddətləndirib. Onlar həmkarlarının R.Rəhimliyə kömək etməməsini sərt tənqid ediblər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış aktyor Allahverdi Yolçuyev bildirib ki, mərhum müğənni kimdənsə yardım istəməyi heç vaxt özünə sığışdırmayıb:

“Rəhim Rəhimlini az-çox tanıyırdım, Allah ona rəhmət eləsin. O da mənim kimi xoşlamazdı ki, gedib nəyəsə görə kiminsə qapısını döysün, imdad diləsin. Mən necə ki, indi heç bir yerə - nə Mədəniyyət Nazirliyinə, nə də Səhiyyə Nazirliyinə getmirəm. Onlar özləri bunu bilməlidirlər.

Rəhim Rəhimlinin də öz dəsti-xətti vardı, həm bəstəkar, həm müğənni, həm də aparıcı idi. O, gözəl insan idi. Həmkarları dedi ki, müalicəsi üçün 150 min pul lazım imiş. Onu özləri öz aralarında toplaya bilərdilər, dövlət də kömək edə bilərdi. Amma təəssüf ki, sənətçilərin dəyəri ölümündən sonra bilinir. Vaxtilə bir-birinə can deyib, can eşidənlər, sənin çörəyinlə yaşayanlar, bu gün sayəndə artıq zirvədə olan sənətçilər sən dara düşəndə heç bir köməklik etmirlər. Rəhim də bu cür sənətçilərdən biri idi, həmişə başqalarına kömək olurdu”.

Sənətçi özünün də səhhətində ciddi problemlər olduğunu bildirib. Yolçuyev Mədəniyyət Nazirliyinin onunla maraqlanmadığını deyərək gileylənib:

“Mənim də vəziyyətim pisdir. Xəstəliyim daha da irəliləyib. Mədəniyyət Nazirliyi bunu bilir, hər şeydən xəbərləri var, səhərdən axşama qədər televiziyada, sosial şəbəkələrdə yazırlar ki, Allahverdi Yolçuyevin vəziyyəti pisdir. Amma heç kəs maraqlanmır. Mən də ona görə heç nə demirəm, öz həyatımla, nəvələrimlə başımı qatıram, harada qırılar, qırılar. Amma istəsələr xəstəliyimin qabağını ala bilərlər. 4 ildir nə maaş, nə təqaüd, nə də hər hansı bir yardım alıram. Yaxşı ki, uşaqlarım böyükdür, bir təhər dolanırıq, Allah özü kömək olsun. Artıq dublyaja da çağırmırlar. Keçən sezon Xəzər telekanalında olurdum, amma bu sezon götürdükləri serialda hamısı cavanlardır, ona görə haqlı olaraq məni çağırmayıblar. İnşallah, hər şey yaxşı olar, ümid etməkdən başqa bir yol yoxdur”.

Qeyd edək ki, Allahverdi Yolçuyev uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Əsmətxanım RZAZADƏ
 

Bölmənin digər xəbərləri

20 Aprel 2024 Kamran Həsənli Sərxanın ittihamlarına cavab verdi: "Röyadan pul ala bilərdik?"
19 Aprel 2024 Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
19 Aprel 2024 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
18 Aprel 2024 Ramin Hacıyev Murad Dadaşovdan pulunu tələb edir - MƏHKƏMƏ OLACAQ
17 Aprel 2024 “Mənzurə Mətanəti biabır etdi: “O, yaxşı şpaqat aça bilər...“ - VİDEO
17 Aprel 2024 Bu da həmcinsinə ərə gedən əski jurnalistimizin dedikləri:: “Utanmalıyam? Həyatımı yaşayıram”
16 Aprel 2024 Azərbaycanlı müğənninin gecə klubunda BİABIRÇI GÖRÜNTÜSÜ YAYILDI - VİDEO
16 Aprel 2024 Açıq geyinən müğənnilərə görə efirdən getdim – Aparıcı Ceyran
16 Aprel 2024 Kerimcan Durmazın yeni halı anasını ŞOK ETDİ - VİDEO
15 Aprel 2024 "Mən hər şeyi boş verirəm"
14 Aprel 2024 “Aparıcılar pul alıb yoldan keçəni efirə çıxarırlar”
14 Aprel 2024 Vəfa ərinin “Ağ şəhər“də aldığı lüks mənzilini ilk dəfə NÜMAYİŞ ETDİRDİ - VİDEO
12 Aprel 2024 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - FOTO
11 Aprel 2024 Kirkorov Puqaçovanı "nənə" adlandırdı: "Onun iştahı..."
11 Aprel 2024 "Ramazan bayramında özünü oruc tuturmuş kimi təqdim edən bir sıra sənət adamları var"
10 Aprel 2024 Daha bir tiktoker həbs olundu - DİN-dən açıqlama
09 Aprel 2024  “Qismət olsa, xanımımı özüm dəfn edəcəyəm” - Cavanşir Məmmədov
08 Aprel 2024 "Mənim gəncəli olduğumu bilirsiniz? " - Tuğba Ekinci
07 Aprel 2024 “Kim bir də mənim ombamdan yazacaqsa...” - Roza
06 Aprel 2024 Ramazan bayramında küsülü məşhurlar barışacaq? - ADLAR

Dünyapress TV

Xəbər lenti