Ardını oxu...
DİA.AZ: - Son günlər mətbuatda Neftçalada baş verən məmur özbaşınalığı və qanunsuzluqlar haqda ardıcıl yazılar dərc olunub. Daha çox torpaqların müqavilə ilə fermerlərə verilməsində baş verən neqativ hallarla bağlı rayonun gənc icra başçısı Mirhəsən Seyidov və 61 saylı Neftçala Seçki Dairəsinin sədri Zaur Kərimovun adı hallanır. Xatırladaq ki, DİA.AZ olaraq rayonda konkret ərazilərin konkret şəxslərə rüşvətlə verilməsinə dair şikayət məktubunda yer alan faktları dərc etmişdik. Bütün bu ittihamlara sübutlarla cavab vermək əvəzinə hər iki şəxs özünü mətbuatda uğursuz təbliğ etmək yolunu tutub. Sən demə elə təyinatı anındaca prezidentdən irad eşidən gənc icra başçısı köhnə qvardiya tərəfindən qərəzli şəkildə tənqid olunurmuş. Gənclik karyerasını Ramiz Mehdiyevin ssenarisi əsasında yaradılan "İrəli" təşkilatında quran bir şəxsin belə müdafiəsi ancaq gülüş doğura bilər. Yeri gəlmişkən M.Seyidovun keçmişi ilə bağlı elə onun öz vikipediyasında əks olunan bir məlumat diqqət çəkir: "OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər". Troll dəstəsi ilə ad çıxaran birinin bu gün rayonu necə idarə etməsi haqda isə Google axtarış sistemində kiçik gəzinti etməklə nəticə çıxarmaq olar. O ki qaldı DSK Sədri Zaur Kərimova Neftçala əhli üçün gün kimi aydındır ki, rayonda bütün torpaq məsələlərini o həll edir. Z.Kərimov nə qədər "mənim səlahiyyətimə aid deyil" desə də fermerlərlə onun torpaq danışıqları əksini göstərir. Bütün bu qanunsuzluqlar artıq Mərkəzi Seçki Komissiyasına da çatıb və Zaur Kərimovun özü ərizə yazaraq işdən çıxması tələb olunub. Bu sırada DSK Sədrinin bir torpaq məsələsində icra başçısından 8 min manat pul gizlətdiyi ortaya çıxdığından bir dayaqdan da məhrum olub.
Hadisələrin gedişini təqib edərək, mövzunu davam etdirəcəyik.
Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Qarabörk kənd sakini Qasımov Kamil Fərhad oğlu tərəfindən müvafiq dövlət qurumlarına şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mənim uşaqlarımın təhsil aldığı Ucar şəhəri 5 nömrəli tam orta məktəbdə rəzalət yaşanır.Məktəbin tualeti çox bərbad və qəzalı vəziyyətdərir.Qız və oğlan şagirdlər eyni tualetdən istifadə etməli olurlar.Hətda tualetin qapısı yoxdur.Hasarları uçmaq üzrədir. Təmizlənmir deyə antisanitariya hökm sürür.Buna görə şagirdlərin həyat və sağlamlıqları ciddi təhlükə altındadır.Məktəbin direktoru bunları görüb bildiyi halda tədbir görmək istəmir.

Ardını oxu...
Ardını oxu...

Həmçinin məktəbin bir hissəsində istilik sistemi (kombi) var digər hissəsində ibtidai siniflərdə isə yoxdur.Buna görə siniflər odunla qızdırılır.Oda 2-3 gün olur 5-6 gün olmur.Həmin vaxtı uşaqlar soyuqda dərs keçə bilmirlər.
Mən buna görə bir neçə aydır ki, Elm və Təhsil Naziri Emin Əmrullayevə şikayət ərizələri ilə müraciətlər etmişəm.Ancaq heç bir tədbir görülmədi.

Ardını oxu...
Ardını oxu...

Qeyd edim ki, Ucar şəhər 5 nömrəli orta məktəbin binası köhnə olduğu üçün həyətində yeni məktəb binası inşa edilib istofadəyə verildi.Ancaq köhnə bina sökülmədi ki, orada ibtidai sinif şagirdlərinə acınacaqlı vəziyyətdə dərs keçirilir.

Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyindən xahiş edirəm Ucar şəhər 5 nömrəli tam orta məktəbində yeni tualetin inşa edilməsinə və ibtidai siniflərə istilik sistemi quraşdırlmasına köməklik göstərəsiniz".

Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - Respublika Dəri-Zöhrəvi Mərkəzi yoxlanılır. Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir. Məqalədə daha sonra deyilir: "Bu dəfə şikayət edən və etmədiyi dövlət orqanı qalmayan və sona qədər pozulmuş hüququnu bərpa edəcəyini bir başa baş həkim Müşfiq Zeynalovun üzünə deyib,oradan uzaqlaşan Nərmin Qəzənfərovadır.Verilən məlumatda o da bildirilir ki,Nərmin Qəzənfərova Respublika Dəri-Zöhrəvi Mərkəzində operator vəzifəsində çalışıb.Baş həkim onu operator vəzifəsindən azad edərək xadimə ştatına keçirib və o da bununla razılaşmayıb.

Baş həkimdən ölkə rəhbərliyinə olunan şikayətlərin arası kəsilmir.2 il əvvəl bu səhiyyə müəssisəsinə təyin olunan baş həkim Müşfiq Zeynalovdan olunan şikayətlər ilk əvvəl kollektiv surətdə edilib.Həmin şikayətlər də yoxlamalarla nəticələnib.Hazırda da eyni oxşar vəziyyətdir.Onun idarəçiliyindən həkimlər Prezident Administrasiyasına,TƏBİB rəhbərliyinə şikayət ediblər.Lakin baş həkim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına müdafiə oluna bilib.Baş həkimdən əvvəl şikayət edənlərdən biri Azay Quliyevin qohumu,tanınmış həkim Səbinə xanım və digəriləri olub,hazırda da idarəçiliyə qarşı narazılıq səngimir.Digər bir qrup həkim isə bununla barışıb onlara edilən haqsızlıqlara görə,Respublika Dəri-Zöhrəvi Mərkəzini tərk edib, özəl klinikalarda işləməyə üstünlük veriblər.Bütün hallarda orada kifayət qədər həllini gözləyən problemlərə rəğmən,mərkəz daxilində bir didişmə,gərginlik yaşanır.

Belə bir vaxtda isə vəziyyətin düzələcəyinə ümüd bəslənilir. Hesab edilir ki, Azərbaycan Respubilkasının Maliyyə Nazirliyi apara biləcəyi yoxlamalarla bir sıra məsələlərə aydınlıq gətirə bilər.Təxmin edilir ki, baş həkim Müşfiq Zeynalovdan soruşulsun: nədən il ərzində ştat vahidlərində dəyişiklik edilərək,10-la şəxsi işə qəbul edib, bir o qədərdə işdən çıxartmısız? Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasına nədən ehtiyac yaranıb,ora işçilər nə səbəbə qəbul edilib? Və yaxud Nərmin Qəzənfərova niyə operator vəzifəsindən azad edilərək,xadimə ştatına keçirilib və o da bununla razılaşmayıb, şikayət etməkdədir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Dayanacaq binanın blokuna girişi əngəlləyir

"Binanın giriş hissəsini bağlayaraq, beşmərtəbəli qaraj tikilir. Ötən ilin oktyabrından müraciət etmədiyimiz qurum qalmayıb. Artıq, tikinti üçün qazıntı işlərinə başlanılıb”.

Bunu Meydan.TV-yə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən doqquzmərtəbəli binanın sakinləri bildiriblər.

Onların sözlərinə görə, bir neçə dəfə keçirilən etiraz aksiyasından sonra tikinti dayandırılsa da, sonradan inşa işləri davam etdirilir.

"Beşmərtəbəli dayanacağı "Az Pera MMC” tikir. Son 10 ildə ərazidə onlarla çoxmərtəbəli bina tikilib, sıxlıqdan nəfəs almaq, həyətlərdə addım atmaq çətindir. Sakinlər avtomobillərini həmin boş ərazidə saxlayırdılar. İndi belə çıxır ki, dayanacaq üçün ödəniş etməliyik”, – tikinti aparılacaq ərazinin yaxınlığındakı binada yaşayan Orxan Kərimov bildirib.

Şikayətçi deyir ki, dayanacaq tikintisindən əvvəl 50 ildən çox yaşı olan qovaq ağacı da kəsilib.

Şirkət demək olar ki, bütün idarələrdən razılıq sənədi alıb. Baxmayaraq ki, binanın birinci blokuna girişi tamamilə tutur. Məsələn, qəza baş verərkən yanğınsöndürən maşının əraziyə daxil olması mümkün olmayacaq: "Həmin blokda yaşayan sakinlərdən birini təcili xəstəxanaya çatdırmaq lazım olsa, əraziyə təcili yardım maşını girə bilməyəcək. Tikintiyə icazə verən qurumlar isə bunu görə-görə icazə sənədi verib”.

İkibloklu, 100-dən çox mənzilin yerləşdiyi bina 1975-ci ildə Şin Zavodunun əməkdaşları üçün istifadəyə verilib. Dayanacağın tikildiyi ərazi həmin binaya məxsusdur. Tikiləcək dayanacaq ilə bina arasında məsafə yarım metrdən azdır.

Dövlət Satınalma və Arxitektura Komitəsindən bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması barəsində sərəncamı mövcuddur.

Ötən ilin iyununda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həmin ərazidə yerüstü avtomobil dayanacağı binasının tikintisinə elektron formada icazə verilib.
 
 

 


Ardını oxu...
“Gənc Qazilər” İctimai Birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla bağlı bəzi iddialar səsləndirib.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bir neçə paylaşım edib.
Qazi iddia edir ki, E.Həsənov hərbçilərlə könüllü şəkildə müharibəyə yollanmış şəxslər arasında ayrı-seçkilik edir.
Hacı Vəliyevin sözlərinə görə, icra başçısı hərbi qulluqçularla səfərbərliklə cəlb olunmuş könüllü döyüşçülər arasında ayrı-seçkilik edir, onları ev növbəsinə almır, süründürməçiliyə məruz qoyur:
"Yaralanmış, lakin əlillik ala bilməyən qazilərə kömək, yardım etmir, ƏƏSMN tərəfindən avadanlıqla təmin olunmuş qazilərə yer ayırmır, yeri başqalarına verir, onları küçə süpürməyə, zibil yığmağa layiq görür. Qəbuluna gələn əksər qaziləri binanın girişində günlərlə gözlədir”.
H.Vəliyevin sözlərinə görə, E.Həsənovla bağlı yazdığı statuslardan sonra ona təzyiqlər olub.
İB-nin sədri həmçinin qeyd edib ki, əgər tələbləri yerinə yetirilməsə, aclıq aksiyasına başlayacaq:
“Qazilərə qarşı süründürməçiliyi, özbaşınalığı, ən əsası özünü “Xan” kimi aparmağı dayandırmasa, şəxsən yaxın vaxtlarda Yasamal İH qarşısında, problem həllini tapmasa, mərkəzi icra hakimiyyəti orqanlarından birinin binalası qarşısında aclıq aksiya keçirəcəm”.
 
Ardını oxu...
Artıq neçə müddətdir saytımızda Zakir Fərəcovun Sumqayıtda yaratdığı abu hava və iş adamları ilə borc qalmaqalı ilə bağlı sil silə yazıları araşdıraraq dərc edirik.Təbii ki,bir jurnalist olaraq bu yazılara görə bizə hər tərəfli hücumlara məruz qalırıq.Hər dəfə yazıların altında Fərəcovun trolları xüsusi tapşırıqlarla hücuma keçir və başçının şəninə təriflər yağdırır ,bizi şər böhtan atmaqda günahlandırırlar.Amma biz haqq yolundayıq və dövlətimizə güvənirik.Sumqayıtda sahibkarların yerli İcra hakimiyyətləri başçıları tərəfindən incidildiyinə dair siqnallar hələdə gəlməkdədir. Və bu, heç kimə sirr deyil ki, təzə xəbər də sayılmır. Şübhəsiz ki, illərdir icra başçısının təhdidlərinə dözən, onların qeyri-rəsmi göstərişləri əsasında qanunsuz ödənişlər edən sahibkarlar arasında bıçağın sümüyə dirəndiyi görəndə bu sahədən gedənlər az olmayıb. Özlünü az qala “böyük şəhərin padşahı” kimi aparan, sahibkarlar və iş adamları ilə istədikləri kimi davranan Fərəcov və onun komandası isə “burda mənəm, Bağdadda kor xəlifə” iddiasından əl çəkənə oxşamırlar... Ta ki, söz-söhbət ölkə rəhbərliyi səviyyəsinədək gedib çatana kimi...

Sahibkarlar yerlərdə haqsızlıqla üzləşir, icra başçısına qeyri-qanuni "haqq" ödəməyə məcbur edilirlər.Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti sadə vətəndaşların vəziyyətini çətinləşdirdiyi kimi, sahibkarları da çıxılmaz durumlara salıb.

Araşdırmalar da göstərir ki, Sumqayıtda kiçik və orta sahibkarlar rayon İcra hakimiyyətinin nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Burda büdcə vəsaitlərinin mənimsəmələri həyata keçirilir ki, bunun da başında Fərəcov və onun komandası durur. Məsələn, şəhərdəki hansısa parkda, küçədə təmir-abadlıq işlərinə gərək olanda, icra başçısı bunu yerli sahibkarların boynuna qoyur, onları öz büdcələrindən vəsait xərcləməyə məcbur edir. Əvəzində sənədlərdə həmin işlərə guya dövlət büdcəsindən İcra hakimiyyətinə ayrılmış vəsaitin xərcləndiyi öz əksini tapır.

Fərəcov Abşeronda başladığı qanunsuz əməlləri və özünün komandasının iş prinsipini Sumqayıtda məharətlə davam etdirir.

Ölkə başçısı İlham Əliyev də dəfələrlə keçirdiyi müşavirələrdə icra başçılarına özlərini yığışdırmaları barədə xəbərdarlıq edərək, "məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir”,- deyə bildirib.

Həqiqətən də ölkəmizdə Sizin etimad göstərdiyiniz, lakin bundan sui-istifadə edərək özbaşınalıqla məşğul olan, işçinin haqqını yeyən Zakir Fərəcov kimi icra başçısı var. Fərəcov elə zənn edir ki, xan, bəy və ya ağadır. Hamıya yuxarıdan aşağı baxır, xərac toplayır, dövlətin pullarını şəxsi vəsaiti kimi mənimsəyir. Fərəcov o qədər öz həddini aşıb ki, Ölkə başçısınln yürütdüyü siyasətə qarşı çıxır, vətəndaşları incidir, sahibkarların haqqını yeyir, əhaliyə zülm edir. Düz 3 ildir, Prezidentin “qısa müddətdə bu işləri görmək möcüzədir” dediyi həmin möcüzəni reallığa çevirən sahibkarların pullarını vermir. Bu azmış kimi, onları hədələyir, təhdid edir və min bir bəhanə ilə pulu qaytarmaq istəmir. Hətta onlar arasında xarici iş adamları da var.

Xəbər verdiyimiz kimi, Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla sözügedən məntəqənənin icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir.

Təxminən 8 milyon manatlıq bir borcun bu günə qədər ödənilməməsi, üstəlik, sahibkarların təhdid və təqib olunması barədə mediada geniş məlumat verilsə də, rəsmi qurumlar hələ də məsələyə hüquqi qiymət verməyə tələsmirlər.

Qeyd edək ki, təxminən 430 nəfərə yaxın sahibkar və işçinin haqqı olan həmin məbləğin icra başçısı tərəfindən qəsdən ödənilməməsi, həmin pulların mənimsənildiyindən xəbər verir. Əks təqdirdə, dövlət büdcəsindən ayrılmış vəsaitin iş görənlərə verilməməsinin başqa adı yoxdur. Bununla əlaqədar olaraq sahibkarlar və işçilər növbəti dəfə Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya, Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.

Onlar bildirirlər ki, 3 ilə yaxındır haqqları olan pullarını icra başçısı Zakir Fərəcovdan ala bilmirlər. Sahibkarlar bildirir ki, bununla əlaqədar onlar dəfələrlə icra başçısı və onun müavinlərinin yanında olublar. Lakin hər dəfə bir bəhanə ilə Zakir Fərəcov məsələdən boyun qaçırıb. Sahibkarlar qeyd edir ki,Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə sahibkarları ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir. Bir icra başçısı dövlətin pulunu mənimsədiyi az deyil, üstəlik, gördürdüyü işin pulundan pay istəməsi nəinki qanunsuzluq, həm də hüquqi məsuliyyətdir. Zakir Fərəcov kimə və ya kimlərə arxayındır bilmirik.

İcra başçısının “ölməz Kaşşey” kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxmasının sirri

Zakir FərəcovBu gün media-cəmiyyət münasibətlərində ən ciddi problemlərdən biri də inamsızlıqdır. Adamlar KİV-lərə inanmamağa başlayıblar. Buna onların haqqı var. Axı, dəfələrlə olur ki, qəzetlər və ya saytlar hansısa məmurun işdən çıxarılacağı, hətta həbs ediləcəyi barədə məlumatlar verir, amma bu məlumatlar doğru çıxmır. Bəzən, eyni adam haqqında onlarla dəfə belə proqnozlar verilir və məmur ölməz Kaşşey kimi bütün bu odlu-alovlu proqnozların arasından sağ-salamat çıxır. Nəticədə insanlar bu tipli xəbərlərə inanmırlar.

Ölməz Kaşşeyin nağılı və ya “odda yanmaz, suda batmaz” sindromu

Amma bu, qəzetlərin günahıdırmı? Qətiyyən yox. Bu cür halların əksəriyyətində Kütləvi Informasiya Vasitələri xəbərin etibarlılığından və bu xəbərin doğurmalı olduğu nəticədən məntiqlə çıxış edirlər. Jurnalist də insandır, vətəndaşdır və əlində olan fakt ona bu məntiqi diqtə edir ki, bu hərəkətə yol vermiş dövlət məmuru daha məmur ola bilməz və o, dərhal və yubadılmadan tutduğu vəzifədən kənarlaşdırılmalıdır. Məsələn,.. Məsələn, haqqında illər uzunudur ki, bu sayaq proqnoz-ehtimallar baş alıb gedən Zakir Fərəcov. Bu yazımızda BakuPress.az olaraq araşdırdığımız şəxs odur…

İndi mənim Zakir Fərəcova bir jurnalist kimi apardığım araşdırmalarla bağlı bir neçə sualım var.

1.Cənab başçı,"dələduzluqda"ittiham etdirib,həbsə saldırdığınız iş adamı ilə niyə yenidən iş birliyinə girib bulvar tikintisini ona həvalə etdiniz?

2.Özünüzə aid bəzi adamları toplayıb "Qazi"adıyla sahibkarların qapısına toplamaqda məqsədiniz nə idi?

3.Əgər siz haqlısınızsa niyə iş adamlarının pulunu bir halda qaytarmağa razı olursunuz ki,dövlətin ayırdığı pulun 30%-i sizə çatmalıdır?

4.iş adamlarına pul əvəzi torpaq və yaxud kimsə obyekt açmağı üçün adam gətirməyi və İH-nə çatacaq "şapkaların" onlara çatacağını vəd edirsiniz?

5.Əgər haqlısınızsa niyə özünüz açıqlama vermir kimlərinsə əli ilə özünüzə "bəy tərifi"yazdırırsınız?

BakuPress.AZ-a daxil olan şikayətlərlə bağlı, eyni zamanda iş adamlarına qarşı bir İcra Başçısının qərəzli davranışlarının səbəbi bizə məlum deyil. Bu səbəbdən də mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yaxın zamanlarda mövzu ilə aidiyyəti qurumların cavabını və araşdırmasını gözləyirik və sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Şəfəq Ağacan
 
Ardını oxu...
Azərbaycan ordusunun Türkiyə modelinə keçməsinə, o cümlədən, türkiyəli hərbçilərin bu prosesə yardım göstərməsinə baxmayaraq, ölkənin Silahlı Qüvvələrində kök atmış bazar təfəkkürlü kadrlar həyata keçirilən dəyişikliklərə mane olmaqdadırlar. Xatırladaq ki, hələ 2019-cu il martın 6-da 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşaraq Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, gizir olmaq üçün rüşvət yığılmasına etirazlarını bildirmişdilər. Həmin aksiyadan sonra MAXE və gizirləri Ordu sıralarına qəbul etmək səlahiyyəti sözügedən Mərkəzdən alınaraq korpuslara verilmişdi. Bununla belə, korpuslarda MAXE-lərin xidmətə götürülməsində rüşvətin ciddi rol oynamasına dair çoxsaylı məlumatlar var. Şikayətçilərin iddiasına əsasən, kursa qəbul ödənişsiz olsa da, oranı bitirib işlə təmin olunmaq üçün kursantlardan 2-7 min manat arası rüşvət tələb edilir.
MAXE kursunun komandiri polkovnik Paşayev, Qərargah rəisi isə Votçuyev soyadlı zabitlərdir. İddialara əsasən, kursantların işlə təmin olunması üçün tələb olunan rüşvətin yığımına da məhz Votçuyevin xüsusi adamları nəzarət edir ki, onlardan biri də TTM-də bölmə rəisi işləyən, vaxtından əvvəl rütbə alan, “qara kassa” ləqəbli polkovnik-leytenant Zaman Məhərrəmovdur. Bu “yığım”ın yekununa uyğun olaraq, 8 həftəlik kursu bitirdikdən sonra yuxarıda göstərilən məbləğdə rüşvət verən kursantlar işlə təmin olunurlar. Yalnız aşpaz və istehkamçı ştatına təyinatların rüşvətsiz olduğu vurğulanır.
Redaksiyamıza müraciət edən vətəndaş da onu incidən Zaman Məhərrəmovdan şikayətçidir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsi ev 39, mənzil 101 ünvanında yaşayan Məmmədov Ceyhun İltifat oğlu aktualxeber.az saytının redaksiyasına müraciət edərək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində bölmə rəisi işləyən polkovnik-leytenant Zaman Məhərrəmovun ondan və qohumu Vüqar adlı şəxsdən rüşvət aldığını, vəd etdiyi işi düzəltmədiyini və pullarını da geri qaytarmadığını iddia etmişdir. Redaksiyamız həmin şikayəti 21.10.2022-ci il tarixində aidiyyatı üzrə Hərbi Prokurorluğa yönəltmişdir və iş Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı Elnur Novruzzadənin icraatındadır. Şikayətçi C.Məmmədov E.Novruzzadənin işi obyektiv araşdırmadığını, onun şahidləri olsa da Z.Məhərrəmovu araşdırmaya cəlb etmədiyini, rüşvət alanı deyil, onun özünü get-gələ saldığını bildirmişdir.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edildi. Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilirdi. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilibdi. Ümidvarıq ki, DTX bir gün Zaman Məhərrəmov və onun kimi rüşvət alan, dövlət vəsaitini mənimsəyən digərlərinin də qapısını döyəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //aktualxeber.az//
 
 

 


Ardını oxu...

 

“Qarabağ” günəbaxan tumlarının nailiyyət və etibarından sui-istifadə edən qondarma istehsal müəssisəsi aşkar edilib.

xeberfakt.az qeyd edir ki, bu barədə KAİM.az-a “Qarabağ” günəbaxan tumları istehsal müəssisəsinin rəhbəri, sahibkar Taleh Mətləb oğlu Muradov məlumat verib.

Məlumata görə, qəbul edilmiş standartlara cavab verməyən, sanitar-gigiyenik qaydalara riayət etməyən “istehsal müəssisəsi” uzun müddətdir ki, Bərdə şəhəri H.Əliyev prospekti, Laçın rayon qaçqın məktəbinin həyətində fəaliyyət göstərir.

Lakin, rəzillik bununla bitmir.

Taleh Muradovun sözlərinə görə, Zaur Abuzər oğlu Məmmədovun rəhbərliyi ilə qanunsuz fəaliyyət göstərən qondarma müəssisə “Qarabağ” günəbaxan tumlarının adını və loqosunu mənimsəyib. Eyni ad və loqo altında istehsal edilən məhsulların dadının müxtəlifliyi həqiqi müəssisənin etibarını ciddi şəkildə zədələyib. Alıcı sayında kəskin azalmanın müşahidə olunması isə sağlam bazar rəqabətində bir sıra ciddi problemlər yaratmaqda davam edir.

Ardını oxu...

Məlumatda o da bildirilir ki, “Qarabağ” günəbaxan tumlarının ad patenti Mədəniyyət Nazirliyi tərəfindən Taleh Mətləb oğlu Muradova verilib. Həmçinin, qanuna uyğun fəaliyyət üçün tələb olunan bütün vacib sənədlər və müasir tələblərə uyğun istehsal müəssisəsinin qurulması təmin edilib.

Ardını oxu...Ardını oxu...

Taleh Muradov qondarma qurumun fəaliyyətinə xitam verilməsi məqsədilə bir çox dövlət qurumlarına dəfələrlə müraciət edib. Xüsusən də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sabiq rəisi Zahid İsayevin, Xidmətin Antiinhisar və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyevin bir neçə dəfə qəbulunda olub. Amma bu günə kimi heç bir nəticə olmayıb. Şahin bəy qeyd edbi ki, bu malların oxşarlığını sübut etmək üçün məhkəmə rəyi lazımdır. T.Muradov da Şahin bəyin məsləhətinə uyğun Bərdə rayon məhkəməsinə müraciət edib. Yerli məhkəmə oxşarlığı sübut etmək üçün sənədləri Məhkəmə Ekspertizası Mərkəzinə göndərib. Bakı şəhər Məhkəmə Ekspertizasının araşdırması zamanı Taleh Muradovun hüquqlarının pozulduğu təsdiq edilib. Məhkəmə Ekspertizası Mərkəzi 24 dekabr 2018-ci il tarixdə № 29627/30178 nömrəli ekspertiza rəyində bildirir ki, Zaur Məmmədovun istehsal etdi mal əmtəə nişanı qarışdırılacaq dərəcədə oxşardır və kontrafakt məhsullara aiddir.

Ardını oxu...Ardını oxu...

Sahibkar təkrar Şahin Nağıyevin qəbulunda olub və Məhkəmə ekspertiza rəyini ona təqdim edib. Şahin bəy qeyd edib ki, tez bir zamanda ciddi tədbir görüləcək. Amma nə fayda…

Babalı deyənlərin boynuna, deyirlər ki, Şahin bəy qondarma istehsalçının Sahil Babayevin qohumu olduğunu bilib, öz karyerasını düşünərək qanuni bərpa etməkdən vaz keçib.

Deməli, kiminsə qohumu olsan, bu əsas şərtdir, qanundan kənar fəaliyyət göstərə bilərsən. Buna sübut olaraq, qeyd edə bilərik ki, göz önündə olan bütün faktlara baxmayaraq hal-hazırda qondarma istehsal müəssisəsi öz fəaliyyətini hələ də davam etdirir.

Sahibkarın rəsmi nümayəndəsi Mətləb Muradov saytımız vasitəsilə dövlət qurumlarına VİDEOMÜRACİƏT ünvanlayaraq qondarma istehsal müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir.

 

 

 

Dünyapress TV

Xəbər lenti