Ardını oxu...
Beynəlxalq Bank icra məmurunun dələduzluğunu Konstitusiyadan üstün tutur

1-ci dərəcəli gözdən əlil Bədəlov Zahid Xanmalı oğlu pensiyasının tam kəsilməsini dərman alanda kartının “boş” olmasından bilib. Pensiya ödəyən orqan – DSMF pensiyanın tam köçürüldüyünü, vasitəçi Azərbaycan Beynəlxalq Bankı (ABB) isə Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin sərəncamı ilə təyinatı üzrə əlilin kartına yox, adını demədiyi icra məmuruna ödənildiyini bildirib.

Beynəlxalq Bankın əmanətə xəyanət etdiyi göz qabağındadır. Bank dövlətin ayırdığı vəsaiti, pensiyanı, daşınar əmlakı yiyəsinə, pensiyaçıya - mülkiyyətçisinə verməyə dövlət tərəfindən vasitəçi edilib. Onun işi, görəvi vasitəçilikdir, köçürülən pulu yiyəsinə verməkdir. Bankın hansısa icra qurumunun sərəncamını, göstərişini icra edib, vətəndaşın pensiyasını verməməsi özbaşınalıqdan başqa bir şey deyil. Belə çıxır, ABB icra məmurunun sərəncamını Konstitusiyadan üstün tutur?

Ədliyyə Nazirliyin Xətai icra şöbəsinin, adı açıqlanmayan icra məmurunun 1-ci dərəcəli gözdən əlilin pensiyasına göz dikməsi isə özbaşınalıqdan özgə, həm də vicdansızlıqdır, görəvindən rüşvət, korrupsiya amacı ilə yararlanmaqdır. İcra şöbəsinin , icra məmurunun “İcra haqqında” qanundan xəbəri yoxdur? Bilmirlər ki, heç kəs məhkəmənin qərarı olmadan əmlakından - pensiyasından məhrum edilə bilməz, borc tələbinin əmlaka yönəldilməsi yalnız məhkəmə qərarı ilə mümkündür? Onu da bilmirlər ki, “İcra haqqında” qanunun 68.1.3 maddəsində tələbin 1-ci dərəcəli əlillərin aldıqları vəsaitlərə yönəldilə bilməzliyi təsbit olunub? Bilmirlərsə, DİM-in testindən, Ədliyyə Nazirliyinin söhbətləşməsindən necə “ədliyyə, icra məmuru” kimi çıxıblar?

Konkret halda isə, ümumiyyətlə, heç icra sənədi də yoxdur, böyük bir reketlik, korrupsiya, cinayət faktı ortadadır, 13 ildir qiymət verən yoxdur. Əksinə, reketlik edən, Xətai Məhkəməsinin adından saxta qətnamə, icra vərəqi tərtib edən icra məmuru Kamil Çingiz oğlu Əliyev 3 ildir (Yevlax rayon məhkəməsinə) hakim təyin edilib. Hələ bu harasıdır, bir aydır Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam edilən keçmiş icra məmurunun “ədalətli” hökmləri hələ qabaqdadır. Belə hakim təyinatı, məhkəmə, hüquq sistemi ilə hansı ədalətdən, hansı hüquqdan danışmaq olar?

2012-ci ilin aprelində Xətai icra şöbəsinin icra məmuru Kamil Çingiz oğlu Əliyev 1-ci dərəcəli gözdən əlil Zahid Bədəlov Xanmalı oğluna zəng edib, barəsində məhkəmə qətnaməsilə 3 minlik borc olduğunu bildirib və görüşüb sövdələşməyi təklif edib. Təbii ki, heç bir borcunun, məhkəmə qərarının olmadığına əmin olan “borclu” işini “ehtiyatlı” tutub və Xətai rayon məhkəməsinə sorğu göndərib. Məhkəmə 07.12.2012 tarixli cavabla icra, sığorta dələduzlarından ibarət mütəşəkkil dəstəni məyus edib: “Bədəlov Zahid Xanmalı oğlu cavabdeh olmaqla ona qarşı hər hansı bir mülki İDDİA ƏRİZƏSİ 2012-Cİ İLDƏ XƏTAİ RAYON MƏHKƏMƏSİNƏ DAXİL OLMAMIŞDIR”. Di gəl, bu cavab reketləri cinayət əməlindən nəinki çəkindirib, əksinə, Prezident Administrasiyasından, Ali Məhkəmədən, Ombudsmandan Ədliyyə Nazirliyinə (ƏN) daxil olan şikayətlərə cavab olaraq ƏN-in icra baş idarəsinin rəisi Xanlar Zeynalov, rəis müavini Fərid Əfəndiyev Xətai icra şöbəsinə istinadla 2014-cü ildə bildirib ki, Xətai rayon məhkəməsinin 08.04.2012-ci il tarixli qətnaməsinə əsasən borclunun avtomobilinə həbs qoyulub, polislə Xətai icra şöbəsinə gətirilib və 500 manat cərimə edilib. (??) İcra məmurunun qətnamə çıxarmasının mümkünsüzlüyünə cavab olaraq hakim Raziya Ataşovanın 08 aprel 2012-ci il tarixli SAXTA qətnaməsi “borclu”ya 2014-cü ildə şəxsən təqdim edilib.

Bəs axı, 07.12.2012-ci il tarixli məktubla Xətai məhkəməsi Zahid Bədəlova qarşı 2012-ci ildə heç bir iddianın məhkəməyə daxil olmadığını bildirib! Məhkəmənin 07.12.2012-ci il tarixli məktubunun YANLIŞ olduğu, 08 APREL 2012-Cİ İLDƏ QƏTNAMƏ çıxarıldığı ali dövlət hakimiyyəti , hüquq müdafiə orqanlarına, ombudsmana 12 İLDİR sırınır. Və bu absurd saxtalıq hələ də sürür. CİNAYƏT FAKTINA baxın, 08 APREL 2012-Cİ İL BAZAR GÜNÜ olub və bu gündə mülki iş üzrə QƏTNAMƏ çıxarıla bilməz!

Nə yazıq, cinayətə yol vermiş icra məmurları, ədliyyə işçiləri, hakimlər cəzalandırılmaq yerinə, qanunsuzluğa uğrayan 1-ci dərəcəli gözdən əlil həm avtomobilindən, həm azadlığından, indi isə pensiyasından məhrum edilir.

M.Ağsu

P.S. 2014-cü ildə ədliyyə naziri Fikrət Məmmədova məsələni aydınlaşdırmağı tapşıran Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev hazırda Ədliyyə Nazirliyində müavin, Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimidir.

Bazar günü “çıxarılan” məhkəmə “qətnaməsi” isə “yerini dəyişməyib”, hələ də Konstitusiyadan da üstün ən yüksək qüvvədədir!
Ardını oxu...
hurriyyet.az
 
Ardını oxu...
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təzhizat” MMC Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində cari təmir işləri aparacaq.

TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, MMC artıq bununla bağlı tenderə yekun vurub. Satınalma müsabiqəsinin qalibi “Qara Qaya” şirkəti seçilib. Təmir işlərinə 264 580,3 manat xərclənəcək. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 54 916,89 manat azdır.

“Qara Qaya” şirkəti 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamı kapitalı 2 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur. Aydın Əliyarov 2023-cü ilədək “Təmir-Təchizat 4” şirkətinin də qanuni təmsilçisi olub.

Maraqlıdır ki, hər iki şirkət daha çox Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurmların tenderlərində qalib seçilib. Mediada gedən məlumatlara görə, şirkət Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun nəzarətindədir.

Şirkətlə bağlı əlavə məlumatlar tapmaq üçün internet resurları üzərindən araşdırma apararkən “Qara Qaya” MMC haqqında demək olar bütün məlumatlarda Süleyman Mikayılovun adına rast gəldik. Bəzi materiallarda şirkətin konkret olaraq icra başçısına məxsus olduğu iddia edilsə də, bəzi məlumatlarda onun sadəcə “Qara Qaya”nı himayə etdiyi bildirilir.

Həmçinin qeyd edilir ki, şirkət əsasən tender oyunlarında istifadə etmək təsis edilib. Nizamnamə kapitalının simvolik olması, barəsində heç bir məlumata rast gəlinməməsi, hətta veb-səhifəsinin olmaması belə, “Qara Qaya” haqqında yer alan məlumatların heç də əsassız olmadığına şübhələri artırır.
 
Ardını oxu...
"Əslində Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunana qədər də özünün TƏBİB şefi tərəfindən necə himayə olunduğunu həm hiss etdirirdi, həm də elan edirdi. Görünəni o idi ki, hörmətli BAŞ TƏBİB Vüqar Qurbanov cənabları ayağında böyük yeyinti olmasına rəğmən onu Sumqayıtdan TƏBİB-in İcraçı direktoru vəzifəsinə daşımaqla, həm də Səkinə Sadıxovanı hüquq-mühafizə orqanlarından qorumuş oldu. Amma hara qədər..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Xatırlada ki, Səkinə Sadıxovadan əvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Lakin keçən ilin dekabrında həmin posta təyinat alan Səkinə Sadıxova Vüqar Qurbanovla sıcaq münasibətləri sayəsində özünə yeni səltənət qurmaq svedasına düşüb.

Bu barədə isə dünən məlumat yayıldı. Xəbərdə deyilirdi ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin edib.

Bəli, bu faktın özü belə əsas yaradır ki, Sakinə xanımın fəaliyyəti araşdırılsın. Hər halda şakara çıxan fakt əgər budursa, görün, bu xanım gizlin olaraq hansı işləri çevirir. Bunu isə gərəkən qurumlar, yəni hüquq-mühafizə orqanları araşdırmalıdır.

Mümkün deyil ki, Sumqayıtdakı əməllərinə rəğmən yaxasını hüquqi cavabdehlikdən kənarda tuta bilən Sadıxova bu dəfə də himayədarları hesabına istədiklərinə - qanunsuzluqlara davam edə bilsin...

Doğrudur, Vüqar müəllim hələ də iş başındadır və qılıncının hər iki üzü kəsir. Amma dövlətin qarşısında onun qılıncı paslı tiyədən başqa bir şey deyil..."

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
Nəsimi rayonunda binanın zirzəmisində qanunsuz tikinti işləri aparılır.

XALQ.AZ xəbər verir ki, görüntülərdən aydın olur ki, Nəsimi rayonu 20 yanvar küçəsi 72/74 ünvanında binasının zirzəmisi qazılaraq tikitni işləri aparılır.

Normativ tikinti qaydalarına zidd olaraq binanın zirzəmisi qazılaraq həmin yerdə qanunsuz tikinti işləri aparılmasına kim icazə verib?

Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət bildirmədi.

Qurumların mövqeyini drəc etməyə hazırıq.

 
Ardını oxu...
Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin etməsinə dair iddialar yayılıb. Qeyd edək ki, Sumqayıt tibb Mərkəzinin direktoru və TƏBİB rəhbərinin müşaviri işləmiş Səkinə Sadıxova bu sahədə tanınan personadır. Onun haqqında zaman-zaman müxtəlif xarakterli xəbərlər mediada dərc olunub.

KONKRET.az yayılan bu iddia ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Abşeron RMX-nın İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Gülnar Seyidova ilə əlaqə saxlayıb.

Bölmə müdiri sorğumuza cavab veriləcəyini bildirsə də, bu saatadək heç bir cavab verməyib. Öncə tədbirdə olduqlarını, işə qayıtdıqdan sonra cavab verəcəklərini vurğulayıb, ardınca isə telefon zənglərimizi açmayıb. Whatsap mesajlarımız da cavablandırılmayıb.
 
Ardını oxu...
Trampın dünyanın ən qlobal məsələləri ətrafında sağa-sola etdiyi solaxay gərdişi gündəmi nə qədər zəbt etsədə unutmamalıyıq ki, təhsil də cəmiyyət həyatının vacib məsələsi olduğundan bu mövzuları da daimi müzakirə etməliyik. Odur ki,
Ardını oxu...
1. Kollecə təzə təyin edilən direktor pedaqoq deyil,müəllim işləməyib. Kollecdə işə başlayarkən ilk əvvəl görəcəyi işlərin təqribi bir planı tutulmalı idi, (əslində tutmuşdu amma başqa həyati əhəmiyyətli məsələlərin) tədrisin keyfiyyəti, imtahanın qaydası, forması, biliyin qiymətləndirilməsi kompanentləri,fənlər üzrə dövlət standartları nədir? Münaqişə komissiyası nəyi necə həll etməli idi? Hansı meyarları əsas götürməli idi ?. Bu məsələlər əsasnamə şəklində işlənməli, pedaqoji şurada müzakirə edilib təsdiq olunmalı, tələbələrə elan edilməli idi. Lakin bunlar edilmədi, Yeni direktorun bu cür məsələlərə deyil, kollecin ərazisində olan maşın təmiri sexlərindən, icarəyə verdiyi kollecin idman zalından, kollecin bufetinin arendasını 1000 manata qaldırmaqdan başı açılmadığı üçün bu mənzərə yarandı. Necə olur ki, yuxarıda sadaladığım məsələlər həmən həllini tapdı, amma Kollecin əsas vəzifəsi olan məsələlər təhsil imtahan kimi həyati əhəmiyyətli məsələlər öz həllini tapmadı? Bu qədər kəsir yarandı? Ən maraqlısı da odur ki pedaqoji heyətə bu biabırçılığı uğur kimi təqdim edə biləsən. Odur ki, bu qədər tələbənin əsassız yerə kəsilməsinin səbəbləri araşdırılmalı və onun nəticələrinə görə kimin necə və hansı məsuliyyət daşıdığı müəyyən edilməlidir.
Bildirilməlidir ki, imtahan prosesi hər şeydən əvvəl tələbənin bilik, bacarıq və potensialını müəyyənləşdirmək,onun inkişafını izləmək kimi məsələri qarşısına məqsəd qoyur. Tələbələrə hər şey yaxşı olacaq vədi verib sonra bu qədər kəsir yaradaraq keçirilən dərsin, müəllimin, bütövlükdə kollecin nüfuzunu sıfırlamaq böyük qəbahətdir, təcürbəsizliyin, səriştəsizliyin, mənəm-mənəmliyin biabırçı bir təzahürüdür.
TEREF yazır ki, bu özbaşınalığa öz etirazını UNEC nəzdində Sosial-İqtisadi Kollecinin müəllimi , Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı bildirərək daha sonra yazır:
Ardını oxu...
Kollecin direktoru eyni zamanda :
-Tələbələrə bir fənndən 15 mövzuya, yəni 30 saata 500,550 test tapşırığını hansı əsaslarla verdiyinə?
-Bu cür imtahan forması və qaydasını tələbələrə məlumatın və tapşırıqların imtahana bir aydan da qalmış müddətdə verilməsinə
-5- 6 fənn üzrə bu qayda ilə kollec tələbəsi 2500-3000-dən çox test tapşırığını necə hazırlaşıb uğurlu imrahan verə biləcəyinə?
-396 nəfər apelyasiya vermis tələbələrin şikayətləri hansı qaydaya və təlimata uyğun olaraq yoxlanılmasına?
-Nə qədər tələbənin təqaüdünün kəsilməsinə?
-sonuncu kürsü bitirə bilməyən tələbələrin sayına?
-Xüsusən də Kollec direktoru təkbaşına qəbul etdiyi bu qərarları hansı pedaqoji təcürbəsinə əsaslanmasına cənab nazir özü bilavasitə aydınlıq gətirməlidir. Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur? Millətin övladlarının taleyi heç bir halda kimsənin özbaşınalığının qurbanı olmamalıdır.
Qələndər Muxtarli
TEREF
Ardını oxu...
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xocalı rayonunda ilkin mərhələdə 13 hektar ərazidə Tut tinglərinin gətirilməsi, əkin sahəsinə köçürülməsi və aqrotexniki qulluq işləri xidmətlərin satın alınması üzrə bir mənbədən satınalama metodu tətbiq etməklə ″AQROTARIM″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 693.607,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının portalına 19.04.2025-ci ildə yerləşdirilib.

Bu satınalmada ″AQROTARIM″ MMC-nin bir mənbədən satınalma metodu ilə qalib seçilməsi bizi daha ətraflı araşdırma aparmağa sövq etdi.

Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti heç bir xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi portalına yerləşdirilmiş toxum- ting təchizatçılarının siyahısında ″AQROTARIM″ MMC toxumçuluq təsərrüfatı kimi göstərilir. Bu isə MMC-nin tingçilik üzrə xüsusi hüquqlara malik olmadığını bir daha təsdiq edir.
Bundan əlavə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Satınalma Komissiyası satınalma proseduru zamanı Nazirlər Kabenitinin 30 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyən edilmiş uyğunluq göstəricilərini nəzərə almamış, ″AQROTARIM″ MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarını, oxşar analoji xüsusiyyətli işlərin görülməsi təcrübəsinin olmamasını nəzərə almamış, satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı üzrə nəqliyyat vasitələri və xüsusi texnikaları, “işçi qüvvəsi” meyarları ilə bağlı tələblərə uyğun olmadığı açıq aydın görsənməkdədir.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında ″AQROTARIM″ (VÖEN- 6200118521) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 04.04.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının AĞCABƏDİ RAYONU, TAXTA KÖRPÜ, qanuni təmsilçisinin isə Şükürov Firuz Famil oğlu oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC 2011-ci ildə dövlət qeydiyyatın alınıb və AKİA-nın məlumatlarında toxumçuluq təsərrüfatı kimi göstərilir. Maraqlıdır “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ″AQROTARIM″ MMC ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən təchizatçıdan satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması barədə müvafiq hesabatlar, təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmasına dair son 3 il ərzində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə 3 müqavilə tələb edibmi? Tələb edibsə, ″AQROTARIM″ MMC qurumun Satınalma Komissiyasına son 3 il ərzində icra olunmuş hansı analoji xidmətlər barədə sənədlər təqdim edib?

Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə əlaqə saxladığımız MMC-nin səlahiyətli nümayəndəsi Babaxan Qasımlı AKİA-da toxumçuluq təsərrüfatı kimi qeydiyyatda olmalarına baxmayaraq tingçiliklə də məşğul olduqlarını bildirdi. Artıq sözügedən ərazidə işlərə başladığlarını bildirən Babaxan Qasımlı əlavə etdi ki, bütün sənədlər qaydasında olmasaydı nəzarət orqanı buna icazə verməzdi. Müqavilə bağlanıbsa deməli hər şey qaydasındadı.

Amma biz nədənsə ″AQROTARIM″ MMC-nin son üç il ərzində icra etdiyi yüzminlərlə manat dəyəri olan analaoji işlərlə bağlı heç bir məlumat tapa bilmədik. İndi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi açıqlasın. ″AQROTARIM″ MMC bu analaoji işləri nə vaxt və harada görüb?

Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimlidir. O, daha əvvəllər “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru olub. Memarlıq üzrə fəlsəfə doktoru olan Telman Kərimli bu vəzifəyə ötən ilin avqust ayından təyin edilib.

Aktualinfo.org
 
Ardını oxu...
Amerikada yaşayan jurnalist Qənirə Ataş “VMR Estetik Klinikası”nın keçmiş kosmetoloqu? “Gül Əliyeva” adı ilə tanınan Gülsüm Əliyeva ilə şəxsi yazışmalarını yayıb.
Jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Oxuyun. Detalları öz gözlərinizlə görün və insanların necə saxtakarlığa əl atdığını şahid olun. 2024-cü ilin oktyabr ayının sonundan etibarən, xalqımızın sağlamlığı və təhlükəsizliyi naminə başladığım araşdırmalar zamanı müxtəlif sahələrdə ixtisası olmadan fəaliyyət göstərən “həkimlər” haqqında məlumatlar toplamağa başladım. Xüsusilə VMR Estetik Klinikası ilə bağlı saysız şikayətlər gəlirdi. Mən bu insanları tanımırdım, özləri mənimlə instagram üzərindən əlaqə saxladılar. Hələ onların bu qədər qanunsuz fəaliyyətlərini bilmirdim. Düşünürdüm lisenziyalı klinikadır. Lakin deyilmiş. Onlara tövsiyə etdim ki, əhaliyə qarşı təhqiramiz ifadələr işlətməkdən çəkinsinlər. O zaman özlərini təmiz və dürüst insan kimi təqdim edirdilər. Ancaq hadisələrin inkişafı göstərdi ki, onların nə müqəddəs dəyərlərə, nə də insan ləyaqətinə hörməti var. Hələ araşdırmaların əvvəlində belə şikayətlər gəlirdi ki, VMR Klinikada tibbi təhsili olmayan Gülsüm Əliyeva insanlara cərrahi müdaxilə edir, fəsadla qarşılaşan insanlara isə cavab vermək əvəzinə təhqir edirdi.
Mənimlə əlaqə saxlayan Azərbaycanlı qadınlar — hansı ki, bu klinikada səhv müalicə alıb, daha sonra isə yenidən təhqir, təhdid və hədə ilə qarşılaşıblar — yaşadıqları ədalətsizliyi mənə ağlayaraq danışırdılar. Onlar təkcə səhv tibbi müdaxilənin deyil, həm də şəxsiyyətlərinin tapdanmasının ağrısını daşıyırdılar. Polisə çağrılıb orda əzilməkdən danışırdılar. Bu qadınlar artıq birləşib whatsap qrupu yaradıblar. Böyük ehtimalla bu həftə onların bir neçəsi ilə canlı yayım da olacaq.”
Jurnalist bildirib ki, şəxsi yazışmalar zamanı Gülsüm Əliyevaya qadınlara qarşı təhqiramiz davranışa son verməyi tələb edib, lakin qarşı tərəf bu çağırışa məhəl qoymayıb:
“O dövrdə şəxsən ona dedim ki, ər dediyin adamdan qadın kimi bunu tələb et. Təəssüf ki, o, bu çağırışa məhəl qoymadı. İlk dəfədir ki, belə bir yazışmanı skrin edərək paylaşmaq məcburiyyətində qalıram. Ola bilsin ki, texniki səhvlərim olsun, amma əsas məsələ odur ki, faktlar buradadır. Oxuyun, görün. Mənəviyyatın, qanunun və insan sağlamlığının necə ayaq altına atıldığını öz gözlərinizlə görün”.

Qeyd edək ki, bundan əvvəl Qənirə Ataş “VMR Klinikası”nın rəhbəri Vüsal Həsənovun bir neçə dəfə həbs həyatı yaşadığını bildirib. O, əlində bu faktları təsdiqləyəcək sənədlərin də olduğunu bildirib:
Ardını oxu...


“Əldə etdiyimiz məlumata görə, Vüsal Həsənov Ermənistanda, Krasnoselsk rayonunda anadan olub, hazırda Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.
Məsələ burasında maraqlıdır ki, Həsənov Vüsalın cinayət keçmişi də kifayət qədər zəngindir. Rəsmi məhkəmə qərarlarına əsasən, o, müxtəlif illərdə bir neçə dəfə məhkum olunub:
13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq,
16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,
30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,
11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.
Bu qədər açıq faktlardan sonra bu adam istəsə belə məni məhkəməyə versin! Qoy sübut etsin ki, barəsindəki bu rəsmi cinayət qeydləri uydurmadır! Hər şey sübutlarla, sənədlərlə ortadadır. Dələduzluqda məhkum olunan indi insanlara şəfa verməyə çalışır”./bakupost.az

Dünyapress TV

Xəbər lenti