Ardını oxu...
Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında özbaşınalıqlar baş alıb gedir. Anaxeber.com-a verilən məlumata görə, körpələr evinin rəhbəri Venera Xəlilovanın idarəçiliyi altında qanunsuzluqlara və haqsızlıqlara yol verilir. Uzun müddətdir ki, körpələr evinə direktorluq edən Venera Xəlilovanın "ənənəvi" üsullarla uşaq bağçasını öz bildiyi şəkildə idarə etdiyi deyilir. Məlumata görə,
Venera Xəlilova 151 saylı uşaq bağçasında bir tərəfdən "ölü canlar" saxlayır, bir yandan xəbərdarlıq etmədən işçiləri uzaqlaşdırır, digər tərəfdən isə kimə hansı vəzifəni oldu tapşırır. Nəticədə uşaq bağçasında anarxiya hökm sürməklə Xəlilovanın yazılmamış qanunları işləyir.
O da xəbər verilir ki, bağçada uşaqlara verilən qidaların keyfiyyətində problemlər var. Hətta məhsulların istifadə müddətinə diqqət yetirilmir. Bu da əslində cinayət məsuliyyəti yaradır. Yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kiçik araşdırma ilə 151 saylı uşaq bağçasında nələr baş verdiyini təsbit edə bilər. Üstəlik, məsələnin mənəvi tərəfi var. Axı hər şey bir yana, Xəlilovanın vicdanı necə yol verir ki, uşaqlara keyfiyyətsiz, vaxtı ötmüş məhsullardan yeməklər hazırlanmasına şərait yaradır?
Anaxeber.com-a deyilib ki, hazırda uşaq bağçasında heç nə yerində deyil: adı işdə keçən, özü işə gəlməyən "canlı ölü"lər var, qidalar keyfiyətsizdir, müddətsiz çalışanlar isə qanunsuz şəkildə işdən uzaqlaşdırılır. Ancaq heç bir tədbir görülməyib.
Xəbərö görə, elə ki, nazirlikdən yoxlama gəlir, 151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova onları işə çağırır. Guya onlar daimi çalışırlar. Halbuki onların adları gedir, maaş kartları Venera Xəlilovanın cibindədir.
Nazirlikdən komissiya gələndə isə Xəlilovanın "ölü canları" çağırması ilə ört-basdır edor ki, qanunsuz hərəkətlərini gizlədə bilsin. Əslində, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinin əməliyyatı nəticəsində burada ciddi qanun pozuntuları aşkarlana bilər.
Eyni zamanda, bağçanın rəhbəri müddətsiz müqaviləsi olanları xəbərdarlıq etmədən işdən çıxarır. Yəni onlara əvvəlcədən bildirmir ki, işdən azad olunacaqlar. Bununla da Əmək Məcəlləsinin tələblərini pozur. Ondan başqa, bağça rəhbərliyi aşpazı tərbiyəçi, xadiməni nəzarətçi edir. Bu minvalla uşaq bağçasında həm anarxiya hökm sürür, həm də körpələrə qeyri-peşəkar səviyyədə xidmət göstərilir.
Bu azmış kimi, uşaq bağçasında vaxtı keçmiş məhsulların istifadə edilməsi həddi aşıb. Bütün bu özbaşınalıqların isə həyata keçirilməsində bağça müdirinin "sağ əli" sayılan Elmira Kərimovanın əli və rolu olduğu iddia edilir. Artıq Xəlilova barəsində Elm və Təhsil Nazirliyinə, Baş Prokurorluğa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edilib. Yazıda adı keçən tərəflərin isə mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Saytımızda Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziri Samiq Sadıxovun etdiyi qanunsuzluqlar,dövlət büdcəsini talaması və korrupsiya əməlləri ilə bağlı dəfələrlə yazılarımız getmişdir.
Bu gün isə Sizə Şərur Regional Tibb Mərkəz PHŞ-in tabeliyində olan Şərur rayon Mərkəzi Xəstəxanasında baş verən özbaşınalıqlardan yazacayıq.
Bildiyiniz kimi Naxçıvan səhiyyəsi günü-gündən bata-bata gedir.Müəyyən dövr Naxçıvan səhiyyəsində yaxşılığa doğru hərəkətlilik olsa da,2024-cü ilin sonlarından sürətli formada çöküşə doğru getməyə başladı.
Bunun əsas nəticəsi Talıbovun xanlığı vaxtında at oynadanlar bir müddət vəzifədən uzaqlaşdırılsalar da,yenidən dövlətdə əsaslı postları tutmağa başlamalarıdır.
Sizlərə Şərur rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlardan danışacam.Talıbovlar dövründə Şərur RMX-da inzibati işlər üzrə müavin olan Cəfərov İsrafil Elşad oğlu,etdiyi qanunsuzluqlara görə işdən uzaqlaşdırılmağına baxmayaraq,yenidən Şərur Regional Tibb Mərkəzi PHŞ-nə satınalma şöbəsinə rəhbər gətirilib.
İşçilərin verdiyi məlumata əsasən adam vəzifəyə təyin olunan gündən xəstəxananın təminatını deyil,öz cibini düşünür.
Beləliklə özünün vəzifə bölgüsünə əsasən tabe olduğu Şərur regional Tibb Mərkəzi PHŞ-in inzibati məsələlər üzrə müavini Adət İbrahimovu heçə sayaraq,direktor vəzifələrini icra edən Asiman Yusifovla (Babək rayon Mərkəzi Xəstəxanasında baş həkim olan zaman istintaq orqanları tərəfindən etdiyi əməllərə görə dindirilib) əlbir olaraq Naxçıvanda fəaliyyət göstərən Azmedtech MMC (VÖEN 1302717781) ilə cinayət əlaqəsinə girərək tibbi avadanlıqları təmir edib ehtiyyat hissələr adı ilə pullar silərək bölürlər.
Ümumiyyətlə xəstəxanada bütün təmizlik vasitələri və hətta təcili yardımda istifadə olunan dərmanları işçilərin özlərinə aldırırlar.
İş vaxtı olmasına baxmayaraq işə ürəklərinin istəyi ilə gəlib gedirlər,əksər hallarda nahar fasiləsindən sonra İsrafil bəy nə özü nə də qeydiyyatçı olan həyat yoldaşı işə gəlmir.
Bəllidir ki,hüquq mühafizə orqanları Şərur rayon Mərkəzi Xəstəxanasına yoxlama təyin edərək yoxlatdırsalar Şərur rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqları aşkar edərlər,dövlətin pulunun yeyintisinin qarşısını alarlar.
Ümumiyyətlə xəstəxanada qanunsuzluqlar bununla bitmir,ixtisasca anestezioloq olan amma cərrahlıq edən Nurlan adlı şəxs xəstələrdən 1000.00 - 1500.00 manat alaraq qanunsuz olaraq əməliyyatlar edir.
Əksər əməliyyatlar sənəddə qeysəriyyə əməliyyatı olsa da sənəd üzərində digər növ əməliyyat kimi qeyd olunur.Bəllidir ki,bu əməliyyatlar üçün İcbari Tibbi Sğortadan da bu əməliyyatlar üçün pullar da mənimsənilir.
Xəstəxanada şəkər dərmanları şəkər xəstələri üçün verilsə də əksər hissəsi İsrafil bəyin vasitəsi ilə yoxa çıxarılır və Asiman bəy ilə öz aralarında bölünür.Xəstəxananın lifti işləmir,kt işləmir,laborator xidmət istəyən xəstələri də özəl xəstəxanalara yönləndirərək ordan faizlər alırlar.
Ardını oxu...
Hüquq mühafizə orqanlarından xahiş edirik İsrafil və Asimanın yeyintilərinin qarşısını almaq üçün yoxlama təyin edərək Şərur Regional Tibb Mərkəzi Publik Hüquqi Şəxsə yoxlama təyin etsinlər,İsrafil və Asimanın yeyintilərinin qarşısını alsınlar.Hətta İsrafil əksər yerlərdə TMİB-in icraçı direktoru Vüsal Məmmədovun da adını hallandırır ki,Samiq Sadıxov məni işdən çıxartmışdı,yenidən TMİB-in icraçı direktoruna pul verib vəzifəyə gəlmişəm,o mənə heçnə edə bilməz.
Yaxın günlərdə İsrafil Cəfərovun digər qanunsuzluqları barədə məlumatları dərc edəcəyik…
Sima Babayeva
TEREF
Ardını oxu...
"DİA-AZ" xəbər verir ki, Ağdam rayonunun 1-ci Yüzbaşı kənd sakini Ümid Nəsibov deyir ki, bacısı oğlu 10-cu sinif şagirdi olan Elsevər Əhmədovu sözügedən məktəbin direktoru Polad Zeynalov tərəfindən məktəbə buraxılmır.

Onun iddiasına görə, məktəbdə yoxlama aparılan zaman Elsevər Əhmədov direktor Polad Zeynalovun özbaşnalıqları barədə məlumat verdiyi üçün, drektor qərəzli şəkildə onu məktəbdən uzaqlaşdırıb.

Şikayətçinin iddiasına görə 1-ci Yüzbaşlı kənd orta məktəbində yalnız Polad Zeynalovun qohumları işləyir, məktəbdə özbaşınalıq baş allb gedir, tədrisin səviyyəsi sıfır dərəcədədir. Vətəndaş deyir ki, direktorun qanunsuz hərəkətlərinə etiraz etdiyi üçün adıçəkilən məktəbdə gözətçi işləyən direktorun anası şagirdə zor tətbiq edərək, onu təhqir edib və məktəbin qapısından girməsinə icazə verməyib.

O da mətbuat vasitəsi ilə təhsil naziri Emin Əmrullayevə və aidiyyatı qurumlara müraciət edərək bu məsələnin araşdırılmasını, 1-ci Yüzbaşlı kənd mətəbinin drektoru Polad Zeynalov barəsində qanuni tədbir görülməsini və Elsevər Əhmədovun dərslırinə davam etməsi üçün şərait yaradılmasını xahiş edir.
 
Ardını oxu...
Samux rayon Mərkəzi Xəstəxanasının 145 min manatlıq tenderinin adı var özü yoxdur.

Vəzifəli şəxslər müxtəlif tenderlərdə pul silmə prosesi həyata keçirilməsi adi hal alıb.

Hüquq-mühafizə orqanları bu gizli əməlləri aşkar edərək lazımi tədbirlər görür. Hesablama Palatası müxtəlif vaxtlarda dövlət qurumlarında çatışmamzlıqlar və nöqsanlarla bağlı öz hesabtlarında məlumatları ictimayyətin nəzərinə çatdıraraq hüquq -mühafizə orqanlarına sənədləri təqdim edib huquqi qiymət verilməsi üçün işlər aparılmaqdadır. İddialara görə belə proseslərdən biridə Samux rayonu Mərkəzi xəstəxanasında baş verib.

Belə ki, tender keçirilsdə amma işlər görülməyib. və dövlət büdcəsində ayrılan vəsait hara xərcləndiyi məlum deyil.

Məsələ ilə bağlı Samux rayon Mərkəzi Xəstəxanasından heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, 2023-cü ildən Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədllidir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
xalq.az
 
 
 
Ardını oxu...
Ölü heyvan ətlərindən dönər düzəldib insanlara sırıyan kimlərdir?

Azərbaycan Respublikası Prezidentinin yürütdüyü daxilisi yasətdə hər zaman insan faktoru əsas amil olub. Cənab Prezidentin “ölkəmizin ən böyük resursu insan resursudur” fikri bütün islahatlarda başlıca faktor kimi ön plandadır. Təəssüflər olsun ki, bəzi işbazlar öz maddi maraqlarını düşünürək bu məqamı diqqətə almırlar. İnsan faktorunda əsas prinsipin sağlamlıq olduğunu nəzərə alsaq, sağlam qidalanmanın vacibliyini də diqqətdə saxlamlıyıq.

Azərbaycan xalqı qida rasionunda ət məhsullarının xüsusi önəm verdiyindən bu məsələdə ət istehlakı ayrıca önəm kəsb edir. Məhz bunu nəzərə alaraq ölkə rəhbəri Qida Təıhlükəsizliyi Agentliyi kimi qurumlar yaradıb və bu məsələni diqqətdə saxlayır. Amma yuxarıda da qeyd etdiyimiz kimi, öz gəlirlərini milli maraqlardan üstün tutan bəzi şəxslər məhz qida məsələsində millətə xəyanət edirlər. Bərdə rayonunda bir qrup şəxs ölü heyvan, eşşək və at ətlərini bazara soxmaqla sözün həqiqi mənasında insanları xəstəliklərə düçar edir. Bizə daxil olan məlumata görə, Bərdədə məskunlaşmış bir qrup alverçi ətraf rayonlardan da ölü və xəstə heyvanları, at və eşşək ətlərini bazara sağlam qida məhsulu kimi çıxarır. Ən pisi isə budur ki, AQTA istisna olmaqla, bu problemlə mübarizə aparmalı olan qurumların aktivliyi hiss olunmur. Bu isə həmin qurumlarla bağlı müəyyən şübhələrə və inamsızlıqlara yol açır. Növbəti yazılarımızda bunu konkret faktlarla ortaya qoyacağıq. Bu gün isə məlum olan budur ki, ətin kilosu 18-20 manata olduğu halda Bərdədə 1 manatlıq dönər əlindən tərpənmək olmur. Bu fakt bir daha sübut edir ki, Bərdədə genefondumuza divan tutulur. Bu rayonda məktəblilərin dönərdən zəhərlənməsi kimi faktlar digər rayonlarla müşahidə də daha çox rast gəlinir.

Bu gün Bərdə və ətraf rayonlarda ucuz qiymətə ət məhsullarını və ətdən hazırlanan digər qida məhsullarını normal maya dəyərindən aşağı satılması məntiqi baxımdan şübhələr yaradır. Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə, Bərdədə insanların sağlamlığına təhlükə yaradan ət məhsullarını paytaxt bazarına yol tapması böyük bir şəbəkənin əlindədir. Mənbəmiz həmin şəbəkədə Bərdə rayonunun müvafiq qurumlarının da xəbərdar olduğunu bildirdi. Bütün bu əlaqələr haqqında növbəti yazımızada ətraflı bəhs edəcəyik.
TEREF
 
Ardını oxu...
Əslində peşə məktəbləri təhsil sisteminin ARXA BAĞÇASI kimi xarakterizə olunduğundan bura hər zaman daha çox yeyinti, maxinasiya, fırıldaq ünvanı kimi yanaşılıb. Elə "DİA-AZ"a daxil olan müraciətdən belə anlaşılır ki, barəsində giley olunan Göygöl Peşə məktəbi də eyni qaydada ehtiva olunmaqdadır. Yəni ağla gələn bütün çirkin işlər burada çevrilir.

Bu barədə yazan narazı valideynlər iddia edir ki, Göygöl Peşə məktəbi əslində quru ad olaraq var. Müraciətdə deyilir:

"Göygöl Peşə məktəbinin quruca adı var. Diqqət yetirsəniz hətta bir zamanlar sosial şəbəkələrdə belə aktiv olan bu qurum indi ADİ YEYİNTİ YERİDİR...

Bütün bu qara işlərin başında isə hansısa kənra şəxs dayanmır. Bu məktəbin direktoru və baş mühasibi əlbir olarsq dövlət malını aşkar şəkildə talıyırlar. Əgər Elm və Təhsil nazirliyinin başında oturanları bu dövlətin malı və bu millətin gələcəyi zərrə qədərində maraqlandırırsa, o zaman Göygöl Peşə məktəbindəki özbaşınalıqlara təcili müdaxilə etməlidir..."

Qeyd edək ki, araşdırmalarımız zamanı Göygöl Peşə məktəbinin sosial şəbəkələrdəki səhifələrinin3 ilə yaxındır yenilənmədiyinə şahidlik etdik. Bu isə o deməkdir ki, artıq 3 ilə yaxındır ki, burlarda təhsilin başı buraxılıb...

Məsələ diqqətimizdədir...
 
Ardını oxu...
Bakıda İzmir klinikasında estetik əməliyyat etdirən qadın ağır xəstəliyə düçar olub.

Özünü həkim kimi təqdim Sadiq Durmuşov şikayətçinin üzündə qüsürlar yaratdı?

XALQ.AZ-a müraciət edən Bakı sakini Bakdəmirova Nərgiz sosial şəbəkədə estetik prosedurlarla bağlı reklam görərək Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən “İzmir klinikası” na müraciət edib. İzmir klinikasında estetik həkim kimi özünü təqdim edən Sadiq Durmuşov 500 manat məbləğində şikayətçini üzgərmə proseduru edib.

Prosedurdan sonra Nərgiz Bakıdəmirova üzündə şiddətli agrılar və şişkinlik olması ilə bağlı Sadiq “doktora” yenidən müraciət edib, Sadiq Durmuşovun ona müəyyən dərmanları qəbul olumasını və agrılar və şişkinlik bir müddət sonra kecəcyini bildirib. Daha sonra “doktor” Sadiqlə və asistenti Minayə adlı xanıla davamlı əlaqə saxlasamda telefon zənglərimə cavab vermədilər.

Şikayətçi qeyd edir ki, bu günədək üzümdəki yaranan qüsürlar və ödəm olduğu kimi qalıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduqdan sonra Sadiq Durmuşov şikayətçiyə ödədiyi 500 manatı qaytarıb və əlavə 200 manat pul verib ki, şikayət etməsin.Lakin bu günədək Bakdəmirova Nərgiz bildirir ki, üzümdə olan qüsürlar keçməyib və digər həkimlərin bildirdiyinə görə, üzdə sinirə toxunulduğundan qüsürlar yaranıb. Sadiq Durmuşovun apardığı estetik əməliyyatdan sonra məndə ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil deyə şikayətçi bildirib. Bununla bağlı tibbi ekspertizasının rəyində qeyd olunub ki, üzün sol tərəfində ödəm, aseptik iltihab qeyd olunur.

Məsələ ilə bağlı İzmir klinikası ilə əlaqə yaratdıq, klinikadan bildirilib ki,belə pasiyentimiz olmayıb və Sadiq Durmuşov adlı şəxs bizdə işləməyib.

Şikayətlə bağlı Sadiq Durmuşovla əlaqə saxlasaqda o açıqlama vemək istəmədiyini bildirərək telefonunu qapatdı.

XALQ.AZ araşdırma apararaq məlum olmuşdur ki Sadiq Durmuşov Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən “İzmir” klinikasının rəhbəridir və hüquq-mühafizə orqanlarına verdiyi izahatında özü bunu təsdiq edib.

Qeyd edək ki, Sadiq Durmuşovun Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan estetik prosedur həyata keçirib.

Bəs görəsən İzmir klinikasında həkim olmayan rəhbər necə estetik prosedur həyata keçirir. Bu məsələ isə hüquq-mühafizə orqanlarının işidir.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Respublika Psixatriya Xəstəxanası keçirdiyi tenderin nəticələrini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, qurum çirkab suların daşınması prosesini həvalə edəcəyi şirkəti müəyyənləşdirib.
Belə ki, bu məqsədlə “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri isə 72.109 manat təşkil edib.
Qeyd edək ki, sözügedən şirkət son bir ildə daha üç tenderin də qalibi olub. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araçdırma zamanı məlum olub ki, bu ilin yanvarında “AzTeleKom”la anlaşan şirkət yüklərin daşınması, evakuasiya, yükqaldırma, sərnişin daşıma və digər əlaqəli xidmətlərin satınalınmasını reallaşdırıb. Bunun müqabilində isə 445 min 450 manat əldə edib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da (AQTİ) ötən il yük daşıma xidmətlərinin satın alınması məsələsində “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC ilə anlaşıb. 9.870 manatlıq müqavilə bağlayıb.
Keçən il sonuncu belə razılaşma isə Dövlət İmtahan Mərkəzi ilə olub. Belə ki, təmizlik (cleaning) xidmətinin satın alınması məqsədi ilə keçirilən tenderin qalibi olan MMC 79 min 296 manat dəyərində iş görəcəyi öhdəliyi götürüb.
Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi bu ilin aprelində də sözügedən şirkətlə anlaşma əldə edib. Lakin bu tenderin nəticəsi etender.gov.az saytında yerləşdirilməyib. Belə ki, “AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC DİM-lə yüklərin daşınması məsələsində 25 min 960 manatlıq müqavilə imzalayıb.
Araşdırma zamanı o da məlum olub ki, bu şirkət daha çox “188” yükdaşıma şirkəti olaraq tanınır. Üstəlik, götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ən çox məhkəməyə verilənlər sırasındadır. Məsələn, internet mənbələrində ötən il ərazində şirkətin ən az 5-6 dəfə məhkəməyə verildiyinə dair məlumatlar var. Məhkəməyə verənlər arasında “İlk Media” şirkətinin rəhbəri, “Bozbaş Picture” layihəsinə başçılıq edən İlkin Həsənli də var.
Maraqlıdır ki, bunca məhkəməyə verilən, reputasiyası elə də aydın olmayan bu şirkətə dövlətin önəmli qurumlarının maraq göstərmələrinin səbəbi nədir?
Xatırladaq ki, “Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.
Ardını oxu...
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar sözügedən məsələdən xəbərsizdirlər.
Artıq Nərimanov rayonunda qanunsuz agac kəsilməsi adi hal alaraq ekokoji genosidə çevrilib. Rayonun Həsənoğlu küçəsində yerləşən “Ailə Park” MTK-nın tikint ərazisində irigövdəli yaşıl ağacı kəsilərək götürülüb.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə yaratmaq mümkün olmadı. “Ailə Park” MTK-da görüntülərə heç bir açıqlama verilmədi.

Məsələ ilə bağlı qurumların mövqeyini dərc etməyə hazırıq.
Videonu patrul.az yayımlayıb.

 
Ardını oxu...
Azərbaycanda elə tikinti maqnatları var ki, hansı dələduzluğu edir etsin, sanki toxunulmazlıq statusu alıb. Ona görə də illərdir ki, yol verdiyi cinayətlərə, saxtakarlıqlara, fırıldaqlara baxmayaraq məsuliyyətə cəlb olunmayıb. Hətta nəinki istintaqa çağırılmayıb, bilə-bilə ki bu tikinti şirkətinin sahibi vətəndaşları aldadıb, ona yenə də şərait yaradılıb, təzə-təzə işlər götürüb, bina tikməyə yer ayrılıb.
Anaxeber.com-un araşdırmasına görə, onlardan birincisi “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Rauf Əliyev ölkədə yüzlərlə vətəndaşı aldadıb, bir mənzili bir neçə adama satıb, pullarını mənimsəyib, indiyə qədər problemi həll etməyib, illərdir ki, vətəndaşlar aksiyalar keçirir, şikayət edir, amma bu şəxs nə həbs edilir, nə də zərər çəkənlərin pulunu qaytarır. Və hazırda həbsdə olan MTK rəhbərlərindən fərqli olaraq, Rauf Əliyev barəsində bu qədər şikayətlərə, dəlil-sübutlara baxmayaraq azadlıqda gəzir. Onun aldatdığı vətəndaşlardan biri elə dünən mətbuata çıxıb.
Belə ki,
"İnşaat Konstruksiyaları” MMC-nin qurbanlarından olan Rafiq Əmirov zərərçəkmiş qismində tanınmır. Bu barədə Reportyor.info-ya onun özü bildirib.
Rafiq Əmirov 2017-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, Abbas Mirəz Şərifəzadə küçəsi 33-də inşa etdiyi yaşayış binasından mənzil alıb. Bir müddət sonra isə məlum olub ki, onun aldığı mənzil Fətullayeva Təbərrük adlı bir xanıma satılıb.
Şikayətçi deyib ki, həmin xanımla imzalanmış müqavilələr saxtadır. Yəni üzərindən 8 il keçib, il 2025-dir, hələ də vətəndaşın problemi həll olunmayıb. Və belə qurbanların sayı "en" qədərdir. Sadəcə, Rauf Əliyev toxunulmaz birinə çevrilib.
Bu azmış kimi, ona hələ də Bakıda bina tikməyə icazə verilir. Axı onu himayə edənlər kimlərdir ki, dələduzluğa yol verdiyi göz qabağında olduğu halda, yenə də tikinti aparmasına şərait yaradılır?
Bu sektorda olanlar bilir ki, bina tikmək asan məsələ deyil. Əvvəlcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməlidir, yer ayırmalıdır, sərəncam imzalanmalıdır.
İkincisi, Fövqəladə Hallar Nazirliyindən tutmuş bütün rəy verən, kommunal təchizatı təmin edən qurumlara qədər bu prosesdə iştirak edir. Bəs necə olur ki, dövlət qurumları adı dəfələrlə dələduzluqda hallanan, haqqında saysız-hesabsız şikayətlər olan Rauf Əliyevin yeni binalar tikməsinə göz yumurlar?
Ən absurd mənzərə budur ki,
"İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunsalar da, bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər.
O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
"İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.
Mediada gedən xəbərlərə görə, Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.
Bundan başqa, Rauf Əliyev Şəhərsalma və Arxitektura Komitəsi ilə də "dil taparaq" əlavə mərtəbələr qaldırılmasına razılıq ala bilir. Beləliklə, şəhərdə toxunulmaz bir dələduz gəzir və ona "gözün üstə qaşın var" demir...


Azər Talıbov
Anaxeber.com
 

Dünyapress TV

Xəbər lenti