Ardını oxu...
Təhsil Nazirliyi daha bir tenderə yekun vurub.

Nazirliyin tabeliyində olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi elektron təhsil resursları xidməti alacaq.

Belə ki, sözügedən qurum bu məqsədlə “EDUMEDİA-AZƏRBAYCAN” MMC ilə anlaşıb. Tərəflər arasında 1 milyon 957 min 866 manatlıq satınalma müqaviləsi imzalanıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən həyata keçirdiyi araşdırma zamanı məlum olub ki, Təhsil Nazirliyi ilə adıçəkilən şirkət arasında keçən il də iki tender keçirilib. Belə ki, 27.09.2024-cü ildə keçirilmiş tenderlə nazirliyin idarəsi elektron təhsil resurslarının satınalınmasını reallaşdırıb və bunun müqabilində MMC-yə 1 milyon 958 min 591 manat ödəyib.

Yeni informasiya sistemlərinin yaradılması və mövcud informasiya sistemlərində təkmilləşdirilməsi tenderi isə 18.09.2024-cü ildə baş tutub. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi bununla əlaqədar “EDUMEDİA-AZƏRBAYCAN” MMC ilə 1 milyon 804 min 999 manata anlaşıb.

Onu da bildirək ki, Təhsil Nazirliyi ilə bu şirkət arasında tender əlaqələri təkcə, 2024-cü ilə yekunlaşmır. Məsələ 2019-cu ilə qədər uzanır. Belə ki, «Edumedia Azərbaycan» MMC-nin əsas «müştərisi» olan Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdirilmasi İdarəsi həmin il 1 milyon 541 min 821 manatlıq iki tenderi bu şirkətə verib.

2023-cü ildə isə bu iki tərəf arasında daha bir bahalı tender razılaşması əldə olunub. Açıq mənbələrdə qeyd edilir ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Mövcud elektron informasiya sistemlərinin təkmilləşdirilməsi, eyni zamanda yeni informasiya sistemlərinin yaradılması kimi iş və xidmətlərin satın alınması”nı reallaşdırıb. Bu zaman tenderin qalibi “Edumedia Azərbaycan” MMC ilə 2 milyon 173 min 362 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, «Edumedia» şirkəti 2011-ci ildə yaradılıb (qeydiyyat tarixi 13.01.2011), sonuncu dəfə reyestr sənədlərinə 18.05.2021-ci il tarixində dəyişiklik edilib. Şirkətin hüquqi ünvanı Bakı şəhər. Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 19B, mənzil 29 ünvanında yerləşir. Nizamnamə kapitalı cəmi 60 manatdır. Şirkətin qanuni təmsilçisi Dilarə Midhəd qızı Yusiflidir.
 
 
 
Ardını oxu...
Bakı şəhəri Nəsimi rayonundakı 240 nömrəli məktəb 1967-ci ildə inşa edilib istifadəyə verilmişdir. Hal-hazırda məktəbdə Azərbaycan və rus bölmələrində 1514 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur.
Müəllimlərdən 2 nəfəri “Əməkdar müəllim” adına layiq görülmüş, 4 nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Məktəb Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iki dəfə - 2008/2009 və 2014/2015-cı tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 2008-ci ildə məktəbə 3 mərtəbəli, 25 sinif otağından ibarət 500 nəfərlik müasir tələblərə cavab verən tədris korpusu tikilib istifadəyə verilmiş, lazımi avadanlıqla tam təchiz edilmişdir. Məktəbin əsas binası 2013-cü ildə əsaslı təmir edilmişdir. Məktəbdə əsaslı təmir işlərinin aparılması ilə əlaqədar Respublika Prezidenti cənab İlham Əliyev məktəbdə olmuşdur. Məktəbə 1993-cü ildən Məmmədova Esmira Əşrəf qızı rəhbərlik edir.Təhsil Nazirliyi tərəfindən E.Ə.Məmmədova "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Məktəbin devizi: “Məktəb üçün deyil, həyat üçün öyrətmək!” – dir. 2015/2016-cı tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “Sağlam təhsil, sağlam millət” və tam orta təhsil səviyyəsində təmayülləşmə pilot layihəsi üzrə siniflər fəaliyyət göstərir. O cümlədən , məktəbdə məktəbəqədər hazırlıq qrupları təşkil edilmişdir. TQDK-nın statistik məlumatında təsdiq edildiyi kimi məktəb ali məktəblərə tələbə qəbulunun nəticələrinə görə ardıcıl olaraq Respublikanın ən yaxşı məktəbləri siyahısına daxil edilmişdir. Son illərdə məktəbi fərqlənmə attestatı ilə bitirmiş və qızıl medala layiq görülmüş məzunlarımızın hamısı yüksək ballarla ali məktəblərə qəbul olunmuşdur. 2 nəfər məzunumuz məktəbi qızıl medalla bitirmiş,5 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür . Məktəbin 144 nəfər məzunu respublika üzrə “Ən yaxşı məzun” siyahısına daxil edilmişdir. 24-25 may 2016-cı il tarixləridə Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə məktəbimizdə “Açıq dərs” layihəsi həyata keçirilmişdir.
Bütün bu sadalananlar üzərinə məktəbdə baş verən qanunsuzluqları nəzərə alsaq deyilənlərlə əks mütənasiblik təşkil edildiyinin şahidi olmaq olar. Heç kimə sirr deyil ki 11 illik şagirdlərin kənar hazırlıq kurslarına cəlb edilməsi halları günü-gündən artmaqdadır. Bakunews.az-a daxil olan məlumatlarda məhs bu yöndədir. 240 saylı məktəbdə davamiyyət pozuntusuna səbəb olan hallarla bağlı araşdırma apararkən məktəbdə təhsil normativlərinə uyğun olmayan hallar diqqətimizi cəlb etdi. Belə ki, orta məktəbdə təhsilin normal qaydalarda keçirilməməsi şagirdlərə bilik verilməsi əvəzinə başqa halların olması faktları gözlə görünəcək dərəcədədir. Məktəbdə qeyri-qanuni pul yığılması Direktor tərəfindən 9-11 sinif şagirdlərin hazırlıqlara cəlb edilməsi və dərslərdə iştirakına rüşvət qarşılığı izinlər verilməsi hallarının mövcudluğu ilə bağlı redaksiyamıza məlumatlar verilməkdədir.
Məsələ ilə bağlı araşdırmamız davam etdiyindən hələlik tam şəkildə məlumat verə bilmirik. Növbəti yazılarımızda bütün bunların geniş və silsilə araşdırmanı sizə təqdim edəcəyik.

/Bakunews.az
Ardını oxu...
Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-01 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025″ turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 185.660,02 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən nəzərdə tutulmuş sərgi stendinin quraşdırılması işlərinə dair keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 407.082,30 manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, bu Dövlət Turizm Agentliyi ilə “BÜROMAX” MMC arasında olan ilk işbirliyi deyil. Tərəflər arasında 16-19 yanvar 2025-ci il tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək “Ferien Messe Wien” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üzrə bir müqavilə də 08.01.2025-ci ildə bağlanılıb. Bu müqavilənin dəyəri 118.809,48 manat təşkil edib. “BÜROMAX” MMC 191.001,29 manat ehtimal olunan qiymətə qarşı yenə də 20 faizdən aşağı təkliflə qalib seçilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BÜROMAX” (VÖEN: 1403306911) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 12.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FİKRƏT ƏMİROV, ev 10, qanuni təmsilçisi kimi isə Rəhimov Oğuz Nurəddin oğlu qeyd olunub.

Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumata görə “Büromax” MMC-yə inzibati protokol yazılıb. Xəbərə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Göründüyü kimi Dövlət Turizm Agentliyi ilə “BÜROMAX” MMC arasında bağlanmış satınalma müqaviləsində satın alınan xidmətin qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən aşağıdır, hətta 50 faizə yaxındır. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaya bilmir.

Bu şübhələri iki gün əvvəl Dubayda keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisi ilə bağlı Dövlət Turizm Agentliyinin elektron mediada yaydığı məlumatlar daha da artırır. Ağentliyin yaydığı məlumatda qeyd olunur ki, Dövlət Turizm Agentliyi sərgidə iştirak etmək üçün stend quraşdırılmasını “BÜROMAX” MMC-yə həvalə edib. Bunun üçün agentlik şirkətə 18.566.002 manat ödəyib. Sərgi üzrə tələb olunan sahənin icarəsi üçün isə “Reed Exhibition Limited” şirkəti ilə razılaşıb. Bunun üçün şirkətlə 496.213,36 AZN-lik müqavilə bağlanıb.

Qeyd edək ki, satınalmaların portalında Dövlət Turizm Agentliyi Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” sərgisi üzrə tələb olunan sahənin icarəsi üçün 14.04.2025-ci ildə “Reed Exhibition Limited” şirkəti ilə 496.213,36 manat dəyərində, həmin sərgidə açar təhvili üsulu ilə stendin quraşdırılmasına isə “BÜROMAX” MMC ilə 185.660,02 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb. Agentlik iki gün əvvəl yaydığı məlumatda isə şirkətə 18.566.002 manat ödədiyi açıqlanıb. Görsənən odur ki, Dövlət Turizm Agentliyi dövlətin pullarını sərgilərdən daha çox məmurların səyahitəni xərcləyir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi. Görsənən odur ki, Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət almasına baxmayaraq dövlətin pullarını hələ də işçilərinin səyahətinə xərcləyir.

Aktualinfo.org
 
Ardını oxu...
Yevlaxda yaşayış binalarının zirzəmiləri kanalizasiya suları ilə dolub.

Bu barədə “Qafqazinfo”ya rayonun Heydər Əliyev prospektində yerləşən 6 və 8 saylı binaların bir qrup sakini müraciət edib.

Vətəndaşların sözlərinə görə, 80 ailənin yaşadığı 2 bina şəhərin mərkəzində olsa da, cavabdeh qurumların diqqətindən kənarda qalıb: “Bu binaların zirzəmilərinə dolan çirkab suları həm rütubət yaradır, həm də binaları qəzalı vəziyyətə salır. Binaların zirzəmilərinin kanalizasiya sistemləri işləmir, əziyyətini də biz sakinlər çəkirik. Aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlasaq da, heç bir nəticə yoxdur. Artıq 10 ildən çoxdur ki, burada vəziyyət eynidir”.
Ardını oxu...
Bina sakini Böyükxanım Qazıyeva bildirib ki, bu problem həll edilməsə, evləri yararsız hala düşəcək: “Hətta qızım bizə qonaq gələndə qala bilmir, deyir ki, belə yaşamaq olmaz. Pis qoxudan yatmaq olmur”.

Digər şikayətçi Sübhan Şirəliyev isə suyun təmizlənməsi üçün sakinlərlə birgə öz vəsaitləri hesabına nasos aldıqlarını deyir: “Nasosla da buranı təmizləmək mümkün olmadı. 22 ildir burada yaşayıram, binanın zirzəmisi bərbad vəziyyətdədir. Hər dəfə özümüz problemin aradan qaldırılması üçün cəhdlər edirik, lakin nəticəsiz qalır”.
Ardını oxu...
Məsələ ilə bağlı Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik. Qurumun Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi Akif Məlikov sorğumuza cavab olaraq bildirdi ki, həmin binalarda problem yarandığı zaman operativ tədbir görülür: “Zirzəmilərdə problem yarandıqda dərhal köməklik göstərilir. Hazırda Heydər Əliyev prospektində yerləşən 6 və 8 saylı binaların zirzəmilərində kanalizasiya xətlərində problem var. Bunun həll olunması üçün siyahı tərtib edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilib. Qısa zamanda sözügedən binaların zirzəmilərində kanalizasiya xətlərinin dəyişdirilməsi bizim tərəfimizdən həyata keçiriləcək”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhərinin Nərimanov küçələri artıq öz sakinləri üçün bir yaşam məkanı yox, narahatlıq mənbəyinə çevrilib.

Patrulaz.az-ın çəkdiyi kadrlarda və yerində apardığı müşahidələrdə aydın görünür ki, bu küçələr nə şəhər planlamasından, nə qanunlardan, nə də insani normalardan xəbər verir.

Bölgədə yeni tikilmiş obyektlər şəhər strukturunu alt-üst edib, piyada və avtomobillərin hərəkətini iflic vəziyyətinə salıb.

Əsasən də Əşrəf Əliyev 11-15 ünvanı ətrafında müşahidə edilən vəziyyət göstərir ki, yeni obyektlərin inşası küçələrdə piyada və avtomobillərin hərəkətini dözülməz həddə çatdırıb.

“Ice Pub Restaurant”, “Dental Estetika”, “Republic Pub Lounge”, “Harika” salonu kimi obyektlərin səkiləri zəbt etməsi, küçələrdə hərəkəti mümkünsüz hala gətirib. Belə ki, səkilər zəbt olunub, piyadalar yola çıxmaq məcburiyyətində qalır, avtomobillər isə sözün əsl mənasında tıxac içində çırpınır.

Ən acınacaqlı vəziyyət isə “Ciao Pizza” restoranının qarşısında yaşanır. Avtomobillər sanki restorana daxil olmaq istəyirmiş kimi, səkiləri tamamilə zəbt edib. Sanki burası bir restoran deyil, avtomobil sərgisi meydançasıdır.

Sakinlər vaxtilə köhnə binaların sökülərək, daha müasir və rahat yaşayış məkanları ilə əvəz olunacağını eşidəndə ümidlənmişdi. Lakin köhnə binaların yerinə başıpozuq şəkildə ucaldılan obyektlər nəinki vəziyyəti düzəltməyib, əksinə Nərimanov rayonunu özbaşınalıq simvoluna çevirib.

Hazırkı şəraitdə avtomobil sahibləri də çətin vəziyyətə düşüblər. Lakin problemin kökü fərdi sürücülərdə yox, şəhərsalma planlamasındakı boşluqlarda axtarılmalıdır. Bir sözlə, məsuliyyətsizlik və plansızlıq qarşısında, bu hallara haqq qazandırmaq mümkün deyil.

Mövcud vəziyyət göstərir ki, şəhərin mərkəzində sanki nə piyada, nə sürücü, nə də şəhər idarəetməsi anlayışı qalıb. Sürücülər səhv parklanma ilə cərimə olunur, amma cərimələr problemin üstünü örtə bilmir.

Küçələri bu hala salanlardan kimdir cavabdeh?

Bakı beləmi inkişaf edir?

Küçələri beləmi gözəlləşir?

Əgər belədirsə, Bombeyə ehtiyac yoxdur! Nərimanov rayonu yetər!

Bu şəhər kimindir? Xalqın? Yoxsa bir ovuc tikinti maqnatının?

Əgər indi susacağıqsa, sabah bu küçələrdə nə piyada gəzə biləcək, nə də yaşamaq mümkün olacaq!

Ümid edirik ki, aidiyyəti qurumlar Bombeyi xatırladan Nərimanov küçələrindəki sıxlıq və qarışıq vəziyyətlə bağlı tədbir görərlər.

 
Ardını oxu...
Fövqəladə Hallar Naziriliyi bir gündə iki fərqli, həm də qəribə tender keçirib.

Tribunainfo.az xəbər verir ki, nazirliyin tabeliyində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdan Kənar Ekspertiza Baş İdarəsi kompyüterlərini yeniləmək qərarına gəlib.

Açıq mənbələrdə qeyd edilir ki, kompyuter, printer, UPS və kompyuter ehtiyyat hissələrinin alınmasını ehtiva edən tender üzrə “AZİMUT TƏCHİZAT” MMC ilə satınalma müqaviləsi imzalanıb. Həmin müqavilənin dəyəri isə 550 min 989 manat olub.

Nazirliyin ikinci tenderi isə milyonluq layihə hesab oluna bilər. Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti bir neçə binanın inşası və istinad divarları inşa edəcək. Məlumatda qeyd edilir ki, nazirlik Cənub bölgəsində 14 ədəd, Qobustan rayonunda 1 ədəd fərdi yaşayış evi, Gədəbəy şəhərində 24 mənzilli binada və Daşkəsən şəhərində 1 ədəd istinad divarının bərpasını həyata keçirəcək.

Nazirliyin qeyd edilən qurumu “TƏMƏL TİKİNTİ” MMC ilə bu məsələdə anlaşıb. Qəribədir ki, FNH bu işlərin müqabilində MMC-yə 1 milyon 947 min 175 manat ödəyəcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.
 
Ardını oxu...
Məhərrəm Talıbov. Bu şəxsina adı Azərbaycanda çoxlarına tanışdır. Tanımayanlar isə soyadını eşitdikdə, söhbətin kimdən getdiyini yaxşı biləcək. Bəli, düz bildiniz, məşhur xanədanlığın ən “parlaq” simalarından biri, keçmiş “Naxçıvan xanı” Vasif Talıbovun həşəmətli qardaşı!

Amma Məhərrəm Talıbovun oğlu Elnur Talıbov da atasından az məşhur deyil. Eyş-işrətə meylli olan bu gənc haqqında istər mətbuatda, istər də sosial şəbəkələrdə çox yazılıb. Məsələn, onun əmisinin sevimlisi, atasının “gül balası” olduğu Naxçıvanda hər kəsə bəllidir. Görünür, bu səbəbdən də hələ uşaq yaşlarından “bir dediyi iki edilməyib”. O, öz tay-tuşları arasında dəyəri yarım milyon olan bir neçə bahalı avtomobili, istər ölkə daxilində, istər də xarici dövlətlərdə adına alınan milyonlarla dollarlıq obyektləri ilə seçilib. Hətta Məhərrəm Talıbov öz əziz-xələf oğlu üçün “əyləncəli hərbi xidmət” də təşkil etdirib. Bir neçə il əvvəl mətbuat yazırdı ki, Elnur 2022-ci ildə “hərbi xidmətdə” olduğu vaxtlar onun üçün N saylı hərbi hissədə “qüllə” deyilən binada özəl otaq hazırlanıb. O, burada müdafiə nazirinin keçmiş müavini Kərəm Mustafayevin oğlu Murad Mustafayevlə birgə “xidmət ediblər”. Onlar orda istirahət edir, istədikləri vaxt şəhərdə gəzir, istədikləri vaxt da Bakıya uçub, paytaxtda nahar edib geri qayıdırlarmış. Belə desək, kasıbların övladı səngərdə erməni ilə üz-üzə dayanıb vətən torpağını qoruduqları halda, bu məmur balaları əsgərliyi də eyş-işrətlə keçiriblər.

Mətbuat onu da yazırdı ki, Talıbovun “xanlığı” dönəmində Naxçıvan DYP-nin əməkdaşları istər Elnurun, istər də qardaşı Samirin əlindən cana doyublar. Belə ki, onlar Muxtar Respublikada yol hərəkatı qaydalarına məhəl qoymadıqları üçün tez-tez yol polisləri ictimai qınaqla üzləşirmiş. Yenə də, kimsə öz vəzifəsini itirməmək üçün, cəsarət edib bu qardaşların avtomobilini saxlamırmış. Cəmi bir, yaxud iki dəfə Elnurun maşını cərimə meydançasına aparılıb ki, bu zaman da həddən artıq içkili olub. Həmin vaxt da polis əmədaşları “yuxarılara” məruzə ediblər ki, guya, onun qəza törətmək ehtimalı yüksək olduğundan, avtomobili saxlamaq məcburiyyətində qalıblar. Hətta, deyilənə görə, həmin avtomobil aylarla cərimə meydançasında unudulub və günlərin bir günü Elnur öz bahalı “oyuncaq”larından birinin əksik olduğunu biləndə, ona cərimə meydançasında olduğunu deyiblər. O da tez yol polisinə zəng vurub ki, maşını yuduzdurub, gətirib qarajında saxlasınlar...

Məlumata görə, Elnur maşınlarını ildə bir dəfə yeniləməyi sevir. Məsələn, onun dəyəri təxminən yarım milyon dollar olan avtomobili cəmi 1 il sürdükdən sonra qiymətinin 1/3-nə, 160 min dollar satışa çıxardığı ilə bağlı sosial şəbəkələrdə görüntülər fakt var.

Şübhəsiz, Elnurun kiçik qardaşı Samir də “ərköyünlükdə” qardaşından geri qalmayıb. O da eyş-işrətə meylli gənc olub. Deyilənə görə, Samir ad gününü hər il bir ölkədə keçirməyə adət edibmiş. O, tez-tez qardaşı ilə Dubaya istirahətə getməyi də sevirmiş. Hansı ki, qardaşların burada bahalı obyektləri, villaları, hətta milyonluq yaxtlarının olduğu haqda informasiyalar var. Üstəlik, onların sosial şəbəkələrdə bu şəhərdən paylaşdığı görüntülər də deyilənləri təsdiq edir. Mənbənin sözlərinə görə, ailənin Dubaydakı mülklərinə Samir nəzarət edir. O, ən azı ayda bir dəfə bu şəhərə gedib-gəlir.

Bütün bunlardan başqa, Samir Talıbovun adı dəfələrlə başqalarına məxsus əmlakları mənimsəmədə də hallanıb. Hətta bunun üçün onu və atası Məhərrəm Talıbovu məhkəməyə də veriliblər. Maraqlıdır ki, şikayətçilər arasında M.Talıbovun yaxın qohumları da olub...

Mənbə deyir ki, Talıbov qardaşları ölkədə olduqları vaxt günlərini Bakının mərkəzində - Nərimanov rayonu, Ə.Rəcəbli-2 küçəsi 23-də yerləşən 4 mərtəbəli binanın üst qatında, özləri üçün ayırdıqları ofisdə keçirirlər. İddia olunur ki, onlar tez-tez burda kef məclisləri təşkil edirlər. Bu binanın təkcə 2 mərtəbəsindən hər ay 50 min manata yaxın icarə haqqı alınır. Birinci mərtəbəsində restoran və “Karvan PUB” yerləşir. Yuxarı mərtəbələr isə ofis kimi icarəyə verilib.

Bütün bunlardan göründüyü kimi, Naxçıvanda “Talıbov xanlığı” süquta uğradılsa da, xanədanlığın hər bir üzvü hələ də öz sərvətlərinə sərvət qatmaqdadırlar...

Hurriyyet.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Bolt Azərbaycan" Şuşanın küçələrini erməni adları ilə göstərir
Bununla bağlı məlumatı sosial şəbəkə istifadəçisi Xatirə Sərdarqızı paylaşıb. Belə ki, Şuşa şəhərində Bolt taksisi sifariş verdikdə küçənin adı erməni adları kimi qeydi çıxır.
Şuşa istiqamətində Bolt tətbiqindən taksi sifarişi axtarışı verdikdə də küçə adlarını erməni adları ilə göstərildi.

Xatırladaq ki, Şəhər 1992-ci ilin mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

 
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə “İlanlı qız” ləqəbi ilə tanınan müğənni Günəş estetik cərrah Əmiraslan Əmiraslanovla bağlı qalmaqallı paylaşım edib.

Musavat.com xəbər verir ki, ifaçı əməliyyatdan sonrakı görüntülərini yayımlayaraq bildirib: “Həkim mənə iki dəfə bədənşəkilləndirmə əməliyyatı etdi. Hər iki prosedur uğursuz alındı və bədənimdə ciddi çapıq izləri qaldı”.

Günəşin sözlərinə görə, o, həkimə 14 min manat ödəyib, lakin bu məbləğə dair heç bir çek və ya rəsmi sənəd təqdim olunmayıb. İfaçı daha sonra pulunu geri tələb etdikdə isə, cərrah onun əməliyyatdan əvvəl çəkilmiş geyimsiz fotosunu üzünü bağlamadan sosial şəbəkələrdə yayımlayıb.

 
 
 
Ardını oxu...
Adı müxtəlif qalmaqallarda hallanan və əsasən müğənnilərə, əyləncəyə maraq göstərməsi ilə diqqətə gələn İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovla bağlı yaxın günlərdə qərar veriləcək. Xatırladaq ki, bu barədə xəbəri keçənlərdə yayınlamışdıq və məsələ ilə əlaqədar "DİA-AZ"ın əldə etdiyi son bilgilərdən aydın olur ki, artıq Bağırovu kimin əvəz edəcəyi də məlumdur.

Mötəbər mənbə iddia edir ki, bu dəfə İsmayıllıya İsmayıllı camaatı ilə dil tapa biləcək şəxsin rəhbər təyin olunacağı gözlənilir: "Həmin şəxs hazırda RİH-də yüksək vəzifə tutur və əslən İsmayıllıdandır..."

Bu arada "DİA-AZ"a yerli sakinlər də öz başçıları ilə bağlı fikirlərini yollayamaqdadırlar. Biz də Nahid Bağırov haqqında sıravi vətəndaşların nə düşündüyünün maraqlı olacağını təxmin edərək həmin rəylərdən bəzilərini olduğu kimi təqdim edirik:

***

Araz Shukur:
NƏ??? YEYİNTİ???? BİZDƏ???? OLAAAA BİLMƏƏƏƏZZZZZZZ!

user46629860678354:
Bir defe iwle bagli qebulunda oldum. Getmeyime pewman oldum.

Abbasov:
heç bunu görən olub ki 5ildi bizi aldadır yeyib icirde bizde yayda susuz qlrlrlq

Elşən Vüqarlı:
Nahid özünə hörmət qoyan adam deyil. ... həyat tərzi keçirən qadınlarla əylənir...

***

Hər halda bu rəylər ciddiyə alınmalıdır və görünəni odur ki, gərəkən qurumlar da nəhayətdə Bağırovun fəaliyyətinə uyğun qiyməti verəcək...
 

Dünyapress TV

Xəbər lenti