Bir qədər əvvəl adı bir sıra qalmaqallara qarışan məktəb direktorundan yenə şikayət var. Tribunainfo.az xəbər verir ki, valideynlər Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın əlindən bezar olduqlarını bildiriblər. Onlar qeyd edirlər ki, xanım Balakişiyeva onlardan hər gün pul tələb edir. Adının çəkilməsini istəməyən valideynlərdən biri Tribunainfo.az-a deyib ki, Arifə Balakişeyav müxtəlif bəhanələrlə onlardan pul tələb edir. “Bizə deyir ki, pul gətirin. Əgər bu əvvəllər ayda-ildə bir dəfə olurdusa, son günlər gündəliyə çevrilib. Daha bezmişik. Bilmirik uşağı məktəbə oxumağa göndərimişik, yoxsa bazara?” Şikayətçi düşən valideynlər bildirirlər ki, Balakişiyeva hətta onlara “2000 manat ver, uşağı məktəbə gətirmə” təklifini də edir. Onlar qeyd edirlər ki, bu yaxınlarda övladına bahalı və dəbdəbəli toy edən məktəb direktorunu bu hərəkətləri onlarda qəzəb doğurub. “Bu yaxınlarında oğluna dəbdəbəli toy elədi. Elə müğənni olmadı ki, orada iştirak etməsin. Allah xoşbəxt eləsin. Bununla işimiz yoxdur. İndi bizdən israrla pul tələb etdikdə, ağlımıza gələn o olur ki, Arifə Balakişiyeva yəqin, oğlunun toy xərcini bizdən çıxarmaq istəyir”. Qeyd edək ki, Arifə Balakişiyeva bir müddət əvvəl “Meridian Park Luxury” restoranında oğluna çox bahalı toy edib. Toy məclisində xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilər qatılıb. Təkcə, bir neçə müğənniyə hər yarım saat üçünb direktorun 50 min manata yaxın pul ödədiyi iddia olunur. Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə də hallanmışdı. Qarşı tərəfi də dinləməyə hazırıq.
Ləğv edilmiş “Texnika Bank”ın Bakı filialının sabiq müdiri Zal Zakir oğlu Yusifovun yüzlərlə əmanətçinin pulunu mənimsəməsi ilə bağlı mediada dəfələrlə məlumat yayılıb. Milyonlarla vəsaitin mənimsənilməsi faktı üzrə cinayət işi 2008-ci ildə başlanılsa da, aradan illər keçməsinə rəğmən, zərərçəkmiş vətəndaşların pulları ödənilməyib. Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov CM-in 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Həm istintaq, həm də məhkəmə araşdırmaları zamanı Yusifovlara məxsus əmlakların Zal Yusifova aid olması işə mahiyyəti üzrə baxan həm Ağır Cinayətlər Məhkəməsi, həm Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası, həm də Ali Məhkəmənin Cinayət Kollegiyasının müvafiq aktları ilə öz təsdiqini tapıb. Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə sözügedən əmlakların müsadirə olunaraq ziyanın ödənilməsinə yönləndiməsi barədə qərar qəbul edilib. Müsadirəsinə qərar verilən əmlakların siyahısı budur: 1. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfindəki 6 saylı sahədə olan 400 kvadrat metr torpaq sahəsində tikilmiş villa; 2. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi 1 ünvanında yerləşən “Humay” şadlıq sarayı; 3. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA mənzil-tikinti kooperativinin tikdiyi binada 200 kv.m qeyri-yaşayış sahəsi. Bununla bağlı indiyədək bir cinayət işi, onlarla mülki iddialar üzrə məhkəmə iclasları keçirilib. Amma Yusifovlar ailəsi məqsədli şəkildə illərlə bu işi uzadıblar, zərərçəkmiş şəxslərin pullarını qaytarmamaq üçün bütün vasitələrə əl atıblar. Eks-bankir və ailəsi əmlakları necə gizlədib? Ağır Cinayətlər Məhkəməsinin sözügedən əmlakların müsadirə olunaraq ziyanın ödənilməsinə yönləndiməsi barədə məlum qərarının icra olunması məqsədilə əmlaklar Binəqədi rayon İcra və probasiya şöbəsində hərraca çıxarıldığı vaxtlarda Zal Yusifovun yaşlı atası, heç bir yerdə işləməyən, təqaüdçü Zakir Yusifov Xəzər Rayon Məhkəməsində iddia qaldırıb ki, əmlaklar ona məxsusdur, həmin əmlakları özü alıb. O iddiasında göstərirdi ki, illər boyu vəzifələrdə işləyib, Göyçə mahalında kəndxuda (yəqin kənd sovetinin, yaxud kolxozun sədri demək istəyib - red.) olub və s. Bu ağlasığmaz fikirlərə inansaq, Zakir Yusifov məhz “kəndxuda” işlədiyi illərdə qazandığı pullarla Bakının mərkəzində, daha doğrusu, istirahət parkında yer əldə edib, özünə böyük bir şadlıq sarayı və villa tikib, daşınmaz əmlaklar satın alıb. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 7(103)-1184/2018 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov tərəfindən verilmiş apellyasiya protesti təmin edilib, məhkum Zal Yusifov barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanununun tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7 may 2018-ci il tarixli 7(003)-1090/2018 saylı qərarı ləğv edilib, barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanununun tətbiq edilməsinə dair məhkum Zal Yusifovun ərizəsi təmin edilməyib. Əmlaklar həbsdə qalmaqla müsadirəyə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş son qərar vardır. Buna baxmayaraq, Yusifovlar ailəsi illərlə bu işi məhkəmələrdə süründürməklə, icraya imkan verməməklə cinayət yolu ilə əldə olunan əmlakları özlərində saxlamaları üçün bütün qanunsuz yollara əl atıblar, məhkəmələri öz xeyirlərinə qərarlar verdirməyə nail olublar. Məhkəmədə qurulan gizli plan Yusifovlar heç bir qanuni vasitə olmadığını görərək, zərərçəkənlərə ödənişləri icra etməmək üçün “daha mürəkkəb” kombinasiya qurublar. Belə ki, Pirallahıda başqa əmlaklarının yerləşdiyini əsas gətirərək, Binəqədi rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını Pirallahı rayonunda mübahisələndirməyə qərar veriblər. Məhkəməni aldatmaq üçün qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 7(103)-1184/2018 nömrəli qərarı deyil, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7 may 2018-ci il tarixli (İş № 7(003)-1090/2018) qərarını təqdim ediblər. Nədənsə, Pirallahı Rayon Məhkəməsi də aldanmağa meyilli olub və iş üzrə heç bir araşdırma aparmadan qərar qəbul edib. Bu isə hakim Rəşad Mustafayevin bu işdə nə qədər “maraqlı” olduğunun göstəricisidir. Pirallahı Məhkəməsinin ədalətsiz qərarı nəticəsində mülklərin üzərindən həbs qərarını götüzdürməyə nail olan Yusifovlar onu tələsik satmağa girişiblər. İşin ən ilginc tərəfi isə həm də odur ki, dövlət nəfinə müsadirə olunmalı əmlak da qanunsuz qətnamə nəticəsində əldən çıxarılıb, nəticədə nə dövlət ona çatası maddi vəsaiti, nə də zərəçəkmiş şəxslər onlara dəymiş maddi zərəri geri ala biliblər. Hakim Rəşad Mustafayev bir qətnamə ilə 100-dən çox zərərçəkəni və dövləti qarşısına almaqda, qanunları ayaqlamaqdan qətiyyən çəkinməyib... “Vicdanlı alıcı”lar... kimlərdir? “Plan” məhz bu cür qurulub: aidiyyəti olmayan bir rayon məhkəməsində gizli şəkildə əmlakların üzərindən həbsi götürmək və zərərçəkənlər xəbər tutana və iddia qaldırana qədər mülkləri “vicdanlı alıcıya” satmaq. Bu məqsədlə Pirallahı Rayon Məhkəməsinin müvafiq qətnaməsi çıxarılmazdan əvvəl - 21 iyul 2018-ci il tarixində Zakir İslam oğlu Yusifovla (Zal Yusifovun atası) İmran Talıb oğlu Hüseynov arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 40M ünvanındakı 0.04 ha torpaq sahəsində yerləşən 647.3 kv.m fərdi yaşayış evinin alqı-satqısı üçün qiyməti 400.000 manat olmaqla, ilkin müqavilə bağlanılıb. Sonra Pirallahı Rayon Məhkəməsinin 2(094)-341/2018 nömrəli, 3 iyul 2018-ci il tarixli qətnaməsi ilə müvafiq əmlakların üzərindən həbs götürülüb, gizli saxlandığı üçün qarşı tərəfin iddia müddətinin keçməsi gözlənilib və 1 may 2019-cu ildə Cəlal Zakir oğlu Yusifov (Zal Yusifovun böyük qardaşı) evə çıxarış alıb. 30 may 2019-cü ildə Cəlal Yusifov İslam Yusifova etibarnamə verib. 2 iyun 2019-cu ildə İslam Yusifov etiharnamə ilə sözügedən villanı 40-206 reyestr nömrəli, 2 iyun 2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 300.000 manat müqabilində Ramil Məhəmmədiyyə oğlu Mahmudova satıb. Bu alqı-satqı müqaviləsində İmran Hüseynov Ramil Mahmudovun nümayəndəsi kimi iştirak etməklə evi onun adına rəsmiləşdirib. Göründüyü kimi, alıcı tərəf əmlakın həbsdə olmasını bilərək, təxminən 1 ilə yaxın müddət ərzində saxta yollarla əmlakın üzərindən həbsin götürülməsini gözləyib və nəticədə “öz istəyinə” nail olub. Bütün bunlar zərərçəkənlərin saxtakarlıqdan xəbər tutub, məhkəməyə müraciət etməsindən sonra üzə çıxıb. Cavabdeh Ramil Mahmudov da məhkəmə iclaslarında verdiyi ziddiyyətli ifadələrlə saxtakarlığı dolayısı ilə təsdiq edib. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh Ramil Mahmudov Zal Yusifovun oğlu İslamla su şirkətində birlikdə işlədiyini, İslam Yusifovun ona öz əmisinin əmlakını təklif etdiyini, Zalın həbsdə olduğunu bildiyini, lakin onun hansı səbəbdən həbs olunduğunu bilmədiyini deyib. Daha sonra Ramil Mahmudov əmlakı ona İmran Hüseynovun təklif etdiyini və əmlakı 2018-ci ildə aldığını qeyd etməklə daha bir saxtakarlığı etiraf edib. 2018-ci ildə, müqavilə bağlanarkən mülklərin üzərində həbs olub və təbii ki, bunu “alıcı” bilməyə bilməzdi. Digər tərəfdən, R.Mahmudov öz izahatında pulu hissə-hissə verdiyini qeyd edir, halbuki müqaviləyə əsasən pul notariusun depozit hesabına tam ödənilib. Məlumat üçün bildirək ki, Ramil Mahmudov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun xalası oğludur. Baş Prokurorluqda məsul vəzifədə çalışan Namiq Məmmədov İslam Yusifovla yaxın dost və biznes əlaqələri olduğu üçün ona dolayısı ilə dəstək verib. N.Məmmədov Zal Yusifovun “Texnikabank”da işləyərkən cinayət yolu ilə əldə etdiyi pullar hesabına inşa etdirdiyi villanı xalası oğlunun adına alqı-satqı etdirməklə Yusifovlar ailəsinə böyük bir jest edib. Təəssüf ki, nə Nəsimi Məhkəməsində, nə də Apellyasiya Məhkəməsində Ramil Mahmudovun “vicdanlı alıcı” olduğunu iddia etdiyi evlə bağlı ekspertiza təyin edilməyib və orada kimlərin yaşaması, faktiki kimlərin istifadəsində olduğu aydınlaşdırılmayıb və ona da aydınlıq gətirilməyib ki, nəyə görə 2010-cu ildə müvafiq məhkəmə instansiyası tərəfindən 900 000 manat məbləğində qiymətləndirilən villa bu qədər ucuz qiymətə - 300 000 manata “satılıb”. Məqsəd aydındır: “vicdanlı alıcı” alibisinin altına sığınmaqla, onlarla insanın halal haqqını qarşı tərəfə yedirtmək. Əlbəttə ki, bütün bu oyunlar, vətəndaşların və dövlətin nəfinə müsadirə olunmuş əmlakı saxtakarlıqla ittiham olunmuş şəxsə qaytarıb, onun ziyanı ödəməsinin qarşısına keçmək “havayı” deyil. 7 ildir “satdığı” evdə yaşayır... Daha bir maraqlı məqam: Zal Yusifov 2008-ci ildə həbs olunana kimi ailəsi ilə sözügedən - 300 min manata “satılan” - villada yaşayıb, həbsdən çıxandan sonra da ailə üzvlərinin yaşadığı həmin evə qayıdıb. Hazırda Zal Yusifov ailə üzvləri ilə birlikdə yenə həmin evdə yaşamağa davam edir. Bu, bir daha sübut edir ki, əmlakın satılması yalandır, əslində villa başqa adamın adına keçirilməklə, faktiki olaraq zərərçəkənlər qarşısında öhdəlikdən qaçılır və bu işdə də Pirahhalı Məhkəməsi müstəsna rol oynayır. Yəni sonradan məhkəmə hakiminin sığındığı “vicdanlı alıcı” yalandır, saxtakarlığın məhkəmə tərəfindən qəbul edilməsidir. Nəsimi, daha sonra isə Apellyasiya Məhkəməsinin əqdlərin etibarsız hesab edilməsi ilə bağlı zərərçəkənlərin şikayətini “vicdanlı alıcı” amili ilə rədd etməsi, yumşaq desək, ədalətsizliyə qanuni don geyindirmək cəhdidir. Bu da sübut! Yusifovların əslində villanı satmadığı, zərərçəkənlərin vəsaitini ödəməmək üçün başqa ada keçirdiyi, yenə də o villada yaşamağa davam etdiyini sübut etmək üçün martın 6-da çəkiliş qrupumuzla Zal Yusifova məxsus villanın yerləşdiyi Stroydetal küçəsində olduq. Sakinlərin yolların baxımsızlığından şikayət etdiyi ərazidə, bir-birinə yaxın evlərin arasında öz görkəmi və nəhəngliyi ilə seçilən həmin ev-villada Zal Yusifovun yaşadığını qonşular da təsdiqlədi. Bildirdilər ki, Zal Yusifovun ailəsi uzun illərdir ki, burada yaşayır. Həbsdən çıxdıqdan sonra Zal və İslam Yusifovlar da bu evə yerləşiblər. Qonşular hər gün Zal Yusifov və ailə üzvləri ilə burada rastlaşdıqlarını, üz-üzə gəldiklərini qeyd etdilər. Qonşularla söhbətlərimizdən o da məlum oldu ki, Zal Yusifov, onun oğlanları Zəki və İslam, eyni zamanda ailə qurmuş böyük qızı da həmin evdə yaşayıblar. Ötən ilin sonlarında Yusifovların vəfat edən kiçik oğlu Zəki Yusifovun yas mərasimi də burada keçirilib. Qonşuların sözlərinə görə, İslam Yusifov da həyat yoldaşından ayrıldıqdan sonra atası Zal Yusifovla birlikdə bu evdə yaşamaqda davam edib. Dəqiqləşdirmək üçün qapını döydük və bir müddətdən sonra qapı açıldı, Zal Yusifovun həyat yoldaşı Bahar Yusifova idi. Zal Yusifovun həyat yoldaşı nələri etiraf etdi? Bahar Yusifova dedi ki, 20 ildir burada yaşayırlar. O, sualımıza cavab olaraq, yol və kanalizasiya sistemindən şikayətləndi (yol və kanalizasiya ilə bağlı suallar məqsədli verilib –red.) Dedi ki, tez-tez kanalizasiya problemi olur, yağış yağdıqda ətrafda çoxsaylı gölməçə əmələ gəlir, həyətlərə su yığılır: “Hər qapıdan çıxanda öz-özümə danışıram ki, ay Allah, buraları nə vaxt düzəldəcəklər?! Yol çox pisdir, çöküb. Evin qarşısına da özümüz qır tökdürmüşük. Su kanalizasiyaya axmır, yollarda qalır. Hər dəfə kanalizasiya problemi olduqda bununla bağlı zəng edirik, gəlib tutulmuş boruları açırlar. 7-8 il əvvəl kanalizasiya ilə bağlı qurumlara bildirmişdik, qonşular ərizə də yazmışdılar. Demişdilər ki, kanalizasiya sisteminin yenilənməsi nəzərdə tutulub”... P.S. Yəqin ki, bu sübutdan sonra Apellyasiya Məhkəməsi “vicdanlı alıcı” yanaşması ilə zərərçəkənlərin yüzminlərlə vəsaitini bir şəxsə yedirtməyin ədalətsiz olduğu faktını etiraf etməli olacaq. Ümid edək... P.P.S. Növbəti araşdırmamızda Yusifovlar ailəsinin “vicdanlı alıcı”lara “satdığı” digər əmlaklarla bağlı məlumatları təqdim edəcəyik. /reportyor.tv/
Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyib. TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Çimnaz Nəhmədova açıqlamasında bildirib ki, prosedur üçün “SG Estetik Mərkəzi”nin kosmetoloqu Əmrah Mehdiyevə “MayoMed” klinikasında müraciət edib.
Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub:
“Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir”.
Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib:
“Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin”. Fotoda: Əmrah Mehdiyev
İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxlanılıb. Kosmetoloq açıqlamasında iddiaları təkzib edib. O bildirib ki, məsələni hüquqi müstəvidə həll edəcək.
"Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür. Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur" deyə, o, əlavə edib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanlanıb. Qurumdan müraciətə cavab olaraq bildirilib ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır:
“Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır”.
Nərimanov rayon hüquq şöbəsinin müdiri Hüsü Nuriyev obyekt inşa etdirib. Obyekt Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 24 ünvanında yerləşir. Şahəsi 100 kvadrat metrə yaxın olan oyektin gerçek bazar qiyməti 500 min manata yaxındır. Nərimanov rayon hüquq şöbəsinin müdiri Hüsü Nuriyevin obyekti hansı vəsaitlə əldə etdyi maraq doğurur. Qeyd edək ki, Azərbaycan qanununvericiliyinə görə vəzifəli şəxslərin bizneslə məşğul olmaları qadağandır.(azfakt.com)
Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına məhəl qoymur.
Rayon icra hakimiyyəti tərəfindən sökülən hasarlar yenidən bərpa edilib.
AzFakt.com xəbər verir ki, Binəqədi rayon Sulutəpə və Xocasən qəsəbələri arasında, neft şirkətinin torpaqlarına aid ərazidə tikinti üçün heç bir rəsmi icazəsi olmayan obyekt inşa edilir.
Məlumata görə bir müddət öncə ərazidə inşa edilən qanunsuz obyektlə bağlı məlumat mətbuatda yayıldıqdan sonra tikinti işləri Binəqədi İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığı ilə dayandırılmış və hasarlar sökülmüdür. Saytımıza daxil olan məlumata görə ərazi yenidən hasarlanaraq gizli şəkildə obyekt tikintisi həyata keçirilir. Məlumata görə qanunsuz tikintinin sahibi Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlıdır. Ancaq Qəhrəman Qəhrəmanlı obyektin şəhid ailəsinə aid olduğunu iddia edir. Şəhid ailəsinin isə bələdiyyə sədrinin müavini Qəhrəman Qəhrəmanlının həyat yoldaşının qardaşı ailəsi olduğu bildirilir.
Ərazinin yenidən hasarlanaraq gizli şəkildə tikinti aparılması isə o anlama gəlir ki, Xocasən bələdiyyəsinin sədr müavini Qəhrəman Qəhrəmanlı Binəqədi icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına məhəl qoymur. Bildirək ki, Qəhrəman Qəhrəmanlı uzun illərdir Xocasən bələdiyyəsinin sədr müavinidir. Xocasən və ətraf qəsəbələrin sakinləri arasında Qəhrəman Qəhrəmanlı daha çox torpaq satan "makler" kimi ad çıxarıb. Onun Xocasən və Sulutəpə qəsəbələrində xeyli sayda obyektlərinin olduğu bildirilir.
Qəhrəman Qəhrəmanlının Binəqədi rayon İcra Hakimiyyətinin başçısının sosial iqtisadi məsələlər üzrə müavini Hacıbaba Babayevin adamı olduğu iddia edilir.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Dünən saat 18:00-19:00 radələrində paytaxt sakini Babayeva Şərafət Azad qızı yaşadığı evdə bıçaqlı hücuma məruz qalıb.
Bununla bağlı zərərçəkmiş Şərafət Babayeva Bakues.az-a şikayət məktubu ünvanlayıb.
Onun sözlərinə görə, təxminən 3-4 gün əvvəl ayrıldığı sevgilisi Əhmədov Murad Ələddin oğlu yaşadığı evə pəncərədən daxil olaraq ona və anasına xəsarət yetirib:
"Murad Əhmədovla ayrılandan sonra çevrəmdəki insanları narahat etməyə başladı ki, bizi görüşdürün. İstəyinə nail ola bilməyəndən sonra bu gün dostu ilə yaşadığım evə gəldi. Qapını açmağım üçün 2 saat qapını döydü. Lakin qapımız möhkəm olduğu üçün sındıra bilmədi. Biz 6-cı mərtəbədə qalırıq. Qapını sındıra bilməyəndən sonra binanın koridorunda olan pəncərədən evimizə dırmaşdı. Evə daxil olandan sonra telefonumu əlimdən almaq istədi, mən isə vermədim. Bundan sonra mətbəxdəki bıçağı əlinə götürdü. Telefonu verməsəm, ya məni, ya da özünü öldürəcəyini dedi. Bıçağı almaq istəyəndə əlimə batırdı ki, telefonunu verəcəksən".
Xanım iddia edir ki, oğlanın babası Oqtay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində vəzifəli şəxsdir. "Babasına güvənərək, ona heç kimin heç nə edə bilməyəcəyini deyir" - deyə qadın bildirib.
Zərərçəkmiş qadın üzləşdiyi hücumla bağlı 19-cu Polis Bölməsinə müraciət etdiyini qeyd edib. O, hadisənin tam şəkildə araşdırılmasını, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Dünən saat 18:00-19:00 radələrində paytaxt sakini Babayeva Şərafət Azad qızı yaşadığı evdə bıçaqlı hücuma məruz qalıb.
Bununla bağlı zərərçəkmiş Şərafət Babayeva Bakues.az-a şikayət məktubu ünvanlayıb.
Onun sözlərinə görə, təxminən 3-4 gün əvvəl ayrıldığı sevgilisi Əhmədov Murad Ələddin oğlu yaşadığı evə pəncərədən daxil olaraq ona və anasına xəsarət yetirib:
"Murad Əhmədovla ayrılandan sonra çevrəmdəki insanları narahat etməyə başladı ki, bizi görüşdürün. İstəyinə nail ola bilməyəndən sonra bu gün dostu ilə yaşadığım evə gəldi. Qapını açmağım üçün 2 saat qapını döydü. Lakin qapımız möhkəm olduğu üçün sındıra bilmədi. Biz 6-cı mərtəbədə qalırıq. Qapını sındıra bilməyəndən sonra binanın koridorunda olan pəncərədən evimizə dırmaşdı. Evə daxil olandan sonra telefonumu əlimdən almaq istədi, mən isə vermədim. Bundan sonra mətbəxdəki bıçağı əlinə götürdü. Telefonu verməsəm, ya məni, ya da özünü öldürəcəyini dedi. Bıçağı almaq istəyəndə əlimə batırdı ki, telefonunu verəcəksən".
Xanım iddia edir ki, oğlanın babası Oqtay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində vəzifəli şəxsdir. "Babasına güvənərək, ona heç kimin heç nə edə bilməyəcəyini deyir" - deyə qadın bildirib.
Zərərçəkmiş qadın üzləşdiyi hücumla bağlı 19-cu Polis Bölməsinə müraciət etdiyini qeyd edib. O, hadisənin tam şəkildə araşdırılmasını, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
Azərbaycanda estetik cərrahiyyə sahəsində yaşanan qalmaqallar gündəmdən düşmür. Demək olar ki, hər gün qeyri-peşəkar müdaxilələrin qurbanı olan qadınlar barədə xəbərlər yayılır. Prosedurların düzgün aparılmaması, uyğun preparatlardan istifadə edilməməsi, habelə kosmetoloq və cərrahların səriştəsizliyi nəticəsində bədəndə çürümə, irinləmə halları yaranır və bu, insan faciələri ilə nəticələnir.
Estetik sahədə adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri də "Laser Beauty Klinikası"dır. Bu klinikada çalışan Natavan Əmirova və Rəna Soltanovanın fəaliyyəti barədə daha öncə də dəfələrlə araşdırma materialları dərc olunub. Bu dəfə isə klinikanın "Neapol" filialının sabiq baş həkimi Natavan Əmirova ilə bağlı yeni faktlar ortaya çıxıb.
Məlumata görə, Natavan Əmirovanın qurbanlarından biri də məşhur müğənni Xatun Əliyeva olub. Bu klinikaya üz tutan sənətçi Natavan Əmirovanın vurduğu ziyanı aradan qaldırmaq üçün uzun müddət olduqca ağır əməliyyatlardan keçməli olub və səhhətini qaydasına salmaq üçün külli miqdarda pul xərcləyib.
Xatun Əliyeva Qaynarinfo-ya verdiyi açıqlamada baş verənləri təsdiqləyib və başına gələnlərlə bağlı bunları deyib:
"Laser Beauty Klinikası"nın Altes plaza filialında buxaq liposaksiyası etdirmişdim. Proseduru Natavan Əmirova həyata keçirdi. Kabinetdə, küçədən gəldiyim geyimdə bu proseduru etdilər. Sonra üstünü bağladılar, dedilər açmaq olmaz. Amma əslində açılmalı imiş. Buna görə də prosedurun edildiyi yerdə böyük bir yara əmələ gəldi, nekroz yarandı. Karantin dövrü idi, özüm də koronavirusa yoluxmuşdum. Heç bir kömək etmədilər. Sadəcə vəziyyəti deyirdim, dərmanlar yazırdı, vəssəlam. Onu da tanınmış şəxs olduğum üçün cavab verirdilər. Düşünürəm ki, tanınmış şəxs olmasaydım, bunu da etməzdilər. Yaranı çox çətinliklə sağaltdım. Sonra klinikaya getdim, buxaqda deformasiya yaranmışdı, uğurlu alınmamışdı. Yenidən məni klinikaya çağırıb, yaranı aparatlar vasitəsi ilə yandırdılar. Bundan sonra orda keloid əmələ gəldi, çox bərbad görünürdü. Buna görə mən uzun müddət boğazımı bağlayıb gəzdim, hər dəfə paltarlardan kəsib boğazım üçün nəsə düzəldirdilər.
Daha sonra yenidən müraciət etdim ki, bu niyə belə vəziyyətdədir, siz eləmisiz, indi də düzəldin. Məni başından eləmək üçün göndərdi Orxan Abbaslının yanına. Dedi dostumdur, həll edəcək. Getdim onun yanına, yenidən əməliyyata girdim, həmin stressi yaşadım. Kəsib çıxartdılar, amma yenə nəsə qaldı. Soruşuram bu nədir, deyir bir həftə də gözləyək. Mən hər həftə əməliyyata girməliyəm, hər həftə stress yaşamalıyam? Depressiyaya düşmüşdüm, canımla əlləşirdim. Bütün prosedurlar külli miqdarda pul aparırdı. Orxan Abbaslının əməliyyatından sonra bir dənə də keloid əmələ gəldi. Çünki yenə düzgün əməliyyat olunmadı. Buna görə yenə böyük məbləğdə pul xərcləyib, başqa həkimə kökündən əməliyyat etdirdim".
Müğənni bildirib ki, Natavan Əmirovanın səbəb olduğu fəsadları aradan qaldırmaq üçün ümumilikdə 30 min manatdan çox vəsait xərcləməli olub:
"Bu prosedurlar zamanı ölə bilərdim. Həyatım təhlükədə idi. Problemləri aradan qaldırmaq üçün bir neçə kosmetoloqa müraciət etdim. Təkcə problemi tam həll edən sonuncu həkimə 10 min manat ödədim".
Xatun Əliyeva Natavan Əmirova ilə televiziya verilişlərindən birində təsadüfən qarşılaşdığını da bildirib:
"Sponsor olduğu verilişlərdən birinə dəvət olunmuşdum. Onun sponsor olduğunu bilmirdim, yoxsa getməzdim. Orada "ya mən qalacam, ya sən" dedim. Qorxudan verilişi tərk etdi. Daha sonra məni yenidən verilişə dəvət etsələr də, dedilər başqa vaxta qalsın. Sonradan məlum oldu ki, Natavan Əmirova mənim verilişə gəlməməyimi istəyib."
Qeyd edək ki, Xatun Əliyevanın əməliyyat olunduğu klinikanın Altes plaza filialının bu cür əməliyyatlar aparmaq üçün müvafiq lisenziyası olmayıb. Bunu rəsmi qurumların verdiyi açıqlamalar da sübut edir.
2023-cü ildə yayılan başqa bir məlumata görə, Xalq artistlərindən birinin gəlini də klinikanda estetik əməliyyat olunduqdan sonra vəziyyəti pisləşib və koma vəziyyətinə düşüb. Pasiyent evə buraxıldıqdan bir neçə saat sonra səhhəti qəfil pisləşib və təcili Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Orada 10 gün komada qalıb.
Daha sonra məlum olub ki, həmin filialın estetik əməliyyatların aparılması üçün lisenziyası olmayıb. Bu məlumatı da Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi təsdiqləyib.
Qurbanlarının dediklərinə görə, Natavan Əmirova pasiyentlərin şikayətlərinə cavab verməyib, əksinə, məsuliyyətdən yayınmağa çalışıb. Onun sponsor olduğu verilişlər vasitəsilə ictimai imicini qorumağa çalışdığı, lakin bu cəhdlərin uğursuz olduğu bildirilir.
Bir müddət əvvəl tapançalı fotosu ilə diqqət mərkəzinə gələn Kəmalə Şıxlinskayanın direktoru olduğu 249 nömrəli məktəbdə bıçaqlı manyakın peyda olduğu deyilir. Bakupost.az -ın əldə etdiyi məlumata görə, bununla bağlı məktəb müəllimlərindən birinin səs yazısı da yayılıb.
Valideynlər qrupuna göndərilən səs yazısında müəllimə 5"C" sinfindən 5-ə yaxın şagirdin adını çəkir və onların maskalı manyakı gördüyünü etiraf edir. O, məsələnin araşdırmalı olduğunu bildirir. Qeyd olunur ki, bu hadisədən sonra valideynlər övladlarının təhlükəsizliyi ilə bağlı ciddi narahat olublar və direktordan bu məsələ ilə bağlı tədbir görülməsini tələb ediblər. "Tapançalı direktor" isə nəinki tədbir görməyib, hadisəni ört-basdır edib. O, valideynlərə hədə-qorxu gəlməkdən də qalmayıb. Məsələ ilə bağlı 249 nömrəli məktəblə əlaqə saxladıq. Məktəbdən bildirdilər ki, aprelin 24-də 249 nömrəli tam orta məktəbə naməlum şəxsin daxil olması barədə yayılan məlumat əsassızdır. "Məsələ ilə bağlı şagirdlər və onların valideynləri ilə görüş keçirilib, maarifləndirici söhbətlər aparılıb. Şagirdlər arasında yayılan əsassız məlumatları uyğun olmayan formada müzakirə edən, valideynlər arasında narahatlığın artırılmasına rəvac verən müəllimlə də söhbət aparılıb. Ona “Təhsilalanların etik davranış qaydaları”na riayət etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib". Ancaq bu açıqlamadan sonra yenə də bir sual açıq qalır: Övladlarının təhlükəsizliyindən narahat olan valideynlər, həmçinin məktəbin müəllimi həqiqətənmi belə ciddi bir mövzuda yalan məlumat yayıb? Yoxsa tez-tez sensassiyalarla gündəmə gələn məktəb direktoru məsələni ört-basdır etmək istəyir? Hər halda valideynlər narahatdırlar. Məsələnin dəqiq araşdırılmasına, təhlükəsizlik tədbirlərinin görülməsinə və ictimaiyyətə daha detallı məlumat verilməsinə ehtiyac var. Mövzunu diqqətdə saxlayacağıq.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin müavini Pərvin Ağasıyev və Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aynurə Dadaşovanın tutduğu vəzifələrdə qanunsuz olaraq fəaliyyət göstərdiyi iddia edilib. "DİA-AZ" oxu.az-a istinadən xəbər verir ki, Pərvin Ağasıyev və Aynurə Dadaşova barəsində edilən paylaşımlarda onların Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğu imtahanını keçmədikləri üçün sistemdə adlarının olmadığı söylənib. Sözügedən iddialara cavab almaq üçün aprelin 26-da Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb. Sorğuya cavab veriləcəyi bildirilsə də, 6 gündür cavablandırılmayıb. Qeyd edək ki, "Media haqqında" Qanuna görə, informasiya əldə edilməsi barədə yazılı sorğuya "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.