Ardını oxu...
Eyvan asılqanında tuman-mayka güdən dövlət qurumları isə bunca pəstahanı “görmür”
Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, Cavadxan küçəsində yerləşən keçmiş “Şəki” kafesi ilə bağlı ajiotaj bitmək bilmir. Hadisəilə bağlı 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi bildirmişdi ki, təbiətə 11700 manat məbləğində ziyan dəyib və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar BaşProkurorluğa göndərilib. 1 ay keçməsinə baxmayaraq faktla bağlı heç bir tədbir görülməyib. Kafenin həyətindəki ağacların kəsilməsindən sonra ərazidə dəmir-beton konstruksiyadan ibarət geniş tikinti prosesinə start verilib. İşin ən qəribə tərəfi isə budur ki, həyata keçirilən tikinti prosesi üçün heç bir rəsmi icazə mövcud deyil. Bütün tikinti prosesi iki şəxsin - Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid” və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun şifahi razılığı əsasında gerçəkləşir."
TEREF yazır ki, bunu bloqumuza məqalə göndərən müəllif yazır. Müəllif daha sonra yazır:
Ardını oxu...
"İş o yerə çatıb ki, günün günorta vaxtı qanunsuz tikinti işi aparanlar Bakı Metropoliteninin “Əcəmi” keçidi üzərində inşa edilən obyektdə kran işlədir, ondan ağır metal konstruksiyaların daşınamsında istifadə edir.

Maraqlıdır, qanun metro keçidi üzərində kran kimi ağır texnikanın fəaliyyətinə icazə verirmi? Keçidi müvəqqəti olaraq qapatmadan onun üzərində kran işlətmək insan həyatı ilə oynamaq deyilmi? Həqiqətənmi Metropoliten rəhbərliyi bunca özbaşınalığı görmür? Niyə eyvan asılqanlarından tuman-mayka yığan, şəhərin görünüşünə xələl gətirir deyə vətəndaşlara eyvandan paltar asmağa qoymayan Nəsimi Rayon İcra Hakimiyyəti bu boyda kranı görə bilmir?
Ardını oxu...
Halbuki, baş verənlər artıq yaqin ekologiyaya deyil, həm də insan həyatına təhlükədir. Şəki kafesinin yerində ağırdəmir-beton konstruksiyalı çoxmərtəbəli obyekt tikilir ki, bu da metronun Əcəmi keçidi üçün cidid təhlükə mənbəyidir. Bir gün burada insan təlafatı olarsa, kimlər məsuliyyət daşıyacaq? Heç şübhəsiz ilk günahkar şəxs bu qanunsuz tikilini himayə edən Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid”n adlı məmurdur. Digər məsul şəxs isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovdur.
Ardını oxu...
Suallar çoxdur və bu suallara gələn saylarımızda aydınlıq gətirəcəyik
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Anonslar:
1.Keçmiş “Şəki” kafesinin yerində nə tikilir?

2.Tikintidə çalışan ustaları gecə boyu çalışmağa nə vadar edir?

3.”Cavadxan” küçəsindəki tikinti ilə bağlı yazılar hansı saytlardan necə yoxa çıxıb?

4.”Cənab Vəliyev” kimdir və onu “Şamaxalı Cavid”lə nə birləşdirir?
Ardını oxu...
“Azərbaycanda su qıtlığı yoxdur. Amma içməli su problemi var”. Bu ifadə sizə ziddiyyətli görünə bilər. Amma məhz bu ziddiyyət ölkənin su böhranının əsas mahiyyətini təşkil edir. Yeraltı və yerüstü su ehtiyatlarımız ölkənin müxtəlif bölgələrində, kifayət qədərdir — xüsusilə də Abşeron yarımadasında. Lakin problem bu resursların azlığında deyil, onların necə idarə olunmasındadır. Bu problemin əsasında su ehtiyatının çatışmazlığı dayanmayıb. Su siyasətindəki sistemsizlik, infrastrukturda mövcud olan boşluqlar və nəzarətsizlik ölkəni get-gedə daha ciddi bir ekoloji və ictimai təhlükə ilə üz-üzə qoyur.
Ardını oxu...
Bunun ən bariz nümunəsi isə Ceyranbatan gölüdür — ölkənin ən böyük və strateji içməli su ehtiyatı hesab olunan bu göl illərdir paytaxt Bakı və ətraf rayonların su təchizatında əsas rol oynayır. Amma bu gün gəlib elə bir nöqtəyə çıxmışıq ki, Ceyranbatan gölü artıq sadəcə içməli su mənbəyi yox, çirkab sularının, kanalizasiya axıntılarının, heyvan və quş leşlərinin toplaşdığı bir bataqlığa çevrilmək təhlükəsi ilə üz-üzədir. Bu iddia heç də emosional və əsassız deyil. Sosial şəbəkələrdə yayılan kadrlar, ətrafda yaşayan sakinlərin illərdir etdiyi şikayətlər, bəzən isə məsul qurumların verdiyi dolayı etiraflar bu vəziyyəti açıq şəkildə təsdiqləyir. Yeni salınan yaşayış massivlərindən, çoxmərtəbəli binalardan, sənaye obyektlərindən gələn kanalizasiya sularının Ceyranbatan gölünə axıdılması artıq gizli saxlanıla bilməyəcək qədər açıq bir fəlakət halıdır.
Ardını oxu...
Bu göl — hansı ki, onilliklər əvvəl böyük zəhmət və xərclə tikilən su təmizləmə qurğularının mərkəzində yerləşir — öz funksiyasını get-gedə itirir. Çünki bu gün ora tökülən çirkabın miqdarı, təmizləmə sistemlərinin gücündən və texniki imkanlarından qat-qat artıqdır. Sistem sadəcə bu yükü daşıya bilmir. Üstəlik, bu, yalnız texniki yox, ictimai sağlamlıq və ekoloji təhlükəsizlik məsələsidir. İçdiyimiz suyun haradan və hansı yolla gəldiyi artıq təkcə ekspertləri və ekologiyanı düşünənləri narahat etməməlidir — bu, hər bir vətəndaşın həyatına, sağlamlığına təsir edən birbaşa milli təhlükəsizlik məsələsidir.
Ardını oxu...
Bunun paralelində, Azərbaycanın başqa bir təbii sərvəti də, xüsusilə Masazır Duz gölü ekoloji təhdidlərə məruz qalır. Bir zamanlar Masazır Duz gölü Azərbaycanın təbii sərvəti kimi tanınırdı. Qədimdən bəri xalq bu göldən hasil edilən duzu yalnız mətbəxdə yox, həm də müalicəvi məqsədlərlə istifadə edirdi. Amma bu gün həmin gölün adı artıq sağlamlıq yox, zəhərlənmə, laqeydlik və təhlükə ilə yanaşı çəkilir. Masazır gölü indi, kanalizasiya tullantılarının birbaşa axıdıldığı bataqlığa çevrilməkdədir. Ətrafdakı yaşayış massivlərindən, fərdi evlərdən, hətta bəzi sənaye obyektlərindən gələn kanalizasiya suları gölə tökülür. Həmin göldə isə duz hasil olunur — bəli, məhz bizim mağazalarda, restoranlarda, mətbəxlərdə istifadə etdiyimiz duz. İctimaiyyəti sakitləşdirmək üçün bəzən “duz mikrobları öldürür”, – deyə cavab verilir. Bu fikir, ilk baxışda elmi əsaslı görünə bilər. Amma sadə məntiq göstərir ki, məsələ heç də bu qədər sadə deyil. Kanalizasiya sularında təkcə mikroblar deyil, ağır metallar, zərərli kimyəvi maddələr, toksinlər və parazitlər də mövcuddur. Duzun yüksək konsentrasiyası, bəlkə də, bəzi bakteriyaların yaşamasına mane ola bilər, amma bu, həmin duzun tam təhlükəsiz olduğu anlamına gəlmir. Bir duz təbəqəsinin üzərindən kanalizasiya suları axıb keçirsə, o məhsulun gigiyenik keyfiyyəti necə təmin oluna bilər? Həmin duzun emalı prosesi hansı şəraitdə aparılır? Gigiyenik və sanitariya nəzarəti necə həyata keçirilir? Bu suallara isə aydın və ictimaiyyətə açıq cavab verən yoxdur.
Ardını oxu...
Əvvəllər “xəzinə” sayılan Masazır duzu bu gün, bəlkə də, ən təhlükəli qida əlavəsinə çevrilib. Zəhərli tullantılarla qarışmış duzun gündəlik qidalanmada istifadəsi, uzunmüddətli dövrdə orqanizmdə ciddi xəstəliklərin yaranmasına yol aça bilər — mədə-bağırsaq pozğunluqları, xərçəng riskləri, dəri və böyrək problemləri və daha nələr… Burada məsələ təkcə qidanın dadında deyil — məsələ onun təmizliyində, sağlamlıq üçün təhlükə yaratmamasındadır. İndi isə vaxtilə “duz mikrobları öldürür”, – deyərək ictimaiyyəti susdurmağa çalışan bəzi rəsmilərə sual vermək lazım gəlir: Əgər duz mikrobu öldürürsə, bəs görəsən insan sağlamlığını da “öldürürmü”?

Təəssüf doğuran məqam odur ki, vətəndaşlardan hər ay kanalizasiya pulu yığılır, amma bu vəsait nə kanalizasiya sistemlərinin yenilənməsinə, nə də təmizləmə qurğularının qurulmasına yönəlir. Əksinə, bu sistemlər ya mövcud deyil, ya da işlək vəziyyətdə deyil. Məqsəd yalnız pul toplamaqdırsa, bu sistemin adını “xidmət” deyil, “rüsum” qoymaq daha dürüst olar.

Gəlin tarixə bir nəzər salaq. 20-ci əsrin əvvəllərində, imkanlar olduqca məhdud olduğu bir dövrdə Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə Şollar su kəmərini çəkdirərək Bakıya təmiz içməli su gətirdi. O zaman maşın yox idi, texnologiya yox idi, amma niyyət vardı. Bu gün isə texnologiya var, büdcə var, imkanlar saysızdır. Amma nə su təmizdir, nə duz. Sözün açığı, nə də niyyət var. Əhalinin sağlamlığı göz görə-görə bəzi qurumların laqeydsizliyindən təhlükəyə atılır.
Ardını oxu...
“ƏSAS GÜNAHKAR KİMDİR? Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinə baxan əsas qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Onlar kanalizasiya xətlərinin çəkilişinə, istismarına və tullantı sularının idarə olunmasına məsuldurlar. Bəs bu qədər aydın və real təhlükə qarşısında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nə edir? Sadəcə susur. Bəlkə də, statistik hesabatlarda hər şey qaydasındadır, amma əhalinin qarnına gedən suyun tərkibi reallığı deyir.

“Yuxarıda qeyd etdiyimiz Ceyranbatan və Masazır Duz göllərinin ekoloji problemləri, əslində sadəcə ekoloji təhdidlərdən ibarət deyil. Bu vəziyyət artıq bir ictimai təhlükəyə çevrilmişdir. Sadəcə bir dəfə Ceyranbatan və ya Masazır Duz gölünün ətrafına getmək və ya internetdə 5 dəqiqə araşdırma aparmaq, vəziyyətin nə qədər ciddi olduğunu görməyə yetər. Bu ölkədə insanlar xəstələnir, müalicə axtarır, amma çox vaxt bu xəstəliklərin mənbəyi içdiyimiz və istifadə etdiyimiz suyun içində gizlənir.
İndi isə bizə yalnız bir sual qalır: bu təhlükənin qarşısı nə vaxt alınacaq? Həm ekoloji vəziyyətin qorunması, həm də əhalinin sağlamlığı baxımından atılacaq addımlar həyati əhəmiyyət daşıyır. Belə bir vəziyyətdən çıxış yolu aydındır: Ceyranbatan gölünün üzərinə qoruyucu setka çəkilməsi və axan mikrobial suların ümumi kanalizasiya sisteminə birləşdirilməsi. Bu sadə tədbirlər, yalnız su ehtiyatlarının keyfiyyətini artırmayacaq, həm də əhalinin sağlamlığını və ətraf mühitin qorunmasını təmin edəcəkdir.
Ardını oxu...
Əgər belə sadə bir həlli tapmaq bu qədər çətindirsə, amma, məsələnin həlli daha mürəkkəb olmamalıdır. Bu yazı, müvafiq qurumların bu məsələyə ciddi yanaşması və ekoloji vəziyyətə diqqət yetirməsi üçün bir çağırışdır”.

Elşad FƏRMANOĞLU - tezadlar.az
 
Ardını oxu...
Lənkəran rayonu Boladi kənd sakini Zəfər Rzayev bələdiyyə sədri Salman Dadaşovu dövlətin siyasətinə qarşı çıxmaqda ittiham edib.

AzToday.az xəbər verir ki, Zəfər Rzayev yaydığı növbəti videosunda bələdiyyə sədrini ona ərazisindən istifadə etməyə imkan vermədiyini bildirib. Onun sözlərinə görə, Salman Dadaşov Boladi kəndinin sözugedən hissəsində torpaqların əkilməsinə maneələr yaratdığını deyib:

Son 10 il ərzində ilk dəfə torpağımı əkə bilmədim. Suyun qabağını qabaqlayıb.

Qeyd edək ki, Boladi sakini Zəfər Rzayev dəfələrlə kəndin problemlərini ictimailəşdirib. Amma nə bələdiyyə sədri, nə də Lənkəran İcra Hakimiyyəti sakinin dediklərinə münasibət bildirməyib. Əksinə sakinə təzyiqlər etdiyi də yayılan məlumatlar sırasındadır...
 
Ardını oxu...
“Hürriyyət”də iş adamı Vüqar Sədibəylinin “AAAF Park” Yaşayış Kompleksinin girişində mərhum dövlət başçısı Heydər Əliyevin posterini sökdürdüyü haqda məlumat vermişdik. “Heydər Əliyevin posterini sökdürdü, yerində obyekt tikdirdi” sərlövhəli yazıda qeyd etmişdik ki, V.Sədibəylinin qanunsuz tikinti apardığı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də təsdiq olunub. Hətta qurumun “Facebook” səhifəsində bu haqda rəsmi informasiya da verilib:

İcra Hakimiyyətindən açıqlama

"Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sədibəyli mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə 15.10.2024-cü il tarixli, EDO-20756/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma-icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaş V.Sədibəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlıciddi şəkildə xəbərdalıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə qurumlara məlumat verilmişdir".

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin məlum açıqlamasına baxmayaraq, Vüqar Sədibəyli Heydər Əliyevin posterini və dövlət atributları olan guşəni sökdürərək, yerində obyekt inşa etdirib. Öz qanunsuz əməllərini ört-basdıq etmək üçün isə sonradan Heydər Əliyevin sökülən posteri və dövlət atributları ərazidəki maşın dayanacağına yerləşdirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin də elan etdiyi kimi, iş adamının özbaşına fəaliyyəti ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunsa da, kimsə qanunsuz tikintinin qarşısını ala bilməyib. Yaxud da, V.Sədibəylinin orda-burda dediyi kimi, pulla bütün qurumların “ağzını yumduğu” üçün tikintini başa çatdırmağa müvəffəq olub.

Qanunsuz tikintiyə niyə göz yumulub?
Ardını oxu...
Əlbəttə, biz Vüqar Sədibəylinin Heydər Əliyevin posterini və dövlət atributlarını rüşvət hesabına sökdürdüyünü iddia etmək fikrindən uzağıq. Sadəcə, o, öz yaxın çevrəsində belə bir fikir səsləndirib ki, “AAAF Park” Yaşayış Kompleksinin girişindəki obyekt ona çox baha başa gəlib, çünki bütün qurumları rüşvətlə susdurmağa məcbur olub.

Onu da qeyd edək ki, iş adamının iddiasına baxmayaraq, bu məsələdə təkcə rüşvət amili rol oynamayıb. Onu yaxından tanıyanlar yaxşı bilir ki, V.Sədibəyli hər kəsə özünün yüksək çinli məmurlardan birinin qohumu kimi təqdim edir. Görünür, bu söhbətə də həmin məmurun adı daxil olduğundan, heç bir qurum qanunsuz tikilinin qarşısını almağa maraq göstərməyib.

Vüqar Sədibəylinin “qohumu olduğunu” iddia etdiyi məmurun kimliyini açıqlamazdan öncə qeyd edək ki, o, ticarətə hansısa vəzifəli şəxsin dəstəyi ilə gəlməyib. Onu yaxından tanıyan şəxslər bildirir ki, V.Sədibəyli vaxtilə “Dərnəgül” bazarında Kamal adlı sahibkarın yanında satıcı kimi fəaliyyət göstərib. O, bu mağazada alçıpan satırmış. Bir müddət yanında çalışdığı sahibkardan ticarətin bütün sirrlərini öyrəndikdən sonra, özü də alverə girişib və xaricdən alçıpan gətirməyə başlayıb.

Mənbə deyir ki, biznes fəaliyyəti ilə məşğul olduqdan sonra Vüqar Sədiyev özünü “fövqəlnazir” Kəmaləddin Heydərovun qohumu kimi təqdim etməyə başlayıb. Hər yerdə deyirmiş ki, Kəmaləddin Heydərov anasının dayısı oğludur. Bunun nə dərəcədə dəqiq məlumat olduğunu deyə bilməsək də, görünən odur ki, K.Heydərovla “qohumluq” ona böyük sərvət qazandırıb. Belə ki, dünənə qədər 500-600 manat maaşa satıcı işləyən Sədiyev indi milyonlarla manatlıq sərvət sahibidir.
Ardını oxu...
Məlumata görə, hazırda o, alçıpan satışı ilə yanaşı, xarici ölkələrdən bağ mebellərinin ixracı ilə də məşğuldur. “Gala shopping village”-də bu cür mebellərin satıldığı “Garden Decor” mağazasının ona məxsus olduğu deyilir. Mənbə bildirir ki, onun ən sevimli müştəriləri pulunun sayı-hesabı bilinməyən məmurlardır. Belə ki, Vüqar Sədiyevin Kəmaləddin Heydərovun “qohumu olması” bəzi məmurları da onunla iş görməyə sövq edir…

Məlumat üçün bildirək ki, V.Sədiyev təkcə alqı-satqı işi ilə məşğul deyil. Onun Mərdakan yolunda böyük restoran açdığı da bildirilir.

Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib?

Lakin bütün bunlar Sədiyevin varidatının çox cüzi hissəsidir. Mənbənin sözlərinə görə, o, bütün pullarını villa tikintilərinə yatırır. Nə qədərə qəribə səslənsə də, hazırda onun 100-ə yaxın villasının olduğu bildirilir. Əsas villaları isə Mərdəkan və Şüvəlan ərazilərində yerləşir.

FHN-dən açıqlama

Məlumat üçün bildirək ki, Vüqar Sədiyevin özünü hər yerdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun “qohumu” kimi təqdim etməsini öyrəndikdən sonra, bu quruma sorğu göndərdik. Məqsədimiz “AAAF Park” Yaşayış Kompleksinin qarşısındakı qanunsuz tikiliyə Fövqəladə Hallar Nazirliyi tərəfindən hər hansı icazə, yaxud rəy verildiyini aydınlaşdırmaq idi. Əlbəttə, biz inanmırdıq ki, V.Sədiyev məhz K.Heydərovun “qohumu” olduğu üçün onun Heydər Əliyevin posterini və dövlət atributlarını sökdürməsinə icazə verilib. Ən azı ona görə ki, nazir Kəmaləddin Heydərovun mərhum dövlət başçısı Heydər Əliyevə sevgisi və sayğısı cəmiyyətdə çoxlarına bəllidir. Belə olduğu halda, o, Vüqar Sədiyevin qanunsuz əməllərinə necə göz yuma bilərdi?! Lakin, təəssüf ki, FHN-nin sorğumuza cavabı bir sıra şübhələrə yol açır: “Sorğunuza cavab olaraq bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Sədibəyli Vüqar İlqar oğlu tərəfindən qüvvədə olan müvafiq qanunvericiliyin tələbləri pozulmaqla tikinti işlərinin aparıldığını müəyyən edib. Agentlik tərəfindən həmin ərazidə tikinti işlərinin dayandırılması barədə 10 yanvar 2025-ci il tarixli “Qərar” qəbul edilib. Həmçinin, “Qərar”ın tələblərinə əməl olunmadığına görə, adı çəkilən şəxs barəsində 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilib. Hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır”.
Ardını oxu...
Dəyərli oxucularımız sual verə bilər ki, FHN-nin bu cavabında təəccüblü, daha dəqiq desək, şühəyə yol açan nə ola bilər ki? Bəri başdan oxucularımızın diqqətinə çatdıraq ki, nazirliyin “hazırda ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmır” açıqlamasına rəğmən, V.Sədiyev qanunsuz obyektin tikintisini çoxdan başa çatdırıb.

“Hürriyyət”
Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyev “Lyublinskoye Pole” ticarət mərkəzini satın alıblar.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, bu obyektin təxmini dəyəri 2 milyard rubl (24,7 milyon dollar) təşkil edir.
Bildirilir ki, “Lyublinskoye Pole” ticarət mərkəzi Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya Ploşad” şirkətinə bağlı olan “Moskva” ticarət-yarmarka kompleksinin yaxınlığında yerləşir.
“Forbes” jurnalının 2025-ci il üzrə “Rusiya milyarderləri” siyahısında 41-ci yerdə qərarlaşan (sərvəti 3,4 milyard dollar) Qod Nisanov və 39-cu yeri tutan (sərvəti 3,4 milyard dollar) Zarax İliyevin nəzarət etdiyi “Kiyevskaya Ploşad” şirkətlər qrupu Moskvanın cənub-şərq hissəsində, sahəsi 34 min 900 kvadratmetr olan əmlakı öz balansına daxil edib.
“Kiyevskaya Ploşad” şirkətinin nümayəndəsi obyektin alındığını təsdiqləyib.
Əmlak üzrə ekspertlər ticarət mərkəzinin dəyərini 1,5-2 milyard rubl aralığında qiymətləndiriblər. Müstəqil ekspert Marina Malaxatko isə əməliyyatın məbləğinin 2 milyard rublu keçmədiyini bildirib.
Əvvəl bu əmlak “Stroytorg” MMC-yə məxsus idi. Şirkətin 2024-cü ildəki gəliri 114,3 milyon rubl, xalis mənfəəti isə 2 milyon rubl təşkil edib. Əvvəlki sahiblər arasında Yuliya Tkaçenko (40%) və Elena Kelperis (21%) əsas paya malik olublar.
Ekspertlər bildirirlər ki, əvvəlki sahiblər əraziyə qoyulan inkişaf məhdudiyyətlərinə görə aktivi satmağa qərar veriblər. Hüquqşünas Aleksey Vançuqov hesab edir ki, “Kiyevskaya Ploşad” burada ticarət və sərgi kompleksinin yeni mərhələsini həyata keçirə bilər. Marina Malaxatko isə bu ərazidə sənaye parkının salınacağını istisna etmir.
Qeyd edək ki, “Kiyevskaya Ploşad” Qod Nisanov və Zarax İliyevə məxsusdur və Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahibidir. Şirkət “Forbes Rusiya – 2025” reytinqində daşınmaz əmlak sahəsində birinci yerdədir. 2024-cü ilin sonuna qədər qrupun icarədən əldə etdiyi gəlir 2 milyard dollara çatıb.
 
Ardını oxu...
Aprelin 28-də qədirbilən Azərbaycan xalqı, xüsusən də ölkənin səhiyyə ictimaiyyəti akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünü qeyd etdi. İşıq tutulan xatirələrdə görkəmli oftalmoloq-alimin tibb elminə dair sanballı tədqiqatları, monoqrafiya, dərs vəsaitləri, ixtira və səmərələşdirici təklifləri sadalandı. Onun həkim sənətinin humanistliyinin dərin köklərindən, bəşəriliyindən, yüksək mənəvi-əxlaqi xüsusiyyətlərindən, ən başlıcası isə, məsuliyyətindən bəhs edən “Yüksək əqidə” əsəri Azərbaycan həkimləri üçün bir növ Hippokrat andı statusundadır deyildi. Görün nə yazılıb həmin kitabda: “Vicdan – bizim əsas hakimimizdir. Ağır dəqiqədə və sevinc saatında təkbətək olanda soruşur: ağ xalat geyinməyə sənin mənəvi hüququn varmı? İllər keçdikdən sonra sənin əllərin əzab çəkən insana tək biliyini deyil, narahat fikirlərini, yanan ürəyini çatdıra bilibmi? Bu, düzünü desək, şəxsi vicdan qarşısında ciddi mühakimədən çıxmaq, böyük xoşbəxtlikdir”.
İndi isə gəlin görək, bu tələblərə cavab verən vicdanlı həkimlər çoxmudur? Əminliklə demək olar ki, onların arasında “Uğur 777” adlı klinikasının rəhbəri Xəyalə İsmayılovaya yer yoxdur. Bildirilir ki, “endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinikanın rəhbəri Xəyalə İsmayılovanın nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Məlumatlarda acınacaqlı hal kimi qeyd olunur ki, bu “həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Kliunikanın xidmətindən narazı vətəndaşlara da qarşı təhdid və təzyiqlərdən istifadə edilir.
Eyni zamanda bunca şikayət, bu qədər sübut qarşısında niyə hələ də X.İsmayıllovanın hüquqi müstəvidə məsuliyyətə cəlb olunmaması sual doğurur. Elə bu günlərdə X.İsmayılovanın yayılmış səs yazısı həmin sualın cavabı kimi qiymətləndirilə bilər. Səs yazısında X.İsmayılova şikayət üzrə araşdırma aparan xanım jurnalistlə söhbətində iddia edir ki, o, guya “müvafiq orqanlara” da pul verir, onu qoruma altında saxlasınlar. Sonra da jurnalisti görüşüb çay, kofe içməyə çağırır, əslində özünün yaxşı insan olduğunu deyir, onu bir həmcins kimi “başa düşməyə” dəvət edir və “haqq” təklif edir. Səs yazısında həmçinin jurnalistə özünü Xəyalənin xalası oğlu kimi təqdim edən Zaur adlı şəxsin də jurnalistə pul təklif etməsindən söhbət gedir. X.İsmayılova həmin şəxsin qazi olduğunu, ona kömək etmək istədiyini bildirir. Eyni zamanda yaxın bir müddətdə yeni tibbi klinika açacağını, orada lisenziya və digər sənədlərinin qaydasında olacağını deyir. Üüstünə atılan “şər-böhtanın” kökündə isə onun nöqteyi-nəzərincə, başqa rəqib həkimlər durur. Guya onlar Xəyalənin ucuz qiymətə xidmət göstərdiyinə görə haqqında dezinformasiya yayırlar.
Amma yayılan səs yazısının altından rəy yazan şəxslər həkimlər deyil, Xəyalədən zaval görmüş və sağlamlıqlarına, estetik görkəmlərinə ziyan dəymiş pasientlərdir.

/Nyus.az

 
 

 


Ardını oxu...
Dünən (3 may,saat 13.00 radələrində) Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində bacımın yaşadığı binaya( Zaur Şərifov küçəsi,ev 2,, blok 6, 5-ci mərtəbə mənzil 60) Suraxanı rayon icra hakimiyyətinin göstərişi (MİS işçilərinin dediyinə görə) ilə 137-saylı MİS işçiləri tərəfindən "hücum"olub. Sakinlərə xəbərdarlıq olunmadan, heç bir izah edilmədən, binanın üstündə yerləşmiş su çənlərindən evlərə gələn su xətləri kəsilmiş, sakinlərin şəxsi malı olan dəmir su çənləri MİS işçiləri tərəfindən "özəlləşdirilib" , sabah binanın üstündən düşürülməsi üçün hazırlıq görülmüşdür. Çəndən evə gələn su xətlərinin kəsilməsi nəticəsində su birbaşa 5-ci mərtəbədə yaşayan bacımın mənzilinə axmış, mənzilə ciddi ziyan dəymişdir. Belə ki, su otaqlara dolmuş,divarlar islandığı üçün divar kağızları qopmuş, mebellər islanmışdır.Mənzili yenidən normal hala salmaq üçün ısə ciddi vəsait tələb olunur.Bacım və onun həyat yoldaş isə təqaüdçüdürlər. Təqaüdçü üçün isə bu böyük məbləğdir.Onu da qeyd edim ki, həmin binaya su vaxtlı vaxtında verilmir, sakinlər bununla əlaqədar çox çətinlik çəkirlər.
Sual
İndi sizcə lift olmayan binada yaşayan , sağlamlığında problemi olan ,təqaüdçü, bacım ,5-ci mərtəbəyə əllə suyu necə daşıyacaq?
Sonda
İçməli su ilə,vaxtlı vaxtında təmin olunmadığı üçün,öz vəsaiti hesabına su çəni alan,quraşdıran ,içindəki su da onun ailəsinə mənsub olan,bunun üçün vəsait ödəyən ,bacımın günahı nə?
Bacıma və başqa sakinlərə ziyan vurmağa sizə kim haq verib və məqsəd nə idi.?
Sakinlərə məxsus bahalı çənləri qeyri qanuni söküb aparmaq oğurluq deyilmi???
TEREF yazır ki, yuxarıda qeyd olunan faktları Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. Mirvari xanım daha sonra bütün bunların sadəcə bir qanunsuzluq olduğunu və buna görədə sakinlərə müraciət edərək yazıb:
"Qeyd olunanlarla əlaqədar sakinlər məhkəməyə müraciət etməli, onlara dəymiş ziyanın qərar verən qurum(şəxs) və MİS tərəfindən ödənilməsinə nail olmalıdır."
TEREF
 
Ardını oxu...
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti bir müddət əvvəl təmir işləri ilə bağlı tender elan etmiş, qalibi də “Victory Construction Group” şirkəti olmuşdu. Bu şirkətlə 739 min 935 manatlıq müqavilə imzalanmışdı.
Bizimyol.info xəbər verir ki, müqavilədə Bakı şəhəri, Ağcabədi, Goranboy və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün, fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri nəzərdə tutulurdu.

Tenderdə qalib gələn şirkət də öz növbəsində “Construction Group of Pearl” MMC ilə Bakıda, Ağcabədidə və Füzulidə məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün, yaşayış evlərinin və mənzillərin təmiri ilə bağlı 262 min 562 manat bir, 227 min 439 manatlıq da bir subpodrat müqavilələri imzalayıb.

“Qaçqınkom” üçün işlər görmüş “Construction Group of Pearl” MMC-ni Dövlət Vergi Xidməti “riskli vergi ödəyicisi” kimi qiymətləndirib. Onunla əməkdaşlığa görə şirkəti də cəzalandıraraq, 79 min 826 manat əlavə vergi hesablayıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəflər arasında elektron qaimə fakturaları əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edib. Mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə almayıb. Həmçinin ƏDV-nin əvəzləşdirilməsinə əsas vermədiyini hesab edərək, şirkətə əlavə vergi məbləği hesablayıb. Bunu da həmin fakturaları təqdim edən şirkətin “iskli vergi ödəyicisi” hesab edilməsi ilə əsaslandırıb.

Şirkət isə bununla razılaşmayaraq bildirir ki, onlar “Qaçqınkom”un işlərini 2023-cü ildə götürüblər, adıçəkilən MMC isə 2024-cü ildə “riskli vergi ödəyicisi” hesab edilib: “Müqavilə bağlanılarkən qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılıb, risk meyarı daşımadığı üçün müqavilə bağlanılıb, işlər yerinə yetirilib”.

Tələb olunan əlavə verginin silinməsi üçün şirkət Dövlət Vergi Xidmətinə qarşı məhkəmədə iddia qaldırıb. İddia təmin olunub. Lakin vergi orqanı bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib.
Ardını oxu...
Aprelin 30-da Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə şagirdlər arasında münaqişə baş verib.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdləri arasında baş verən münaqişə bir nəfərin qol və ayaq nahiyəsindən xəsarət alması ilə nəticələnib.

Əldə etdiyimiz məlumata əsasən, hadisə ilkin olaraq məktəbin direktoru Nisə Fərəcova tərəfindən hüquq mühafizə orqanlarından və şagirdin valideynlərindən gizlədilib.

Sözügedən şagird evə gəldikdən sonra bədənində olan xəsarətlər valideynlər tərəfindən aşkar olunub və uşaq dərhal xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan şagirdə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Məktəblərdə şagirdlərin təhsil almasını təmin etməklə yanaşı, eyni zamanda sağlam təhsil mühitinin qorunması da təmin edilməlidir. Şagirdlər arasında nizam-intizam, onların fiziki və psixoloji olaraq mühafizəsi də dərs saatları əhatəsində məhz məktəbin məhsuliyyətindədir. Lakin görünən odur ki, məktəblərdə şagirdin xəsarəti ilə nəticələnək dərəcədə münaqişə baş verir və məktəb rəhbərliyi hadisəni gizlətməyi üstün tutur…
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan gömrük sistemində təkcə sadə sahibkarların deyil, ümumilikdə ölkə iqtisadiyyatının belini qıran köhnə problem hələ də öz aktuallığını qoruyur. Söhbət formal şəkildə mövcud olan, lakin əslində heç bir real iqtisadi fəaliyyət göstərməyən MMC-lərdən, daha dəqiq desək, qanunsuz fəaliyyət göstərən “təkadamlıq şirkətlərdən” gedir.

Bu şirkətlərin fəaliyyəti rəsmi qeydiyyatdan kənar deyil. Əksinə, hər biri kağız üzərində qanuni görünür. Ancaq onların iş prinsipi, ölkəyə gətirdikləri malların dövriyyəsi, satışı və bu dövriyyənin nəzarətsizliyi əslində ciddi bir sistem problemini ortaya qoyur.

Bu cür şirkətlərin yaradılma mexanizmi kifayət qədər sadədir. Adətən məmurlar və ya onlara yaxın şəxslər, sadəcə böyük maliyyə imkanına malik olanlar özlərinə yaxın tanışlarının və ya ümumiyyətlə tanımadıqları şəxslərin adına MMC qeydiyyatdan keçirirlər. Şirkət yalnız kağız üzərində mövcuddur: heç bir real ofis, anbar, işçis, sosial və vergi öhdəliyi olmadan fəaliyyət göstərirlər. Amma nə qədər qəribə görünsə də, bu “şirkət”lər vasitəsilə ölkəyə böyük həcmdə mal idxal olunur, gömrükdən asanlıqla keçir və daha sonra ölkə daxilində müxtəlif kanallarla satışa çıxarılır.
Ardını oxu...
Maraqlısı budur ki, bu satışların əksəriyyəti rəsmi qeydiyyata düşmür. Malların bir çoxu pərakəndə bazarlarda, qeyri-rəsmi satış məntəqələrində realizə olunur. Burada nə barkod var, nə kassa aparatı, nə də hər hansı bir bank ödəniş sistemi. Sadəcə əlbəəl satılan məhsullar, izsiz alış-verişlər və vergi nəzarətindən tam yayınma.

Ötən il idxal və ixrac olunan məhsullar açıqlanıb

İllərdir, gömrükdən çıxan malın sonrakı taleyi ilə bağlı əsas suallar açıq qalır: mal hara getdi, kim aldı, necə satıldı, buna görə vergi ödənildimi?
Reallıq ondan ibarətdir ki, bu prosesin heç bir hissəsində dövlətə vergi ödənilmir. Bu isə həm dövlət büdcəsinə, həm də real sahibkarlıq mühitinə ciddi ziyan vurur.

Çünki qanuni fəaliyyət göstərən sahibkar, işçi saxlayan, vergi və sosial ödənişlər edən, gömrük rüsumlarını ödəyən şəxs bu sistemdə ayaqda qala bilmir. On minlərlə manatlıq anbar icarəsi, əməkhaqqı fondu, mühasibat xərcləri və digər əlavə yüklərlə fəaliyyət göstərən sahibkar, bütün bunlardan azad olan bir MMC ilə qiymət rəqabətinə necə girə bilər? Təbii ki, girə bilmir və nəticədə ya işçi sayını azaldır, ya da fəaliyyətini tamamilə dayandırır.

Bu gün sahibkarların narazılıqları konkret faktlarla müşayiət olunur.

Məlumatlara görə, son 6 ay ərzində ölkəyə böyükhəcmli mal gətirən onlarla real şirkət fəaliyyətini dayandırıb. Həmin şirkətlərdə çalışan yüzlərlə insan isə işsiz qalıb. Bu vəziyyət yalnız sahibkarlara deyil, eyni zamanda sosial sabitliyə də zərbə vurur. Çünki iqtisadi fəaliyyətin zəifləməsi işsizliyin artması, qeyri-rəsmi iqtisadiyyatın genişlənməsi və dövlətin vergi gəlirlərinin azalması ilə nəticələnir.

Ən əsas sual isə budur - bu sistemə kim nəzarət etməlidir? Cavab konkret və hüquqi çərçivədə bəllidir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi bu sahəyə nəzarət funksiyasını həyata keçirməlidir. İdarəyə Azər Məmmədov adlı şəxs rəhbərlik edir. Bu qurumun vəzifələri sırasında idxal olunan malların düzgün kodlaşdırılması, gömrük rüsumlarının və vergilərin düzgün ödənilməsi, qiymət manipulyasiyalarının araşdırılması, qeyri-qanuni maliyyə axınlarının izlənməsi, şübhəli əməliyyatların araşdırılıb aidiyyəti üzrə yönləndirilməsi yer alır. Yəni bu qurum, əslində, sözügedən problemə müdaxilə edə biləcək səlahiyyətlərə malikdir.

Mart ayında sahibkarlar nə qədər ziyan edirlər? - 50-70 min...

Amma... Əmma da məhz buradadır. Sahibkarların, iqtisadi ekspertlərin və bazarda real müşahidə aparan mütəxəssislərin fikrincə, bu idarə öz funksiyalarını ümumiyyətlə yerinə yetirmir. Gömrük sistemindəki bu qeyri-şəffaf dövriyyə illərdir davam edir və rəsmi səviyyəsində heç bir ciddi araşdırma, nəticə və ya məsuliyyətli şəxs açıqlanmayıb.

Görünür, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov eçün hələ də vəziyyətin belə qalması sərfedicidir. Sahibkarlar artıq açıq şəkildə bildirirlər ki, məsələyə daha yüksək səviyyədə, nazirlik və hökumət səviyyəsində nəzarət edilməlidir. Qanunsuz şirkətlərin arxasında duran şəxslərin, onları gömrükdən keçirməkdə yardım edən məmurların tapılıb məsuliyyətə cəlb olunması və bu sistemin kökündən dayandırılması vacibdir.

Əgər bu struktur davam edərsə, yaxın illərdə ölkədə real sahibkarlığın yox olması, ticarət dövriyyəsinin “qara bazar” üzərindən reallaşması və iqtisadi təhlükəsizliyin ciddi risk altına düşməsi labüddür.

İqtisadiyyatına töhfə vermək, qanuni fəaliyyət göstərmək, dövlətə vergi ödəmək istəyən sahibkarlar çıxış yolu axtarır. Onlar təkcə öz maraqlarını deyil, dövlətin iqtisadi sabitliyini qorumaq üçün bu sistemin dəyişməsini tələb edirlər. Çünki bu günkü vəziyyət təkcə sahibkarın uduzması deyil, dövlətin də uduzmasıdır.
bizimxeber.org

 

Ardını oxu...
Hər il 17 iyun tibb işçilərinin peşə bayramı günündə bir qrup səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Lakin bu medalın kimlərə hansı xidmətlərinə görə verilməsi ilə bağlı şübhələr yaranıb.

Adıçəkilən döş nişanının verilməsi məsələsilə əlaqədar səhiyyə işçilərinin öz arasında belə, narazılıqlar var.

2024-cü ildə də tibb işçilərinin peşə bayramı günü münasibətilə bir neçə nəfər “Səhiyyə əlaçısı” adına layiq görülüb. Nazirin əmrində bu döş nişanını alanlar arasında diqqət çəkən adlar olub. Məsələn, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov və başqaları.

Bu adlar uzun illər səhiyyə sahəsində xidmət etmiş şəxslərin narazılığına səbəb olub. Məsələ burasındadır ki, Əsasnaməyə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Əsasnamənin başqa bir bəndində göstərilib ki, bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər pul da da verilir.

İstər Tural Babayev, istərsə də Pərviz Əbubəkirovun səhiyyə sahəsindəki xidmətləri 10 ildən azdır. Aparat rəhbəri olan Tural Babayevin səhiyyə sistemindəki fəaliyyətinin 3 ili tamam olmayıb. Pərviz Abubəkirov isə 7 ilə yaxındır nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Adları şəkilən şəxslərin hansı səbəbdən Əsasnaməyə zidd olaraq, “Səhiyyə əlaçısı” adına layiq görüldükləri məlum deyil.

Pərviz Əbubəkirov 2018-ci ildə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri təyin olunmamışdan əvvəl jurnalist fəaliyyətilə məşğul olub. O, ANS telekanalında “Cinayət işi”, İctimai Televiziyada “Qanundan kənar” proqramlarının aparıcısı olub. Səhiyyə Nazirliyinə gələndən sonra isə o, mediaya qapalı olduğuna görə jurnalistlərin ən çox şikayətləndiyi mətbuat katiblərindən birinə çevrilib.

Tural Babayev isə 2022-ci ildə Aparat rəhbəri təyin edilməmişdən əvvəl Səhiyyə naziri Teymur Musayevin müşaviri olub. Ondan da öncə – 2021-ci ilə qədər Dövlət Vergi Xidmətində çalışıb.

Əsassız mükafatlandırmalar nəticəsində edilən ödənişlər dövlət büdcəsinə 100 min manatdan çox ziyan vurur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.

"DİA-AZ"
 
 
 

Dünyapress TV

Xəbər lenti