Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni ("Sizin Lombard") və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə AMB-yə istinadən xəbər verib.

Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "GL" və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

32gun.az bildirir ki, Eldar Quliyevin oğlu Vəli Quliyev 2022-ci il martın 2-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışır.

2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

2016-cı ildən isə “Parabokt”un sədri vəzifəsində işləyib.
 
 
 

    
Ardını oxu...
Daha bir icra başçısının başı cəncəl işlərə qarışıb. Bu barədə "DİA-AZ"ın əldə etdiyi informasiyalardan aydın olur.

Mötəbər mənbə iddia edir ki, Şirvana rəhbərlik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov "yuxarılar" tərəfindən ciddi şəkildə tənqid olunub. Səbəbsə...

Mənbənin söylədikləri: "Məlumdur ki, Şirvanın icra başçısı İlqar Abbasovun köməkçisi və bacanağı Etibar Yolçiyevlə müavini Orxan İbrahimov vəzifə səlahiyyətlərindən dən sui-istifadə edərək “Gəmi zavodu” deyilən ərazi ətrafında yerləşən 13 hektar torpaq sahəsini Sabirabadlı qazinin adı ilə özəlləşdiriblər. Bu fakt "yuxarıların" diqqətini cəlb edib və ona sərt şəkildə xəbərdarlıq edilməklə yanaşı, onunla bağlı ciddi ölmünün götürüləcəyi də hiss etdirilib".

Mənbə başçının həbsini belə istisna etmir...
 
 
 
Ardını oxu...
Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işləri aparan şirkətdən narazıdır. Onların sözlərinə görə, tikinti şirkəti vətəndaşların həyətini hasarlayıb.

Sakinlər öz həyətlərində rahatlıqla hərəkət etməyə çətinlik çəkirlər.

Sözügedən məsələ ilə bağlı tikinti şirkətinin hüquqşünası Etibar Paşayev bildirib ki, ərazidəki işlər aiddiyatı qurumların icazəsi və rəsmi sənədlər əsasında həyata keçirilir:

"Həmin ərazidə olan sakinləri iddiaları əsassızdır. Gediş-gəliş yolunun bağlanmasından söhbət belə gedə bilməz. Mövcud şəhərsalma və tikinti qaydalarına tam əməl edilməklə ərazidə tikinti işləri həyata keçirilməkdədir. Ərazidə abadlaşdırma işlərinin aparılmasıl gələcəkdə planlaşdırılır".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, həmin əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxış keçirilib və iddiaların əsassız olduğu müəyyən edilib. Həmin ərazidə tikinti şirkətinə ayrılan torpaq sahəsində köhnə dəmir qarajların razılaşmış şəkildə köçürülməsi işlərinə başlanılacaq.
Ardını oxu...
Ardını oxu...
"DİA-AZ" xatırladır ki, neçə müddətdir Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın sakinləri «Gold Residense» MMC-nin qanunsuz fəaliyyəti nəticəsində mühasirədə qaldıqlarını bildirirlər. Sakinlər bu problemin həlli üçün Azərbaycan Respublikasının Baş nazirinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə, Bakı şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin başçılarına müraciət ediblər.

Amma indi aydın olur ki, artıq sakinlər məhz məhkəmə qərarları ilə geri oturdulur. Sakinlər iddia edir ki, «Gold Residense» MMC məhkəmə hakimlərini pul gücünə öz xeyrlərinə qərar çıxarmağa vadar edir.

"Ümidimiz Prezidentdir" deyən sakinlər ölkə rəhbərliyinə müraciət edərək prosesə təcili müdaxilə olunmasını da xahiş edirlər...
 
Ardını oxu...
Son illərdə Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyəti cəmiyyətin müxtəlif təbəqələrində ciddi narahatlıq doğurur. Təhsil eksperti Kamran Əsədovun bu qurumla bağlı səsləndirdiyi tənqidi fikirlər, DİM-in yalnız texniki və inzibati deyil, həm də hüquqi və etik səlahiyyət çərçivələrini aşdığını göstərir. Onun müşahidələrinə əsasən, bu gün DİM sadəcə imtahanların təşkili və qiymətləndirilməsi ilə kifayətlənmir – həm də normativ hüquqi akt funksiyasını yerinə yetirməyə cəhd göstərir ki, bu da hüquqi baxımdan qəbuledilməz presedentdir.

Əsas narahatlıq doğuran məqamlardan biri – qəbul imtahanlarına dair qaydaların DİM tərəfindən hüquqi baza olmadan dəyişdirilməsidir. Kamran Əsədov qeyd edir ki, I ixtisas qrupu üzrə 2025-ci il qəbul meyarları hələ Nazirlər Kabinetinin 6 may tarixli qərarı verilməmişdən öncə – 17 aprel tarixində DİM tərəfindən elan olunub. Bu isə ölkənin hüquqi sistemində mühüm prinsip olan “geriyə qüvvə olmama” prinsipini pozur.

Ekspert bu halı açıq şəkildə özbaşınalıq kimi qiymətləndirir: “Eyni hal V ixtisas qrupu üzrə də yaşanıb – ötən il 60 bal olan müsabiqə şərti bu il 70-80 bala yüksəldilib. Bu dəyişikliklər isə, ən narahatedici məqam olaraq, imtahanlardan sonra elan olunub. Yəni abituriyent imtahan verib nəticə gözlədiyi vaxtda DİM qaydanı dəyişib. Bu, nəinki hüquqa, həm də etikaya zidd addımdır və ictimai etimadı sarsıdır.”

K. Əsədovun sözlərinə görə, DİM-in fəaliyyəti texniki baxımdan da ciddi suallar doğurur. O, iddia edir ki, 2025-ci il buraxılış imtahanlarında eşitmə aparatlarının keyfiyyətsiz işləməsi, bəzən isə ümumiyyətlə işləməməsi halları müşahidə olunub. Xüsusilə xarici dil imtahanlarında bu texniki problemlər nəticələrin etibarlılığına xələl gətirib. Buna baxmayaraq, DİM nəticələri dəyişməz saxlayıb ki, bu da Konstitusiyanın 42-ci maddəsi ilə qorunan təhsil alma hüququnun pozulması deməkdir.

Bundan əlavə, qiymətləndirmədə də ciddi problemlər mövcuddur. Ekspertin bildirdiyinə görə, 10 minə yaxın abituriyent apellyasiya şikayəti verib. Bu isə nəticələrin nə qədər qeyri-dəqiq və etibarsız olduğunu açıq şəkildə göstərir.

Şəffaflıq və apellyasiya hüquqlarının məhdudlaşdırılması

Ekspertin fikrincə, DİM-in apellyasiya prosesində şəffaflıq prinsipindən uzaqlaşması beynəlxalq təcrübəyə ziddir. Onun sözlərinə görə, abituriyentin sual kitabçasına çıxış imkanının məhdudlaşdırılması, prosesdə vəkillik funksiyasını yerinə yetirə biləcək şəxslərin iştirakı üçün yaradılan süni əngəllər hüquqi şəffaflıq prinsipini zədələyir. K. Əsədov müqayisə üçün qeyd edir ki, Estoniya, Finlandiya, Litva və Gürcüstanda abituriyentlər cavablarını incələmək və müstəqil ekspert rəyindən istifadə etmək hüququna malikdirlər.

Ekspert eyni zamanda “Abituriyent” jurnalının imtahana sayılı günlər qalmış gecikməsi faktını da sərt şəkildə tənqid edir.

Onun sözlərinə görə, jurnalın gecikməsi abituriyentlərin düzgün plan qurmasına və hazırlıq prosesinə ciddi mənfi təsir göstərir:“İmtahan suallarının keyfiyyəti ilə bağlı iradlar da diqqətçəkicidir: təkrar olunan suallar, məntiqi ardıcıllığın pozulması, testlərdə texniki və konseptual səhvlər DİM-in metodoloji cəhətdən zəifliyini üzə çıxarır. Bu vəziyyət biliyin deyil, sadəcə yaddaşın ölçüldüyünü göstərir.”

Kamran Əsədovun fikrincə, DİM-in təyin etdiyi imtahan qiymətləri də sosial ədalət prinsipinə ziddir. Ekspert vurğulayır ki, qəbul imtahanı, sertifikat və şəhadətnamə üçün tələb olunan məbləğlər regionlardakı aztəminatlı ailələrin övladları üçün əlavə maliyyə yükü yaradır. Bu isə təhsil imkanlarının bərabərliyini pozur.

Ekspertin rəyində ən əsas sual budur: Dövlət İmtahan Mərkəzi hansı hüquqi əsasla qaydaları dəyişir, qiymətləri artırır, prosedurların formasını dəyişir?

“DİM nə qanunverici orqandır, nə də icra hakimiyyətinin səlahiyyətli qərarverici qurumu. Bu qurumun səlahiyyəti yalnız mövcud hüquqi aktları icra etməklə məhdudlaşmalıdır,” – o vurğulayır.

Kamran Əsədovun fikrincə, əgər bu gedişat davam edərsə, DİM artıq təhsilin inkişafına töhfə verən yox, gənclərin hüquqlarını pozan və cəmiyyətdə etimadı sarsıdan bir quruma çevriləcək.

“Təhsildə şəffaflıq, ədalət və hüquqa sadiqlik bərpa olunmalıdır. Bunun üçünsə ilk növbədə, Dövlət İmtahan Mərkəzi ciddi ictimai və inzibati nəzarətə cəlb olunmalı, hüquqi səlahiyyət sərhədlərinə qaytarılmalıdır,” – o bildirib.

“AzPolitika.info”
Ardını oxu...
Binəqədi rayonunun Sulutəpə qəsəbəsində illərdir davam edən kanalizasiya problemi sakinləri ciddi narahat edir.

Onlar bu barəd Bakupost.Az–a müraciətlərində bildiriblər.

Sakinlərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə vəziyyət dözülməz hal alır, yol və həyətlər keçilməz olur, hətta evlərin zirzəmisi və içinə su dolur.

Aşağı Sulutəpə, Xocalı küçəsi sakini İslam Yusifov deyir ki, sakinlər tullantı sularının axıdılması üçün öz hesablarına kanalizasiya xətti çəkiblər. Lakin bu primitiv sistem yağış sularını ötürmək üçün yetərli deyil:

“Kustar üsulla çəkilən kanalizasiya yağış sularının axıdılmasına kifayət etmir. Əraziyə baxan yoxdu. Hər dəfə eyni problemlə qarşılaşırıq. Bilmirik kimə şikayət edək ki, bu məsələ həll olunsun. Burda xeyli insan yaşayır, hamısının həyətində eyni mənzərədir”.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -a bildirdilər ki, ərazidəki problemdən xəbərdardılar:

“Qeyd olunan ünvanda mövcud tullantı su xətləri əhali tərəfindən primitiv üsulla çəkilib, ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.Elxan ALLAHVERDİYEV HARA BAXİR.   
 
 
 
Ardını oxu...
“Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanov Dövlət Gömrük Komitəsini Bakı İnzibati Məhkəməsinə verib.

“DİA-AZ” xəbər verir ki, iş adamı Demokrat.az-a açıqlamasında bildirib ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov raportla Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə müraciət edərək, ona qarşı 97 min manat məbləğində əsassız və uydurma pul tələb edir.

Ramil Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ondan saxta hesablamalar və sənədlərlə 97 min manat pul tələb edir.

“Dövlət Gömrük Komitəsindən mənə daxil olmuş 05.02.2025-ci il tarixli, 3-33/2-001878/2025 nömrəli məktubda “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişə istinad edilərək, sənədlərin Çin Xalq Respublikasından əldə edildiyi göstərilir. Elmir Ramazanov həmin sənədlərə istinad edərək, özündən uydurğu 97 min manat “borc” məbləği təyin edir və Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Bu zaman Elmir Ramazanov mənə və şirkətimə qarşı təzyiqlər göstərilməsi üçün Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə sifariş verib. Vaxtilə prokurorluq orqanlarından xaric olunmuş və hazırda Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin müavini vəzifəsində çalışan İlkin Bağırov sübut əhəmiyyət kəsb etməyən və cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış 14 iyun 2005-ci il tarixli, 931-IIQ saylı Sazişin 2-ci maddəsinin I, eyni Sazişin 7-ci maddəsinin (Konfidensiallıq) I bəndlərini oxumadan sözügedən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb. Ancaq sözügedən sənədlərin heç biri nə mənə, nə də rəhbərlik etdiyim “Lion Centre” MMC-yə məxsus deyil. Bununla Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ilk növbədə cənab Prezidentin Çin Xalq Respublikası ilə imzaladığı müqavilələrə hörmətsizlik edir, eyni zamanda Çin və Azərbaycan hökumətləri arasında mövcud olan yaxşı münasibətləri sabotaj edir.

Maraqlısı odur ki, Elmir Ramazanovun himayə etdiyi Emin Mirzəyev və digər şəxslər, həmçinin, dövriyyəsi milyon olan karqo şirkətləri nə üçün mənim şikayət etdiyim qapılarda görünmürlər? Halbuki, onlar 15-20 il öncədən fəaliyyətdədirlər.

Dəfələrlə konkret faktlarımla Bakı Baş Gömrük İdarəsinin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanlar, ölkədən külli miqdarda pulların xaricə necə çıxarılması və cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə necə xələl gətirməsi barədə Dövlət Gömrük Komitəsi rəhbərliyinə müraciət etmişəm. Çox təəssüf ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi müraciətlərə məhəl qoymur. Bu səbəbdən də mən Bakı Baş Gömrük İdarəsi barədə məhkəməyə müraciət etmişəm. Hazırda mənim müraciətim əsasında 5 ayrı-ayrı işlər məhkəmədədir. Nəticələri barədə mediaya məlumat verəcəm”, – deyə Ramil Aslanov qeyd edib.

Ardını oxu...
Ağdam rayon Birinci Yüzbaşlı kəndin orta məktəbinin direktoru Polad Zeylanov şagirdlərdən birinə qarşı ağlasığımaz bir qadağa tətbiq edib.

Gundeminfo.az-a daxil olan müraciətdə yeniyetmənin dayısı Umud Nəsibov bildirib ki, o qanunsuzluğu aşkarladığı və məktəbə gələn yoxlamaya həqiqəti dediyi üçün cəzalandırılıb. Yeniyetmə şagird məktəbə gələn yoxlamaya deyib ki, onlara nə coğrafiya dərsi keçilmir, nə də fakultətiv məşğələ. Bundan sonra da direktor Polad Zeynalov başlayıb yeniyetmədən qisas almağa. Həm də bu qisas uşağı dövlətə məxsus təhsil ocağından kənarlaşdırmaqla, onu dərslərə buraxmamaqla yekunlaşıb.
Ardını oxu...

Polad Zeynalov
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Video müraciəti təqdim edəcəyik:
Ardını oxu...
Deyəsən icra hakimiyyətlərini qanunsuz tikintiləri çoxaltmağa həvəsləndirən Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM) ilə Fövqəladə hallar Nazirliyidir (FHN).

"DogruXeber.az" xatırladır ki, hələ 2022-ci ildə ARXKOM sədri Anar Quliyev jurnalistlərə müsahibəsində demişdir ki, "Azərbaycanda rayon icra hakimiyyətləri Fövqəladə Hallar Nazirliyinə müraciət etməklə, qanunsuz tikintilərin qarşısını almalıdır.Əgər hər hansı tikinti işini qanunauyğun davam etdirmək mümkün deyilsə, o, sökülməlidir".

Halbuki, 2021-ci ildən bu günə qədər dəfələrlə ARXKOM və FHN-nə paytaxtın Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Xəzər və digər rayonlarında aparılan saysız-hesabsız qanunsuz tikintilər barəsində rəsmi sorğular göndərmişik. Lakin, hər dəfəsində də hər iki qurum şablon cavablar göndərməklə məsuliyyətdən yayınaraq, həmin tikintilərin başa çatdırılmasına sanki qəsdən şərait yaradıblar.

Yeri gəlmişkən, 12 mart 2025-ci il tarixində Xəzər rayonu, Binə qəsəbəsi, Zahid Zahirli küçəsi, Osmanlı küçəsi, Əli İsazadə küçəsi, Hüseyn Cavid küçəsi, döngə 5 və digər ünvanlarda qanunsuz tikinti işlərinin aparılması barəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xəzər rayon icra hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti və FHN-nə rəsmi sorğular göndərmişdik. Adları çəkilən qurumlardan yalnız biri - ARXKOM tərəfindən redaksiyamıza aprel ayının 7-də göndərildiyi qeyd olunan, lakin bugünlərdə gəlib çatan cavab məktubunda, məlumatların araşdırılması üçün Xəzər rayon icra hakimiyyətinə göndərildiyi və 7 gün ərzində redaksiyamızın cavablandırılması yazılmışdır.

Məktub Xəzər icra hakimiyyətinə göndərilən aprelin 7-si, bu gün də mayın 6-sı. Hələ də Xəzər icra hakimiyyəti və digər qurumlar susmaqda davam edirlər.

ARXKOM isə hər zamankı kimi "şablon" məktubla, "səndən yar, sənə yar, şikayətim var" taktikası ilə "sudan quru çıxmağa" cəhd etdi.

Maraqlıdır, bəs iki ay müddətində Anar Quliyevin özünün açıqlamasında dediyi qanuni prosedurlar niyə həyata keçirilmədi?

Nəinki iki ay, heç 4 il müddətində belə Sabunçu rayonu Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa edilmiş 3 mərtəbəli iaşə obyekti barəsində də ARXKOM eyni taktika ilə kənarda dayandı.

ARXKOM sədri Anar Quliyev qanunsuz tikintilərlə bağlı məsuliyyətdən yayınmağı bacardığı kimi, adını yerli mətbuatda "tərtəmiz" saxlamağı da mükəmməl bacarır.

Ölkə başçısı Anar Quliyevə etimad göstərib vəzifəyə təyin edib, həmçinin aprel ayının 25-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edildi. İndi də belə bir şayiə gəzir ki, onun Ekologiya və Təbii Sərvətlər naziri təyin olunacağı gözlənilir.

5 illik rəhbərlik fəaliyyəti dövründə kifayət qədər qanunsuzluğa göz yuman sədri bəlkə də bu qədər "yoran" eyni zamanda paralel olaraq Azərbaycan Oxatma Federasiyasının prezidenti, koordinator vəzifələrini də icra etməsidir.

Maraqlıdır, Anar Quliyevə eyni zamanda fərqli vəzifələrin həvalə olunması hansı məqsədləri daşıyır, yaxud hansı səbəbdən qaynaqlanır?
Onun boş vaxtı daha çoxdur deyə, yoxsa məsuliyyətli məmur olduğu üçün?

Nəinki paytaxt, ümumiyyətlə ölkə ərazisindəki saysız-hesabsız qanunsuz tikintilərə nəzər saldıqda səbəbin ikinci variant (məsuliyyət) olmadığı aydın görünür. Aylardır sosial mediada Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Səbail, Nizami və digər ərazilərdə aparılan qanunsuz tikintilərin görüntüləri paylaşılır, amma ARXKOM da başda olmaqla, bir dənə aidiyyatı qurum məsələyə nə müdaxilə edir, nə də aydınlıq gətirirlər.

Belə olan halda ölkə vətəndaşlarının böyük əksəriyyəti qurum rəhbərlərindən əllərini üzərək, media vasitəsilə ölkə başçısına şikayətçi olmaqda haqlı görünürlər. Çünki, ölkə başçısının etimad göstərib vəzifəyə təyin etdiyi məmurların çoxu vəzifəsini layiqincə yerinə yetirməyi bacarmır, ya da bəlkə məqsədli şəkildə düzgün icra etməyib, insanların dövlətə olan inamını, güvənini sarsıdır, hakimiyyətdən küsdürməyə çalışırlar.

Amma atalar deyir, "yaman günün ömrü az olar". Ümid edirik ki, ölkə başçısı ən qısa zamanda bu kimi məsələlərə də vaxt ayıracaq və rəhbər vəzifələrə təyin etdiyi şəxslərin fəaliyyətini nəzərdən keçirib, "saf-çürük" edəcəkdir.

Mövzunu davam etdirəcəyik.
 
Ardını oxu...
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 23.04.2025-ci ildə satınalmaların portalında nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin satınalınması üzrə 27.01.2025-ci ildə başladığı açıq tenderə yekun vurduğunu açıqlayıb. Tender müsabiqəsinin qalibi “İDEAL MOTORS” MMC seçilib və tərəflər arasında 802.388,54 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən nəzərdə tutulmuş nəqliyyat vasitələrinin təmiri işləri və onların ehtiyat hissələrinin alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.255.227,16 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC bu təchizatçını müsabiqədən kənar etməmiş, əksinə yeni müqavilə bağlamağı planlaşdırır.

Qeyd edək ki, bu “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC ilə “İDEAL MOTORS” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər arasında nəqliyyat vasitələrinin təmiri və onların ehtiyat hissələrinin satın alınması üzrə 692.347,28 manat dəyərində bir müqavilə də 06.08.2024-cü ildə bağlanılıb. Satınalmaların portalında göstərilən vaxta görə “İDEAL MOTORS” MMC 05.08.2024-cü ildən 05.08.2025-ci ilə qədər servis xidməti göstərməlidir.

Mərkəz “İDEAL MOTORS” MMC ilə bir müqavilə də avtonəqliyyat vasitələrinin satınalınması üzrə bağlayıb. 22.11.2023-cü ildə bağlanmış bu müqavilənin qiyməti 217.500 manat təşkil edib və 5 ədəd yeni avtomobilin alınması nəzərdə tutulub.

Qeyd edək ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC bu satınalma da “Dövlət Satınalmaları haqqında” Qanunun 35.1.8. maddəsinin tələblərini ciddi şəkildə pozub. Belə ki, 1.397.908,24 ehtimal olunandan 50 faiz aşağı qiymətə.

Bu məlumatdalardan sonra “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin nəqliyyat vasitələrinin təmiri və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderləri araşdırdıq. Məlum oldu ki, MMC balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 243.283,43 manat dəyərində müqavilə “RN STRONG” MMC ilə 23.11.2023-cü ildə bağlayıb. Müqavilənin başlanma tarixi 17.11.2023-cü il, bitmə tarixi 17.11.2024-cü ilə müəyyən edilib.

MMC balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 292.669,85 manat dəyərində müqavilə “İDEAL MOTORS” MMC ilə 19.04.2023-cü ildə bağlayıb. Müqavilənin başlanma tarixi 13.04.2023-cü il, bitmə tarixi 31.12.2023-cü ilə müəyyən edilib.

“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınması üzrə 494.625,32 manat dəyərində bir müqavilə də 14.01.2022-ci ildə “ŞƏRQMOTORS” MMC ilə bağlayıb. Bu müqavilənin başlanma tarixi 14.01.2022-ci il, bitmə tarixi 10.01.2023-cü ilə müəyyən edilib.

Göründüyü kimi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2022-ci ilin yanvarından 2025-ci ilin aprelinə qədər balansında olan nəqliyyat vasitələrinin təmiri və onların ehtiyyat hissələrinin satın alınmasına ümumi olaraq 2 525 312 manat vəsait ayırıb.

Buradan ortaya sual çıxır. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin balansında nə qədər avtomobil var ki, hər il servis xidmətinin göstərilməsinə yüzminlərlə dövlət vəsaiti ayrılır. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı bu barədə heç bir məlumat tapa bilmədik. Yalnız “emlak .gov.az” saytında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC -nin Bakı şəhəri üzrə 15 noyabr 2022-ci il tarixində keçirilmiş hərracda 16 avtomobilin satışa çıxarıldığı göstərilir.

Bundan əlavə 16 may 2023-ci il tarixində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 3, iki Nissan Patrol və bir MITSUBISHI PAJERO markalı avtomobil satışa çıxardığını elan edib.

Bir maraqlı nüans da “İDEAL MOTORS” MMC ilə bağlanan ən son müqavilədə var. Məsələn Mərkəz bir “Volskvagen Passat 2013 WVWZZZ3CZDP035350” markalı avtomobilə 10 ədəd yağ filteri, 10 ədəd hava filteri, 50 litr mühərrik yağı, 4 ədəd əyləc diski, 8 ədəd təkər kimi.

Bir “Nissan X-Trail 2008 JN1TBNT30Z0111670” markalı avtomobilə 30 ədəd yağ filteri, 30 ədəd hava filteri, 30 ədəd kondisioner filtri, 450 litr mühərrik yağı,32 ədəd təkər, 10 ədəd akkumulyator, 30 ədəd ön amartizator kimi avtomobil ehtiyyat hissələrinin alınması və dəyişdirilməsi xidmətinə küllü miqdarda vəsait xərcləyir.Burada göstərilən markada neçə avtomobilə xidmət göstəriləcəyi bəlli olmur. Mərkəzin sifariş verdiyi ehtiyyat hissələrindən belə çıxır ki, hər bir avtomobil yenidən qurulur. Sayı bəlli olmadığından səkkiz yüz min manatın neçə avtomobilə servis xidmətinin göstərilməsinə ayrıldığını da sual altında qoyur. Sual altında qalan bir məsələ də odur ki, ayrılan bu vəsaitlər həqiqtən də avtomobillərə ehtiyyat hissələrinin alınmasına xərclənir, yoxsa…

İnternet axtarış sistemlərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktoru vəzifəsini kimin tutuğunu öyrənə bilmədik. Mərkəzin heç rəsmi saytı da yoxdu. Bütün bunlar isə MMC-nin sanki qapalı bir müəssisə olmasından xəbər verir.

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimovadır. O, bu vəzifəyə 2021-ci ildə təyin edilmişdir. Daha əvvəllər isə Vergilər Nazirliyinin aparatın rəhbəri vəzivəsində çalışıb.



Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti